2021-2026-cı illərdə Təhsil 1 fakültəsinin
Strateji İnkişaf Planı
Strateji İnkişaf Planı Fakültə Elmi Şurasının
25 fevral 2021-ci il tarixli iclasının
12 saylı protokolu ilə təsdiq edilmişdir.
____________________
Professor CAHANGİROV F.F.
Dekan
B A K I -2021
2021-2026-ci illərdə TƏHSİL 1 fakültəsinin Strateji inkişaf planı
Təhsil 1 fakültəsi haqqında
Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarına əsasən Bakı şəhərində müstəqil Xarici Dillər İnstitutu yaradıldı və burada cəmi iki fakültə fəaliyyət göstərirdi: İngilis dili və Alman-fransız dilləri fakültələri. İngilis dili fakültəsi ayrıca qurum kimi həmin tarixdə yaransa da, öz başlanğıcını 1937-ci ildə APİ-nin nəzdində fəaliyyətə başlamış Xarici dillər fakültəsindən götürür.
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il aprelin 14-də “Azərbaycan SSR-də ali məktəblər şəbəkəsini nizama salmaq haqqında” qəbul etdikləri qərarın icrası ilə əlaqədar olaraq Respublika Maarif Naziri həmin ilin may ayında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə M.F. Axundov adına Rus dili və ədəbiyyat institutlarının birləşdirilməsi haqqında əmr verdi. Yeni yaranmış institutda cəmi iki fakültə fəaliyyət göstərirdi: Rus dili və ədəbiyyatı və Avropa dilləri.
1969-cu ildə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan SSR Nazirlər Soveti 4 noyabr 1972-ci ildə “M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında” qərar qəbul etdi. Qərara əsasən, həmin institutun bazasında iki müstəqil institut təşkil edildi: M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu. APXDİ-də ən böyük fakültə İngilis dili fakültəsi idi.
1990-cı illərə qədər respublikada ingilis dili mütəxəssislərinin hazırlanması sahəsində yeganə qurum olan ingilis dili fakültəsi rektorun 1991-ci il 17 dekabr tarixli əmrilə ingilis-alman dilləri və ingilis-fransız dilləri fakültələrinə ayrıldı. Ikinci fakültə institut Elmi Şurasının qərarı ilə 1998-ci ildən ingilis dili və regionşünaslıq, 2001-ci ildən 1№-li İngilis dili fakültəsi adlandı. Həmin ad altında fakültə öz fəaliyyətini 2013-cü ilədək davam etdirmişdir. 2013-cü ilin fevral ayında 1№-li İngilis dili və 2№-li İngilis dili fakültələrinin əsasında Pedaqoji fakültə təşkil edilmişdir. Bir il sonra, yəni 2014-cü ildə Pedaqoji fakültənin bazası əsasında 2 yeni fakültə yaradılmışdır (28 avqust 2014-cü il, Əmr № 68): 1) Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültə 2) Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültə. ADU üzrə 31.03.2017-ci il tarixli, 40 saylı əmr əsasında sözügedən fakültələr birləşdirilərək TƏHSİL fakültəsi yaradılmışdır. Azərbaycan Dillər Universiteti üzrə 12 iyul 2019-cu il tarixli 78 saylı əmr ilə Təhsil fakültəsinin bazasında Təhsil 1 və Təhsil 2 fakültələri təşkil edilib.
Mövcud vəziyyət
Fakültədə tələbələrin layiqli mütəxəssis kimi yetişdirilməsi üçün mühüm addımlar atılmışdır. İlk addım olaraq mənəvi sağlam iqlim yaradılmış, müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət, öyrədən və öyrənənin hüquq və vəzifələrinin daha məsuliyyətlə başa düşmələri, nizam-intizamın daha da gücləndirilməsi sahəsində işlər görülmüşdür.
Respublikamız 2005-ci ildə Bolonya Bəyannaməsini qəbul etdikdən sonra universitetimiz bu prosesi dəstəkləyən ilk ali təhsil müəssəsi oldu. Tədris plan-proqramlarımız yeniləşdi, dərsliklərimiz müasir tələblərə cavab verən dərsliklərlə əvəz olunmağa başladı. Tələbələrlə, valideynlərlə, eləcə də müəllimlərlə bu yeni sistem haqqında maarifləndirmə işləri aparıldı, yeni innovativ təlim metodlarına həsr olunmuş treyninqlər – seminarlar keçirildi, yeni-yeni fənn proqramları hazırlandı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Təhsil Nazirliyinin 2011-ci il 26 aprel tarixli 656 nömrəli əmri ilə təsdiqlənmiş “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında 2018-2019-cu tədris ilində ADU-nun Təhsil fakültəsinin akkreditasiya qiymətləndirilməsi keçirilib. Fakültənin təhsil proqramları (“İngilis dili müəllimliyi” və “Alman dili müəllimliyi”) 2019-2024-cü tədris illəri üzrə mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə akkreditasiyadan keçmiş hesab edilib.
Son illərdə universitetimizdə yaranmış sağlam mühit, təhsilin demokratikləşdirilməsi, tələbə-müəllim münasibətlərinin şəffaflığı heç şübhəsiz ki, fakültəmizdən də yan keçməyib. Universitet rəhbərliyinin fakultə kollektivi qarşısında qoyduğu hər bir məsuliyyət bizim fəaliyyət proqramımızdır. İnamla deyə bilərik ki, bundan sonra da Təhsil 1 fakültəsi Universitetimizin cəmiyyətdəki nüfuzunu həmişə uca tutacaq.
Fəaliyyət istiqamətləri
Tədris. Fakültə bakalavriat səviyyəsinin tədris proqramları üzrə təhsil xidmətləri göstərir. Hazırda fakültə ingilis dili müəllimliyi, alman dili müəllimliyi, rus dili müəllimliyi ixtisasları üzrə kadr hazırlığı həyata keçirir. “E-universitet” layihəsi əsasında fakültədə tədris prosesinin elektronlaşdırılmasına başlanılıb. Eyni zamanda fakültənin yerləşdiyi binada müasir kitabxana da vardır. Fakültə İngiltərənin ESSEX universiteti ilə birgə ikili diplom proqramı həyata keçirir. Fakültə təhsilin keyfiyyətini artırmaq məqsədilə fasiləsiz olaraq, tədris plan və proqramlarının təkmilləşdirilməsi, tədrisdə müasir texnologiyalardan istifadə və professor-müəllim heyətinin peşə bacarıqlarının artırılmasına xüsusi əhəmiyyət verir.
Tədqiqat. Fakültədə elmi tədqiqatlar kafedralarda həyata keçirilir. Universitetin elmi jurnalları mövcuddur. Elmi tədqiqatların stimullaşdırılması məqsədilə nüfuzlu jurnallarda məqalə nəşrinə görə mükafatlandırma sistemi fəaliyyət göstərir. Son illərdə kafedra alimlərinin “Web of Science”, “Scopus” kimi nüfuzlu elmi bazalara daxil olan nəşrlərdə çap edilən əsərlərinin sayı artır. Fakültə tədqiqat potensialını artırmaq məqsədilə tədqiqat infrastrukturunun yaxşılaşdırılmasına, nüfuzlu nəşrlərdə elmi əsərlərin nəşrinə, elmi-tədqiqat qrant layihələrinin həyata keçirilməsinə böyük önəm verir.
Sosial xidmət. Fakültədə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı hər il müxtəlif sosial məsuliyyətlilik layihələri həyata keçirirlər. Fakültədə inkluziv təhsil ilə bağlı əlilliyi olan tələbələrin cəmiyyətə inteqrasiyası, onlar üçün bərabər təhsil imkanlarının yaradılması məqsədilə vaxtaşırı tədbirlər və layihələr icra edilir. Ayrı-ayrı sosial problemlərlə bağlı QHT-lərlə əməkdaşlıq çərçivəsində maaarifləndirmə tədbirləri, kompaniyaları aparılır.
İnsan resursları. Respublikamızda xarici dillərin tədrisi üzrə alimlərin əsas hissəsi fakültədə fəaliyyət göstərir. Son illər xaricdə təhsil almış gənclər də elmi-pedaqoji fəaliyyətə cəlb edilmişdir. Fakültə əməkdaşlarının peşə bacarıqlarının təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verir və bu məqsədlə ilboyu müxtəlif seminarlar, təlimlər təşkil edir.
İnformasiya resursları. Fakültənin də yer aldığı ADU-nun “www.adu.edu.az” ünvanlı internet səhfəsi fəaliyyət göstərir. Zəngin informasiya resurslarına malik olan bu səhfədən həm universitetdaxili istifadəçilər, həm də kənar istifadəçilər geniş istifadə edir. Fakültəni yerləşdiyi bina geniş zolaqlı internetlə təmin edilmişdir. Fakültə əməkdaşlarının “Web of Science”, “Ebsco”, J-Stor və eləcə də digər dünya kitabxanalarına çıxış imkanı təmin edilmişdir.
İnfrastruktur. Fakültənin Bakı şəhəri, Təbriz küçəsi 81 ünvanda yerləşən bir tədris binası vardır. Tədris binasında mühazirə və konfrans zalları mövcuddur.
Güclü/zəif tərəflərin və imkan/təhdidlərin təhlili (SWOT təhlil)
Güclü tərəflər | Zəif tərəflər |
|
|
İmkanlar | Təhdidlər |
|
|
MİSSİYA, GƏLƏCƏYƏ BAXIŞ VƏ ƏSAS DƏYƏRLƏR
“Yüksək keyfiyyətli təhsil vermək və tədqiqatlar aparmaq”
“Universitetin ən yaxşı fakültələrindən birinə çevrilmək”
Təhsil 1 fakültəsi missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirə bilmək naminə aşağıdakı dəyərlərə sadiqdir:
Akademik azadlıq: Fakültə əməkdaşları tədqiqat, tədris və sosial xidmət fəaliyyətində elmi prinsiplərə sadiqdirlər.
Akademik etika: Fakültə bütün fəaliyyətində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır.
Şəffaflıq: Fakültə fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinə açıq şəkildə həyata keçirir.
Keyfiyyətlilik: Fakültə bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır.
İştirakçılıq: Fakültə səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir.
Fərqliliklərə hörmət: Fakültə bütün maraqlı tərəflərinin fərqli fikirlərinə hörmətlə yanaşır.
Cəmiyyət mənafeyini düşünmək: Fakültə bütün fəaliyyətini ilk növbədə cəmiyyət mənafeyini düşünərək həyata keçirir.
STRATEJİ MƏQSƏDLƏR, HƏDƏFLƏR VƏ FƏALİYYƏTLƏR
STRATEJİ MƏQSƏD 1. YÜKSƏK KEYFİYYƏTLİ FAKÜLTƏYƏ ÇEVRİLMƏK
Strateji hədəf 1.1. 2026-cı ilə qədər yüksək bal toplayaraq fakültəni seçən abituriyentlərin sayını davamlı artırmaq və fakültə üzrə orta keçid balını yüksəltmək.
Strateji fəaliyyətlər:
- Ölkədə orta təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edən tədbirlərə dəstək verilməsi;
- Fakültənin təhsil proqramlarının tanıtım tədbirlərinin davamlı şəkildə genişləndirilməsi və effektivliyinin artırılması;
- Şagirdlərdə xarici dil biliklərinin formalaşdırılması məqsədilə orta məktəblərə elmi-metodiki dəstəyin verilməsi.
Strateji hədəf 1.2. 2026-cı ilə qədər tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları (ixtisas bilikləri, analitik təhlil bacarığı, tənqidi düşüncə tərzi, yüksək akademik yazı qabiliyyəti, İKT-dən istifadə bacarığı, liderlik və komandada işləmə bacarığı) formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirmək.
Strateji fəaliyyətlər:
- Tədris standartları, planları və proqramlarının mütərəqqi dünya təcrübəsi və əmək bazarının tələblərinə tamamilə uyğunlaşdırılması;
- Müəllimin tələbə tərəfindən seçiminin təmin edilməsi;
- Bütün ixtisaslar üzrə fənnlərin daha effektiv və səmərəli şəkildə keçirilməsinin təmin edilməsi;
- Yeni tələbələrin universitetə uyğunlaşdırılmasını təmin etmək məqsədilə “oryentasiya günləri”nin effektivliyinin artırılmasıi;
- Müəllim-mentor və tələbə-mentor institutlarının fakültə üzrə formalaşdırılması;
- Tələbələrin akademik yazı və danışıq bacarıqlarının inkişaf etdirilməsi;
- Xarici dil tədrisinin köklü şəkildə dəyişdirilərək mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılması;
- Tələbələrin beynəlxalq mübadilə proqramlarına cəlbinin genişləndirilməsi;
- İnnovativ təlim metodlarından istifadənin genişləndirilməsi;
- Tələbələrin pedaqoji təcrübələrinin təşkilinin təkmilləşdirilməsi;
- Tədrisin informasiya təminatının yaxşılaşdırılması;
Strateji hədəf 1.3. 2026-cı ilə qədər fakültənin təhsil proqramlarının milli akkreditasiyadan keçməsini təmin etmək.
Strateji fəaliyyətlər:
- Akkreditasiya qurumları ilə əlaqələrin gücləndirilməsi;
- Təhsil proqramlarının akkreditasiya qurumlarının tələblərinə uyğunlaşdırılması.
Strateji hədəf 1.4. 2026-cı ilə qədər tələbələrin təqaüd imkanlarını davamlı olaraq artırmaq.
Strateji fəaliyyətlər:
- Daxili imkanlar hesabına tələbələr üçün adlı təqaüdlərin təsis edilməsi;
- Özəl qurumların maliyyələşdirilməsi hesabına tələbələr üçün təqaüdlərin təsis edilməsi;
Strateji hədəf 1.5. 2026-cı ilə qədər distant təhsil xidmətləri təklif etmək.
Strateji fəaliyyətlər:
- Tədris planları üzrə bəzi ümumi fənnlərin distant formada təklif edilməsi;
- Distant təhsil xidmətlərinin təklif edilməsi.
Strateji hədəf 1.6. 2026-cı ilə qədər professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini fasiləsiz olaraq artırmaq.
Strateji fəaliyyətlər:
- Gənc professor-müəllim heyətinə dəstəyin verilməsi;
- Professor-müəllim heyəti üçün məqsədli təlimlərin sayının və effektivliyinin davamlı artırılması;
- Beynəlxalq mübadilə proqramlarına cəlb edilən professor-müəllim heyətinin sayının davamlı şəkildə artırılması;
- Professor-müəllim heyətinin tərkibində əcnəbilərin sayının davamlı artırılması;
- Professor-müəllim heyəti arasında müxtəlif dərnəklərin yaradılmasının stimullaşdırılması.
STRATEJİ MƏQSƏD 2. ELMİ-TƏDQİQATLARIN SAYININ VƏ KEYFİYYƏTİNİN ARTIRILMASI
Strateji hədəf 2.1. 2026-cı ilə qədər “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə çap edilən məqalələrin sayını hər il artırmaq.
Strateji fəaliyyətlər:
- Birgə yüksək keyfiyyətli tədqiqatlar apara biləcək çevik tədqiqat qruplarının formalaşdırılması;
- Aparılan tədqiqatların nüfuzlu nəşrlərdə dərci üçün onların xarici dillərə mükəmməl şəkildə çevrilməsinə dəstək mexanizminin yaradılması;
- Nüfuzlu nəşrlərdə əsər çap edilməsinin stimullaşdırılması mexanizminin daim təkmilləşdirilməsi.
Strateji hədəf 2.2. 2026-cı ilə qədər Respublika və Beynəlxalq elmi konfrans, konqres, forum və.s təsis və təşkil etmək.
Strateji fəaliyyətlər:
- Elmi tədbirin təsisi məqsədilə tərəfdaşlarla razılığın əldə edilməsi;
- Elmi tədbirin keçirilməsinə maliyyə dəstəyi verəcək sponsorlarla razılığın əldə edilməsi;
- Elmi tədbirin ardıcıl olaraq hər il bir dəfə təşkil edilməsi.
Strateji hədəf 2.3. 2026-cı ilə qədər hər il bir dəfə fakültə tələbələrinin tələbə elmi konfransını təşkil etmək.
Strateji fəaliyyətlər:
- Elmi tədbirin təsisi məqsədilə tərəfdaşlarla razılığın əldə edilməsi;
- Elmi tədbirin keçirilməsinə maliyyə dəstəyi verəcək sponsorlarla razılığın əldə edilməsi;
- Elmi tədbirin ardıcıl olaraq hər il bir dəfə təşkil edilməsi.
STRATEJİ MƏQSƏD 3. SOSİAL XİDMƏTLƏR GÖSTƏRMƏK.
Strateji hədəf 3.1. 2026-cı ilə qədər fakültədə toplanan bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini fasiləsiz olaraq təkmilləşdirmək.
Strateji fəaliyyətlər:
- Fakültədə həyata keçirilən elmi-tədqiqatlar, təşkil edilən elmi tədbir və layihələrin nəticələrinin populyar dildə və üslubda cəmiyyətlə bölüşülməsinə xidmət edən əlaqə mexanizmlərinin qurulması;
- Cəmiyyət üçün açıq tədris resurslarının formalaşdırılması, mühazirə və seminarların təşkil edilməsi və onların internet üzərindən yayılması;
Strateji hədəf 3.2. 2026-cı ilə qədər ömür boyu təhsil proqramı üzrə təhsil xidməti göstərmək.
Strateji fəaliyyətlər:
- Cəmiyyətin ayrı-ayrı sosial problemlərinə həsr edilən maarifləndirmə proqramlarının təşkil edilməsi;
Strateji hədəf 3.3. 2026-cı ilə qədər tələbələrin təşkilatlanma mexanizmini və sosial şəraitini təkmilləşdirmək.
Strateji fəaliyyətlər.
- Tələbə-universitet-valideyn üçtərəfli əlaqə modelinin tətbiq edilməsi;
- “Bir günlük Xəlifə” layihəsinin hər il keçirilməsi;
- Tələbələrin karyera quruculuğuna dəstək verilməsi;
- Tələbələr arasında multikultural dəyərlərin yayılmasına xidmət edən tədbirlərin təşkil edilməsi;
- Tələbələrə psixoloji dəstək xidmətinin verilməsi;
- Tələbələrin sosial layihələrinin sayının və çeşidliliyinin artırılması və onların davamlılığının təmin edilməsi.
Strateji hədəf 3.4. 2026-cı ilə qədər məzunlarla əlaqə mexanizmini təkmilləşdirmək.
Strateji fəaliyyətlər:
- Məzun günlərinin keçirilməsi;
- Fəxri məzunlarla sistemli əlaqə mexanizminin qurulması;
- Məzunların əlamətdar tədbirlərə dəvət edilməsi;
- Məzunların elektron məlumat bazasının formalaşdırılması.
STRATEJİ MƏQSƏD 4. BEYNƏLMİLƏLƏŞMƏNİ İNKİŞAF ETDİRMƏK
Strateji hədəf 4.1. 2026-cı ilə qədər beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayını artırmaq.
Strateji fəaliyyətlər:
- Beynəlxalq mübadilə prosedurlarının sadələşdirilməsi;
- Əcnəbi tələbə və müəllimlər üçün Azərbaycan dilini öyrənmək imkanının yaradılması;
- Beynəlxalq tərəfdaşlarla əlaqələrin effektivliyinin artırılması;
Strateji hədəf 4.2. 2026-cı ilə qədər beynəlxalq ikili diplom proqramlarının sayını artırmaq.
Strateji fəaliyyətlər:
- Beynəlxalq ikili diplom proqramlarının nüfuzlu universitetlər hesabına artırılması;
STRATEJİ MƏQSƏD 5. DAHA ÇEVİK İDARƏETMƏ SİSTEMİNİ TƏKMİLLƏŞDİRMƏK
Strateji hədəf 5.1. 2026-cı ilə qədər insan resursları idarəetməsində səmərəliliyi davamlı yüksəltmək.
Strateji fəaliyyətlər:
- Akademik və inzibati heyətin vəzifə təlimatlarının hazırlanması;
- Akademik və inzibati heyətin peşəkar hazırlığının təlim proqramları vasitəsilə inkişaf etdirilməsi;
- Akademik və inzibati heyətin iş yükü və performans ölçmə sistemlərinin davamlı inkişaf etdirilməsi;
- Əməyin motivasiya sistemlərinin davamlı təkmilləşdirilməsi;
Strateji hədəf 5.2. 2026-cı ilə qədər informasiya resurslarını idarəedilməsində səmərəliliyi yüksəltmək.
Strateji fəaliyyətlər: