Təhsil 2 Fakültəsi nəzdində Psixologiya Kafedrası

  Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyətə başlayan psixoloji xidmət mərkəzi 24. 02 .2023-cü ildən Universitetin rektorunun əmri əsasında yaradılmışdır. Bu struktur mərkəz nizamnamə və daxili qaydalar əsasında fəaliyyət göstərir. Mərkəzdə psixoloji seminarlar, kurslar, təlimlər, konfranslar təşkil edilir. Psixoloji yardım xidmətindən istifadə etmək könüllülük əsasındadır.  Mərkəzdə peşəkar psixoloqlar tərəfindən yardım göstərilir. Psixoloji yardım prosesi zamanı müraciət edən şəxsin kimliyi və şəxsi məlumatların gizliliyi qorunur və 3-cü şəxslərlə paylaşılmır. Mərkəzdə göstərilən yardım əvvəldən təyin olunmuş gün və saatda seanslar şəklində keçirilir.Görüş gününü və saatını məsləhətçi psixoloq təyin edir.Seanslara gəlməmək üçün əsaslı bir səbəb varsa ən azı bir gün əvvəl məsləhətçi psixoloqa və ya yönləndirici şəxsə xəbər verilməlidir.Heç bir səbəb bildirmədən seanslara gəlməmək seansın sonlandırılması anlamına gəlir.Bir tələbə üçün 1 il ərzində yalnız 10 seans təyin edilir.Seanslar həftədə bir dəfə və 30-40 dəqiqə nəzərdə tutulur.Psixoloji görüşlərin tezliyinin və  nə qədər davam edəcəyini məsləhətçi psixoloq təyin edir.Seans zamanı müraciət edən şəxsin danışıqlarında cinayət xarakterli məlumatlar olarsa,özünə və başqasına zərər vermə riski,  başqalarının şəxsiyyət və hörmətindən sui- istifadə halları varsa  bu zaman məxfilik prinsipi pozulur və lazımi məlumatlar rəhbərlik, valideyn və ya ailə üzvləri və ya qurumlara(hüquq- mühafizə orqanları əməkdaşlari, tibb mütəxəssisləri- həkim və psixiatr) bildirilir..Məsləhətçi psixoloq müraciət edənin şəxsiyyətini və şəxsi məlumatları məxfi saxlamaqla yalnız müraciət edənin icazəsiylə audio\video yaya bilər.Alınan audio \video qeydler ise yalnizca psixoloji konsilium məqsədilə professor- müəllim heyəti ilə paylaşıla bilər.Məsləhətçi psixoloq zəruri hallarda psixoloji qiymətləndirmə üsullari tətbiq edə bilər.Nəticələr müraciət edən şəxslə paylaşılır ve psixomaarifləndirmə xidməti verilir.

Zəruri hallarda məsləhətçi psixoloq müraciət edən şəxsə fərqli mütəxəssis\mərkəzlə görüşməyi təklif edə bilər və ya məsləhətləşmə prosesi ilə bağlı fərqli mütəxəssisdən rəy istəyə bilər.Mərkəzdə psixoloji konsultasiya, psixodiaqnostika, psixomaarifləndirmə, seminar, təlim xidmətləri göstərilir.  

 

Mərkəzə müraciət edən insanlara aşağıdakı istiqamətdə psixoloji yardım göstərilir:

 İnsanlarla münasibətlərdə yaranan problemlər,

 Təhsillə bağlı probləmlər,

İş yerində yaranan problemlər,

Stress, depressiya, panika, ailədaxili problemlər, həyəcan, qorxu  (fobiyalar),

İmtahan həyəcanı,

sosial fobiya,

özünə qapanma,

post travmatik stres,

motivasiya əskikliyi,

şəxsiyyət pozuntuları,

psixoloji travma və ünsiyyət problemləri

 

Psixoloji xidmət mərkəzində göstərilən psixoloji xidmətdən kimlər yararlana bilər:

1.       Tələbələr (ödənişsiz)

2.       Yaxın qohumu şəhid olan, qazi olan müəllim və işçi heyət (ödənişsiz)

3.       Universitetin müəllim, işçi heyətinə (Ödənişli)

4.       Kənar şəxslərə (ödənişli)

 

İşçi heyət:

Abbasova Pərvin Paşa qızı  ADU Psixoloji xidmət mərkəzinin müdiri

Mərkəzin rəhbəri, koordinator

Telefon  (+994 51 535 12 36)

 

2. Haqverdiyeva Könül (psixoloq)

3. Dəmirova Ceyhunə (psixoloq)