Kafedralar

Kafedranın yaranma tarixi:

İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının

yaranma tarixi

ADU-nun rektoru  K. M. Abdullayevin  08.08.2017-ci il tarixli 1/290 saylı əmrə əsasən Təhsil fakültəsi nəzdində İngilis dilinin üslubiyyatı və İngilis dilinin leksikologiyası kafedralarının bazasında iki kafedra yaradılmış və İngilis dilinin leksikologiyası kafedrasının adı dəyişdirilərək Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı adlandırılmışdır.

01.11.2017-ci il tarixli, 139 saylı əmrə əsasən Azərbaycan Dillər Universitetində aparılan struktur dəyişikliklərinin davamı olaraq, Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı, Filologiya və Jurnalistika fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı  kafedralarında əməkdaşların sayının çox olması ilə əlaqədar olaraq Təhsil fakültəsinin bazasında yeni kafedra yaradılmış və kafedranın adı Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2  adlandırılmışdır.

12.12.2017-ci il tarixli, 1/577 saylı əmrə əsasən İngilis dilinin leksikologiyası və üslubiyyatı – 2 kafedrasına müdir vəzifəsi filologiya üzrə fəlsəfə doktoru, dosent Hüseynova Mehriban Əlihüseyn qızına həvalə edilmişdir.

Kafedranın missiyası:

- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya, praktiki, seminar və digər dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılması;

- kurs və diplom işlərinə (layihələrinə) istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;

- kurs imtahanlarının və məqbullarının keçirilməsi;

- dövlət imtahanlarının təşkili və keçirilməsi;

- təhsil alanlar arasında tərbiyə işinin təşkili;

- kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazıırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;

 - dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər və s. hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyata rəy verilməsi;

- elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;

- tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;

- kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

- respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, yeni işə başlayan və gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;

- tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;

-  elmi-pedaqoji və elmi kadrların;

- kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;

- qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-metodiki köməklik göstərilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;

- ali təhsil müəssisələrinin məzunları və bu kafedraların aspirant məzunları ilə daim əlaqənin təşkil edilməsi;

-  elmi biliklərin təbliğ edilməsi.

Kafedranın tərkibi:

07.11.2017-ci il tarixli 1/495 saylı əmrə əsasən ADU-da aparılan islahatların nəticəsi olaraq İngilis dilinin leksikologiyası və üslubiyyatı -2 kafedrasının professor-müəllim heyəti  göstərildiyi kimi təsdiqlənib.   

  1. dos. Hüseynova Mehriban Əlihüseyn  (kafedra müdiri)
  2. dos. Akbulatova Aminat Məhəmməd
  3. dos. Vəliyeva Məlahət Əkbər
  4. dos. Aslanova Zərinə Natiq
  5. f.f.d. Əliyeva Xəyalə Şahverdi
  6. f.f.d. Quliyeva Aynur Əfsər
  7. f.f.d. Səlimova Sevinc İbadulla
  8.  f.f.d. Tahirzadə Günay Elgiz
  9. f.f.d. Məhərrəmova Gülşən Akif
  10.  f.f.d. Qədimova Laila Sahib (analıq məzuniyyətində)  
  11.  b\m Abdullayeva Mehriban Akşay
  12.  b\m. Zeynalova Təranə Afət
  13.   b\m Xanbabayeva Dilarə Rəşid
  14.  b\m Məmmədova Səbinə Sumqayıt
  15.  b\m Hacızadə Mehriban Zeynal
  16.  b\m Mikayılova Azadə Ramazan
  17.  m. Səlimova Nərgiz Səməd
  18.  m. Süleymanova Günay Şakir
  19.   m. Məmmədli Məhbubə Oqtay  
  20.  m. Qarayeva Günay Qara
  21.  m. Hacıyeva Gülnarə Nazim
  22.  m. Cəfərova Ülkər Arif
  23.  m. Mirzəyeva Xuraman Rahib
  24.  m. Məmmədova Leyla Sadıx

 

 Laborantlar

  1. baş lab. Əliyeva Dürdanə Tofiq
  2. lab. Əliyeva Sübü Gülağa

 

Kafedrada tədris olunan fənlər:

  1. Xarici dil bacarıqları-1,  Xarici dil bacarıqları-2  (I kurs)
  2. Xarici dil bacarıqları-3,  Xarici dil bacarıqları -4 (II kurs)
  3. Yuxarı orta oxu və nitq (III kurs)
  4. Yüksək oxu və nitq (III kurs)
  5. İngilis dilinin leksikologiyası (III kurs)
  6. İngilis dilinin üslubiyyatı (III kurs)
  7. Akademik yazı və oxu  (IV kurs)

 

Seçmə fənlər

  1. İngilis dili KİV-də
  2. Danışıq üslubu mədəniyyəti (Culture with speech styles)

     3. İngilis ünsiyyət modelləri (Conversational English Models)

     4. İngilis dili debatlarla  (English in Debates)

5. İngilis dili danışıq vasitəsi ilə (İmprove your English through speaking)

6. Oxu strategiyaları (Strategic reading)

7. Kommunikativ üslubda nitq səlisliyi (Fluency activities in communicative style)

8. Ünsiyyət mərhələləri ( Communication stages)

Magistratura pilləsi üzrə:

 Dilşünaslıq (ingilis dili):

Dil və mədəniyyət

Hal-hazirda kafedrada 4 dosent, 6 filologiya üzrə fəlsəfə doktoru, 6 baş müəllim, 8 müəllim, 2 köməkçi heyət (laborant) vəzifəsində çalışan əməkdaşlar var, 1 nəfər müəllim analıq məzuniyyətindədir. 12 nəfər tam ştatda, 12 nəfər müəllim isə yarımştatda çalışır.

Kafedranın təşkil etdiyi təlimlər:

Kafedranın dosenti Məlahət Əkbər qızı Vəliyeva:

İngilis dili tədrisi üçün ingilis dili müəllimlərinə təlimlər:

1.26-31 yanvar, 2018-ci il,Hacıqabul rayonunda

2.9-14 fevral 2018- ci il, Şəmkir rayonunda – təşkil etmişdir.

Təhsil-2 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müəllimlərinin 2017-2022-ci illərdə nəşr olunmuş dərslik, dərs vəsaiti, metodik vəsait və proqramlarının siyahısı.

  •  

Hüseynova M.Ə., Yunusova G. X. English Stylistics, Bakı,  “Elm və təhsil” 2017, 300 səh.

Dərs vəsaiti

Hüseynova M.Ə., Yunusova G. X., Culture with speech styles, Bakı,“Elm və təhsil” 2017, 300 səh.

Aslanova Z.N. , Glossary of Stylistic and Rhetorical Terms, Bakı 2016, 146 səh.

Əliyeva X. Ş. İmprove your English through speaking, Bakı-2018, 134 s.

Əliyeva X. Ş Ingilis və Azərbaycan dillərində sintaktik konstruksiyaların transformasiyası, Bakı-2020, 193 s.

Quliyeva A.Ə., English proverbs and sayings (Upper İntermediate), Bakı, Elm və təhsil, 2018, 120 s.

Quliyeva A.Ə, Həndəsi metafor, Bakı-2022, 144 s.

  •  

Vəliyeva M. Ə. Явления морфемной интерференции в условиях Азербайджанско-английского билингвизма,  Баку-2018, 131стр.

  •  

Hüseynova M.Ə., Yunusova G. X., English Stylistics, Bakı 2018, 15 səh.

Hüseynova M.Ə., Yunusova G. X., Culture with speech styles, Bakı-2019, 19 səh.

Aslanova Z.N., İngilis dilində ünsiyyət modelləri, Bakı 2018, 30 səh.

Əliyeva X. Ş. İmprove your English through speaking, Bakı-2018, 26 səh.

Məhərrəmova G. A., Xarici dildə oxu və nitq (İngilis dili), Bakı-2020, 46səh.

Vəliyeva M. Ə., İngilis dili debatlarla, Bakı-2020  14 s.

Hacızadə M.Z., Məmmədova S. S., Steps to better communication, Bakı-2019, 11 s.

Zeynalova T. A., Strategic reading (Oxu strategiyaları), Bakı-2019, 23 s.

Mikayılova A. R., Fluency Activities in communicative style, Bakı-2019, 15 s.

        Təhsil-2 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müəllimlərinin 2017-2022-ci illərdə 168 məqaləsi, 45 tezisi nəşr olunmuşdur.

Indeksləşdirilmiş jurnallarda

Vəliyeva M. Ə., Religious Aspects of Bilingualism in Azerbaijan, Occasional Papers on Religion in Eastern Europe: USA, 2020

Səlimova N. S., British and American English and the position of slang in these languages, 2022

İmpakt Faktorlu beynəlxalq elmi jurnallarda

Quliyeva A. Ə., Bədii ifadə vasitəsi: eyham və növləri, Elmi iş, 1.518 Yüksək İmpakt Faktorlu beynəlxalq elmi jurnal №05/15, Bakı- 2021, Səh. 34-36

Quliyeva A. Ə., Həndəsi konsepsiyaların adlarının metaforizasiyası, “Elmi iş” İmpakt Faktorlu beynəlxalq elmi jurnal V Respublika Elmi Qaynaqlar Konfransının Materialları, 02 noyabr 2021 Səh. 25-30

Səlimova N. S., “Jarqon” və “arqo” anlayışları Azərbaycan leksikologiyasında, Elmi iş, İmpakt Faktorlu beynəlxalq elmi jurnal, 5 (15) Bakı-2021, Səh. 61-64

Hacızadə M. Z., Söz səviyyəsində praqmatik təhlilə dair, ”Elmi Iş” 1.518Yüksək İmpakt Faktorlu beynəlxalq elmi jurnal bazasında “Elmi Araşdırmalar və Yeniliklər tezislər toplusu, Bakı-2021.

Qəniyeva G. N. Müasir ingilis dilində determinativlər, Elmi iş, 1.518 Yüksək İmpakt Faktorlu jurnal 2021, səh. 79-84.

Süleymanova G. Ş. “Votsap mesencer mesajlarında dil üslublarının üslubi təhlili”, Elmi İş, İmpakt Faktorlu beynəlxalq elmi jurnal. 15,  № 11   Bakı 2021

s. 74-78                                                                              

Kafedranın dosenti Məlahət Vəliyeva 6-11 iyun 2022-ci il Erasmus + mübadilə proqramı çərçivəsində Polşanın Konin Tətbiqi Elmlər Universitetində İngilis dili üzrə Filologiya fakültəsinin tələbələrinə silsilə seminarlar keçmişdir.

Əlaqə : Kommutator – 012 564-06-41\52   daxili nömrə 127

E-mail: [email protected]