Fəxri məzunlarımız

Azad Rəhimov

Rəhimov Azad Arif oğlu 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbin birinci sinfinə daxil olub. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cı illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib. 2006-2021-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsində çalışıb.