Filologiya fakültəsi

 

Azərbaycan Dillər Universiteti

Filologiya fakültəsi

 

Strateji İnkişaf Planı

2021-2026


Fakültə elmi şurasının

24.06.2021-ci il tarixli 10 saylı

iclasında təsdiq edilmişdir

 

2021

Giriş

Cəmiyyətin tərəqqisinin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşması onun təhsil sistemi ilə təmin edilir.

Azərbaycan qədim sivilizasiya, mədəniyyət ocağı kimi hələ tarixin lap dərin qatlarında özünün təhsil sistemini formalaşdırmışdır. Bu gün ölkəmiz geniş şaxələnmiş təhsil sisteminə, elmləri, bilikləri, təcrübəni nəsildən-nəslə ötürməyə əsas verən mükəmməl ali, orta ixtisas və orta təhsil məktəbləri şəbəkəsinə malikdir. Müstəqilliyin çətin yolları ilə irəliləyən Azərbaycan bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük vəzifələr yerinə yetirmək zərurəti ilə üz-üzə dayanmışdır. Ölkəmizdə start götürmüş geniş islahatçılıq hərəkatı çərçivəsində təhsil sahəsində də mühüm dəyişikliklərin, yeniliklərin həyata keçirilməsi obyektiv tələbatdır.

Azərbaycanın XX əsrdə siyasi, iqtisadi, mənəvi inkişafının ən mühüm yekunlarından biri ölkədə müasir təhsil sisteminin yaradılmasıdır. Universitetlər bu işlərin həyata keçirilməsində ən önəmli və vacib olan rollardan birini oynayır. Belə ki, onlar təhsilin əsas aparıcı qüvvəsi kimi elmin inkişafını təmin etməklə onu müasir cəmiyyətin sosial-iqtisadi mühiti ilə ayaqlaşmağa sövq edirlər.

Bu gün Azərbaycan Dillər Universiteti təkcə öz yenilikləri və dəsti-xətti ilə seçilən bir ali təhsil ocağı kimi deyil, milli və beynəlxalq kriteriyalara cavab verən, eləcə də təhsilin inkişafı müstəvisində bunu əsas bir faktor kimi götürən və cəmiyyətin gələcəyi üçün mühüm yer tutan ali təhsil ocağıdır.

 

Azərbaycan Dillər Universiteti Filologiya  fakültəsinin 2021-2026-cı illəri əhatə edəcək Strateji İnkişaf Planı

Son illər aparılan sosial-iqtisadi siyasət, islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.

Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.

Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir.

 “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Azərbaycan  Respublikasında xarici dil mütəxəssislərinin hazırlanmasına  1937-ci ildən etibarən Azərbaycan Pedaqoji İnstitutunun Xarici dillər fakultəsində başlanmış, SSRİ Nazirlər Sovetinin “Xarici dil mütəxəssislərinin hazırlanması haqqında” 4 oktyabr 1947-ci il tarixli qərarı əsasında Azərbaycan SSR Nazirlər Sovetinin 10 dekabr 1947-ci il tarixli analoji qərarı ilə həmin fakultənin bazasında açılmış Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda üç ixtisas: ingilis, alman və fransız dilləri üzrə mütəxəssislər hazırlanmasının əsası qoyulmuşdur. İnstutut 1992-ci ilə qədər APXDİ kimi fəaliyyətini davam etdirmiş, ölkə Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstututu adlandırılmış, 2000-ci ildən  isə Azərbaycan Dillər Universiteti statusunu almışdır.

 Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi ixtisaslarının müxtəlifliyi və çoxşaxəliliyi ilə fərqlənən bir fakültədir. Belə ki, dünyanın bir çox aparıcı universitetləri ilə əlaqələri olan bu fakültə nəinki ingilis, alman, fransız, ispan, rus, Azərbaycan dilləri üzrə filoloq, müəllim, hətta ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malik jurnalistlər də yetişdirir. Fakültədə təqdim etdiyimiz ixtisaslar üzrə tədris olunan fənlər də aktual və maraqdoğurucudur. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərə biləcək, yüksək ixtisaslı dil mütəxəssisləri olacaq tələbələrə üslubiyyat, nitq mədəniyyəti, ölkəşünaslıq, jurnalist etikası, radio jurnalistika, fotojurnalistika və s. fənlər tədris olunmaqla yanaşı, onların öz profillərinə uyğun arzularını reallaşdıra biləcək fənlər də təqdim olunur.

Ümumilikdə, fakültəmizdə, öz peşəsinin əsl mütəxəssisi olan, innovativ metodlarla işləyən müəllimlər tərəfindən təşkil olunmuş yaradıcı, effektiv və keyfiyyətli tədris mühiti İKT əsaslı otaqlarda, elmi-tədqiqat mərkəzlərində həyata keçirilir.

Filologiya fakültəsi 07 fevral 2013-cü il tarixli 17 saylı əmrə əsasən Fransız və Alman dilləri fakültəsi ilə Filologiya fakültəsinin birləşməsi əsasında yaranmışdır. ADU-nun Elmi Şurasının 30 yanvar 2019-cu il tarixli 29 saylı iclasının qərarına əsasən universitetdə aparılan struktur dəyişikliklərinin həyata keçirilməsi ilə əlaqədar 12 iyul 2019-cu il tarixli 79 №-li əmrlə «Filologiya və jurnalistika» fakültəsinin adı dəyişdirilərək «Filologiya» fakültəsi kimi təsdiqlənmişdir. Fakültənin ümumi tarixi yeni olsa da, onun infrastrukturu özünəməxsus və təkrarolunmaz tarixə malikdir. Bu tarixin başlanğıcı 1948-ci ilə təsadüf edir.

Filologiya  fakültəsinin möhkəm təmələ əsaslanan keçmişi, dövrün nəbzini tutan bu günü və ümidli gələcəyi var. Fakültənin tarixində “filyer” adlanan xüsusi tədris proqramları tətbiq olunaraq özünəməxsus yer tutmuş, “filyer” təcrübəsi genişlənmiş və bir müddət fakültəni bütöv şəkildə əhatə etmişdir.

Filologiya  fakültəsinin təməlində sonradan adları dəyişmiş və əməkdaşları fəaliyyətini digər kafedralarda davam etdirmiş mərhum prof. M.S.Qarayevanın rəhbərlik etdiyi Roman-german filologiyası və s. bu kimi əsl elm ocağı olan kafedralar olmuşdur. Onların fəaliyyəti bütövlükdə fakültənin inkişafında fövqəladə rol oynamışdır.

Fakültənin ali orqanı Elmi Şuradır. 20 üzvü olan fakültədə Elmi Şuranın iclasları ayda bir dəfə keçirilir. Fakültənin fəaliyyətinə dair məsələlər müzakirə olunur və müvafiq qərarlar qəbul olunur.

Filologiya fakültəsinin 2021-2026-cı illəri əhatə edəcək Strateji İnkişaf Planı gələcək 5 ili üçün öz qarşısına yeni məqsədlər qoyur ki, bu məqsədlər kollektivin gərgin işinə və birgə fəaliyyətinə, eləcə də müxtəlif tərəfdaşların köməyinə arxalanır.

Filologiya fakültəsinin 2015-2020-ci illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq ötən illər ərzində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün ardıcıl olaraq, məqsədyönlü tədbirlər görülmüşdür.

Fakültənin tədris prosesində yeni tədris planlarının tətbiqi, onların daim təkmilləşdirilməsi yeni Dövlət Standartlarına uyğun aparılır. Filologiya  fakültəsində bütün ixtisaslar üzrə tədrisin kredit sistemi ilə təşkili Avropa Kredit Transfer Sistemi (AKTS) təhsil proqramı ilə müəyyən olunmuşdur ki, bu sistem vasitəsi ilə tələbə mobilliyi təmin edilir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurları asanlaşır, eləcə də Boloniya prinsipləri ardıcıl olaraq həyata keçirilir.

Fakültədə elmi-tədqiqat işləri sahəsində elmin inkişafı üzrə Milli Strategiyanı əldə rəhbər tutan əməkdaşlar, elmi-tədqiqat işlərinin prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və mühüm ictimai-mədəni məsələlərin həllinə uyğun müəyyənləşdirməyə, elm sahəsində idarəetmə sistemini, elmi infrastrukturu modernləşdirməyə, yüksək ixtisaslı kadrları hazırlamağa, elmdə varisliyi qorumağa, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatını yaxşılaşdırmağa, elmin nominativ hüququ bazasını gücləndirməyə çalışmaqla, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına istiqamət almasına səy göstərirlər.

Respublikada bəşəri dəyərlərə söykənən milli ideologiyanın, demokratik təsisatların, şəffaf ictimai münasibətlər sisteminin formalaşdırılması, gənclərin ictimai-siyasi proseslərə daha fəal qoşulması istiqamətində dövlətin apardığı düşünülmüş və məqsədyönlü siyasətin uğurla həyata keçirilməsi işinə kollektivin bütün üzvləri cəlb edilir, tələbələrin beynəlmiləlçilik, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilməsinə ciddi fikir verilir.

Fakültədə tərbiyə və təhsil prosesinin elmi şəkildə təşkili, bu prosesin əhatə etdiyi bütün aspektlərin nəzərə alınması, elmi cəhətdən planlaşdırılması, idarə olunması, görülən işlərə nəzarət edilməsi və uçotunun aparılması kimi çoxşaxəli iş aparılır.

         

Filologiya fakültəsinin  2021-2026-cı illəri əhatə edəcək Strateji İnkişaf Planının əsas istiqamətləri

Filologiya  fakültəsinin 2021-2026-cı illəri əhatə edəcək Strateji İnkişaf Planı əsas istiqamətləri aşağıdakı kimi formalaşdırıb həyata keçirməyi qarşısına məqsəd qoyur:

-         Ali təhsilin mövcud normativ hüquqi bazası əsasında, Boloniya bəyannaməsinə və beynəlxalq təhsil təcrübəsinə əsaslanaraq tədris sahəsində islahatların aparılması;

-         Fakültədə təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi, yeni texniki təchizat bazasından yararlanaraq tədrisin təşkili;

-         Təhsildə keyfiyyətin təmin olunması və tələbələrin biliyinin qiymətləndirilməsi sisteminin Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğunlaşdırılması;

-         Tədris proqramlarının, təhsilin məzmununun və metodikasının yenilənməsi və keyfiyyətin təmin olunması, fənn proqramlarının, sillabusların, dərslik, dərs vəsaitlərinin, proqramların yazılmasının təkmilləşdirilməsi;

-          Əsas hədəflərə çatmaq üçün strateji inkişaf planında irəli gələn iş planlarının tərtib olunması və icrasının təmin olunması;

-         Elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun qurulması;

-         Fakultə nəzdindəki kafedraların Beynəlxalq sertifikatlı əməkdaşların təcrübəsindən istifadə edərək təlimlərin təşkili;

-         Milli ideologiyanı dərindən dərk edən, onun öyrənilməsini və təbliğini öz həyat qayəsinə çevirən, bütün enerjisini və gənclik potensialını respublikanın inkişafına yönəldən, möhkəm vətəndaşlıq əqidəsinə malik olan tələbə gənclərin hazırlanması;

-         Ölkədə təhsilin və onun mühüm atributlarından olan tələbə gənclərin fəaliyyətinin beynəlxalq standartlara cavab verə biləcək səviyyəyə qaldırılması, tələbələrdə dövlətçiliyimizə, müstəqilliyimizə sədaqət, vətəninə, xalqına məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə qayğı və hörmət hisslərinin formalaşdırılması, təlim və tərbiyənin keyfiyyətinin daha da yaxşılaşdırılması, əmək intizamının möhkəmləndirilməsi, tələbələrin respublikanın ictimai-siyasi həyatında fəallığının artırılması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi;

-         Fakultə dekanlığında, kafedralarda idarəedənlərin müxtəlif təlimlərə cəlb olunması;

-         İmtahan tapşırıqlarının Kredit sisteminə aid sənədlərə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qaydalarına, Universiteti nizamnaməsinə uyğun olaraq hazırlaması və müasir təhsil sisteminin tələblərinə uyğun təkmilləşdirilməsi;

-         İmtahanların təşkili və keçirilməsi prosesində kafedralarla birgə treyninqlərin təşkil edilməsi;

-         İmtahan prosesində tam şəffaflığı təmin etmək üçün imtahanlarda valideynlərin, medya nümayəndələrinin iştirakının təmin olunması;

-         Kredit sisteminə uyğun olaraq imtahanların yazılı keçirilməsi;

-         Appelyasiya və münaqişə komissiyalarının imtahan prosesində şəffaflığın təmin olunmasında fəaliyyəti;

-         Fakultədə tədrisin keyfiyyətini  artırmaq, yeni təlim texnologiya və metodlardan istifadə üçün universitetdə mövcud laboratoriyaların, mərkəzlərin, kafedraların Elmi-metodik, təcrübi bazalarından yararlanması;

-         Fakültənin qarşısında duran prioritetlərdən biri də xarici ölkələrin təcrübəsindən yararlanaraq yeniliklərin  tədris prosesinə tətbiq edilməsi;

-          İKT biliklərini təkmilləşdirmək məqsədi ilə texniki və pedaqoji heyyətin təlimlərə cəlb olunması;

-         Seçmə fənnlərin mövcud baza standartlarından kənara çıxmamaqla müəyyən edilməsi;

-         Seçmə fənnlərin təqdim olunması üçün ixtisas müəllimləri tərəfindən təqdimatların keçirilməsi;

-         Fənn sillabuslarının tələbələrə çatdırılması;

-         Seçmə fənnlərin aid kafedralar tərəfindən müəyyənləşdirilməsi və Fakultə Elmi Metodik Şurasına təqdim olunaraq müzakirə olunması və Fakultə Elmi Şurasına çıxarlaraq təşkil olunması;

-         Fakultə Elmi Şurasında müəyyənləşdirilən seçmə fənnlərin təsdiq edilməsi. seçmə fənnlərin tələbələrin sərbəst seçiminə təqdim olunması və kursun sonunda seçmə fənnlərlə bağlı sorğuların aparılması.

-         Mövcud Kredit sisteminə uyğun olaraq fənn proqramları və fənn sillabuslarının Beynəlxalq təcrübəyə əsaslanaraq tələbəyönümlü istiqamətində tərtib edilməsi;

 

Filologiya fakültəsinin 2021-2026-cı illəri əhatə edəcək Strateji İnkişaf Planından gözlənilən nəticələr

Filologiya fakültəsinin Strateji İnkişaf Proqaramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

-         Beynəlxalq standartlara uyğun kadr hazırlığını təmin etmək;

-         Fakültənin tədris-metodiki təminatını müasirləşdirmək;

-         İnteraktiv təlimi təmin edən yeni metodların hazırlanması, dərs vəsaitləri, dərsliklərin yazılması, müasir proqramların tərtib edilməsi;

-         Tədris prosesində və qeydiyyat sistemində informasiya texnologiyalarının tətbiqinin elmi-metodiki təminatının yaradılması;

-         Boloniya prosesinin tətbiqini təmin edən tədris-metodiki vəsaitlərin hazırlanması;

-         Avropa Kredit Transfer Sisteminin (AKTS) daha da təkmilləşdirilməsi;

-         Ali təhsilin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi;

-         Ömür boyu təhsil almaq üçün mühit və şəraitin formalaşdırılması;

-         Fakültənin davamlı inkişafının təmin edilməsi;

-         Fakültənin işində tələbələrin geniş iştirakının təmin olunması;

-         Fakültənin beynəlxalq təhsil məkanına inteqrasiyasının daha da  sürətləndirilməsi və təhsil sisteminin beynəlxalq tələblərə cavab verən tədris sənədləri ilə təmin edilməsi;

-         Beynəlxalq tələblərə cavab verən qiymətləndirmə və nəzarət mexanizminin inkişaf etdirilməsi;

-         Fakültədə elmi sahədə mövcud olan kadr potensialını, o cümlədən elmi-tədqiqat işləri ilə məşğul olan mütəxəssis və eləcə də elmdə peşəkar idarəçilik funksiyalarını həyata keçirməyə qadir kadrların hazırlanması;

-         Elmi informasiya təminatının gücləndirilməsi;

-         Fakültədə elmi potensialın ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəldilməsi;

-         Fakültədə müasir tələblərə cavab verən, cəmiyyətin gözləntiləri və əmək bazarının ehtiyaclarına uyğun kadr potensialının formalaşdırması və inkişaf etdirilməsi;

-         Fakültənin elmi-pedaqoji potensialından səmərəli istifadənin təmin edilməsi;

-         Təhsilin məzmununu müasirləşdirmək üçün maddi-texniki baza təminatının yaradılması;

-         dünya təcrübəsinə və Bolonya Bəyannaməsinin prinsiplərinə uyğun yeni ixtisas təsnifatının hazırlanması;

-         Təhsil sisteminin peşəkar kadrlarla təmin olunması;

 

Filologiya  fakültəsinin 2021-2026-cı illər üçün

Strateji İnkişaf Planı

Tədbirin adı

Əsas icraçılar

 

Nəticə indikatoru

İcra müddəti

1.

Tədris prosesinin strateji inkişafı

Dekan,

Dekan müavini, tyutor, metodist, Kafedralar

Fakültə nəzdindəki kafedraların Strateji İnkişaf Planının işlənib hazırlanması; Keyfiyyətin təminatı üzrə strateji məqsədlər; Boloniya prosesinin tətbiqinin dərinləşməsi; Yeni təhsil proqramlarının tətbiqi; Ömürboyu təhsilin inkişafı; Mütəxəssis hazırlığı üzrə islahatların dərinləşməsi; Dil hazırlığı + mütəxəssis hazırlığı

Təhsil proqramları üzrə dərsliklərin, dərs vəsaitlərinin və metodik işlərin yazılması; Bir növbəli tədrisə keçmək üçün strateji addımların atılması; Fakültənin elektron idarə olunması planının hazırlanması.

İl boyu

2.

Elmi-tədqiqat işləri prosesinin strateji inkişafı

Dekan,

Dekan müavini, tyutor, metodist, Kafedralar

Xarici ölkələrin elmi idarə olunması təcrübəsinin öyrənilməsi və tətbiqi; Elmi-tədqiqatda plagiat hallarının aradan qaldırılması; Tətbiqi elmi tədqiqatların genişləndirilməsi; Aktual mövzulara həsr edilmiş Beynəlxalq/Respublika konfranslarının, simpoziumlarda iştirakın təşkil olunması; Xarici ölkələrdə elmi əsərlərin nəşrinin genişləndirilməsi, xüsusilə, İMPAKT faktorlu jurnallarda nəşr işlərinin həcminin artırılması; Tələbə elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi; Elmi tədqiqatların səmərəliliyinin,  akademik səviyyəsinin  artırılması; Elmi işçilərin müəyyənləşdirilmiş qaydada müntəzəm olaraq attestasiyasının keçirilməsində obyektivliyin təmin edilməsi, elmi işçilərin fərdi qaydada hesabatlarının dinlənilməsi və dəyərləndirilməsi; Dünya elminin inkişafı kontekstində Azərbaycan elminin problem və vəzifələrinin öyrənilməsi;

Fakültədə müdafiə olunan buraxılış işlərinin mövzu və məzmununun müasir elmin inkişaf istiqamətlərinə uyğunluğunun təmin edilməsi.

İl boyu

3.

Beynəlxaql əlaqələr prosesinin strateji inkişafı

Dekan,

Dekan müavini, tyutor, metodist, Kafedralar

Tədris planlarının və fənlərin həm məzmun, həm də forma cəhətdən Avropa Ali Təhsil Məkanında qəbul edilmiş kvalifikasiyalar çərçivəsinə uyğunlaşdırılması; Akademik proseslərdə və idarəetmədə keyfiyyətin təminatını gücləndirmək məqsədi ilə yeni prosedurların işlənib hazırlanması; Fakültənin universitetdaxili reytinqlərdə iştirakının gücləndirilməsi; Beynəlxalq layihələrin yerinə yetirilməsi və beynəlxalq tələbə mübadiləsinin həyata keçirilməsi üçün müvafiq maddi-texniki baza, infrastruktur və resursların təmin edilməsi

İl boyu

4.

Humanitar və sosial sahənin strateji inkişafı

Dekan,

Dekan müavini, tyutor, metodist

İşçilərin əməyinin stimullaşdırılması

İşçilərin konstitusion hüquqlarının qorunması və strategiyasının müəyyən edilməsi

İşçilərin əmək şəraitinin yaxşılaşdırılması strategiyası

İşçilərin sosial müdafiəsinin gücləndirilməsinin təşkili strategiyası

İşçi və tələbələrin ideya və mənəvi-estetik tərbiyəsinin strategiyası

Tələbə  Gənclər  Təşkilatının fəaliyyətində tələbələrin iştirakının daha da genişləndirilməsi

Fakültə Tələbə Həmkarlar ittifaqının fəaliyyətinin səmərəliliyinin artırılması

İl boyu

5.

Maddi-texniki təminat və infrastruktur üzrə strateji inkişafı

Dekan,

Dekan müavini, tyutor

Auditoriyaların müasir texniki vəsitələrlə təchizinin artırılması; Tələbə özünüidarə etmə sisteminin strateji inkişafı

İl boyu

 

 

Nəticə

Filologiya fakültəsi 2021-2026-cı illər üçün Strateji İnkişaf Planına əsasən bütün istiqamətlər üzrə tədrisin effektiv olması üçün daha diqqətli olmağı, tədqiqat işlərinin daha səmərəli aparılmasını, öz işçi personalının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün öz səylərini daim artırmağı düşünür. Fakültə eyni zamanda bu sənəddə qarşısına qoyduğu məsələlərin həllini tapmaq üçün bütün səylərinin artırılmasını, veriləcək qərarların geniş müzakirəsini təmin etmək, eləcə də inkişafa nail olmaq üçün birgə fəaliyyət göstərməyi qarşısına məqsəd qoyur.

Ümumilikdə, fakültə gələcək beş il üçün təhsilin bakalavriat səviyyəsinin təşviqini və işkişafını daha da sürətləndirməyi qarşısına hədəf qoyur. Xüsusən, fakültənin elmi potensialının daha da gücləndirilməsi üçün auditoriyaların genişləndirilməsini, müəllim və tələbələrin dərsdən kənar çalışmaq və asudə vaxtlarının daha da səmərəli təşkil olunması üçün mühitin formalaşdırılmasını, bakalavriat səviyyəsində dövlət təhsil standartlarına müvafiq təhsil proqramları və tədris planları yenidən hazırlanmasını, təlim-tərbiyənin məzmununun təhsil alanların imkanlarına uyğun dövlətin, ictimaiyyətin və şəxsin tələbatı əsasında qurulmasını, eləcə də davamlı inkişaf modelinə uyğun fakültə formalaşdırmağı qarşısına məqsəd qoyur.