Mərkəzlər

Alman oxu zalı və mərkəzi

 

Alman mərkəzi 1998-ci ildə Azərbaycan Dillər Universiteti və Almaniya Goethe  İnstitu  arasında qarşılıqlı razılaşmanın nəticəsi olaraq yaranmışdır. Universitetdə alman dilinin tərcüməsi, alman dili filologiya və Almaniyaşünaslıq fakultələri fəlaiyyət göstərdiyindən, əlbəttə ki, mərkəzin yaranması bu işdə universitetin tələbə və müəllim heyətinə öz töhfəsini vermişdir.

Mərkəzin kitab fondu hal – hazırda 5000-ə yaxındır, bundan başqa  audio, video kassetlər, almanca nəşr olunan qəzet və jurnallar da tələbələrin ixtiyarına verilir. Eləcə də, tələbələr mərkəzdə Almaniya televiziya verilişlərini izləmək imkanına malikdirlər. Mərkəzin kitab fondu yalnız bir sahəni deyil, demək olar ki, elmin bütün sahələrini əhatə edir. Həmçinin alman ədəbiyyatının məşhur ədibləri Höte və Schiller, F. Kafka, S. Zweig, eləcə də, müasir alman ədəbiyyatı nümunələrini mərkəzdə əldə etmək olar. Onu da qeyd etmək olar ki, 2009- cu ildə Nobel mükafatına layiq görülmüş yazıçı Herta Müllerin də əsərləri 2009-2010 tədris ili üçün mərkəz tərəfindən sifariş olunub. Mərkəzdə 335 video ,322 audio kaset,110 Cd,15 adda qıəzet və jurnal var.

Mərkəz yalnız kitabxana funksiyası daşımır. Belə ki, yeni dərs ilindən etibarən hər həftə Almaniyadan gəlmiş müəllimlər tələbələrlə dərs saatları keçirir, qarşılıqlı fikir mübadilələri yürüdürlər. 2011-2012-ci ders ili müddətində Alman Mərkəzində DAAD-in dil asistenti xanım Cristiane Meyer tərəfindən danışıq saatları keçirilir. Belə tədbirlər Alman Mərkəzində müntəzəm olaraq həyata keçirilir. Əlbəttə ki, bu işlərdə əsasən ADU – nun tələbələri daha yaxından iştirak edirlər. Yalnız ADU- nun tələbələri deyil,  Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Dövlət Neft Akademiyası, İqtisad Universiteti və s. kimi təhsil ocaqlarından da kifayət qədər oxucu kütləsi mərkəzə üzv olmuş və maksimal dərəcədə yararlanmağa çalışırlar.

Universitetin müəllim heyəti də mərkəzlə sıx əlaqədədir. Elmi iş və yaxud məqalə yazan müəllimlər mərkəzin fondundan istifadə edirlər. Eləcə də, alman dilinin xarici dil kimi tədrisi ilə bağlı materialları müəllimlər burda əldə edirlər.  Həmçinin, Azərbaycan Elmlər Akademiyasından da gənc aspirantlar tez – tez mərkəzə üz tuturlar və mərkəzin işçisi olaraq onlara yardımçı olmağa çalışırıq.

 

Tel: 012 564 22 46

E-Mail: [email protected]

Facebook Adress: deutscher_[email protected]

 

                                 

                               Alman oxu zalı və mərkəzi

                                   İş prinsipləri

 

 

Alman oxu zalı Azərbaycan Dillər Universiteti və Almaniya Goethe  İnstitu  arasında qarşılıqlı razılaşmanın nəticəsi olaraq yaranmışdır. Alman oxu zalının iş prinsipləri:                                                                                                                Oxu zalımız  yalnız kitabxana funksiyası daşımır. Belə ki, hər  yeni dərs ilindən etibarən hər həftə oxu zalında alman mütəxəssislərlə birgə danışıq saatları keçirilir,  qarşılıqlı fikir mübadilələri yürüdürlər. Bundan əlavə  bir çox alman qurumları ilə birgə oxu zalında müxtəlif mövzulu tədbirlər təşkil olunur.

       Mərkəzimiz eyni zamanda bir kitabxanadi və buranın kitab fondu hal – hazırda 5000-ə yaxındır və bu fond : almanca nəşr olunan qəzet və jurnallar, kitablar , CD-lər, DVD-lər tələbələrin ixtiyarına verilir.Hər il Goethe İnstitunun bizə təqdim etdiyi büdcə əsasında onlayn sifarişlər həyata keçirir və mərkəzimizin fondunu zənginləşdirirk. Sifarişlərimiz çatdiqdan sonra onların qeydiyyatını aparir və “Onlayn” kataloqumuza əlavə edirik.

 

                                               

                                                Alman oxu zalının baş mütəxəsissləri : 

                                                                            Lamiyə Mustafayeva

                                                                            Mətanət İsgənfərova