İngilis və alman dilləri fakültəsi

        Filologiya üzrə fəlsəfə doktoru, dosent Naibə Elxan qızı Camalzadə

1998-ci ildə Azərbaycan Dillər Universitetinin alman dili fakültəsinə daxil olmuş 2002-ci  ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq (Alman dili ixtisası) üzrə magistraturaya qəbul olmuş, 2004-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildən 2005-ci ilədək Azərbaycan Dillər Universitetinin Praktik alman dili kafedrasında tam ştat laborant, 2005-ci ildən 2006-ci ilədək tam ştat baş laborant, 2006-cı ildən 2014-cü ilədək tam ştat müəllim, 2014-cü ildən 2018-ci ilədək ADU-nun II Xarici dil kafedrası tam ştat baş müəllim, 2018-ci ildən 2023-cü ilədək Azərbaycan Dillər Universiteti, Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasında müdir müavini vəzifəsini icra etmiş, 21.11.2023-cü ildən 01.11.2024-cü il tarixədək  Filologiya fakültəsi nəzdində Xarici dillər (hazırda Avropa dilləri) kafedrasının  müdiri vəzifəsində çalışmışdır.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2007-ci ildə Azərbaycan Dillər Universitetinin Müasir Alman dili kafedrasının dissertantı olmuş, 2015-ci ildə “1996-cı il alman orfoqrafiyası islahatı və alman orfoqrafiyasının problemləri” adlı dissertasiya mövzusunu müdafiə etmiş və 2016-cı il oktyabr ayının 18-də filoliogiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 28.04.2023 ildə isə dosent adı almışdır. 2021-ci ildən ADU-nun filologiya üzrə elmlər doktoru hazırlığı proqramı üzrə 5708.01-German dilləri ixtisası sahəsində Alman dilinin fonetikası və qrammatikası kafedrasının qiyabi doktorantıdır, “Alman dilində sadə və mürəkkəb konstruksiyaların funksional-semantik modelləşdirilməsi” adlı mövzu üzərində işləyir. 27 elmi məqalə, tezis, 2 dərs vəsaiti, 2 lüğətin, 1 proqramın müəllifidir.

Naibə Camalzadə dəfələrlə beynəlxalq və yerli seminar, təlim və forumların iştirakçısı olmuşdur:

 1. DAAD in Bakıda təşkil etdiyi  "Xarici dil dərslərində kreativ yazı “ adlı metodik  seminar30.06. - 11.07. , 2008.
 2.Goethe İnstitunun Gürcüstanda təşkil etdiyi  metodik seminar 21-22 noyabr 2009

 3.Goethe İnstitunun Drezden şəhərində təşkil etdiyi  metodik seminar 02.06.- 30.06 2009

 4.“İntel-gələcək təhsil” kursu. 10.02. – 25.02.2010

 5.Goethe İnstitunun Bakıda təşkil etdiyi  metodik seminar. 28.06. – 29.06.2011

 6. Haydelberq Unuversitetinin təşkili ilə “Dependens qrammatika ilə bağlı nəzəri və praktik seminar”. 05.03.-05.05.2012

 7. “M.Ə.Sabir Realist poeziyanin qüdrətli nümayəndəsidir” mövzusunda elmi konfrans

 8. “Xarici dillərin tədrisinin aktual problemləri” elmi praktik konfransı

 9. “Postmodernizimdə milliözünüdərk” mövzusunda keçirilən seminar

 10.“Postmodernizm dövründə mədəni ford” mövzusunda seminar 

 11. DAAD in xətti ilə Almaniyanın Frayburq şəhərində Pedoqoji ali məktəbdə ixtisas üzrə təkmilləşmə kursu. 01.11.2013-01.12.2013

12. Pedoqoji ali məktəbin Bakıda təşkil etdiyi „Deutsch als Fremdsprache – Prüfen, Testen, Begutachten“ adlı seminar  22.09.2014-26.09.2014

13. DAAD in xətti ilə Qazaxistanın Abay Universitetində keçirilən „Asiya ölkələrində alman dilinin vəziyyəti “ adlı konfrans. 4-8 oktrabr, 2016-cı il

14. OEAD- xətti ilə C1 Prüfungsvorbereitung und Testanalyse 11 fevral 2022

15. Актуальные вопросы современной науки и практики конференция , г. Чистополь.

16.Open Sciense Azərbaycan: gənc tədqiqatçılar arasında Open Sciense platformasının təbliği  7 Juni 2022

17. Dokuz Eylul Universität, Fremdsprachenhochschule, 

“Probleme des Deutschunterrichts als zweite Fremdsprache”auf der 3. Internationalen Konferenz     2022  ADU

18. 2022- ci il  DLL 5 (alman dilinin tədrisində media vasitələrin tətbiqi)  

19. 12.09.2023 cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təşkil olunan “Xarici keyfiyyət təminatı”na dair təlimlərdə iştirak etmişdir.

Onun  “Alman orfoqrafiyasında islahatları doğuran amillər”, “Yazının mahiyyəti və əsas kateqoriyaları”, “Alman dilində düzgün yazı qaydalarının formalaşması tarixinə ümumi aspektdən baxış”, “Yazının tarixi, onun növlərinin inkişaf mərhələlərinə ümumi aspektdən baxış”, “Dilin orfoqrafik norması haqqında”, “Fonoqrafik yazının yaranması”, “Yazının növləri və onların təsnifi”, “Dilin yazı sistemində əlifbanın rolu”, “Orfoqrafiya dilin yazı norması kimi”, “Əlifba seciminə təsir edən amillər haqqında”, “К вопросу об орфографической норме языка”, “Orfoqrafik qaydaların  nəzəri aspektdən təhlili”, “Yazının motivləşməyən işarələri”, “Alınma sözlərin alman dilinə integrasiyası problemi”, “Alman orfoqrafiya islahatının alınma sözlərin yazılışına münasibəti”, “Cümlədə sintaktik əlaqələrin ierarxik xarakteristiksı”, “Alman orfoqrafiyasinda alınma sözlərin yazılışı ilə bağlı problemlər”, “Виртуальное предложение и свойства его выражения в структурном синтаксисе немецкого языка”, “Dillərin diaxronik və sinxronik təsnifatının əsasları”, “Cümlədə sintaktik əlaqələrin struktur və xətti ardıcıllığının antinomiyası”, “Характеристика особенностей глагольных предложений немецкого языка в структурном синтаксисе”, “Hierarchical sentence structure in the dependency grammar model”, “Cümlənin sintaktik strukturunda tərkib, asılılıq və valentlik nəzəriyyəsinin oynadığı rol”, “Alman dilində sadə cümlələrin funksional-semantik modelləşdirilməsi” adlı məqalə və tezisləri respublikada və xaricdə, “Transliterasiya ensiklopediyası”, “Deutsch macht Spass” A1/ A2”, “Dərsin təşkili və mərhələləri üzrə ünsiyyət leksikası (Azərbaycan, alman, ingilis, rus, fransız dillərində müxtəsər lüğət)”, “Deutsche Grammatik (ein theoretisch-praktisches Übungsbuch) Alman dilinin qrammatikası (nəzəri-praktik tapşırıq kitabı)”adlı dərs vəsaitləri, Xarici dildə işgüzar və akademik kommunikasiya (alman dili) adlı fənn proqramı nəşr olunmuşdur.