Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrası
Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrası 2017-ci ildə əvvəl mövcud olan II Xarici dillər kafedrasının bölünməsi nəticəsində yaradılmışdır. Onlardan biri Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici dillər kafedrası; digəri isə Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasıdır. Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri prof. Ş.H.Şabanov, Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri 2017ci ildən 2019-cu ilin mart ayına qədər dos. Y.M. Mürşüdov olmuşdur. Lakin dos. Y.M.Mürşüdov 21.03.2019-cu il tarixində vəfat etdiyi üçün onun işinə 1/235 № li əmrə əsasən xitam verilmişdir. 2019-cu ilin may ayının 24-ündən 1/218 № li əmrə əsasən kafedranın müdiri vəzifəsinə dos.S.S.Nuriyev seçilmişdir. Daha sonra dos. S.S.Nuriyevin Təhsil-2 fakültəsinə dekan seçilməsi ilə əlaqədar olaraq 1/9 № li əmrə əsasən 30.12.2019-cu il tarixindən kafedra müdiri vəzifəsinə dos.A.B.Sobor təyin edilmişdir.
Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının missiyası - ikinci xarici dil kimi Alman, Fransız, İngilis və Rus dilləri üzrə kadrların hazırlanması ilə məşğul olur. Bu fənnlərin öyrənilməsi gələcəkdə tələbələrin magistraturaya qəbul olmalarında, doktorant və dissertant kimi minimum imtahanlarının verilməsində və xarici ədəbiyyatdan istifadə edə bilmələrində tələbələrə kömək edir. Hazırki dövrdə bir xarici dili bilmək hər şeyi həll etmir. Odur ki, ikinci xarici dil kimi bu dillərdən birinin öyrənilməsi bakalavr pilləsini bitirən tələbələrə öz gələcək işlərini düzgün qurmaqda köməklik edir. Bunun üçün hər fənn üzrə yeni proqramlar, dərs vəsaitləri və dərsliklər hazırlanr ki, bu da xarici dillərin öyrənilməsini xeyli asanlaşdırmış olur. Tələbələrin bu dilləri dərindən mənimsəmələri üçün texniki vasitələrdən də geniş istifadə olunur.
Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının işi tədris, tədris-metodik, elmi-tədqiqat, təşkilat-metodik, tələbələrin təlim-tərbiyəsi istiqamətində kafedra iclasında təsdiq edilmiş plan əsasında həyata keçirilib. Bu işlərin yerinə yetirilməsi və kafedranın digər iş formaları bütün kafedra üzvlərinin iştirak etdiyi kafedra iclasında müzakirə olunur. Kafedra əməkdaşları mütəmadi olaraq həm respublika daxili, həm də xarici ölkələrdə təşkil olunan konfranslarda, ixtisasartırma təlimlərində fəal şəkildə iştirak edirlər, eyni zamanda yerli və xarici jurnallarda özlərinin elmi metodik əsərlərini çap etdirirlər. Kafedra müdir dos.Aidə Burzu qızı Soborun 3 elmi məqaləsi imparkt faktorlu jurnalda dərc olunub. Kafedra əməkdaşları Universitetdə fəaliyyət göstərən Amerikaşünaslıq, Germanistika, Rusiyaşünaslıq və Fransız dili və mədəniyyəti mərkəzləri ilə daima sıx əlaqədə olurlar.
Kafedra yarandığı vaxtdan etiabarən bir çox tədbirlər təşkil etmiş və kafedra əməkdaşları həmin tədbirlərdə fəal iştirak ediblər.
03.05.2018 – ci il tarixində Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasında Ulu Öndərimiz Heydər Əliyevin 95 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
22.05.2019- cu il tarixində Təhsil fakültəsi nəzdində Xarici dillər və Linqvokultrologiya kafedrasının birgə təşkil etdiyi “28 May – Respublika gününə” həsr edilmiş tədbir keçirilib.
26.09.2019- ci il tarixində- Azərbaycanda ilk dəfə Azərbaycan Dillər Universitetinin 2 saylı binasında Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri dos. S.S.Nuriyev tərəfindən Avropa dilləri gün təşkil edilmişdir.
20.12.2019-cu il tarixində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “31 dekabr Həmrəylik günü-Yeni il” adlı bayram tədbiri keçirilib.
16.01.2020-ci il tarxində Təhsil-2 və Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
21.02.2020-ci il tarixində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə ADU-nun tələbələrinin “Audiokitab” layihəsinin əməkdaşları ilə görüşü keçirilib.
10.05.2020-ci il tarixində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Afət Həşiminin 213 a qrupunun tələbələri ilə Ulu Öndər Heydər Əliyevin 97 illiyinə həsr olunmuş online dərsi keçirilib.
12.12.2020-ci il tarixində ADU-nun Təhsil-2 fakültəsi və fəaliyyət göstərdiyim Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə keçirilən “Ulu öndər Heydər Əliyevin anım günü” nə həsr olunmuş online dəyirmi masa keçirilib.
24.02.2021-ci il – ADU-nun Təhsil-1 və Təhsil-2 fakültələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqrımının il döbnümünə həsr edilmiş online dəyirmi masa keçirilib.
29.04.2021-ci il – ADU-nun Fransız dili və mədəniyyəti mərkəzinin müdiri Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının professoru “Əsgər Zeynalovun təşkilatçılığı ilə “Şuşa ziyalıları və Fransa” adlı online tədbirkeçirilib.
30.04.2021-ci il - Təhsil-2 fakültəsi nəzdində Xarici dillər və Psixologiya kafedrasının birgə təşkilatçılığı ilə dünyaşöhrətli nəzəriyyəçi Lütfi Zadənin 100 illiyinə həsr olunmuş elmi-praktik tədbir keçirilib.
26.05.2021 ci il – Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının “28 May – Respublika gününə” həsr olunmuş onlayn tədbir keçirilib.
03.11.2021-ci il tarixdə Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının professoru və Fransız dili və Mədəniyyəti, Frankafoniya Mərkəzinin müdiri Əsgər Zeynalov və Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib.
27.04.2022-ci il tarixində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının professoru və Fransız dili və Mədəniyyəti, Frankafoniya Mərkəzinin müdiri Əsgər Zeynalov və Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə “ Avropa poeziya gecəsi” adlı tədbir keçirilib.
Kafedra üzvləri
Ümumilikdə kafedrada 31 əməkdaş fəaliyyət göstərir: onlardan 13 nəfəri tam ştat, 13 nəfəri 0.5 ştat, 1 nəfəri 0.25 müəllim, 3 nəfəri 0.75 ştat baş müəllim, 1nəfər professor, 1nəfər baş laborant və 1 nəfər laborant vəzifəsində çalışır. Kafedra əməkdaşlarının 8 nəfəri dissertant, 1 nəfəri doktorantdır.
Sıra sayı | Soyadı, adı, ata adı | Dərəcə | Ştat | Vəzifə | |
---|---|---|---|---|---|
1 | Sobor Aidə Burzu qızı | Fil.f.d | 0.5 | Kaf. müdiri |
|
2 | Nuriyev Salman Süleyman oğlu | Fil.e.d | 0,5 | Dos. |
|
3 | Zeynalov Əsgər Məmməd oğlu | F.e.d | 0,5 | Prof. |
|
4 | Hüseynova Sevinc Ramiz qızı | P.f.d | 1 | Dos |
|
5 | Ağakişiyeva Arzu Meybulla qızı | Fil.f.d | 1 | Dos |
|
6 | Əliyeva Almaz Mirzəlabdin qızı | - | 0.5 | b/m | |
7 | Sadıqova Akifə Qəzənfər qızı | - | 1 | b/m |
|
8 | Rəhmanova Sevinc Nurağa qızı | - | 1 | b/m |
|
9 | Məmmədova Lətifə Məcid qızı | - | 0,5 | b/m |
|
10 | Qəhrəmanova Səyyarə Cəlil qızı | - | 0.5 | b/m |
|
11 | Cəbrayılova Sevinc Xalıq qızı | - | 0.75 | b/m |
|
12 | Vəliağayeva Məlahət Namət qızı | - | 1 | b/m |
|
13 | Rəhimova Səbinə Həsən qızı | - | 1 | b/m |
|
14 | Rəcəbova Südabə Şəmsəddin q | - | 1 | b/m |
|
15 | Səlimli Təmkinə Fərahim qızı | - | 0,75 | b/m |
|
16 | Mahmudova Dilbər Mirəhməd q | - | 1 | b/m |
|
17 | Tağızadə Cəmalə Fuad qızı | - | 1 | b/m |
|
18 | Bağırova Ruhlana İdris qızı | - | 1 | m |
|
19 | Həsənova Könül Sərdar qızı | - | 0,25 | b/m |
|
20 | Abbasova Yazgül Mirəli qızı | - | 0,75 | b/m |
|
21 | Rəhmanova Nigar Əsgər qızı | - | 1 | b/m |
|
22 | Həşimi Afət Tofiq qızı | - | 1 | b/m |
|
23 | Əsgərova Xumar Yarəmməd qızı | - | 0.5 | b/m |
|
24 | Abdullayeva Jalə Tofiq qızı | - | 1 | m |
|
25 | Bayramova İlahə Əliəshab qızı | - | 1 | m |
|
26 | Aslanova Səbinə Seymur qızı | - | 0.5 | m |
|
27 | Mehdiyeva Aytəkin Baxşəli qızı | - | 0.5 | m |
|
28 | Kərimli Sevinc Baxşəli qızı | - | 0.5 | m |
|
29 | Veyisova Əsmər Tofiq qızı | - | 0.5 | m |
|
30 | Məmmədli Aysel Əli qızı | - | 1 | b/lab |
|
31 | Cəbiyeva Aynur Cəbi qızı | - | 1 | lab |
|
Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdafiə etmiş
Adı, soyadı, atasının adı (elmi dərəcə) | Alimlik dərəcəsi aldığı tarix (fəlsəfə və ya elmlər) | Mövzu | İxtisasın adı və şifri |
Nuriyev Salman Süleyman oğlu (fil.f.d.,dos) | Fil.f.d.-19.04.2000 pr.№ 17 Dosent – 02.03.2004 pr.№ 07-k | Dildə erqativ mənalı konfiqurasiyalar (İngilis və Azərbaycan dili materialları əsasında) | Dil nəzəriyyəsi 10.02.19 |
Zeynalov Əsgər Məmməd oğlu (f.e.d.,professor) | Fil.f.d.-29.11.1991 pr.№ 14 Elmlər doktoru 04.06.2003 pr.№ 11-R | 1.Azərbaycan bayatıları Qafqaz regionunda 2. Fransız ədəbiyyatında Şərq (Volterin yaradıcılığı ) | Folklorşünaslıq 10.02.09 Fransız ədəbiyyatı -10.01.01. Azərbaycan ədəbiyyatı -10.01.03 |
Sobor Aidə Burzu qızı ( fil.f.d.,dos) | Fil.f.d.-17.07.2012 pr.№ 24-K Dosent – 27.05.2019 pr.№ 13-k | Сравнительно-сопоставительный анализ интонационнго оформления придаточных роедложений времени с союзом “als” “когда” в немецком и русском языках | Dil nəzəriyyəsi -10.02.04 German dilləri 10.02.19 |
Hüseynova Sevinc Ramiz qızı (p.f.d.,dos) | p.f.d.-27.06.2012 pr.№ 22-K Dosent – 14.07.2015 pr.№ 20-k | İngilis dili fakültələrinin II kursunda rollu oyunlar vasitəsilə nitq əlaqəsinin tədrisi metodikası | Təhsilin və tərbiyənin nəzəri metodikası -13.00.02. |
Ağakişiyeva Arzu Meybulla qızı ( fil.f.d.,dos) | Fil.f.d.-19.04.2013 pr.№ 11-K Dosent – 24.06.2019 pr.№ 12-k | Многокомпонентные сложные предложения с комплексной соотнесённостью частей (на материале русского и азербайджанского языков) | Slavyan dilləri-10.02.03 Azərbaycan dili 10.02.01 |
əməkdaşları
Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının dissertant və doktorantları
b/m. Həşimi Afət Tofiq qızı | BSU, Müasir rus dili kafedrası | Функционирование категории утверждения/отрицания фразеологических единиц в русском языке. | Slavyan dilləri-5707.01 |
b/m. Rəcəbova Südabə Şəmsəddin q. | AMEA, Dilçilik İnstitutu | İngilis dilində rəsmi-işgüzar üslub | German dilləri 5708.01 |
b/m. Rəhmanova Nigar Əsgər q. | ADU, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası | Funksional üslublar sosial linqvistik paradiqmalar kimi | Dil nəzəriyyəsi 5706.01 |
b/m. Əsgərova Xumar Yarəmməd q. | ADU, Fransız dilinin fonetikası və qrammatikası kafedrası | Fransız və Azərbaycan dillərində rəng bildirən sifətlər | Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik 5714.01 |
m. Bağırova Ruhlanə İdris. | ADU, Alman dilinin fonetikası və qrammatikası kafedrası | Alman dilində partisipli cümlələr və onların qarşılığının funksional semantik xüsusiyyətləri | Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik 5714.01 |
m. Bayramova İlahə Əliəshab q. | ADU, Alman dilinin fonetikası və qrammatikası kafedrası | Müasir Alman və Azərbaycan dillərində sifətin komparativlik sahəsi | Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik 5714.01 |
m. Veyisova Əsmər Tofiq q | AMEA, Folklor İnstitutu | Azərbaycan və ingilis lətifələrinin tipologiyası | Folklorşünaslıq 5719.01 |
b/lab. Məmmədli Aysel Əli q | ADU, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası | Müasir fransız dilində konstativ söyləmlərin koqnitiv təhlili | Roman dilləri 5709.01 |
lab. Cəbiyeva Aynurə Cəbi q. | ADU, Xarici dillərin tədrisi metodikası kafedrası | Fransız dilinin kommunikativ yönümlü tədrisində İKT-dən istifadənin rolu | Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (fransız dilinin tədrisi metodikası) 5801.01 |
Təhsil-2 fakültəsi nəzdində xarici dillər kafedrasında 2022-2023-cü tədris ilində tədris olunan fənnlərin siyahısı
1. Xarici dildə işgüzar akademik kommunikasiya 1/2/3 (Alman dili )
2. Xarici dildə işgüzar akademik kommunikasiya 1/2/3 (Fransız dili)
3. Xarici dildə işgüzar akademik kommunikasiya 1/2/3 (İngilis dili)
4. Xarici dildə işgüzar və akademik kommunikasiya 1/2/3 (ingilis dili) (Təhsildə sosial psixoloji xidmət)
5. Xarici dildə işgüzar və akademik kommunikasiya 1/2/3 (ingilis dili) (Korreksiyaedici təlim)
6. Xarici dildə işgüzar akademik kommunikasiya 1/2/3 (Rus dili)
7. Dil bacarıqları (rus dili müəllimliyi)
9. Kommunikativ qrammatika (rus dili müəllimliyi)
10. Praktik qrammatika (rus dili müəllimliyi)
11. Fonetika (rus dili müəllimliyi)
12. Kommunikativ Fonetika (rus dili müəllimliyi)
13. Rus dilinin metodikası (rus dili müəllimliyi)
14. Ölkəşünaslıq (rus dili müəllimliyi)
15. Leksikologiya (rus dili müəllimliyi)
16. Rus dilinin orfoqrafiyası (rus dili müəllimliyi)
Magistratura şöbəsi
- Xarici dildə işgüzar və akademik kommunikasiya (ingilis dili)
- Xarici dildə işgüzar və akademik kommunikasiya (fransız dili)