Mərkəzlər

Rumın Dili və Mədəniyyəti Mərkəzi

 

Rumın Dili və Mədəniyyəti Mərkəzi 13 iyul 2018-ci ildə Azərbaycan Dillər Universiteti və Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri cənab Dan İankunun dəstəyi ilə rumıniyalı müəllim İosefina Blazsani-Battonun təşəbbüsü ilə açılıb. Mərkəz Rumın dilinin, mədəniyyətinin təbliğ olunması, ölkələrarası əlaqələrin daha da genişlənməsi, dövlətlərin bir-birini yaxından tanıması, birgə işlərin həyata keçirilməsi məqsədi ilə yaradılıb.

      

 Əsas hədəflər:

      Azərbaycanda Rumın mədəniyyətinin, dəyərlərinin mühafizəsi və ötürülməsi; Rumın mədəni irsinin bütövlüyü və inkişafı; Rumıniya və Azərbaycan arasındakı mədəni mübadilənin yüksək səviyyədə təşkili.

    

Rumın dili və mədəniyyəti mərkəzi aşağıdakı layihələri  həyata keçirir:

Mədəni və bədii fəaliyyətlərin, o cümlədən davamlı təhsil proqramlarının təşkili və idarəsi,

Azərbaycanda Rumın dili, mədəniyyəti və sivilizasiyasını dəstəkləyən layihələrin təşkili,

Müsabiqə və festivalların təşkili,

Akademik, elmi, mədəni, iqtisadi və sosial mövzular haqqında, həmçinin, Rumıniya və Azərbaycan arasındakı əlaqələrlə bağlı simpozium, forum, konqres, və sərgilərin təşkili,

Maraqlananlar üçün Rumın dili və mədəniyyəti ilə əlaqəli təlim və kursların təşkili,

Rumın sənədli filmlərinin nümayişi,

Rumın institutları ilə əməkdaşlıq,

Azərbaycan mədəniyyət mərkəzləri ilə əməkdaşlıq.

 

 

 

Erasmus+ müqaviləsi

1.       ADU-dan Lucian Blaga Universitetinə 1 tələbə üçün Erasmus+ Təhsil mobillik müqaviləsi, 2024, tələbə Aytən Məcidova

2.       ADU-dan Aleksandru İon Cuza Universitetinə 1 tələbə üçün Erasmus+ Təhsil mobillik müqaviləsi, 2024, tələbə Elvin Məmmədov

3.       ADU-dan Piteşti Universitetinə 3 tələbə üçün Erasmus+ Təhsil mobillik müqaviləsi, 2024, tələbələr Günay Allahyarlı, Nərgiz Aslanova, Hüseyin Qazəliyev

 

2024-2025-ci ildə görülən işlər                                                                    

Rumın Dili və Mədəniyyəti Mərkəzi: beynəlxalq konfrans və tədbirlərin təşkili

 

01.03.2024  Rumıniya milli bayramı Martisor’a aid tədbir.

06.03.2024 Rumıniyanın İon Kuza Universitetinin professoru İulian Mogan tərəfindən „Qərbi Roma İmperiyası dövründə Anadoluda Dini Yazarlar”  adlı təqdimat. Tədbirdə Regionşünaslıq kafedrasının müəllimləri və təcrübədə olan magistr tələbləri iştirak ediblər.

25.04.2024 “Mükafatları və medalları ilə Rumıniya Təhsilinin tarixi”. Mühazirəçi Rumıniyalı mühəndis Dan Casuta olmuşdur. Tədbirdə Təhsil 1 fakültəsinin dekanı Fikrət Cahangirov, eləcə də Təhsil 1 fakültəsinin tələbələri, həmçinin Regionşünaslıq və German dillərinin tərcümə nəzəriyyəsi və praktika kafedralarının müəllimləri də iştirak etmişdir.

26.04.2024 Balkanlarda antropoloji sahə işləri. Mühazirəçi Buxarest Universitetinin professoru Catalin Constantin olmuşdur. Tədbirdə Təhsil 1 fakültəsinin  2-ci kurs tələbələri, həmçinin Regionşünaslıq və German dillərinin tərcümə nəzəriyyəsi və praktika kafedralarının müəllimləri də iştirak etmişdir.

03.05.2024 “Transilvaniya: əlaqə qurma yolları” mövzsunda tədbir. Tədbirin əsas məruzəçisi tədqiqat layihəsi üçün Azərbaycana gəlmiş rumıniyalı professor Georgiana Ciceo olub.

08.05.2024. Rumın Dili və Mədəniyyəti Mərkəzi Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin 374-cü qrupun iştirakı ilə “AB-də mədəni diplomatiya, Rumıniyalı filosof, şair və diplomatın hekayəsi” (Cultural Diplomacy in EU, The story of a Romanian Philosopher, Poet and Diplomat) mövzusunda mühazirə həyata keçirib.

 

06.06.2024 Rumın Dili və Mədəniyyəti Mərkəzi “Rumıniyanı kəşf edin: Arqes ərazisində ənənə və müasirlik” (Explore Romania Tradition and modernity in Arges county) adlı tədbir həyata keçirib. Tədbirin əsas məruzəçisi Piteşti Texnologiya Politexnika Universitetinin müəllimi Liliana Voiculescu olub. Qeyd etmək istərdim ki, tədbirdə Təhsil 1 fakültəsinin, Regionşünaslıq kafedrasının, eləcə də German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müəllimləri iştirak edib.

 

17.10.2024 Erasmus Günləri. “Təhsil üzərindən Mədəniyyət Körpüsü. Azərbaycan və Rumıniya arasında Erasmus+ mübadiləsi” adlı online tədbir.

 

02.12.2024 Rumıniyanın Aleksandr İon Kuza Universitetinin professorları tərəfindən  Rumın dili və Mədəniyyət Mərkəzində “1 Dekabr, Rumıniya Müstəqillik Günü “ haqqında tədbir. Əsas məruzəçi Aleksandr İon Kuza Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Lüdmila Bejenaru.

 

20.12.2024 “ Rumıniyada qış adət-ənənələri” adlı hibrid tədbir. ADU-nun Rumın dili üzrə təhsil almış, eləcə də Erasmus+ mübadilə proqramı ilə Rumıniyada təhsil almış tələbələrilə birgə Yeni il bayramının qeyd edilməsi.