Təhsil 1 fakültəsi

Cahangirov Fikrət Fətiş oğlu
Filologiya elmləri doktoru, professor
Azərbaycan Dillər Universiteti, Təhsil fakültəsinin dekanı,
Fakültə Elmi Şurasının sədri
İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının (FJF) professoru
E-mail: [email protected]
Tel: (+99412) 564 06 83

Qısa bioqrafik məlumat

*1971-ci il aprelin 01-də Biləsuvar rayonu İsmətli kəndində anadan olub.
*1978-1988-ci illərdə İsmətli kənd orta məktəbində təhsil alıb.
*1989-1991-ci illərdə orduda hərbi xidmət edib.
*1992-1997-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirib.
*1997-2001-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında müəllim işləyib.
*1998-2000-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olub.
*2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür (Üzvlük vəsiqəsi №174724)
*2001-2007-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında baş müəllim, dosent və eyni zamanda Roman-german filologiyası fakültəsinin dekan müavini vəzifələrində işləyib.
*2001-2006-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı olub.
*2007-2013-cü illərdə ADU-nun Filologiya fakültəsinin dekanı olub.
*2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin seçki kampaniyasında təbliğatçı olmuşdur.
*2013-2015-ci illərdə  ADU-nun İngilis dilinin üslubiyyatı kafedrasının müdiri və professoru
*2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti
*2015-2017-ci illərdə ADU-nun Pedaqoji (Ingilis dili və alman dili üzrə) fakültəsinin dekanı, İngilis dilinin üslubiyyatı kafedrasının professoru
*2016-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə Ekspert Şurasının sədr müavini
*2017-ci ildən ADU-nun Təhsil fakültəsinin dekanı, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru
*Ailəlidir.

Təhsili, elmi dərəcə və elmi adları

*1997, Azərbaycan Dillər Universiteti, İngilis-fransız dilləri fakültəsi, fərqlənmə diplomu
*2000, Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti.
*2004, Dosent, Azərbaycan Dillər Universiteti.
*2006, Filologiya elmləri doktoru, AMEA-nın Dilçilik İnstitutu.
*2009, Professor, Azərbaycan Dillər Universiteti.

Əmək fəaliyyəti

*1997-2001, müəllim, baş müəllim, ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası
*2001-2008, dosent, ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası
*2001-2007, dekan müavini, ADU-nun Roman-german filologiyası fakültəsi
*2007-2013, dekan, ADU-nun Filologiya fakültəsi
*2008-2013, professor, ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası
*2013-2015, kafedra müdiri, professor, ADU-nun İngilis dilinin üslubiyyatı kafedrası
*2013-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti
*2015-ci ildən ADU-nun Pedaqoji (Ingilis dili və alman dili üzrə) fakültəsinin dekanı, İngilis dilinin üslubiyyatı kafedrasının professoru

Tədqiqat sahəsi və bildiyi xarici dillər

*German dilləri, Dil nəzəriyyəsi, Müqayisəli-tipoloji dilçilik, Müqayisəli-tarixi dilçilik
*İngilis, fransız, rus,  türk dilləri

Respublika və Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

* 1999, Bakı, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu dissertantlarının elmi konf­ransı.
* 2003, Bakı, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu, Beynəlxalq konfrans.
* 2007, Bakı, ADU, Dilçiliyin və dillərin tədrisinin aktual problemlərinə həsr olunmuş   Beynəlxalq elmi konfrans.
* 2008, Antverpen, Belçika, TEMPUS proqramı çərçivəsində “Ali təhsildə keyfiyyətə təminat” üzrə beynəlxalq seminar-treyninq.
*2009, Bakı, ADU, “Elm ili”nə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika elmi konfransı.
*2010, Bakı, ADU, “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər”mövzusunda Beynəlxalq elmi konfrans.
*2010, Bakı, ADU, “Bolonya prinsiplərinin tətbiqi təcrübəsi”mövzusunda Respublika elmi konfransı.
*2010, Los-Ancels, ABŞ, “Language Systems International College of English”, Beynəlxalq dil təlimləri
*2011, Bakı, ADU, Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq Respublika Elmi-praktiki konfransı.
*2011, Frayburq (Almaniya), “International Journal of Arts and Sciences” jurnalının təşkil etdiyi Beynəlxalq illik konfrans.
*2016, Bakı, ADU, “Koqnitivlik və tətbiqi dilçiliyin aktual problemləri” adlı Beynəlxalq elmi  konfrans. Bakı, 21-22 oktyabr.

Çap olunmuş əsərləri

1) Dərslik, dərs vəsaiti və monoqrafiyaları
*2000,Perfekt zamanlar. Bakı, «Elm», 77 s.
*2003, İngilis dilindən leksik çalışmalar toplusu (I, II kurslar üçün metodik vəsait). Bakı, «Nurlan», 122 s.
*2003, Modality in English: Semantic, pragmatic and psycholinguistic approaches. Islamic Republic of Iran,Tabriz, Sarab University, Akhtar Publication, 201s.
*2005, İngilisvəAzərbaycandillərindəmodallığınstruktur-semantiktədqiqi.Bakı, «Elm»,312 s.
*2006, The problem of modality in Germanic and Turkic Languages. Bakı, «Elm», 100s.
*2007, İngilis dilində perfekt zamanlar sistemi və onun Azərbaycan dilində ifadəsi. Bakı, «Elm»,122 s.
*2013, İngilis dilinin leksikası üzrə praktikum. Bakı, “Letterpress”, 132 s.
*2014, Dil və mədəniyyət. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 308 səh.

2) Seçilmiş elmi məqalələri
*1998,İngilis dilində perfekt formaları haqqında bəzi qeydlər.«Tədqiqlər», №2, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
*1999, Present Perfect (indiki zaman Perfekti) və onun Azərbaycan dilində ifadə formaları. «Tədqiqlər», №4, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
*1999, İngilis dilində bədii mətndə perfekt zaman formaları.«Tədqiqlər», №5, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
*2000, İngilisdilində Future Perfect (gələcəkza­manperfekti) vəonunAzərbaycandilindəifadəformaları. Dilçilik məsələləri, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
*2000, Zaman: fəlsəfi və qrammatik işıqda. Azərbaycan EA xəbərləri. Ədəbiy­yat, dil və incəsənət seriyası, № 3-4.
*2000, İngilis dilində perfekt zaman formalarının üslub xüsusiyyətləri.«Tədqiqlər»,№2, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
*2003, Modallıq kateqoriyasına dair bəzi qeydlər.«Tədqiqlər», №1, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu.
*2003, Felin xəbər şəklinin modallığı. Dil və ədəbiyyat (nəzəri, elmi-meto­dik jurnal), №4, BDU.
*2003,  Modallıq kateqoriyasının məntiqi və qrammatik mahiyyəti (ilkin qeydlər). AMEA-nın xəbərləri (Humanitar və ictimai elmlər seriyası), № 1-4.
*2003, Modallığın linqvistik statusu. ADU-nun Elmi xəbərlər, № 4.
*2003, Mətnlərdə funksional – semantik sahə və modallıq.«Tədqiqlər», №3, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu.
*2004, К вопросу о модальности в германских языках.Вопросы филологических наук, № 4 (8), Москва.
*2004, Некоторые заметки о проблеме модаль­ности в тюркских языках. Вопросы гуманитарных наук, № 4 (13), Москва.
*2004, Modal aktuallaşma.Azərbaycan Milli Elmlər Akademi­yasının Məruzələri.LX cild, № 1-2
*2004, Məntiqi modallıq kateqoriyası. Filologiya məsələləri, №1.
*2004, Modallığınifadəsininanalitikvəsintetiküsulları. Dilvəədəbiyyat (Nəzəri – elmi-me­todikjurnal), № 1, BDU.
*2004, Germanşünaslıqdamodallıqkateqoriyası­nıntədqiqi. AMEA-nınxəbərləri (Humanitarelmlərseriyası, № 2.
*2005, Azərbaycan dilçiliyində modallıq kateqo­riyasının tədqiqi. Azərbaycan dili və ədəbiyyatı tədrisi, № 1.
*2005, Əmr modallığı. Elm və cəmiyyət,№ 3, Bakı Slavyan Universiteti nəşri.
*2005, İngilis və Azərbaycan dillərində modallığın leksik ifadə vasitələri.Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), № 2 (44), BDU.
*2005, İngilis və Azərbaycan dillərində modallı­ğın fonetik (prosodik) ifadə vasitələri.AMEA-nın xəbərləri (Humanitar elmlər seriyası), № 1.
*2005, Türkoloji ədəbiyyatda modallıq kateqoriyasının tədqiqi. Türkologiya (Beynəlxalq elmi jurnal), № 1-2.
*2006, Azərbaycan dilində modallığın sintaktik ifadə vasitələri. Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), № 1(49), BDU.
*2006, İngilis və Azərbaycan dillərində modallığın semantik təhlili: təsdiq modallığı. «Tədqiqlər», №1, AMEA Nəsimi adına Dilçilik İnstitutu.
*2006, İngilis və Azərbaycan dillərində inkar və sual modallığı.ADU-nun Elmi xəbərlər, №1.
*2006, İngilis və Azərbaycan dillərində əmr, şərt və «gələcək zaman» modallıqlarının ifadəsi. Azərb.Dövlət Pedaqoji Universite­tinin Xəbərləri, №2.
*2006, Dialoji nitqdə modallıq. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №2, BSU nəşri.
*2006, On the problem of modality in language development: a reconsideration of the evidence. Babylon-Azerbaijan, Vol. 4, №1, Seattle, USA.
*2007, Müasir ingilis dilində modal məsdər probleminə dair. “Dilçiliyin və dillərin tədrisinin aktual problemlərinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları”.
*2008, Azərbaycan təhsilində Boloniya prosesi.“Cəmiyyət və zaman” qəzeti, № 2, 26 fevral.
*2008, Some Notes On the problem of the category of order in English. Filologiya məsələləri,  № 7.
*2009, İngilis və Azərbaycan dillərində felin əmr şəklinin modallığına dair. ADU-nun Elmi xəbərlər, №4.
*2010, Qloballaşan dünyada ali təhsil. “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər”mövzusunda Beynəlxalq elmi konfransın materialları. Bakı, ADU, səh.19-21.
*2011, On the problem of modality in Germanic and Turkic languages. International Journal of Arts and Sciences, Vol.4, №18, USA.
*2011, Tezlik lüğətlərinin tərtibi və tətbiqi məsələlərinə dair. ADU-nun Elmi xəbərlər, №3.
*2012, Əmr şəklinin modallığı məsələsinə dair. ADU-nun Elmi xəbərlər, №3.
*2013, Müasir dilçilikdə qrammatik modallıq probleminə müxtəlif yanaşmalar. Dil və ədəbiyyat, №2, ADU nəşri.
*2014, Qeyri-verbal hərəkətlər və sükutun linqvokulturoloji təhlili. Dil və Ədəbiyyat, №1/2014, Bakı, ADU nəşri, səh.9-14.
*2014, Postmodern dövründə ali təhsilin perspektivləri. XXI əsr mədəni paradiqması multimədəni aspektdə Respublika Elmi-praktik konfransının materialları. Bakı, ADU, 25-26 noyabr 2014-cü il. s.102-103
*2015, Koqnitivlik və diskurs probleminə müasir baxış. “Dil və Ədəbiyyat”, №4, ADU, Bakı, səh.19-26
*2016, Koqnitivlik və diskurs məsələsinə dair bəzi qeydlər. “Koqnitivlik və tətbiqi dilçiliyin aktual problemləri” adlı Beynəlxalq elmi  konfransın tezisləri. Bakı, 22-21 oktyabr 2016-cı il, səh. 152-155.