

Test mərkəzi
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Test Mərkəzi, ABŞ-ın Bakıdakı Səfirliyinin dəstəyi ilə 2005-ci ildə yaradılmışdır. Mərkəz, əsasən Amerikaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Amerika Birləşmiş Ştatlarına dair məlumatlarla təmin etmək məqsədi daşıyırdı. 2007-ci ildən etibarən Mərkəz fəaliyyət sahəsini genişləndirərək müxtəlif beynəlxalq imtahanların təşkili ilə məşğul olmağa başlamışdır.
2007-ci ildən etibarən mərkəz dünyanın aparıcı imtahan təşkilatları ilə əməkdaşlığa başlamış və ETS, Pearson VUE və Prometric kimi beynəlxalq nüfuza malik test təşkilatlarının rəsmi partnyoruna çevrilmişdir. Hazırda Test Mərkəzi Azərbaycanda bir çox beynəlxalq sertifikat imtahanlarının yeganə və rəsmi təşkilatçısıdır.
Pearson VUE İmtahanları
Pearson VUE dünyanın ən böyük imtahan idarəetmə sistemlərindən biridir və yüzlərlə qlobal şirkət, təşkilat və peşəkar assosiasiya tərəfindən etibarlı imtahan platforması kimi istifadə olunur. Azərbaycan Dillər Universitetinin Test Mərkəzi Pearson VUE-nin rəsmi test mərkəzi kimi 100-dən artıq beynəlxalq imtahanın keçirilməsini təmin edir.
Mərkəzdə keçirilən əsas Pearson VUE imtahanlarına aşağıdakılar daxildir:
· GMAT (Graduate Management Admission Test): Biznes və menecment sahəsində magistratura təhsili almaq istəyən şəxslər üçün tələb olunan beynəlxalq imtahandır. Test Mərkəzi GMAT imtahanını təşkil edən Azərbaycandakı yeganə akkreditə olunmuş mərkəzdir.
· Microsoft sertifikat imtahanları: Microsoft texnologiyaları üzrə ixtisaslaşmaq istəyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Bunlara Microsoft Certified: Azure Fundamentals, Microsoft 365 Certified və digər texniki sahələr üzrə sertifikatlar daxildir.
· CISCO (CCNA, CCNP və s.): Şəbəkə mütəxəssisləri üçün nəzərdə tutulmuş texniki bilikləri ölçən beynəlxalq sertifikat imtahanlarıdır.
· Linux Professional Institute (LPI): Açıq mənbə sistemləri üzrə ixtisaslaşmaq istəyənlər üçün Linux əsaslı imtahanlar.
· Juniper Networks: Şəbəkə texnologiyaları üzrə ixtisaslaşmış Juniper sertifikatları.
· IBM və DELL imtahanları: Müxtəlif texnologiyalar və proqram təminatı sahəsində çalışan mütəxəssislər üçün.
· CIMA (Chartered Institute of Management Accountants): Maliyyə və idarəetmə sahəsində karyera qurmaq istəyənlər üçün beynəlxalq tanınan sertifikat imtahanları.
· IIA-CIA (Certified Internal Auditor): Daxili audit sahəsində beynəlxalq ixtisaslaşma imtahanıdır.
· CompTIA (A+, Network+, Security+ və s.): İT mütəxəssisləri üçün əsas və ixtisaslaşmış səviyyələrdə texniki bilikləri yoxlayan imtahanlardır.
· LNAT (The Law National Aptitude Test): Birləşmiş Krallıq universitetlərində hüquq üzrə təhsil almaq istəyənlər üçün qəbul imtahanıdır.
· SAP sertifikatları: Müəssisə resurslarının idarə olunması üzrə proqram təminatlarını bilən mütəxəssislər üçün nəzərdə tutulur.
· NACE (National Association of Corrosion Engineers): Korroziya mühəndisliyi və təhlükəsizlik sahəsində beynəlxalq səviyyədə tanınan sertifikatlar.
· Project Management Professional (PMP): Layihələrin idarə olunması sahəsində beynəlxalq səviyyədə tanınan və tələb olunan sertifikat imtahanıdır. 2019-cu ilin iyul ayından etibarən Test Mərkəzi PMP imtahanlarının Azərbaycandakı yeganə rəsmi təşkilatçısıdır.
Digər imtahanlar
· TOEFL iBT (Test of English as a Foreign Language – Internet-Based Test): İngilisdilində akademik mühitdə ünsiyyət qurmaq qabiliyyətinizi ölçən beynəlxalq səviyyəli imtahandır. İmtahanın internet əsaslı versiyası – TOEFL iBT – dünyada 11 000-dən çox universitet və təşkilat tərəfindən qəbul edilir.
Məqsəd: tələbə və məzunlara magistratura və doktorantura proqramlarına müraciət etmək, eləcə də akademik iş yerləri üçün dil biliklərini rəsmi sənədlə təsdiqləmək imkanı yaratmaq. Test Mərkəzində bu imtahan hər ay şənbə günləri mütəmadi olaraq keçirilir.
Qeydiyyat və İştirak Şərtləri
Test Mərkəzində keçirilən imtahanlarda yalnız Azərbaycan vətəndaşları deyil, həmçinin xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Qeydiyyat müvafiq imtahan təşkilatlarının rəsmi internet səhifələri üzərindən aparılır. İmtahan günündə namizədlər Mərkəzə yaxınlaşaraq, rəsmi sənədləri (şəxsiyyəti təsdiqləyən sənədlər, şəxsiyyət vəsiqəsi və ya pasport) təqdim etməlidirlər.
Əməkdaşları: Mərkəz müdiri - baş mütəxəssis Ələsgərova Fidan Cəbrayıl qızı
Əməkdaş - baş mütəxəssis Əliyeva Gülnar Tanrıverdi qızı
Mərkəzin Ünvanı: Bakı, Azərbaycan,
R. Behbudov küç. 134
ADU, otaq 407
Əlaqə: Tel: 4416082
E-mail: [email protected]