Mərkəzlər

Türk Dünyası Araşdırmaları Mərkəzi

Türk Dünyası Araşdırmaları Mərkəzi 2019-cu ilin noyabr ayında yaradılmışdır. Mərkəzin açılışını Türkiyə Respublikası Yüksək Ögretim Kurulunun sədri Prof. Dr. Yekta Saraç gerçəkləşdirdi.

Mərkəz Azərbaycan Dillər Universitetinin beynəlxalq və elmi-pedaqoji uğurlarından biridir. Mərkəzin yaradılmasındakı əsas məqsəd Türk xalqlarının tarixi, mədəniyyəti və ədəbiyyatı istiqamətində araşdırmalar aparmaq, o cümlədən bu ölkələrin dili və mədəniyyətini universitetimizin fərqli etnik köklərə sahib tələbələrinə daha yaxından tanıtmaq və tədris etməkdir.

Bununla yanaşı, mərkəz Türk dünyası arasında müvafiq sahələrdə əlaqələrin inkişafına dəstək olmaq, Türk dövlətlərinin ali təhsil müəssisələri və tədqiqat mərkəzləri ilə əlaqələrin yaradılması və mövcud əlaqələrin genişləndirilməsi, bu ölkələrin təhsil, mədəniyyət, incəsənət sahəsindəki nümayəndələrini universitetimizə dəvət etmək, onların universitetimizdə keçirilən konfranslarda iştirakını, həmçinin ADU əməkdaşlarının da Türk dövlətlərindəki konfranslarda iştirakını təmin etmək  kimi bir neçə istiqaməti hədəf olaraq müəyyənləşdirib.  

Mərkəzin bir digər əhəmiyyətli layihəsi Azərbaycan multikulturalizminin Türk dünyasında tanıdılması və tədris edilməsidir.

Mərkəzə Сəlal İbrahimli rəhbərlik edir.

 

 

Ⅰ Türk Dünyası Araşdırmaları Mərkəzinin keçirtdiyi tədbirlər:

1)    Türkiyə Cümhuriyyətinin 101 illiyi 25.10.2024-cü ildə keçirildi.Cəlal İbrahimlinin moderatorluğu ilə keçirilən tədbirdə Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıçvə akad. Muxtar İmanov çıxış etdilər.

Daha sonra Yunus Əmrə İnstitutundan gələn hədiyyələr tədbirdə iştirak edən tələbələrə təqdim olundu.

2)    19.12.2024-cü ildə “Qarabağ Zəfəri və Türk dünyası” adlı tədbir Ulu öndər Heydər Əliyev adına lektoriyada keçirildi.Cəlal İbrahimlinin moderatorluğu ilə keçirilən tədbirdə giriş sözünü ADU-nun rektoru akademik Kamal Abdulla, məruzələri isə millət vəkili, tibb elmləri doktoru Rəşad Mahmudov və Milli Müdafiə Universitetinin prorektoru Nurəddin Acır etdi.

3)    17.03.2025-ci ildə Türk Dünyası Araşdırmaları Mərkəzinin İstanbul liseyi ilə  qurduğu əməkdaşlıq nəticəsində Azərbaycan Dillər Universiteti İstanbul liseyi ilə birlikdə “Çanaqqala Zəfəri və Şəhidləri Anma Günü” adlı tədbirin universitetdə keçirilməsinə nail oldu.     

4)   07.05.2025-ci ildə “Orxon-Yenisey və Türk Dünyası” adlı tədbir Ulu öndər Heydər Əliyev adına lektoriyada keçirildi.Cəlal İbrahimlinin moderatorluğu ilə keçirilən tədbirdə Ege Dövlət Universitetinin professoru Hatice Şirin və ADU-nun Elmi işlər üzrə prorektoru, professor Həmidə Əliyeva çıxış etdilər.

 

 

Ⅱ Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı kitablar:

1)    “Atatürk deyir ki” adlı kitab 03.10.2024-cü il tarixində çap olunmuşdur.

2)    “Bilgə xan sözləri” adlı kitab 25.02.2025-ci ildə çap olunmuşdur.

3)    “Mikayıl Müşfik`in hayatı ve eserleri” adlı kitab 19.05.2025-ci ildə çap olunmuşdur.   

 

Ⅲ Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı məqalələr:

1)    Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin birgə hazırladığı “Qeyri-Səlis Məntiq və Dil-Nitq” kitabının Azərbaycan Dillər Universitetində keçirilən təqdimatı ilə bağlı Türk Dünyası Araşdırmaları mərkəzinin müdiri Cəlal İbrahimli və “Poliqlot” qəzetinin baş redaktoru Sadiq Zamanın birlikdə hazırladığı “Dilin və nitqin fəlsəfəsi qeyri-səlis məntiq işığında”adlı məqaləsi 29.12.2024-ci ildə “525-ci” qəzetdə çap olunmuşdur.

2)    Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı “Atatürk deyir ki” kitabı haqqında məqalə 02.03.2025-ci ilə “Xalq” qəzetində çap olunmuşdur.

3)    Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı “Bilgə xan sözləri” kitabı haqqında məqalə 08.05.2025-ci ildə “Xalq”qəzetində çap olunmuşdur.

4)    Həmçinin Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı kitablar haqqında məqalələr ADU-nun rəsmi internet səhifəsində Xəbərlər bölməsində yerləşdirilib.

5)    Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin hazırladığı “Heydər Əliyev və Türk Dünyası” adlı məqalə 27.05.2025 -сi ildə “Poliqlot” qəzetində çap olunmuşdur.

6)    Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin hazırladığı “Ermənilərin türk millətinə qarşı törətdikləri soyqırım”, “Əli bəy Hüseynzadə (Turan) və “Ziya Göyalp və Türkçülük” adlı məqalələr “Poliqlot” və “525-ci” qəzetlərə çap üçün verilmişdir.

 

Ⅳ Türk Dünyası Araşdırmaları Mərkəzinin tərcümə etdiyi hekayələr:

 

1)    05.02.2025-ci ildə akademik Kamal Abdullanın “Qar”, “Uca dağ başında” adlı hekayələri Azərbaycan dilindən Türk dilinə tərcümə olundu.

2)    10.02.2025-ci ildə Hüseyn Nihal Atsızın “Dönüş”, “Genc erkek ve kız” adlı hekayələri Türk dilindən Azərbaycan dilinə tərcümə olunaraq,        ADU -nun Multikulturalizm məsələləri üzrə müşavirliyinə təhvil verildi.

3)    Akad. Kamal Abdullanın “Edam zamanını dəyişmək olmaz”, “Sağlıq” və “Səsimdən yapış” adlı hekayələri Azərbaycan dilindən Türk dilinə tərcümə olundu.

4)    Prof.Dr.Kərimə Üstünovanın akad.Kamal Abdulla və prof. Rafiq Əliyevin “Qeyri-səlis məntiq və Dil-Nitq” kitabı ilə bağlı məqaləsi 01.04.2025-ci ildə Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırılmışdır.

Hekayələri Türk Dünyası Araşdırmaları Mərkəzinin mütəxəssisi Cəlal Niftəliyev tərcümə etmişdir.

 

Ⅴ  Türk Dünyası Araşdırmaları Mərkəzi və Xarici əlaqələr:

1)    Türk dövlətlərinin Azərbaycandakı səfirliklərinə əməkdaşlıqla bağlı  ünvanladığımız məktubların nəticəsində əlaqə qurduğumuz səfirliklər:

·        Qazaxıstan səfirliyinin dəvəti üzərinə 16.05.2025-ci il tarixində Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli ilə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alem Bayel arasında görüş keçirildi.

·        Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilirin dəvəti üzərinə 20.05.2025-ci il tarixində Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli ilə görüş keçirildi.

·        Qırğızıstan səfirliyinin dəvəti üzərinə 21.05.2025-ci ildə tarixində Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli ilə Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mamytkanov Maksat arasında görüş keçirildi.

 

 

2)    Erasmus+ mübadilə proqramı çərçivəsində Azərbaycan Dillər Universitetinə staj üçün gələn Murat Cavlakın gördüyü işlər: 18.09.2024-16.12.2024

·        Türk Dünyası Araşdırmaları Mərkəzi tərəfindən verilən “Karabağ bölgesi və Türk dünyası açısından önemi” mövzusunda araşdırmasını 3 ay ərzində tamamlayıb təhvil vermişdir.

·        Murat Cavlakın Türkiyədə Azərbaycanla bağlı nəşr etdiyi yazılar: 04.05.2025-ci il Azərbaycanda “Karabağ bölgesi və Türk dünyası açısından önemi” mövzusunda apardığı araşdırmaları ilə bağlı yazısı Türk Dil Qurumu Türk dili jurnalında dərc edilmişdir.

·        Murat Cavlak Azərbaycan Dillər Universitetinin rektoru akad. Kamal Abdulladan “Qeyri-səlis məntiqlə” bağlı aldığı müsahibəni 20.12.2024-cü ildə Türkiyənin İqtisadiyyat və Texnologiya Universitetinin “Bir oluş” jurnalında çap etdirmişdir.

·        21.02.2025-ci ildə Murat Cavlakın Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlidən aldığı “Türk Dünyası üzerine:İyi ki Türkçe var” müsahibəsi Türkiyənin İqtisadiyyat və Texnologiya Universitetinin “Bir oluş” jurnalında  çap olunmuşdur.

 

 

 

3) Əlaqə qurduğumuz universitetlər: 

1) 24.10.2024-cü ildə Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin Anadolu Universiteti və Azərbaycan Dillər Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanmışdır.

 

2) 12.06.2024-cü ildə Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Qazaxıstanın L.N.Kumiliyev adına Milli Avrasiya Universiteti və Azərbaycan Dillər Universiteti arasında anlaşma memorandomu imzalanmışdır. 

 

 

 

 

3)    Əlaqə qurduğumuz araşdırmaçılar:

 

·        Hacettepe Universiteti - Prof.Dr.Ali Çaylak

·        Fırat Universiteti - Süleyman bəy

·        Erciyes Universiteti - Prof. Dr.Atabek Kılıç

·        Ege Universiteti - Prof. Dr.Metin Ekici, Prof.Dr.Haticə Şirin, Prof. Dr.Pınar Fedakar, Ədəbiyyat fakültəsi dekanı Prof. Dr.Selami Fedakar, Prof.Dr.Alimcan İnayet, Prof. Dr.Ali Erol, Prof. Dr.Mustafa Öner, Prof. Dr.Vəfa Qurbanova

·        Anadolu Universiteti - Prof. Dr.Zülfikar Bayraktar

·        Ege Universiteti - Fatih Ünal, Kenan Doğan

·        İzmirli yazar - Zeyneb Batumur,  Fatih Ünal

·        9 Eylül Universiteti - Gülmira Kuruoğlu

·        Selçuk Universiteti - Prof. Dr.Onur Köksal, Rövşən Ramizoğlu

·        Kapadokya Universiteti - Prof. Dr.Bahtiyar Aslan

·        Dil və Sistem Vakfı rəhbəri - Rüştü Burak Eke

·        Qazaxıstan Milli Avrasiya Universiteti - Kıvanç bəy

·        Varşava Universiteti - prof.Danuta Chmelovskaya 

·        Özbəkistan Milli Elmlər Akademiyası, Ədəbiyyat İnstitutu -prof.Cabbar Eşonkun

 

 

 

 

Ⅵ Türk Dünyası Araşdırmaları Mərkəzinin iştirak etdiyi tədbirlər:

 

1)    Türk Dünyası Araşdırmaları Mərkəzi 06.11.2024-cü ildə Yunus Əmrə İnstitutunun Beynəlxalq Muğam Mərkəzində keçirilən “Türk sənət musiqisi” tədbirində iştirak etdi.

2)    05.12.2024- cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirdən sonra Fikrət Türkmən və Cabbar müəllim ilə görüş keçirildi.

3)     18.11.2024- cü ildə Heydər Əliyev mərkəzində Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən rəsm sərgisində mərkəzin müdiri Cəlal İbrahimli iştirak etmişdir.

4)    Mərkəzin müdiri Cəlal İbrahimli 03.11.2024- cü ildə Lənkəranda keçirilən “Yaşıl Dünya” adlı tədbirdə iştirak etmişdir.

5)    Yunus Emre İnstitutunun keçirdiyi “Ah Bu Gönül Şarkıları” konsertində iştirak edildi.

6)    K.Abdullanın “Kitabi- Dədə Qorqud- qeyri- səlis məntiq və nitq” kitabının təqdimatında iştirak edilmişdir.

7)    06.12.2024 - 20.12.2024 - cü ildə Yunus Emre İnstitutunun təşkil etdiyi “Dualı Sultan köynəkləri” adlı sərgidə  iştirak edildi.

8)    13.03.2025-ci il Yunus Əmrə İnstitutunda keçirilən “Yahya Kamal-Evə Dönən Şair” adlı tədbirdə Bəşir Ayvazoğlu ilə görüşdə ADU tələbələri ilə birlikdə iştirak edildi.

9)    20.05.2025-ci il “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suverenlik və Konstitusiya:Gəncliklə Gələcəyə” mövzusunda forumda iştirak.

10) 19.05.2025-ci il tarixində keçirilən “Atatürk və Gənclik:İrəliyə baxış” tədbirində iştirak.

 

 

 

 

Online qatıldığımız tədbirlər:

Özbəkistanda keçirilən “Göç ədəbiyyatı” adlı tədbirdə 25.04.2025-ci ildə online iştirak edilmişdir

 

 

Ⅶ Türk Dünyası Araşdırmaları Mərkəzini ziyarət edənlər:

1)    Düzcə Universitetinin rektoru Prof.Dr. Metin Sözbir mərkəzimizi ziyarət etdi.

2)    Milli Avrasiya Universitetinin professoru Kıvanç bəy mərkəzimizi ziyarət etmişdir.

3)    Erciyəs Universitetinin professoru Tekin Aycan mərkəzimizi ziyarət etmişdir.

4)    Bakı İstanbul liseyindən Güldərən xanım mərkəzimizi ziyarət etmişdir.

5)    Yunus Əmrə İnstitunun direktoru Səlcuq bəy mərkəzimizi ziyarət etmişdir.

6)    Ankara Atılım Universitetinin nümayəndəsi mərkəzimizi ziyarət etmişdir.

7)    Millət vəkili,tibb elmləri doktoru Rəşad Mahmudov mərkəzimizi ziyarət etmişdir.

8)    Milli Müdafiə Universitetinin prorektoru Nurəddin Acır mərkəzimizi ziyarət etmişdir.

9)    Varşava Universitetindən türkoloq prof.Danuta Chmelovskaya mərkəzimizi ziyarət etmişdir.

10)Türkiyə Məzunları İctimai Birliyinin sədri Tural Əfəndiyev mərkəzimizi ziyarət etmişdir.

      11)”Dent Academy” rəhbəri doktor İsgəndər mərkəzimizi ziyarət etmişdir.

      12)Ege Universitetindən prof. Fikrət Türkmən mərkəzimizi ziyarət etmişdir.

      13) Dəvəli şirkətinin direktoru Oruc Məmmədov mərkəzimizi ziyarət etmişdir.

      14) Əlcəzairdən gələn qonaqlar mərkəzimizi ziyarət etdilər.

      15) 17.04.2025-ci ildə Orhun mübadilə proqramı ilə Qırğızıstanın Manas   Universitetindən ADU-ya gələn qonaqlar həmçinin  mərkəzimizi də ziyarət etdilər.

     16) 21.04.2025-ci il tarixində Hindistan televiziyasından gələn müxbir mərkəzdə çəkiliş apardı.

     17) 05.05.2025-ci ildə Tömerden Halil Cağlar mərkəzimizi ziyarət etmişdir.

     18) 05.05.2025-ci ildə Səlcuq Universitetindən prof.Onur Köksal və Rövşən Ramizoğlu mərkəzimizi ziyarət etdilər.

     19) 07.05.2025-ci ildə Ege Universitetinin professoru Haticə Şirin mərkəzimizi ziyarət etmişdir.

20) 07.05.2025-ci ildə Özbəkistan Universitetinin professoru İxtiyar Yaqubov mərkəzimizi ziyarət etmişdir.

21) 23.05.2025-ci ildə T.C Gənclik və İdman Nazirliyinin Hakkaridən Azərbaycana Mədəniyyət Körpüsü layihəsi çərçivəsində Hakkari Gənclik Mərkəzindən gələn 17 nəfərdən ibarət heyət mərkəzimizi ziyarət etmişdir.

 

 

 

 

 

 

 

 

 

Ⅷ Türk Dünyası Araşdırmaları mərkəzinin əlaqə qurduğu və görüşdüyü qurum və universitetlər:

Ⅰ Əlaqə qurduğumuz qurum və Universitetlər

1)Yazıçılar Birliyi- Xəyal Rza, Rəşad Məcid mətbuat şurasının sədri,Baba Vəziroğlu

2)Atatürk Araşdırma Mərkəzinin rəhbəri- Nizami Cəfərov

3)Milli Elmlər Akademiyası,Dilçilik İnstitutunun direktoru-Nadir Məmmədli

4)Milli Elmlər Akademiyası,Güney Azərbaycan şöbəsi rəhbəri- Esmira xanım

5)Bakı Dövlət Universiteti(BDU)- Cəlil müəllim

6)İqtisad Universiteti(UNEC)-prorektor Gəray Musayev

7)UNEC – prorektor Rövnəq müəllim

8)UNEC- katib- Pərviz müəllim

9)UNEC-Nəriman müəllim,Yusif müəllim

10)UNEC-dekan-Mirağa müəllim

11)Xəzər universiteti-Telman müəllim

12)Odlar Yurdu Universiteti-Vidadi müəllim

13)Türkiyə səfirliyi-Amalya xanım, Bayram bəy

14) Diaspora Komitəsi- Valeh Hacıyev

15) Yunus Əmrə İnstitutu

16)Xalq qəzeti

17)Mədəniyyət Nazirliyi

18) UNEC-Türk Dünyası İqtisad fakültəsi

 

 

 

 

 

Ⅱ Görüşdüyümüz qurum və universitetlər:

1.09.04.2025-  Yazıçılar Birliyinin  Mətbuat katibi  Xəyal müəllimlə görüş keçirildi

 2.09.04.2025  Milli Elmlər Akademiyasında Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Esmira Fuadla görüş keçirildi.

     3.  Bakı Dövlət Universitetinin müəllimi Cəlil müəllimlə görüş keçirildi.

     4. Yazıçılar Birliyinin sədr müavini, mətbuat şurasının rəhbəri Rəşad Məcidlə görüş   keçirildi.

        5. Millətvəkili, BDU- nun müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nizami Cəfərovla görüş keçirildi.

      6.  Sabiq millətvəkili Sabir Rüstəmxanlı ilə görüş keçirildi.

      7. Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli ilə görüş  keçirildi.

      8. Xalq Qəzetindən Namiq müəllimlə görüş keçirildi.

      9. İqtisad Universitetindən prorektor Gəray müəllim və Rövnəq müəllimlə görüş keçirildi.Həmçinin dekanlar,Miraqa müəllim və Yusif müəllimlə görüş keçirildi.    10.Atatürk Liseyinin direktoru Eylem Gültekinlə görüş keçirildi.

 

Azərbaycan və Türk iş adamları və digər önəmli dövlət qurumları ilə əlaqə qurulmuşdur.

 

 

 

 

 

 

 

 

 

Ⅸ Türk Dünyası Araşdırmaları Mərkəzinin 2025-2026-cı illərdə görəcəyi işlər:

 

1)Türk Dünyası Əl kitabı.

2)Türk Dünyası ilə bağlı yazılardan ibarət toplu.

3)Qarabağ zəfəri və Türk Dünyası adlı tədbirin keçirilməsi

4)Türk Dövlətlərinin müstəqillik günləri ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

5)Türk Dünyasının tanınmış şəxsləri və dastanları haqqında tədbir keçirmək.

6)Türk Dünyası kitab sərgisində iştirak etmək.

7)Türk dünyası Araşdırmaları mərkəzinin nəşr etdirdiyi “Atatürk deyir ki”,”Bilgə xan sözləri”,”Mikayıl Müşfik`in hayatı ve eserleri” adlı kitabların təqdimatını keçirtmək.

8)Erasmusla gələn tələbələrə mövzu vermək: Mövzu 1- Ermənilərin Türk millətinə qarşı törətdiyi soyqrımlar.

Mövzu 2- Heydər Əliyev və Türk Dünyası.

9)Türk dövlətləri təşkilatının tərkibində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyası ilə əlaqə qurulması nəzərdə tutulur.

10)Divani - lüğatit və Türk Dünyası”,”Kutadgu bilig ve Türk dünyası”,” Mühakəmət-ül Lüğəteyn və Türk dünyası” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Əlaqə:

Ünvan: Azərbaycan Dillər Universiteti, əsas bina, 4 -cü mərtəbə, Rəşid Behbudov 134.  

Türk Dünyası Araşdırmaları Mərkəzinin e-mail ünvanı:

[email protected]

Əlaqə nömrəsi:+994 55 203 45 00

.          .          .

 

 

Türk Dünyası Araştırmaları Merkezi

Türk Dünyası Araştırmaları Merkezi Kasım 2019' da kuruldu. Merkezin açılışı Türkiye Cumhuriyeti Yüksek Öğretim Kurulu Başkanı Prof. Dr. Yekta Saraç'ın katılımıyla gerçekleşti.

Merkez Azerbaycan Diller Üniversitesinin bilimsel, pedagojik ve kültürel alandakı başarılarından biridir. Merkezin kuruluş amacı Türk halklarının tarih, kültür ve edebiyatına dair araştırmalar yapmak; elde edilen araştırma bulgularını üniversitemizin kültürel ve etnik köken itibarıyla çeşitlilik gösteren öğrencilerine tanıtıp öğretmektir.

Ayrıca merkez, Azerbaycan ile Türk Dünyası arasındaki ilişkilerin geliştirilip çeşitlendirilmesine katkıda bulunmayı amaçlamaktadır. Bu amaca hizmet etmesi gayesiyle Türk devletleri yükseköğretim kurumları ve araştırma merkezleri ile mevcut ilişkilerin geliştirilmesi ve yeni ilişki alanlarının oluşturulması planlanmakta; bu çerçevede Türk devletleri yükseköğretim kurumlarıyla protokol ve anlaşmalar yapılarak eğitim, kültür, sanat ve bilim alanlarında yetkin temsilcilerin davet edilerek üniversitemizde düzenlenen konferanslara katılımlarının sağlanması, buna mukabil olarak Azerbaycan Diller Üniversitesi çalışanlarının da Türk devletlerindeki bilimsel toplantılara katılımını sağlamak gibi birçok faaliyeti hedef olarak belirlemiştir.

Merkezin önemli çalışma alanlarından biri de Azerbaycan çok kültürlülüğünün Türk dünyasında tanıtılmasıdır.

Merkezin müdürü Celal İbrahimli'dir.