Mərkəzlər

Serb dili və Mədəniyyəti Mərkəzi

Serb dili və mədəniyyəti mərkəzi “ 2018-ci il may ayının 21-də ADU-nun rektoru Kamal Abdullayevin təşəbbüsü və Azərbaycanın Serbiya Respublikasındakı səfirıliyinin dəstəyi ilə, Belqrad Universitetində “ Azərbaycan dili və mədəniyyəti ” mərkəzinin qarşılığı əsasında açılmışdır.

 

Serb dilinin, mədəniyyətinin təbliğ olunması, ölkələrarası əlaqələrin daha da genişlənməsi, dövlətlərin bir-birini yaxından tanimağı, birgə işlərin həyata keçirilməsi məqsədi ilə yaradılan Serb dili və Mədəniyyəti Mərkəzinin açılışı Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və ADU-nun rektoru akademik Kamal Abdullayev tərəfindən olub. Dövlət başçısı mərkəzə xatirə hədiyyəsi təqdim edib.

 

Serbiyanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış olmaq məqsədi ilə  mərkəzdə təxminən 300-ə yaxın serb, ingilis, rus və digər dillərdə kitab və jurnalları olan zəngin kitabxana fəaliyyət göstərir. Kitablar mədəniyyət, tarix, siyasət, ədəbiyyat, din və dil kateqoriyaları üzrə qruplaşdırılıb. Mərkəz Azərbaycanın Serbiya Respublikasındakı səfirliyi, o cümlədən Serbiyanın ölkəmizdəki səfirliyi ilə mütəmadi olaraq sıx əməkdaşlıq edir.

 

Azərbaycan Dillər Universiteti ilə Serbiyanın Belqrad Universiteti arasında universitetlərarası müəllim-tələbə mübadiləsini nəzərdə tutan əməkdaşlıq haqqında müqavilə var.

 

Tələbə və məzunlar

 

2018-2022 –ildə 5 tələbə ADU-dan məzun olub. Bir məzun indi Serbiyada Belqrad Universitetində 3-cü kursda beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alır. (Taleh Ələkbərli)

 

Ümumilikdə, mərkəzin təşkilatçılığı ilə ADU-nun 6 tələbəsi Belqrad Universitetində qrant layihəsinin (World in Serbia) qalibi kimi öz təhsilini davam etdirir : (4 nəfər bakalvr və bir nəfər magistatura üzrə)

 

Hal-hazırda Beynəlxalq Münasibətlər fakültəsinin Mərkəzi və Şərqi Avropa ixtisasında təhsil alan 10 tələbə var.

 

Erasmus layihəsi çərçivəsinjdə 1 nəfər ADU-dan və 1nəfər Serbiyadan mobillikdə iştirak edib.

 

İki müəllimimiz də Belqrad Universitetində Erasmus layihəsi üzrə  mobillikdə iştirak edib.

 

2023-cü ilin iyunun 9-da Belqrad Universitetində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

 

Mərkəz fəaliyyət dövründə 2019-cu ildə Belqrad Universuteti, Serb mərkəzi və Elm şöbəsi ilə birgə fəaliyyəti nəticəsində ingilis və rus dillərində 509 səhifəlik “Azərbaycanın mədəni kimliyi”  kitab Belqrad universitetində çap olunmuştur.

 

Serb və Yapon mərkəzlərinin qarşılıqlı əməkdaşlığı sahəsində serb dilində çapdan çıxmış “Kanci” yapon dili metodik vəsaiti Azərbaycan dilinə tərcümə olunmuştur.

 

Hal-hazırda  mərkəİn rəhbəri dos.Lalə Məcidova ailə vəziyyəti ilə əlaqədər ödənişsiz məzuniyyətdədir.

 

Branka Joksiç Balobabiç-Belqrad Universitetinin filologiya fakültəsini bitirib,hazırda serb dilini tələbələrə tədris eləyir.

 

Mariya Jovanoviç - Serbiyanın Azərbaycandakı səfirliyinin əməkdaşının xanımldır,hüquq fakültəsini bitirib,hazırda mərkəzin bölmə müdiri vəzifəsində çalışır.

 

Arzu Hacıbəyli mərkəzdə assistent vəzifəsində fəaliyyətini davam etdirir