1. Avropa dilləri kafedrası haqqında məlumat:
Azərbaycan Dillər Universitetinin strukturunda aparılan islahatlar nəticəsində formalaşan Avropa dilləri kafedrası zəngin tarixi ənənəyə malikdir. Bu kafedranın əsası 1975-ci ildən fəaliyyət göstərən Praktik alman, Praktik ingilis və Praktik fransız dilləri kafedralarının birləşdirilməsi ilə qoyulmuşdur. ADU rektorunun 10 oktyabr 2012-ci il tarixli (Protokol №2) 109 saylı əmrinə əsasən bu kafedralar birləşdirilərək II Xarici dil kafedrası yaradılmışdır.
Daha sonra, 27 fevral 2013-cü il tarixli 31 saylı əmrlə kafedra Filologiya və Jurnalistika fakültəsinə təhkim edilmiş, 13 sentyabr 2013-cü il tarixli 1/215 saylı əmrlə isə Rus dili fənni də II Xarici dillər kafedrasının dərs yükünə daxil edilmişdir. Həmin dövrdə kafedraya professor Şaban Həsən oğlu Şabanov rəhbərlik etmişdir.
2017-ci il 30 iyun tarixində ADU-nun Elmi Şurasının qərarı ilə (Protokol №10, əmr 1/290) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin nəzdində fəaliyyət göstərən “Xarici dillər” kafedrasının bir neçə müəlliminin Filologiya və Jurnalistika fakültəsinin nəzdindəki Xarici dillər kafedrasına köçürülməsi ilə daha mütəşəkkil bir struktur yaradılmışdır. Bu dövrdə də, kafedraya professor Ş.H.Şabanov rəhbərlik etmişdir.
Daha sonra 21 noyabr 2023-cü il tarixli və №1441 saylı əmrlə kafedranın müdiri vəzifəsini filologiya üzrə fəlsəfə doktoru, dosent Naibə Elxan qızı Camalzadə icra etmişdir.
Nəhayət, 2024/2025-ci tədris ili üçün həyata keçirilən struktur dəyişikliklərinə əsasən, 5 sentyabr 2024-cü il, №79 saylı əmrlə Xarici dillər kafedrasının adı “Avropa dilləri kafedrası” olaraq dəyişdirilmişdir. 25 dekabr 2024-cü il tarixli №574 saylı əmrə əsasən Avropa dilləri kafedrasının müdiri vəzifəsinə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmsinur Veysəl qızı Aslanova təyin edilmişdir. Hal-hazırda kafedra müdiri vəzifəsini fil.f.d., dos. Ş.V.Aslanova icra edir.
2. Kaferanın profil üzrə istiqamətləri:
Kafedranın tədris yönümü və istiqamətləri bakalavr səviyyəsində müvafiq dərsliklər əsasında ingilis, alman, fransız dillərinin normativ qrammatikasını danışıq üçün kifayət edən lüğət minimumunu öyrətmək, eləcə də nitq fəalliyyətinin növlərindən (oxu, yazı, eşidib – dinlənmə və danışıq) bacarıq və vərdişlərini aşılamaq, magistratura səviyyəsində isə bakalavrriaturada qazanılmış bilikləri, mənimsənilmiş vərdiş və bacarıqları elmi-nəzəri tətbiqə yönəltməkdir.
3. Kafedranın əsas məqsəd və vəzifələri
Avropa dillləri kafedrasının əsas və başlıca məqsədi tələbələrə alman, ingilis və fransız dillərini öyrətmək və onların dili öyrənilən ölkələrin mədəniyyətinə yiyələnməklə yanaşı, bu 3 dilin bütün aspektlərini, danışıq, dinləmə və anlama, oxu və yazı kimi nitq fəaliyyət növlərini inkişaf etdirməkdən ibarətdir. Bundan əlavə kafedranın əməkdaşları alman, ingilis və fransız dillərinin öyrənilməsi və öyrədilməsində yeni informasiya texnologiyalarından (kompyuter, internet) istifadə etməklə tələbələrə yiyələndikləri biliklərin tətbiqində istiqamətləndirici işlər aparmaqla köməklik göstərirlər. Avropa dilləri kafedrasının məqsəd və vəzifəsi yüksək peşəkarlığa malik mütəxəssis yetişdirməkdir. Kafedra müdiri, professor və təcrübəli müəllim heyəti açıq və nümunəvi (masterklas) dərslər keçirir, gənc müəllimlərə tədris istiqamətində mühüm məsləhət və tövsiyələr verirlər.
4. Kafedranın elmi fəaliyyəti:
Kafedra əməkdaşlarının 2024-2025-ci tədris ili ərzində çap olunmuş elmi əsərlərinin sayı.
1. fil.f.d., dos. k.m. Camalzadə Naibə Elxan qızı - 1 tezis
2. fil.f.d., dos. Hacıyeva Həqiqət Aslan qızı - 2 məqalə
3. fil.f.d., b/m Abdullayeva Aygün Vaqif qızı - 1 tezis, 1 dərs vəsaiti
4. b/m. Əmirova Fatma Məhərrəm qızı – 1 tezis
5. b/m. Quliyeva Səadət İsmayıl qızı - 2 tezis
6. fil.f.d., dos Seyidova Aytən Samir qızı- 2 tezis
7. fil.f.d.,dos Əliyeva Günay Hadı qızı – 1 məqalə
8. fil.f.d., b/m Babayeva Vüsalə Əbülfəz qızı- 1 məqalə, 1 tezis
9. fil.f.d., dos. Səlimova Fidan Samir qızı- 1 məqalə, 1 tezis
10. fil.f.d. b/m.Eyvazlı Günel İmran qızı -4 tezis, 5 məqalə
11. fil.f.d, b/m Hacıyeva Leyla Eldar qızı- 1 məqalə, 2 tezis
12. b/m. Nuriyeva Təranə Ələsgər qızı- 1 dərs vəsaiti
13. b/m. Babayeva Rəhimə Cümşüd qızı- 1 tezis
14. b/m Baxışova Elvina Füzuli qızı - 2 məqalə, 5 tezis
15. b/m Abuzərli Sevda Zakir qızı- 3 tezis
16. b/m Əliyeva Aynur Abdulla qızı- 1 məqalə
17. b/ m. Mirzəyeva İntizar Qəhrəman qızı – 1 tezis
5. Kafedranın yerli və beynəlxalq əlaqələri:
Avropa dilləri kafedası universitet daxilində digər kafedralarla elmi-metodiki əməkdaşlıq edir. Birgə tədbirlər, tədris təcrübəsi mübadiləsi və fənlərarası inteqrasiyaya yönəlik fəaliyyətlər həyata keçirir. Kafedra 2024-2025-ci tədris ilində digər kafedralarla əməkdaşlıq fonunda aşağıdakı tədbirləri həyata keçirmişdir.
a) Azərbaycan Dillər Universitetinin Avropa dilləri kafedrasının təşəbbüsü ilə fakültənin digər əməkdaş kafedraları- Alman dilinin fonetikası və qrammatikası, Xarici ölkələr ədəbiyyatı, İngilis dilinin üslubiyyatı, Azərbayca Ədəbiyyatı, Azərbaycan dilçiyili, Xarici dillərin tədrisi metodikası və Ümumi dilçilik kafedrasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə - Təbiətin harayı” adlı tədbir keçirilib.
Tədbirdə universitetin tələbələri Alvina Həsənova, Zərifə Nəcəfli, Zöhrə Nəbiyeva, Nəzrin Hüseyinli, Jalə Ağayeva, Fidan Əlizadə təbiət ünsürləri adından bəşəriyyətə müraciət ediblər.
Videoçarx müşaəti ilə bədii kompazisiya nümayiş olunub.
Tədbirin bədii hissəsindən sonra tədbir iştirakçıları və müəllimlər COP 29 ili ilə əlaqədar yaşıl dünya naminə universitetin həyətində bir neçə ağac əkdilər.
b) 16 yanvar 2025-ci ildə Avropa dilləri və Təhsildə Xarici dillər kafedrasının əməkdaşlıq fonunda birgə iclası təşkil olunmuşdur. İclasda hər iki kafedranının müdirləri və əməkdaşlarından başqa, Filologiya fakültəsinin dekanı prof. H.Ə.Əliyeva və dekan müavini b.m H.İ.Nəzərova həmçinin, Elm şöbəsinin müdiri Sevda İmanova da iştirak etmişdirlər. İclasda elmi tədqiqat işlərinin yeni istiqamətləri müzakirə olunmuşdur.
6. Kafedranın tələbə elmi cəmiyyəti üzrə fəaliyyəti:
Öncəki tədris illərin Avropa dilləri kafedrasında Tələbə Elmi Cəmiyyəti (TEC) xətti üzrə fəaliyyətlər həyata keçirilmişdir. Cari (2024/2025-ci) tədris ilində TEC fəaliyyəti təşkil olunmamışdır. Növbəti tədris ili üçün TEC xətti üzrə fəaliyyətin bərpası planlaşdırılır.
7. Kafedrada tədris olunan fənlər:
Bakalavr pilləsi üzrə:
a) İxtisas fənn bloku:
1. Öyrənilən əsas dil -1
2. Öyrənilən əsas dil -2
3. Öyrənilən əsas dil -3
4. Öyrənilən əsas dil -4
5. Öyrənilən əsas dil -5
6. Öyrənilən əsas dil -6
b) Ümumi fənn bloku:
1) Xarici dildə işgüzar və akademik kommunikasiya-1 (alman, ingilis, fransız)
2) Xarici dildə işgüzar və akademik kommunikasiya-2 (alman,ingilis, fransız )
3) Xarici dildə işgüzar və akademik kommunikasiya-3 (alman, ingilis, fransız)
Magistr pilləsi üzrə:
1) Xarici dil (İngilis dili)
2) Xarici dil (Alman dili)
3) Xarici dil (Fransiz dili)
Kafedranın müəllim professor heyəti:
|
Sıra nömrəsi |
Ad, ata adı, soyad |
ştat |
|
1. |
fil.f.d., dos. Şəmsinur Veysəl qızı Aslanova ( kafedra müdiri) |
0.5 |
|
2. |
P.e.d.,prof.DilarəƏbdül qızı İsmayılova (məsləhətçi prof.) |
|
|
3. |
fil.f.d., dos. Naibə Elxan qızı Camalzadə |
0.5 |
|
4. |
fil.f.d., dos. Şaban Həsən oğlu Şabanov |
1 |
|
5. |
fil.f.d., dos. Həqiqət Aslan qızı Hacıyeva |
0.5 |
|
6. |
fil.f.d., dos Aygün Vaqif qızı Abdullayeva |
1 |
|
7. |
fil.f.d., dos Aytən Samir qızı Seyidova |
1 |
|
8. |
fil.f.d.,dos. Fidan Samir qızı Səlimova |
1 |
|
9. |
fil.f.d.,dos. Günay Hadı qızı Əliyeva |
0.5 |
|
10. |
fil.f.d., dos Günel İmran qızı Eyvazlı |
0.5 |
|
11. |
fil.f.d.,dos Vüsalə Əbülfəz qızı Babayeva |
0.5 |
|
12. |
fil.f.d. dos Leyla Eldar qızı Hacıyeva |
1 |
|
13. |
fil.f.d., dos. Firuzə Firudin qızı Köçərli |
0.75 |
|
14. |
b/m. Fatma Məhərrəm qızı Əmirova |
1 |
|
15. |
b/m. Səadət İsmayıl qızı Quliyeva |
1 |
|
16. |
b/m. Təranə Ələsgər qızı Nuriyeva |
1 |
|
17. |
b/m. Rəhimə Cümşüd qızı Babayeva |
0.5 |
|
18. |
b/m Elvina Füzuli qızı Baxışova |
1 |
|
19. |
b/m Sevda Zakir qızı Abuzərli |
1 |
|
20. |
b/m Aynur Abdulla qızı Əliyeva |
0.5 |
|
21. |
b/m Arzu Rafiq qızı Niftəliyeva |
0.5 |
|
22. |
b/m. Sədayə Zahid qızı Əliyeva |
0.5 |
|
23. |
b/m. Cəvahir Vilayət qızı Hacıyeva |
1 |
|
24. |
b/m. İntizar Qəhrəman qızı Mirzəyeva |
0.5 |
|
25. |
b/m. Aybəniz Cümşüd qızı Rəfiyeva |
0.75 |
|
26. |
b/m. Təranə Məmməd qızı Məmmədova |
0.75 |
|
27. |
b/m Hüriyyə İsrafil qızı Nəzərova |
0,5 |
|
28. |
m. Günay Arif qızı Mirzəyeva |
0.5 |
|
29. |
m. Gülmina Fərman qızı Zeynalova (sosial məzuniyyət) |
0.5 |
|
30 |
m. Lalə Səmədiyyə qızı Məlikova (sosial məzuniyyət) |
0.5 |
|
31. |
Bas Laborant Şəlalə İlyas qızı Əliyeva |
1 |
|
32. |
Laborant Südabə İlyas qızı Bayramova |
1 |
|
33. |
Baş laborant Atəkin Nizami qızı Abbasova |
1 |
Kafedra müdiri : fil.f.d., dos. Ş.V.Aslanova