

İsrail və Yaxın Şərq araşdırmalar mərkəzi
İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi, 2005–2006-cı illərdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin nəzdində İsrailşünaslıq ixtisasının açılmasından sonra, İsrailin Azərbaycandakı səfirliyinin dəstəyi və əməkdaşlığı ilə fəaliyyətə başlamışdır.
Mərkəzin əsas məqsədi İsrail və Yaxın Şərq üzrə təhsil alan tələbələrin elmi-tədqiqat işlərinə dəstək göstərmək, onları kitabxana, audio və video materiallarla təmin etmək, beynəlxalq arenaya çıxışlarına yardım etmək və İsrail–Azərbaycan əlaqələrinin inkişafına töhfə verə biləcək yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.
Mərkəz, İsrailin Azərbaycandakı səfirliyi və bir sıra aparıcı İsrail universitetləri ilə sıx əməkdaşlıq edir. Universitet tələbələri mərkəzdən elmi tədqiqat məqsədilə geniş istifadə edirlər.
Mərkəz müasir texniki vasitələrlə — kompüterlər, internet bağlantısı, xarici dillərin öyrənilməsi üçün ləvazimatlar və digər resurslarla təmin olunmuşdur. Burada təxminən 800 kitabın yer aldığı zəngin kitabxana fəaliyyət göstərir. Kitablar əsasən ibri, ingilis və rus dillərindədir və dolğun elmi məlumatları əhatə edir. Mərkəz həmçinin səfirlik tərəfindən kompüter, proyektor və digər tədris vəsaitləri ilə təmin olunmuşdur.
2005-ci ildən etibarən fəaliyyət göstərən İsrailşünaslıq ixtisasının bakalavr pilləsinə, 2009/2010-cu tədris ili istisna olmaqla (həmin il qəbul olmayıb), hər il 10 tələbə qəbul olunmuşdur. Magistr pilləsinə isə 2013–2014-cü tədris ilindən etibarən qəbul başlamışdır.
Mərkəz fəaliyyət göstərdiyi dövr ərzində bir sıra rəsmi və beynəlxalq tədbirlərin təşkilinə təşkilatçılıq etmiş, İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və məzunların İsrail hökuməti tərəfindən təqdim olunan müxtəlif proqramlarda iştirak etməsi üçün təşəbbüs göstərmişdir.
Mərkəz özünün fəaliyyət göstərdiyi dönəmdə bir sıra ali qonaqlara ev sahibliyi etmişdir. Belə ki, 2009-cu ildə İsrailin sabiq prezidenti Şimon Peres Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Dillər Universitetini ziyarət etmiş, burada tələbə və müəllim heyəti ilə görüş keçirmişdir.
2012-ci ilin aprel ayında Azərbaycan Respublikası ilə İsrail dövləti arasında diplomatik əlaqələrin 20 illiyi münasibətilə İsrailin o zamankı Xarici İşlər naziri Aviqdor Liberman ölkəmizə rəsmi səfər etmiş və yenidən təmir olunmuş mərkəzin açılışında iştirak etmişdir. Səfər zamanı 3 tələbənin İsraildə təhsil alması ilə bağlı göstəriş vermişdir.
Mərkəz, həmçinin bir çox yəhudi professor və mütəxəssisin Azərbaycana gələrək tələbələrlə görüşməsinə və müxtəlif mövzularda mühazirələr keçməsinə şərait yaratmışdır.
Kitabxanadan istifadə qaydaları:
- 1 ədəd rəngli şəkil təqdim olunmalıdır
- Şəxsiyyəti təsdiq edən sənəd tələb olunur
Qeyd: Kitablar evə 20 gün müddətinə verilir.
Mərkəzin baş mütəxəssisi:
Xudiyeva Emiliya Abdulla qızı
Telefon: (+99412) 441-22-78 (daxili nömrə: 152)
E-mail: [email protected]
. . .
מרכז לחקר ישראל והמזרח התיכון
אזוריים באוניברסיטת השפות של אזרבייג'ן, לאחר פתיחת תוכנית לימודי ישראל, בשיתוף פעולה עם שגרירות ישראל בבאקו.
מטרת המרכז העיקרית היא לתמוך בפעילות האקדמית והמחקרית של סטודנטים המתמחים בלימודי ישראל והמזרח התיכון, לספק להם גישה למשאבים ספרייתיים, חומרים אודיו-ויזואליים, ולסייע בהשתלבותם בקהילה האקדמית הבינלאומית. בנוסף, המרכז תורם לפיתוח אנשי מקצוע מיומנים המסוגלים לשחק תפקיד משמעותי בקידום קשרי ישראל–אזרבייג'ן.
המרכז פועל בשיתוף פעולה הדוק עם שגרירות ישראל בבאקו ומספר אוניברסיטאות מובילות בישראל. סטודנטים מאוניברסיטת השפות של אזרבייג'ן ומאוניברסיטאות אחרות עושים שימוש נרחב במשאבים של המרכז לצורכי מחקר.
המרכז מצויד בתשתיות טכנולוגיות מודרניות, כולל מחשבים, גישה לאינטרנט, וכלי לימוד לשפות ולמחקר. הוא מארח ספרייה עשירה המכילה כ-800 כותרים, בעיקר בשפות עברית, אנגלית ורוסית, המכסים מגוון רחב של נושאים אקדמיים. בנוסף, המרכז קיבל ציוד כגון מחשבים, מקרנים וחומרי לימוד נוספים משגרירות ישראל.
מאז הקמתו ב-2005, תוכנית הלימודים לתואר ראשון בלימודי ישראל מקבלת 10 סטודנטים מדי שנה, למעט שנת הלימודים 2009/2010 בה לא התקבלו סטודנטים. קבלת סטודנטים לתוכנית לתואר שני החלה בשנת הלימודים 2013– 2014.
במהלך השנים, המרכז ארגן מספר אירועים רשמיים ובינלאומיים, ועודד באופן פעיל השתתפות של סטודנטים ובוגרים בתוכניות שונות המוצעות על ידי ממשלת ישראל.
המרכז אירח מספר אורחים מכובדים, ביניהם נשיאה לשעבר של מדינת ישראל, שמעון פרס, שביקר באזרבייג'ן בשנת 2009, ושר החוץ דאז אביגדור ליברמן, שביקר באפריל 2012 לציון 20 שנה לכינון קשרים דיפלומטיים בין אזרבייג'ן וישראל. במהלך ביקורו, ליברמן השתתף בטקס פתיחת המרכז לאחר שיפוצו, והורה לשלוח שלושה סטודנטים ללמוד בישראל.
המרכז גם יזם ביקורים של פרופסורים ומומחים ישראלים, אשר נפגשו עם סטודנטים אזרבייג'ניים והעבירו להם הרצאות בנושאים שונים.
: מדיניות השאלת ספרים מהמרכז
1. יש להציג תמונה צבעונית אחת
2. יש להציג תעודת זהות
הספרים ניתנים להשאלה לתקופה של 20 ימים הערה:
המומחית הראשית של המרכז:
אמיליה חודייבה
(+99412) 441-22-78 (שלוחה: 152)טלפון:
[email protected] דוא"ל: