Kafedralar

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

AZƏRBAYCAN ƏDƏBİYYATI KAFEDRASI 

E-mail ünvanı: [email protected]

                           [email protected]

  1. Kafedra haqqında məlumat

Azərbaycan ədəbiyyatı kafedrası 2005-ci ilin noyabr ayından Azərbaycan Dillər Universitetində fəaliyyət göstərir. 2012-ci ildən isə Azərbaycan dilçiliyi kafedrası ilə birləşərək Azərbaycan dili və ədəbiyyatı kafedrası kimi işinə davam etmişdir. 2017-2018-ci tədris ilindən iki kafedranın ayrılması nəticəsində yeni yaranan Azərbaycan ədəbiyyatı kafedrasına akad. Muxtar Kazımoğlu İmanov rəhbərlik edir.

    II.            Kafedranın profil üzrə istiqamətləri: Azərbaycan ədəbiyyatı və Jurnalistika ixtisası üzrə

 

 III.            Kafedranın əsas məqsəd və vəzifələri:

- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş praktik, seminar və digər tip dərslərin müasir təhsil sisteminin tələblərinə uyğun şəkildə yüksək elmi-nəzəri səviyyədə aparılması;

- pedaqoji və istehsalat təcrübəsi, tələbələr tərəfindən sərbəst işlərin yerinə yetirilməsinə nəzarət edilməsi;

-  kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin işlənib hazırlanması, yenilənməsi və müvafiq qaydada təsdiq üçün təqdim olunması;

-  magistrlik işlərinə rəhbərlik edilməsi;

- elmi-pedaqoji və elmi kadrların, kafedra əməkdaşlarının və digər iddiaçıların (doktorant və dissertantların) dissertasiyalarının müzakirə edilib rəy verilməsi;

- tamamlanmış elmi-tədqiqat və elmi-metodik işlərin müzakirəsi, onlardan dərslərdə istifadə edilməsi;

- kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

- yeni işə başlayan gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda elmi-metodiki köməklik göstərilməsi;

- tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlərin, metodiki rəhbərlik və göstərişlərin, əyani vəsaitlərin hazırlanması;

- təhsilalanlar arasında tərbiyə işinin təşkili.

 IV.            Kafedranın elmi fəaliyyəti:

Fəlsəfə doktoru proqramı üzrə doktorant: İbişli Fidan Məmmədbağır qızı (qiyabi) 30.09.2021-30.09.2025   

Elmlər doktoru proqramı üzrə doktorant: Fətullayeva Vəfa Musa qızı (qiyabi) 25.01.2019-25.01.2024

Elmlər doktoru proqramı üzrə dissertantlar:

1.      Qəhrəmanov Səbuhi Adil oğlu 02.04.2021-02.04.2026 

2.      Mürşüdova Röya Məftun qızı 30.09.2021-30.09.2025 

3.      Mövlamova Mehriban Oqtay qızı 30.09.2022-30.09.2027 

 

 (2024-2025-ci tədris ili üzrə)

1. 40-a yaxın еlmi məqalə yazılmışdır.

2. 25-ə yaxın müxtəlif təlimlərdə iştirak edilmişdir.

 

 

    V.            Kafedra müəllimləri həm respublika, həm də beynəlxalq səviyyəli konfranslarda iştirak edir, müxtəlif mövzularda tezislər və məruzələr çap etdirirlər. 2024-2025-ci tədris ili üzrə 15-ə yaxın Respublika və Beynəlxalq elmi-nəzəri konfranslarda elmi məqalələrlə məruzə edilmişdir.

 

 VI.            Kafedranın Tələbə Elmi Cəmiyyəti üzrə fəaliyyəti: Mütəmadi olaraq hər tədris ilində tələbələrin Tələbə Elmi Cəmiyyətinə mövzularla müraciət edir.

 

VII. Kafedrada tədris olunan fənlər:

Kafedra müəllimlərinin tədris etdiyi fənlər, əsasən, ixtisasyönümlüdür (Azərbaycan ədəbiyyatı və Jurnalistika ixtisası üzrə) və həmin fənlərin tədrisində əsas məqsəd tələbələrə elmi-nəzəri və praktiki bilikləri aşılamaqdır. Azərbaycan ədəbiyyatı kafedrası üzrə tədris olunan fənlər ali məktəblərin həm bakalavriat, həm də magistratura səviyyələrində əsas fənlər sayılır və tədris planına xüsusi fənlər kimi daxil edilir.

Azərbaycan ədəbiyyatı ixtisası üzrə:

Ali təhsilin bakalavriat pilləsi üzrə tədris olunan fənləri:

1.      Azərbaycan ədəbiyyatı tarixi – 1, 2, 3

2.      Ölkə ədəbiyyatı tarixi – 1, 2, 3, 4

3.      XX əsr Azərbaycan ədəbiyyatı (1960-1980-ci illər)

4.      Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı

5.      Çağdaş Azərbaycan dramaturgiyası

6.      Ədəbiyyatşünaslığa giriş (Azərbaycan və rus bölməsi)

7.      Azərbaycan ədəbiyyatı (Azərbaycan və rus bölməsi)

8.      Şifahi xalq ədəbiyyatı

9.      Azərbaycan folklorşünaslığı

10.  XX əsr Azərbaycan ədəbiyyatında ədəbi-estetik cərəyanlar

11.  Ədəbi tənqid

12.  Azərbaycan və dünya xalqlarının nağılları

13.  Ədəbiyyatın tədrisi metodikası

14.  Azərbaycan uşaq ədəbiyyatı

Ali təhsilin magistratura pilləsi üzrə tədris olunan fənləri:

1.      Folklor və yazılı ədəbiyyat

2.      Nəsrdə psixologizm

3.      Ədəbiyyatda gülüş

4.      Ədəbiyyatşünaslıqda tədqiqat metodları

5.      Azərbaycan ədəbiyyatında tarixi roman janrı

6.      Ədəbiyyatda postmodernizm

7.      Ədəbi tənqid

8.      Ədəbi cərəyanların tədrisi metodikası

9.      Tədqiqat üsulları

10.  XX -XXI əsr kəsiyində bədii nəsr

11.  Divan ədəbiyyatının poetikası

12.  Azərbaycan folklorunun tədrisi metodikası

13.  Müasir Türkiyə ədəbiyyatı

 

Jurnalistika ixtisası üzrə:

Ali təhsilin bakalavriat pilləsi üzrə tədris olunan fənləri:

1.      Jurnalistikaya giriş

2.      Fuyuzat və Molla Nəsrəddin yolu

3.      Araşdırma jurnalistikası

4.      Azərbaycan jurnalistika tarixi-1

5.      Azərbaycan jurnalistika tarixi -2

6.      Beynəlxalq humanitar hüquq və jurnalistika

7.      Analitik jurnalistika

8.      İnformasiya janrları və xəbər jurnalistikası

9.      Print media istehsalı texnolologiyası

10.  Jurnalist etikası və kommunijasiya mədəniyyəti

11.  Jurnalistin nitq mədəniyyəti

12.  Radio jurnalistikası

13.  KİV-in dili və redaktənin əsasları

14.  TV jurnalistikası

15.  Xarici ölkələrin jurnalistika tarixi

16.  Media idarəçiliyi və menecment fəaliyyəti

17.  Multimedia və kommunikasiya texnologiyaları

18.  Beynəlxalq jurnalistika yeni media sistemində

19.  KİV-in hüquqi tənzimlənməsi

20.  Yeni media və kommunikasiya nəzəriyyələri

21.  Fotojurnalistika

22.  Mətnlərin düzgün tələffüz texnologiyası

23.  Ekran dramaturgiyası

24.  İnternet jurnalistikası

25.  Medianın müasir problemləri

26.  Televiziyada sənədli film

27.  Uşaq hüquqları və jurnalistika

28.  İdman jurnalistikası

29.  Konflikt jurnalistikası

30.  Onlayn jurnalistika

Ali təhsilin magistratura pilləsi üzrə tədris olunan fənləri:

1.      Dünya informasiya agentlikləri

2.      Beynəlxalq jurnalistika təşkilatları

3.      Diplomatik konsulluq xidməti və protokol

4.      Elektron media və data jurnalistikası

5.      XXI əsr çağırışları və jurnalistika

6.      Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri

 

 

VII.            Kafedranın professor-müəllim heyəti haqqında: Kafedrada üzrə 2024-2025-ci tədris ilində 23 müəllim fəaliyyət göstərir. Onlardan 13 nəfər tam ştat, 10 nəfər yarımştat, 1 nəfər baş laborant, 2 nəfər laborantdır.

 

2024-cü il yanvar ayında kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Aytən Abuzər qızı Hacıyevanın elmlər doktoru proqramı üzrə “XIX əsr Qarabağ ədəbi mühiti” adlı doktorluq dissertasiyasının müdafiəsi olmuş, 2025-ci ilin oktyabr ayında isə elmlər doktoru diplomunu almışdır.

 

m. Suğra Əkbər qızı Ələkbərli 18 mart 2025-ci il tarixində AMEA Folklor İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Müstəqillik dövrü Azərbaycan nəsrində psixologizm (2000-2010)” (Azərbaycan ədəbiyyatı – 5716.01) mövzusunda dissertasiya müdafiə etmişdir.

 

baş müəllim Nərgiz Çərkəz qızı Qurbanlı 15 aprel 2025-ci il tarixində AMEA  Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün – Müasir dövrdə Azərbaycan və türk dilləri arasında qarşılıqlı zənginləşmə prosesi - (Azərbaycan dili - 5706.01) mövzusunda dissertasiya müdafiə etmişdir.

Sıra nömrəsi

Ad, ata adı, soyad

ştat

1.

akad.  Muxtar  Kazım oğlu İmanov (kafedra mudiri)

0.5

2.

f.e.d., dos. Aytən Abuzər qızı Hacıyeva

1.0

3.

f.f.d., dos. Aytac Xalid qızı Zeynalova

1.0

4.

f.f.d., dos. Vəfa Surət qızı Kazımova

1.0

5.

fil.f.d.,dos. Vəfa  Musa qızı Fətullayeva

1.0

6.

f.f.d., dosent əvəzi  Röya Məftun qızı Mürşüdova

1.0

7

f.f.d., dosent əvəzi  Mehriban Oqtay qızı Mövlamova

1.0

8.

F.f.d., dosent əvəzi Nigar Çingiz qızı Məhərrəmova

1.0

9.

f.f.d., m. Aynurə Niyaz qızı Hüseynova

1.0

10.

b/m. Nərgiz Çərkəz qızı Qurbanlı

0.5

11.

b/m.Heyran Əflatun qızı Amanova

1.0

12.

m. Suğra Əkbər qızı Ələkbərli

0.5

13.

m. Fidan Məmmədbağır qızı İbişli (sosial məzuniyyət)

0.5

14.

m. Zülfiyyə Nuru  qızı Nağıyeva  (laborant)

1.0

15.

m. Səadət Mübariz qızı Bəşirova  (baş laborant)

1.0

16.

m. Günel Aydın  qızı Qəribova

1.0

17.

m. Ellada Əhəd qızı Əsədova

1.0

18.

m. Səadət Vəliyulla qızı Əliyeva (sosial məzuniyyət)

1.0

19.

m. Afət Paşa qızı Həbibova

1.0

20.

əvəzçi müəllim Aygün Tapdıq qızı Rəhimova

0.5

21.

əvəzçi müəllim Nərgiz Ehlam qızı Cavadzadə  (sosial məzuniyyət)

0.5

22.

 əvəzçi müəllim Ceyhun Səbahəddin oğlu Mustafayev

0.5

23.

 əvəzçi müəllim Xavər Eldar  qızı Zairova

0.5

24.

 Aygün Mirzəxan qızı Hüseynova (laborant)

1.0