TƏLİMDƏ İNNOVASİYALAR
Kafedra müdiri: f.e.d.,prof.Bayramova Aytən Məhəmməd qızı (10.09.2011-h/h)
e-mail: [email protected]
KAFEDRA HAQQINDA
Azərbaycan Dillər Univeritetinin Elmi Şurasının 01 iyul 2009-cu il tarixli iclasının 100 №-li qərarı ilə “Təlimdə innovasiyalar və əlavə təhsil” kafedrası yaradılmışdır. ADU-da aparılan struktur islahatlarının davamı olaraq, 03 dekabr 2013-cü il tarixdən (əmr №1/318) kafedra “Təlimdə innovasiyalar” adlandırılmışdır. 2009-2011-ci illərdə kafedraya dosent Şirəliyev Əmralı Şirəli oğlu rəhbərlik etmişdir. 10.09.2011- ci il tarixindən (1/188 saylı əmr) kafedraya filologiya üzrə elmlər doktoru, dosent Bayramova Aytən Məhəmməd qızı rəhbərlik edir.
Hal-hazırda “Təlimdə innovasiyalar” kafedrası Təhsil 2 fakültəsi nəzdində fəaliyyət göstərir.
MİSSİYA
Təhsil sistemində baş verən qlobal elmi-pedaqoji yenilikləri öyrənmək, innovasiyaları təlim-tədris prosesinə tətbiq etmək, respublikada ali və orta təhsilin inkişafına xidmət etmək.
ƏSAS DƏYƏRLƏR
Təlimdə innovasiyalar kafedrası öz missiyasını aşağıdakı dəyərlərə əsaslanaraq yerinə yetirir:
İnnovativlik - resurslardan istifadənin və pedaqoji fəaliyyətin səmərəliliyinin yüksəldilməsi üçün daim yenilikləri öyrənir və təcrübədə tətbiq edir;
Açıqlıq- yerli, regional və qlobal təşəbbüs və təcrübələrə çevik şəkildə qoşulur, müxtəlifliklərə və fərqli münasibətlərə tolerantlıq nümayiş etdirir;
Əməkdaşlıq - problemlərin həllində tərəfdaşlarla əməkdaşlıq edərək, öz qabiliyyətlərini reallaşdırmaq üçün yollar axtarır;
Yaradıcılıq- yaradıcı mövqedən yanaşaraq, qazanılan yeni bilikləri təcrübədə tətbiq edir.
TƏLİMDƏ İNNOVASİYALAR KAFEDRASININ MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
- Respublikanın elmi-pedaqoji tələbatlarını araşdırmaq və təhsil müəssisələrinə təlim-tədris fəaliyyəti sahəsində xidmət göstərmək;
- Pedaqoji innovasiyalar, elmi-pedaqoji tədqiqatlar sahəsində perspektiv istiqamətlərin hazırlanmasında yaxından iştirak etmək;
- Respublikanın pedaqoji kadrları, rəhbər işçiləri və aidiyyəti qurumlar üçün konfrans, seminar, vebinar, təlim və digər elmi-təşkilatı tədbirlər təşkil etmək;
- Xarici ölkələrdə fəaliyyət göstərən elmi-innovativ mərkəzlərlə koordinasiya və əməkdaşlıq əlaqələri yaratmaq;
- Təhsil sistemində innovativ proseslərin elmi-pedaqoji təminatı və respublikada ali və orta təhsilin yeniləşməsi və təkmilləşməsi (idarəetmə orqanlarının sifarişi ilə) fəaliyyətində yaxından iştirak etmək;
- Pedaqoji kadrları yerli və xarici ölkələrdə keçirilən innovativ layihə, proqramlara cəlb etmək.
KAFEDRANIN PROFESSOR-MÜƏLLİM HEYƏTİ
№ | Vəzifəsi, elmi dərəcəsi | Ad, soyad, atasının adı | Ştat |
kafedra müdiri, f.e.d., prof. | Bayramova Aytən Məhəmməd qızı | 0,5 ştat | |
f.f.d.,dos. | Məmmədova Bənövşə Güloğlan qızı | 0,5 ştat | |
f.f.d.,dos. | Qurbanova Sevil Elçin qızı | 1 ştat | |
p.f.d.,dos. əvəzi | Bağırova Vəfa Süleyman qızı | 1 ştat | |
p.f.d., dos. əvəzi | Hacıyeva Könül Xanlar qızı | 0,5 ştat | |
b/m. | Ağayeva Hüzurə Fazil qızı | 1 ştat | |
b/m. | Mönsümova Nailə İsmayıl qızı | 1 ştat | |
b/m. | Quliyeva Təranə Vəliyulla qızı | 1 ştat | |
b/m. | Cəfərov Mirsadiq Mircəfər oğlu | 1 ştat | |
b/m. | Rəhimov Anar Hafiz oğlu | 0,5 ştat | |
b/m. | Hacıyeva Gülnarə Çingiz qızı | 1 ştat | |
b/m. | Qurbanzadə Fatma Nazim qızı | 0,5 ştat | |
b/m. | İbrahimova Zarema Aslan qızı | 1 ştat | |
b/m. (müəllim əvəzi) | Yusifova Zeynəb Oktay qızı | 0,5 ştat | |
m. | Abbasova Türkan İbrahim qızı | 1 ştat | |
m. | İsayeva Nərminə Vahid qızı | 0,5 ştat | |
(müəllim əvəzi) | Xanlarova Ülkər Balahüseyn qızı | 0,5 ştat | |
m. | Əhmədova Ramilə İsfəndiyar qızı | 0,5 ştat | |
m. | Mehrəliyeva Günay Əlfi qızı | 0,5 ştat | |
m. | Məmmədova Vüsalə Sabit qızı | 0,5 ştat | |
m. | Səfərzadə Aysel Ənvər qızı | 0,5 ştat | |
m. | Rzayeva Lalə Möhübbət qızı | 0,5 ştat | |
m. | Mirişova Ellada Fəxrəddin qızı | 0,5 ştat | |
m. | Eyyubova Aygül İlham qızı | 0,5 ştat | |
m. | Səfərzadə Əminə Ənvər qızı | 0,5 ştat | |
m. | Səmədzadə Şahrun Nazim qızı | 0,5 ştat | |
b.lab. | Hüseynova Leyla Fərman qızı | 1 ştat | |
b.lab. | Abdulkərimli Zülqəddə Yusif qızı | 1 ştat |
XARİCDƏ TƏHSİL ALAN KAFEDRA ƏMƏKDAŞLARI
№ | Müəllimlərin soyadı, adı və atasının adı | Təhsil ocağı | Tarix |
1 | Hacıyeva Könül Xanlar qızı | Belçika, AntverpenUniversiteti “Erasmus Mundus BACKIS” proqramı üzrə doktorantura pilləsində təhsil | 2014-2016 |
2 | Rəhimov Anar Hafiz oğlu
| Norvec, Oslo Universiteti | 2010-2013 |
3 | Qurbanzadə Fatma Nazim qızı | İspaniya, “Universidad del Pais Vasco” universiteti,” The European Union’s Scholarships and Academic Cooperation” proqramı | 2014-2015 |
KAFEDRA ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN YERİNƏ YETİRİLƏN İNZİBATİ/ İCTİMAİ İŞLƏR
№ | Müəllimlərin soyadı, adı və atasının adı | Yerinə yetirilən ictimai işlər |
f.e.d., prof. Bayramova Aytən Məhəmməd qızı | Təlimdə innovasiyalar kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə ekspert şurasının üzvü
| |
p.f.d., dos. əvəzi Hacıyeva Könül Xanlar qızı | Dövlət İmtahan Mərkəzi, Dövlət dili və Xarici dillər şöbəsinin müdiri | |
f.f.d., dos.Məmmədova Bənövşə Güloğlan qızı | Tərcümə fakültəsinin dekanı | |
f.f.d., dos. Qurbanova Sevil Elçin qızı | Akademik yazı və oxu mərkəzinin baş mütəxəssisi | |
b/m. Qurbanzadə Fatma Nazim qızı | Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinin müdiri | |
b/m. Rəhimov Anar Hafiz oğlu | Xarici mərkəzlərlə iş bölməsinin müdiri |
KAFEDRADA TƏDRİS OLUNAN FƏNLƏR
Bakalavriat səviyyəsi:
№ | Fənlərin adı | Əsas | Seçmə |
Xarici dil bacarıqları | Ö |
| |
Akademik yazı və oxu | Ö |
| |
Funksional yazının tədrisi | Ö |
| |
Xarici dilin tədrisində informasiya-kommunikasiya texnologiyalarından istifadə | Ö |
| |
Öyrənmə vərdişləri | Ö |
| |
İbtidai siniflərdə ingilis dilinin tədrisi metodikası | Ö |
| |
Xarici dildə işguzar və akademik kommunikasiya | Ö |
| |
Xarici dilin tədrisində innovasiyalar |
| Ö | |
Dil, texnologiya və cəmiyyət |
| Ö | |
İngilis dilinin video vasitəsilə tədrisi |
| Ö | |
İngilis dilinin bədii ədəbiyyat vasitəsilə tədrisi |
| Ö | |
Analitik oxu və səmərəli yazı |
| Ö |
Magistratura səviyyəsi:
№ | Fənlərin adı | İxtisas | Əsas | Seçmə |
Kompüter linqvodidaktikası | İngilis dilinin tədrisi metodikası və metodologiyası | Ö |
| |
Təhsildə innovasiyalar | İngilis dilinin tədrisi metodikası və metodologiyası |
| Ö |
AKADEMİK YAZI VƏ OXU MƏRKƏZİ
ADU-nun 17 sentyabr 2009-cu il il tarixli 112 saylı əmrinə əsasən “Təlimdə innovasiyalar” kafedrasının nəzdində “Akademik yazı və oxu” mərkəzi fəaliyyət göstərir. Mərkəzə filologiya üzrə fəlsəfə doktoru, dosent Qurbanova Sevil Elçin qızı rəhbərlik edir.
Mərkəzin əsas vəzifələri:
- Mərkəzin fəaliyyətinin iş planını hazırlamaq;
- Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər təşkil etmək;
- Təlimlər təşkil etmək;
- Bakalavr, magistrant və eləcə də əməkdaşların mübadilə
proqramlarında iştirakı məqsədilə motivasiya, tövsiyə məktubları ilə təmin etmək;
- Müntəzəm olaraq tələbələrlə görüşlər təşkil etmək;
- Tələbələr arasında esse müsabiqələri təşkil etmək;
- Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun seminarlar təşkil etmək;
- Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq proqram, dərs vəsaitləri hazırlamaq;
- “Akademik yazıda plagiatın yaranma səbəbləri və aradan qaldırılması yolları” və digər aktual mövzulara dair “dəyirmi masa”lar təşkil etmək.
KAFEDRA TƏRƏFİNDƏN TƏŞKİL OLUNAN TƏLİMLƏR
- Akademik Yazı və Oxu -Academic Writing and Reading
- Tədris Bilik və Bacarıqları üzrə İmtahan -TKT (Teaching Knowledge Test) –Module 1 ,2,3
- İngilis Dilinin Orta Məktəbdə Tədrisi Sertifikatı-
CISELT (Certificate in Secondary English Language Teaching)
- IELTS beynəlxalq imtahanına hazırlıq – HOW TO TEACH IELTS
- Akademik məqsədlər üçün İngilis dili- EAP (English for Academic Purposes)
- İngilis dilinin tədrisində İKT- İCT in ELT
KAFEDRANIN ELMİ FƏALİYYƏTİ
Kafedranın professor-müəllim heyəti respublika və beynəlxalq səviyyəli konfrans, forum, seminar, vebinar və müzakirələrdə aktual mövzularla çıxış edir; tezis, məqalə, proqram, dərslik, dərs vəsaiti və monoqrafiyalar nəşr etdirir.
KAFEDRA ƏMƏKDAŞLARI ARASINDA DOKTORANT VƏ DİSSERTANTLAR
№ | Müəllimlərin soyadı, adı və atasının adı | Təhsilin növü | Təhkim olunduğu təhsil ocağı |
1 | Əhmədova Ramilə İsfəndiyar qızı | əyani doktorant | ADU, İngilis dilinin qrammatikası kafedrası |
2 | Mehrəliyeva Günay Əlfi qızı | əyani doktorant | ADU, İngilis dilinin qrammatikası kafedrası |
3 | İbrahimova Zarema Aslan qızı | əyani dissertant | ADU, Xarici dillərin tədrisi metodikası kafedrası |
4 | Qurbanova Sevil Elçin qızı | dissertant( elmlər doktoru proqramı üzrə) | ADU, Xarici dillərin tədrisi metodikası kafedrası |
5 | Ağayeva Hüzurə Fazil qızı | dissertant | ADU, Xarici dillərin tədrisi metodikası kafedrası |
6 | İsayeva Nərminə Vahid qızı | əyani doktorant | ADU, Xarici dillərin tədrisi metodikası kafedrası |
7 | Eyyubova Aygül İlham qızı | əyani doktorant | Odlar Yurdu Universiteti |
8 | Səfərzadə Aysel Ənvər qızı | dissertant | Xəzər Universiteti |
9 | Yusifova Zeynəb Oktay qızı | əyani doktorant | AMEA, Nəsimi adına Dilçilik İnstitutu |
10 | Rzayeva Lalə Möhübbət qızı | əyani doktorant | ADU, İngilis dilinin qrammatikası kafedrası |
11 | Xanlarova Ülkər Balahüseyn qızı | əyani doktorant | AMEA, Nəsimi adına Dilçilik İnstitutu |
12 | Səfərzadə Əminə Ənvər qızı | qiyabi doktorant | Xəzər Universiteti |
13 | Hacıyeva Könül Xanlar qızı | dissertant( elmlər doktoru proqramı üzrə) | ADU, Xarici dillərin tədrisi metodikası kafedrası |
14 | Məmmədova Vüsalə Sabit qızı | dissertant | ADU, Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası |
XARİCİ ƏLAQƏLƏR
“Təlimdə innovasiyalar” kafedrasının əməkdaşları tədrisin keyfiyyətini artırmaq məqsədilə Azərbayca Respublikası Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Müəllimlərin İşə Qəbulu Komissiyası, Azərbaycanda Britaniya Şurası və həmçinin Birləşmiş Krallığın Esseks və Qlazqo universitetləri, Rumıniyanın Piteşti Universiteti və Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlıq edir.
Ünvan: Təbriz küçəsi 81, Azərbaycan Dillər Universiteti, 2 saylı bina, 215-ci otaq
Əlaqə: (+99412) 564 22 47 (əlavə 218)
E-mail: [email protected]