AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
AZƏRBAYCAN DİLÇİLİYİ KAFEDRASI
E-mail ünvanı: [email protected]
I. Kafedra haqqında məlumat
1948-ci ildə təşkil olunmuş Azərbaycan Pedaqoji Xarici Dillər İnsitututu nəzdində Azərbaycan dilçiliyi kafedrası yaradılmış və dosent İsmayıl Rəsul oğlu Əfəndiyev kafedraya müdir təyin olunmuşdur. 1966-cı ildən kafedranın bazasında “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan dilinin tədrisi metodikası”və “Müasir Azərbaycan dili” kafedraları təşkil olunmuşdur.
2017-ci ildə ADU-nun rektorunun 08.08.2017-ci il tarixli 1/290 saylı əmrinə əsasən “Azərbaycan dili və ədəbiyyatı” kafedrası iki müstəqil kafedraya ayrılmışdır.“Azərbaycan dilçiliyi” kafedrasına prof.Adil Məhəmməd oğlu Babayev müdir təyin edilmişdir. Kafedranın müəllimləri sırasında akademik Kamal Abdullayev, professor Məmməd Qasımov, professor Firəngiz Ağayeva, professor Adil Babayev, professor Yaqub Kərimov, professor İkram Qasımov, dosent Kamal Hacıyev, dosent Fazil Əhmədov kimi Azərbaycan dilçiliyi sahəsində tanınmış mütəxəssislər var. Müxtəlif vaxtlarda Azərbaycan dilçiliyi kafedrasına professor Firəngiz Ağayeva, professor Məmməd Qasımov, akademik Kamal Abdullayev, professor Adil Babayev rəhbərlik etmişlər. Hal-hazırda “Azərbaycan dilçiliyi” kafedrasının müdiri dosent Fərəh Hüseyn qızı Niftəliyevadır.
II. Kafedranın profil üzrə istiqamətləri: Azərbaycan dilçiliyi və Jurnalistika ixtisası üzrə
III. Kafedranın əsas məqsəd və vəzifələri:
-Azərbaycan dilinin nəzəri və praktik səviyyədə, elmi əsaslarla tədrisi, tədris proqramlarının müasir tələblərə uyğun formalaşdırılması
-bakalavr və magistr pilləsində Azərbaycan dili və Azərbaycan dilinin tədrisi metodikası sahəsində ixtisaslaşan tələbələrin elmi pedaqoji hazırlığı
-kadr potesialını yüksəltməklə yeni işçiləri əməkdaşlığa cəlb etmək, kadrların yüksək səviyyədə hazırlanmasını təmin etmək
IV. Kafedranın elmi fəaliyyəti:
Kafedranın əməkdaşları dilçiliyin müxtəlif sahələrinin aktual məsələlərinə həsr olunmuş elmi-tədqiqat işləri aparır. Bu araşdırmalar Azərbaycan dilçiliyinin qrammatikası, terminologiyası, onomologiyası, peşə-sənət
və dissertantura təhsili həyata keçirilir. Hazırda fəlsəfə doktoru leksikası, frazeologiyası, üslubiyyatı, nitq mədəniyyəti, Azərbaycan dilçiliyinin tarixi, Azərbaycan yazıçı və şairlərinin dilinin tədqiqinə həsr olunmuş və monoqrafiya, dərs vəsaiti kimi nəşr edilmişdir. Kafedranın professoru A.Babayevin ali məktəblər üçün 6 dərsliyi, 2 dərs vəsaiti, 6 monoqrafiyası nəşr edilmişdir ki, onlardan respublikanın ali məktəblərində əsas tədris resursları kimi istifadə olunur. Kafedranın baş müəllimi Səbinə Əliyevanın əcnəbilər üçün müxtəlif səviyyələr üzrə Azərbaycan dili dərsliyi təkcə respublikamızda deyil, ölkə xaricində də istifadə olunan metodik vəsaitdir.
Kafedra əməkdaşları respublikanın humanitar fənləri tədris edən bir çox universitetləri və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə mütəmadi əlaqə saxlayır.
Azərbaycan dilçiliyi kafedrasında tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq,tədris prosesinin səmərəliliyini yüksəltmək məqsədilə fənn proqramları nəşr olunur. Kadr hazırlığında peşəyönümlülüyə və sosial tələbata diqqətin artırılması, müasir informasiya texnologiyalarının tətbiqi ,təhsilin ümumi strateji hədəfləri, tərtib olunan proqramların təhsil sahəsində aparılan islahatlara uyğunlaşdırılması məqsədilə fənn proqramları yenilənir.Həmin proqramlar müasir təlimin məzmunundan irəli gələn meyarlar əsasında hazırlanır.
Kafedrada “Azərbaycan dili” (5706.01) ixtisası üzrə doktorantura üzrə doktorant, dissertant, elmlər doktoru üzrə doktorant, dissertant təhsil alır.
Dövlət dil siyasətinə dəstək olaraq, Azərbaycan dilçiliyi kafedrasında dil normalarının düzgün istifadəsi sahəsində metodik işlər aparılır.
Fəlsəfə doktoru proqramı üzrə doktorant:
1. Qurbanova Arzu Arif qızı (qiyabi) 02.03.2020-02.03.2024
2. İlyasova Jalə Rauf qızı (qiyabi) 02.09.2023-02.09.2027
3. Məlikova Nigar Ayaz qızı (əyani)-3\72 -04.10.2024
Fəlsəfə doktoru proqramı üzrə dissertant:
1. Məmmədova Könül Aydın qızı 02.03.2020-02.03.2024
2.Əkbərova Gülnar Vəzirxan qızı 02.04.2021-02.04.2025
3.Məmmədova Rəvanə İsmayıl qızı-3\72-04.10.2024
Elmlər doktoru proqramı üzrə doktorant:
1. Bayramov Ramil Əkbər oğlu 30.09.2022-30.09.2027
Elmlər doktoru proqramı üzrə dissertantlar:
1. Bədəlova Almaz İbrahim qızı 02.03.2020-02.03.2025
2. Cəfərova Afət Səlim qızı 30.09.2021-30.09.2026
(2024-2025-ci tədris ili üzrə)
1. 40-a yaxın еlmi məqalə yazılmışdır.
2. 25-ə yaxın müxtəlif təlimlərdə iştirak edilmişdir.
3. 20-ə yaxın proqram çap olunmuşdur.
4. 2 dərs vəsaiti nəşr olunub.
V. Kafedranın elmi fəaliyyəti kafedrada Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmalar həyata keçirilir. Azərbaycan dilinin tədrisi və tədris texnologiyalarının inkişafı interaktiv üsulların tətbiqi ilə bağlı işlər aparılır.
VI. Kafedranın müəllimləri tələbə elmi cəmiyyəti üzrə məqalələrin hazırlanmasında tələbələrə məsləhətlər verir.
VII. Kafedrada tədris olunan fənlər:
Universitetin bütün fakültələrində bakalavr səviyyəsində “Müasir Azərbaycan dili”, “Nitq mədəniyyəti”, “Azərbaycan dilində akademik və işgüzar kommunikasiya” fənləri tədris olunur. Magistratura səviyyəsində Azərbaycan dili və Azərbaycan dilinin tədrisi metodikası ixtisasları üzrə magistr hazırlığı həyata keçirilir. Kafedra müdiri və kafedranın təcrübəli müəllimləri müntəzəm olaraq müəllimlərin dərslərində iştirak edir, onlara lazımi məsləhətlər verir, elmi-metodiki yardım göstərirlər. İstər bakalavr, istərsə də magistr pilləsində tədrisin yüksək səviyyədə aparılması, müasir dövrün tələblərinə cavab verən mütəxəssislərin hazırlanması kafedranın fəaliyyətində əsas yer tutur. Kafedra universitetin digər kafedraları, xüsusilə “Ümumi dilçilik” və “Azərbaycan ədəbiyyatı” kafedraları ilə sıx əlaqə saxlayır.
Azərbaycan dili ixtisası üzrə:
Ali təhsilin bakalavriat pilləsi üzrə tədris olunan fənləri:
1. Müasir Azərbaycan dili-1, 2, 3, 4
2. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
3. Azərbaycan dili
4. Azərbaycan dili və onun xüsusi məktəblərdə tədrisi metodikası
5. Öyrənilən əsas dil-1, 2, 3, 4
6. Əski Azərbaycan yazısı
7. Fars dili-1
8. Fars dili-2
9. Azərbaycan dialektologiyası
10. Qədim dil
11. Üslubiyyat və ritorika
12. Ölkəşünaslıq
13. Dil tarixi
14. Azərbaycan dilinin tədrisi metodikası
15. İfadəli oxu
16. Türkologiyaya giriş
17. Frazeologiyanın üslubi imkanları
18. Nitq inkişafı metodikası
19. Azərbaycan dili dərslikləri və dərs vəsaitləri
20. Azərbaycan dilindən praktikum
Ali təhsilin magistratura pilləsi üzrə tədris olunan fənləri:
1. Azərbaycan dili sintaksisinin aktual problemləri
2. Kompüter dilçiliyi
3. Söz yaradıcılığı və morfologiyanın aktual problemləri
4. Bədii mətnin linqvistik təhlili
5. Azərbaycan dilçiliyində frazeologiya
6. Azərbaycan dilinin semantikası
7. Bədii mətnin təhlili metodikası
8. Yazı işinin təşkili metodikası
9. Dil normalarının tədrisi metodikasının əsasları
10. Akademik yazı və etika
11. Azərbaycan sosiolinqvistikası
12. Azərbaycan dilçiliyinin tarixi
13. Tətbiqi dilçilik və dil texnologiyaları
VIII. Kafedranın professor-müəllim heyəti haqqında:
Kafedranın 33 nəfər üzvü var. Kafedrada bir nəfər professor, 10 dosent, 3 filologiya üzrə fəlsəfə doktoru, 10 nəfər baş müəllim, 9 nəfər müəllim, 1 baş laborant və 3 laborant çalışır.
|
N |
Müəllimlərin soyadı, adı, atasının adı |
Ştat |
|
|
1. |
fil.e.d, məsləhətçi professor Adil Məhəmməd oğlu Babayev |
|
|
|
2. |
fil.f.d., dos. Fərəh Hüseyn qızı Niftəliyeva |
0.5 |
|
|
3. |
fil.f.d., dos. Səidə Məmmədağa qızı Qafarova |
1 |
|
|
4. |
fil.f.d., dos. Əqidə Fətulla qızı Axundova |
0.5 |
|
|
5. |
fil.f.d., dos. Sofiya Fuad qızı Mirzəyeva |
1 |
|
|
6. |
fil.f.d., dos. Sevinc Qüdrət qızı Musayeva |
1 |
|
|
7. |
fil.f.d., dos. Sitarə Rəhim qızı Əliyeva |
1 |
|
|
8. |
fil.f.d., dos. Qətibə Balaəhməd qızı Rüstəmova |
0.25 |
|
|
9. |
fil.f.d., dos. Səidə Əkbər qızı Rüstəmova |
1 |
|
|
10. |
fil.f.d., dos. Yeganə Museyib qızı Hacıyeva |
1 |
|
|
11. |
fil.f.d., dos.Afət Səlim qızı Cəfərova |
1 |
|
|
12. |
fil.f.d. Nəzrin Samir qızı Əliyeva |
0.5 |
|
|
13. |
b/m.,fil.f.d. Ofelya Eldar qızı Babayeva |
0.5 |
|
|
14. |
b\m.fil.f.d. Almaz İbrahim qızı Bədəlova |
0.5 |
|
|
15. |
b\m. Səbinə Fehruz qızı Əliyeva |
1 |
|
|
16. |
b\m. Elnarə Vaqif qızı Yəhyayeva |
1 |
|
|
17. |
b\m. Rəna Nəriman qızı Kazımova |
1 |
|
|
18. |
b\m.Aynur Əmirxan qızı Sadıqova |
1 |
|
|
19. |
b\m. Aytac Mehman qızı Rüstəmli |
0.75 |
|
|
20. |
b/m. Kəmalə Əkbər qızı Məmmədova |
1 |
|
|
21. |
b\m. Günel Rüstəm qızı Ələkbərova |
0.5 |
|
|
22. |
b\m. Könül Aydın qızı Məmmədova |
0.75 |
|
|
23. |
m.Esmira Əbülfət qızı Məmmədova |
0.5 |
|
|
24. |
m. Aynur Aydın qızı Baxşəliyeva |
0.25 |
|
|
25. |
m. Şəhla Qəhrəman qızı Əliyeva |
0.5 |
|
|
26. |
m. Sərinə Fikrət qızı Rəhimova |
0.5 |
|
|
27. |
m. Aygün Ağaqulu qızı Qədimli |
0.5 |
|
|
28. |
m. Jalə Rauf qızı İlyasova |
0.5 |
|
|
29. |
m. Raphana Camal qızı İsaeva |
0.5 |
|
|
30. |
m. Fəridə Hafiz qızı Cəmilli (analıq məzuniyyəti) |
0.5 |
|
|
31. |
m.Günel Elxan qızı İsmayılova |
0.5 |
|
|
32. |
b/lab. Leyla Ruslan qızı Hüseynova |
1 |
|
|
33. |
lab. Laləxanım Nazim qızı Yaqubzadə |
1 |
|
|
34. |
lab. Günay Zülfi qızı Muradova (analıq məzuniyyəti) |
0.5 |
|
|
35. |
lab. Nigar Ayaz qızı Məlikova |
0.5 |
|