Mərkəzlər

Azərbaycan Dillər Universitetinin Fransız Dili və Mədəniyyəti Mərkəzi         haqqında məlumat

          Azərbaycan Dillər Universitetinin Fransız Dili və Mədəniyyəti Mərkəzi universitet rəhbərliyinin “28” yanvar 2020 – ci il tarixli sərəncamı ilə yaradılmışdır.

          05 fevral 2020 – ci il tarixdən filologiya elmləri doktoru, professor Əsgər Zeynalov Mərkəzə rəhbərlik edir.

          Mərkəzin ştat cədvəli aşağıdakı kimi təsdiq edilmişdir.

          1. Mərkəzin rəhbəri – 1 ştat

          2. Baş mütəxəssis – 0,5 ştat

          3. Asissent – 0,5 ştat

          Hazırda professor Əsgər Zeynalov Mərkəzin rəhbəri kimi 1 ştat, dos. Rafiq Musayev 0,5 ştat baş mütəxəssis, müəllimə Gülnarə Babayeva 0,5 ştat assisent vəzifəsində çalışırlar.

          Mərkəzin nizamnaməsi hazırlanmışdır.

          Mərkəz yarandığı gündən öz fəallığı ilə seçilmişdir. 2020 – ci ildə və sonrakı illərdə Mərkəz ermənipərəst mövqe tutmasına görə Fransanın yüksək dairələrinə məktublar göndərmişdir.

          Mərkəzin təşkilatçılığı ilə Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə bir sıra tədbirlər keçirilmişdir.

          Mərkəzin əməkdaşları illik elmi işləri yazıb yerinə yetirmiş, kitab və monoqrafiyalar yazıb ölkəmizdə və xaricdə nəşr etdirmiş, ölkəmizdə və xarici ölkələrdə bir sıra respublika və beynəxalq konfranslarda məruzələrlə çıxış etmişlər.

 Vətən müharibəsi və ondan sonrakı dövrdə qələmlərini süngüyə çevirib, silsilə publisistik məqalələrlə dövrü mətbuatda çıxış etmiş, professor Əsgər Zeynalov Vətən müharibəsi və sonrakı dövrlərdə erməni girovları və terroristlərinin istintaqı zamanı tərcüməçilik etmişdir.

 

 

      L'enseignement sur le Centre de la langue française et de sa civilisation de          L'université des langues d'Azerbaïdjan.

          Le centre de la langue française et sa civilisation a été fondé par l'ordre du chef de L'université en “28” février 2020.

De la date 25 février de 2020 le docteur en science de filologie, professeur Əsgər Zeynalov est le chef du centre.

          L'ordre des travailleurs du Centre a été affirmé comme ça.

I. Le chef du centre – 1 place

II. Le travailleur en chef – 0,5 place

III. Le travailleur 0,5 place

          Actuellement professeur Əsgər Zeynalov comme le chef du Centre a une place. Docent Rafiq Mousaev et Gulnara Babayeva tiennent 0,5 place au centre.

          On a préparé le plan du centre.

          Après sa création le Centre est très actif. En 2020 et les autres anneés le gouvernement français a défendu l'intêrét des armeniens a couse de cela le centre a envoyé beaucoup de lettres en France.

          Le centre a organisé quelques réunions et a invité les collaborateurs de l'ambassade de la France en Azerbaïdjan.

          Les travailleurs du centre a préparé toujours les travoux scientifiques annuels à temps.

          Les travailleurs du centre a écrit beaucoup de livres et monographies et ils ont édité tout cels en notre pays et à l'étranger.

          Les travailleurs du centre on fait le discours dans les conférences républicains et internationaux.

          Pendant la guerre Nationale les travailleurs du centre ont changé le stylo en arme et ils ont écrit des articles publicistiques et ont imprimé ces articles dans les journaux.

          Les Collaborateurs du centre pendant la guere Nationale et après la guerre ont travaillé comme interprètes pendant l'interrogations des prisonniers et des terroristes des arméniens.

    Fransız dili və Mədəniyyəti Mərkəzi yarandığı vaxtdan bu günədək öz qarşısına aşağıdakı vəzifələrin icrasını qoymuşdur:

  • tələbələrin fransız dilində ifadə və kommunikasiya bacarıqlarını təkmilləşdirmək;
  • müəllim və tələbələri pedaqoji resurslarla təmin etmək;
  • innovativ, həvəsləndirici və yeni dərslərin inkişafı üçün ləvazimatlardan (məsələn: yeni məlumat kitabçaları, didaktik bazalara müraciət), didaktik canlı qurğulardan (görüntülü konfrans, elektron kitablar, internet çalışmaları, dil laboratoriyaları) istifadə etmək;
  • Fransadan dəvət olunmuş fransız dili müəllimlərinin iştirakı ilə müxtəlif sahələr üzrə dərsləri təşkil etmək;
  • Universitetin fransızdilli müəllim və tələbələrinin təşkilat tərəfindən  fransızdilli ölkələrdə təşkil olunan  konfranslar, tədbirlər və təqaüd proqramları ilə bağlı  məlumatlandırılması;

Mərkəzdə Universitetimizin bütün tələbə və müəllimləri üçün fransız dilində müxtəlif mənbələrə (kitablar, jurnallar, sənədli film bazaları, filmlər, DVD-lər) sərbəst işləmək imkanı yaradılmışdır.

ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzi bir çox fransızdilli layihələrdə iştirak etmişdir.

Müəllim mübadiləsinin daha geniş miqyası əhatə etməsi məqsədi ilə xaricdən konkret sahələr üzrə mütəxəssislər dəvət etmiş və onların təlimlərində 20 – 30 nəfər arası müəllim və tələbələr iştirak etmişdir.

 

 

 

 

 

 

 

 

 

Görkəmli fransız yazıçısı Jorj Sandın adını daşıyan bu Mərkəz o vaxtdan bəri bir sıra tədbirlər həyata keçirmişdir. Bu tədbirlərin bəzilərinin qısa siyahısı

 

Prof Ə. Zeynalov Vətən müharibəsilə bağlı “Respublika” qəzetində silsilə məqalələr nəşr etdirmişdir.(17 oktyabr, 2020; 4 dekabr, 2020; 5 fevral 2021)

Xocalı faciəsi ilə bağlı (28 fevral, 2021) və B\M Fakültəsi nəzdində Fransız dili kafedrası ilə birlikdə Xocalı faciəsi ilə bağlı tədbir keçirilmişdir.

1.     Xocalı faciəsi ilə bağlı tədbir keçirilmişdir. – 23 fevral 2021

2.     B/M fakültəsi nəzdində fransız dili kafedrası ilə birlikdə Xocalı faciəsi ilə bağlı fransız dilində tədbir keçirilmişdir.

3.     Ə. Zeynalov Vətən müharibəsi diplomatiya və informasiya məkanında (məqalə) “Respublika” qəzeti. - 05 fevral 2021.

4.      Ə. Zeynalov Türkiyənin Nijde şəhərində keçirilən konfransda “Fransız ədəbiyyatında Türk-Hun” mövzusunda məzurə ilə çıxış etmişdir.  (3-5 iyun 2021).

5.     29 aprel Fransız dili və Mədəniyyəti Mərkəzi, “Şuşa ziyalıları və Fransa” mövzusunda fransız dilində tədbir keçirmişdir. - 29 aprel 2021.

6.     Ə.Zeynalov erməni terroristlərinin istintaqı zamanı MTN-də erməni dilindən tərcüməçilik etmişdir. - 30 aprel 2021.

7.     Azərbaycan Respublikasının Ali Baş Prokurorluğun inzibati binasında erməni terroristlərinin istintaqı zamanı, erməni dildə tərcüməçilik etmişdir. - 03 may 2021.

8.     Prof. Ə.Zeynalov erməni terroristlərinin istintaqı zamanı, Bakı ağır cinayətlər məhkəməsində tərcüməçilik etmişdir. - 21 iyun 2021.

9.     Prof. Ə.Zeynalov erməni terroristlərinin istintaqı zamanı, Bakı ağır cinayətlər məhkəməsində tərcüməçilik etmişdir. - 22 iyun

10. Prof. Ə.Zeynalov erməni terroristlərinin istintaqı zamanı, Bakı ağır cinayətlər məhkəməsində tərcüməçilik etmişdir. - 23 iyun

11.  Bakı appellasiya məhkəməsində erməni terroristlərinin istintaqı zamanı, erməni dildə tərcüməçilik etmişdir.  - 01 iyul 2021

12. Bakı appellasiya məhkəməsində erməni terroristlərinin istintaqı zamanı, erməni dildə tərcüməçilik etmişdir. - 03 iyul 2021

13.  Zəfər gününə həsr olunmuş, “Könlüm keçir Qarabağdan” adlı tədbir. 03 noyabr 2021.

14.  Fransa  səfirliyinin nümayəndələri, Azərbaycan Fransız İnstitutunun icraçı direktoru Conatan (Hakan) Ünlü və mədəniyyət işləri üzrə koordinator Elizabet Jüstenin iştirakı ilə, Beynəlxalq Fransız dili müəllimi gününə həsr olunmuş tədbir keçirmişdir. - 26 noyabr 2021.

15.  Zəfər günü ilə bağlı ADU-nun təşkil etdiyi Beynəlxalq konfransda prof. Ə. M. Zeynalov “Müsahibələr və sərt cavablar” mövzusunda çıxış etmişdir. - 29 oktyabr 2021.

16. 3 noyabr 2021-ci il tarixdə Fransız dili və Mədəniyyəti, Frankofoniya Mərkəzi və Təhsil-2 fakültəsi nəzdində Xarici Dillər Kafedrası ilə birlikdə, Zəfər gününə həsr olunmuş, “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirmiş, 29 oktyabr 2021-ci il tarixdə ADU-da Vətən müharibəsi ilə bağlı keçirilən Beynəlxalq konfransda bölmə sədri olmuş və “Qərəzli müsahibələr və sərt cavablar” mövzusunda geniş məzurə ilə çıxış etmişlər.

17.  26 noyabr, 2021-ci il tarixdə Beynəlxalq fransız dili müəllimləri günü münasibətilə Fransız dili və Mədəniyyəti, Frankofoniya Mərkəzi tədbir keçirmişdir. Tədbirdə ADU-nun Tərcümə fakültəsinin müəllimləri ilə yanaşı, Fransanın Azərbaycandaki səfirliyinin nümayəndələri Conatan Hakan Unlü və Elizabet Jüste iştirak etmişlər.

18.  15 dekabr 20221-ci il tarixdə, ADU-nun Fransız dili və Mədəniyyəti, Frankofoniya Mərkəzi, Maqistratura şöbəsi ilə birlikdə “Viktor Hüqo yaradıcılığı və problemlər” mövzusunda seminar keçirmişdir.

19.  23 fevral-29 aprel Fransız dili və Mədəniyyəti Mərkəzi, Frankofoniya Mərkəzi ilə birgə təşkil etdiyi fransız dili müəllimi Elizabet Jüstenin apardığı müəllim və tələbələr üçün danışıq klublar keçirilmişdir.

20.  4 mart 2022- Frankofoniya Mərkəzi, Fransız dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə “8 mart- Beynəlxalq qadınlar günü”nə həsr olunmuş seminar keçirilmişdir.

21.  18 mart 2022 - Fransız dili və Mədəniyyəti Frankofoniya Mərkəzi ilə birgə təşkil etdiyi, dahi fransız yazıçısı Viktor Hüqonun 220 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

22. 1 aprel 2022 - Frankoniya Mərkəzinin təşkilatçılığı ilə Frankofoniya həftələri çərçivəsində “Fransa və Azərbaycan mədəniyyəti” mövzusunda müsabiqə keçirilmişdir.

27 aprel 2022 - Fransız dili və Mədəniyyəti, Frankofoniya Mərkəzi və Təhsil-2 fakültəsi nəzdində Xarici Dillər Kafedrasının birlikdə hazırladığı “Avropa poeziya gecəsi” tədbiri keçirilmişdir.

23.  23.11.2022-ci il tarixdə şəhid tələbə Ülvi Bünyadzadəyə həsr olunmuş tədbirdə əsas çıxışçılarından biri olmuşlar.

24.  Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Ogüstən Üot ilə təşkil olunan görüşdə iştirak.

25.  Bolqarıstanın Sofiya şəhərində yerləşən Frankofoniyanın İdarəetmə və Menecment üzrə xüsusi təşkilatının (ESFAM) professoru Nikola Mainetinin görüşündə iştirak.

26.  Fransa Senatının heç bir əsası olmayan rüsvayçı qətnaməsinə Frankofoniya Mərkəzi ilə ilə birlikdə etiraz məktubları yazılıb göndərilmişdir. (prof. Ə.Zeynalov, fil.f.d Şahismayıl Süleymanov, baş mütəxəssis C.Xaspoladova)

27.  Özbəkistanda türk xalqlarının dili, ədəbiyyatı, tarixi ilə bağlı keçiriləcək konfransa “Attilanın 452-ci il Roma yürüşü” mövzusunda məqalə göndərilmiş, məqalə qeydiyyatdan keçmişdir.

28.  Fransanın “Dil və Dövlət Siyasəti” adlı illik elmi iş.

 

 

1. Mərkəz 2023 – cu il tarixində “Heydər Əliyev və Azərbaycanın milli dəyərləri” mövzusunda tədbir keçirmişdir.

2. Mərkəz 2023 – cü il tarixində “Səməd Vurğun və Lui Araqon gecəsi” tədbirini təşkil etmişdir.

3. 10 mart 2023 – cü il tarixində mərkəzin müdiri professor Əsgər Zeynalov Bakı Biznes Universitetində ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən Beynəlxalq konfransda  “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

4. Qaradağ rayon Lökbatan qəsəbəsində YAP – in ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirdiyi tədbirdə Mərkəzin müdiri, professor Əsgər Zeynalov ”Heydər Əliyev və Azərbaycan dili” mövzusunda məruzə etmişdir.

5. 2023 – cü il sentyabr ayında şəhid – şair Ülvi Bünyadzadənin doğum günü münasibətilə keçirilən tədbirdə Mərkəzin müdiri, professor Əsgər Zeynalovun çıxışı.

6. Mərkəzin müdiri, professor Əsgər Zeynalov Fransız dili ilə bağlı keçirilən konfransda çıxış etmişdir.

7. Professor Əsgər Zeynalov ADU – nun Təhsil – 1, Təhsil – 2 fakültələrinin müxtəlif mövzularda keçirdiyi tədbirlərdə iştirak və çıxış etmişdir.

8. Professor Əsgər Zeynalov ADU – nun Elmi və İxtisaslaşmış Müdafiə şuralarında iştirak və çıxış etmişdir.

9. Mərkəzin müdiri professor Əsgər Zeynalov müxtəlif televiziya kanallarında ayrı – ayrı mövzularda çıxışları.

                                             

                                              Nəşrlər

1. Əsgər Zeynalov  ”İki dahi” Avstraliya, Adeliada, 2023. 430 səhifə, İngilis dilində monoqrafiya

                                                     Məqalələr

1. Əsgər Zeynalov ”Qərbi Azərbaycana qayıdış yolu:  gələcəyin aydın üfüqləri. 525 – ci qəzet, 3  fevral 2023.

2. Əsgər Zeynalov ”Milli düşüncəmizin inkişafına təkan vermiş təhsil və elm ocağı” 28 sentyabr 2023.

            Ermənipərəst mövqe tutduğuna görə, ADU – nun Fransız dili və Mədəniyyəti Mərkəzi etiraz əlaməti olaraq Fransanın müxtəlif dövlət qurumlarına (Senat, Milli Assambleya) məktublar göndərmişdir.         

 26 – 27 dekabr 2023 – cü il  ADU – nun müəllimi, şair, tərcüməçi Yusif Savalanın 75 illik yubiley tədbirində iştirakçı, çıxışçı olaraq Əsgər Zeynalovun iştirakı.

10 fevral Nizami kino mərkəzində Mərkəzin müdiri Əsgər Zeynalova həsr olunmuş “Azərbaycanlı alimin dünya meridianları” adlı sənədli filmin nümayişi.

22 mart Altay şadlıq evində Əsgər Zeynalova həsr olunmuş “Azərbaycanlı alimin dünya meridianları” adlı sənədli filmin nümayişi.

17 aprel ADU – nun Fransız dili magistratura tələbələrinə Mərkəzin müdiri Əsgər Zeynalovun Ustad dərsi.

25 aprel Zaman Qarayevin Xarqo kitabının nümayişində çıxışçı, iştirakçı kimi Əsgər Zeynalovun iştirakı.

Mərkəzin müdiri Əsgər Zeynalovun Universtitetin bütün ixtisaslaşmış doktorluq müdafiə şuralarında iştirakı.

ADU – nun keçirdiyi bütün elmi şuralarında mərkəzin bütün işçilərinin iştirakı.

Mərkəzin əməkdaşları filologiya elmləri doktoru, professor Əsgər Zeynalov, baş mütəxəssis Rafiq Musayev, mütəxəssis Gülnarə Babayeva Mopassanın “Parisli burjuanın bazar günləri” romanından böyük bir hissəni tərcümə etmiş, ön söz yazmış, istifadə olunmuş ədəbiyyat və professor Şahin Xəlillinin rəyi ilə ADU – nun Mərkəz rəhbərliyinə təhvil verilmişdir.

 Mərkəzin müdiri ADU – nun rəsmi səhifəsində və “Poliqlot” qəzetində (fevral – mart, 2024) “Başını itirmiş başçı yaxud böyük dövlətin cılızlaşması” adlı məqaləsi işıqlandırılmışdır.

 Mərkəzin müdiri professor Əsgər Zeynalovun “Vedibasar” qəzeti 01 – 31 mart nömrəsi “Fransız ədəbiyyatında Şərq XVI – XX əsrlər” (III məqalə) dərc olunmuşdur.

 Əsgər Zeynalov Akademik Faiq Bağırzadə “Vedibasar” qəzeti 01 – 30 iyul 2024.

Əsgər Zeynalov Azərbaycan xanımının parlaq siması. “525 – ci qəzet”, 24 avqust 2024

 Əsgər Zeynalovun “Qərbi Azərbaycanla bağlı silsilə əsərlər” – kitabları Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunmuşdur. Təəssüflər olsun ki, bu ad namizədlərin siyahısına salınmamışdır.

Əsgər Zeynalov 23 sentyabr, 2024 – cü il tarixdə şəhid – tələbə Ülvi Bünyadzadənin 55 illiyi münasibəti ilə şəhidlər xiyabanında təşkil olunmuş tədbirdə iştirak etmiş və çıxış etmişdir.

Professor Əsgər Zeynalov Özbəkistanın paytaxtı Daşkənddə 24 – 26 noyabr tarixində “Türk xalqlarının tarixi, elmi, mədəniyyəti, iqtisadiyyatı” adlı beynəlxalq konfransda ”Hunların Atillası və Vinçinin “Cokondası”” adlı geniş məruzə ilə çıxış etmişdir.

 Professor Əsgər Zeynalovun 5 noyabr 2024 – cü ildə “COP – 29” – la bağlı açıq dərsi keçirilmişdir.

Əsgər Zeynalovun “Azərbaycan bayatıları erməni qaynaqlarında” adlı kitabının nəşri. Bakı, Mütərcim, 2024, 113 səh.

Əsgər Zeynalovun “Kəndimizi xatırlayıram” adlı kitabının nəşri. Bakı, Mütərcim, 2024, 218 səh.

31 yanvar 2025 – ci il tarixdə Bakı şəhəri Nərimanov rayonundakı 191 saylı Ekologiya liseyində Mərkəzin müdiri profesor Əsgər Zeynalov və Filologiya üzrə fəlsəfə doktoru Zeynəb Qasımovanın müəllifi olduğu “Kəndimizə qayıdırıq” adlı kitabın təqdimatı olmuşdur.

10 aprel 2025 – ci ildə Bakı Biznes Universitetində keçirilən Beynəlxalq Konfransda Mərkəzin müdiri professor Əsgər Zeynalov Fransız dilinin qrammatikası ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.

22 aprel 2025 – ci il tarixində “Xarici dilin tədrisində dilin, ədəbiyyatın və müsiqinin vəhdəti” mövzusunda conversation (danışıq dili)  dərsi keçirilmişdir.

 

 

          

ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzinin Fransa ilə bağlı

əlaqə və tədbirləri.

1. 2021-ci il fevralın 23-də tələbələrlə birlikdə Xocalı faciəsinə həsr olunmuş fransız dilində tədbir keçirmişdir.

2021-ci ilin may ayında “Şuşa ziyalıları və Fransa” adlı tədbir fransız dilində keçirilmişdir.

2. 2020-ci il noyabrın 11-də Fransız dili günü keçirilmiş, Fransız səfirliyinin nümayəndələri Conatan Ünlü və Elizabet Jüste tədbirdə iştirak etmişdir.

3. 2021-ci ilin oktyabr ayında “Könlüm keçir Qarabağdan” tədbir fransız dilində keçirilmişdir.

4. 2022-ci ilin martın 18-də dahi yazıçı “Viktor Hüqonun anadan olmasının 220 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri İnqrid Ponsi və Elizabet Jüste iştirak etmişlər. Tədbirin proqramı Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinə göndərilmiş və Cəmiyyətin sədri, dünya şıhrətli hüquqşünas alim Arnod Laster və həyat yoldaşı Daniel Qaziqliya tərəfindən Mərkəzin müdirinə belə geniş proqrama görə təşşəkkür məktubu gəlmişdir.

5. Məktubda o da bildirilir ki, həmin proqram Hüqonun Dostları Cəmiyyətinin hamısına göndərilmişdir- yəni dünyanın 60-dan çox ölkəsinə.

6. 2023-cü ilin may ayında fransız və Azərbaycan dillərində Səməd Vurğun və Lui Araqonun poeziya gecəsi keçirilmişdir.

7. 2022-ci il may ayında fransız, ingilis, alman, rus – Avropa poeziya gecəsi keçirilmiş, bu dillərdə onların ədəbiyyatından şeirlər səslənmişdir.

8. Mərkəz 2020-ci il Vətən müharibəsi vaxtı və 2022-ci ildə Fransada Azərbaycanın səfirliyinə hücum, Makronun, Fransa Senatının, Assambleyasının ermənipərəst mövqelərinə etiraz əlaməti olaraq Fransanın müxtəlif təşkilatlarına məktublar göndərmişdi.

9. Mərkəzin müdiri prof. Ə.Zeynalov 2007, 2013, 2014, 2015-ci illərdə Fransanın müxtəlif şəhərlərində təkmilləşmədə olmuş, sertifikatlar almış, Fransanın ən nüfuzlu orqanlarından “L’Est Républicain” qəzetinin 2007-ci il 11 avqust və 2014-cü il 24 iyul tarixli nömrələrində zərbaycanlı alimin ( Ə.Zeynalovun) haqqında məqalələr dərc olunmuşdu.  

10. Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuələrinin 2013, 2015, 2016-cı il nömrələrində Azərbaycan alimi haqqında yazılar dərc olunmuşdu.

11. Prof. Ə. Zeynalovun 2014-cü ildə Bakıda Hüqo-fransız ədəbiyyatının milyarderi” monoqrafiyam isə 2015- ci ildə Fransada (fransız dilində), 2016-cı ildə Almaniyada, “Hüqo” monoqrafiyam ABŞ-da, “Hüqonun Şərq baxışı” İngiltərədə (2016), “Volter və Hüqonun Şərq baxışı” Kanadada (2016) və “Şərq Volter yaradıcılığında” Hindistanda (2017), “Volter və Hüqonun Şərq dünyası” İsveçdə (2018), “İki dahi” Avstraliyada ingilis dilində çap edilmişdir.

12. Prof. Ə.Zeynalov 2019-cu ildə Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü seçilmişdir.