Psixologiya kafedrası
Psixologiya kafedrası 10 sentyabr 1948-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun açıldığı tarixdən “Pedaqogika və psixologiya” adı ilə fəaliyyətə başlamış və kafedraya Surxay Həsən oğlu Hacıyev rəhbərlik etmişdir. 1959-cu ildən M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu adlandırılan ali təhsil müəsissəsinin Psixologiya kafedrasının müdiri 1962-1978-ci illərdə professor Fuad Əhməd oğlu İbrahimbəyov olmuşdur. 1978-2008-ci illərdə kafedraya psixologiya elmləri doktoru, professor Muxtar Əliş oğlu Həmzəyev, 2008-2012-ci illərdə Misgər Yolçu oğlu Məmmədov əvəzçiliklə rəhbərlik etmişdir. 2013-cü ildən 2018-ci ilədək kafedraya psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Qurbanalı oğlu Alıyev rəhbərlik etmişdir. Bir müddət kafedra müdiri vəzifəsini psixologiya üzrə fəlsəfə doktoru, dosent Əzim Əli oğlu Əliyev icra etmişdir. 2018-ci ildən indiyədək kafedraya psixologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Rasim qızı Babayeva rəhbərlik edir.
Kafedra Universitetdə peşə və ixtisas hazırlığı üzrə həm bakalavr, həm də magistratura pilləsində müxtəlif fənlərin tədrisini həyata keçirir. Kafedrada müxtəlif istiqamətlər üzrə aşağıdakı psixologiya fənləri tədris olunur: Psixologiya, Psixologiyanın əsasları, Pedaqoji psixologiya, Sosial psixologiya, Etnik psixologiya, İnkişaf və yaş psixologiyası, Uşaq psixologiyası, Şəxsiyyət və fəaliyyət psixologiyası, Ailə və gender psixologiyası, İdarəetmə psixologiyası, Psixi sağlamlıq, Eksperimental psixologiya, Siyasi psixologiya, Psixodiaqnostika və psixokonsultasiya, Psixofizologiya, Psixoanaliz, İlkin psixoloji yardım, Psixolinqvistika, Təhsildə sosial-psixoloji xidmətin tarixi və metodologiyası, Peşəseçmənin psixoloji məsələləri, Psixoloqun peşə etikası, Tədqiqat üsulları, Təhsildə sosial-psixoloji xidmətin müasir problemləri, Tərbiyə psioxlogiyası, Təhsilin sosial-psixoloji problemləri, İnkişaf pozuntuları, Psixoloji testləşdirmə, Məktəbdə psixoloji xidmətin xüsusiyyətləri.
Kafedra bütün fakültələrdə müvafiq semestrlər və kurslar üzrə psixologiya fənnini tədris edir. Kafedra həmçinin sosial psixologiya istiqaməti üzrə fəlsəfə və elmlər doktoru proqramı üzrə doktorant və dissertant hazırlayır.
Universitet daxilində tələbə və müəllim kollektivi arasında praktik psixologiyaya aid bilikləri təbliğ etmək, eləcə də universitetin təlim-tərbiyə prosesinin optimalaşdırılması üçün müsbət psixoloji iqlimin təmin edilməsi, tələbələrin və pedaqoji kollektivin psixoloji sağlamlığının möhkəmləndirilməsi işində onlara psixoloji xidmət göstərmək məqsədilə 2022-2023-cü tədris ilindən kafedranın nəzdində “ADU psixoloji xidmət mərkəzi” fəaliyyət göstərir, mərkəzə Ceyhunə Dəmirova rəhbərlik edir.
“ADU psixoloji xidmət mərkəzi”nin fəaliyyət istiqamətlərinə müxtəlif problemlər üzrə psixoloji yardım və konsultasiyaların keçirilməsi, özünüdərketmə və şəxsiyyətin inkişafı ilə bağlı təlimlərin keçirilməsi, psixodiaqnostika və psixokorreksiya işlərinin aparılması, aktual sosial problemlərə aid dəyirmi masa, görüş, seminar, konfrans və psixoloji debatların keçirilməsi, müxtəlif problemlərə aid (özünəinamsızlıq, utancaqlıq, özünəqapanma, fobiya və qorxular, tənhalıq, özünüdərketmə və s.) psixoloji yardım və treninqlərin keçirilməsi aiddir.
Kafedranın 1 professor, 4 dosent, 11 baş müəllim, 4 müəllim və 2 laborant olmaqla 22 nəfər əməkdaşı var.
2022-2023-cü tədris ilində
Təhsil 2 fakültəsi nəzdində Psixologiya kafedrasının əməkdaşlarının siyahısı
| Soyadı, adı, atasının adı | Vəzifə | Ştat |
Seyidov Səməd İsmayıl oğlu | professor | 0,5 | |
Alıyev Ceyhun Qurbanəli oğlu | dosent | 1 | |
Məmmədov Misgər Yolçu oğlu | baş müəllim | 0,5 | |
Quliyev Akif Əlihüseyn oğlu | dosent | 1 | |
Əliyev Əzim Əli oğlu | dosent | 0,5 | |
Babayeva Şəlalə Rasim qızı | dosent | 0,5 | |
İslamova Şəfəq İslam qızı | baş müəllim | 1 | |
İbrahimova Tahirə Təyyar qızı | baş müəllim | 1 | |
Zeynalova Heyran Məmməd qızı | baş müəllim | 1 | |
Babayeva Könül Əziz qızı | baş müəllim | 1 | |
Rizayeva Gülnarə Sadıx qızı | baş müəllim | 1 | |
Fərhatlı Satibə Əfəndi qızı | baş müəllim | 1 | |
Sadıxova Lalə Sabir qızı | baş müəllim | 1 | |
Haqverdiyeva Könül Məmməd qızı | müəllim | 1 | |
Dəmirova Ceyhunə Ceyhun qızı | müəllim | 1 | |
Şahməmmədova Şəfəq İsmayıl qızı | baş müəllim | 0,5 | |
Abbasova Gülnur Oqtay qızı | müəllim | 1 | |
Həsənova Mətanət Fariz qızı | baş müəllim | 1 | |
Əhmədova Nübar Nizami qızı | müəllim | 1 | |
Qubadova Əminə Sudef qızı | müəllim | 0,5 | |
Qocayeva Gülşən Malik qızı | laborant | 1 |
Kafedra müdiri: dos. Şəlalə Babayeva