Kafedralar

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

PEDAQOGİKA KAFEDRASI

Pedaqogika kafedrası Azərbaycan Dillər Universitetinin idarəedici və təşkilati strukturu olaraq tələbələrin (bakalavriatura), magistrantların (magistratura) və təkmilləşən müəllimlərin (Əlavə təhsil və Təcrübə şöbəsi) pedaqoji hazırlığını təmin edir.

Kafedra ADU və ölkə miqyasında pedaqoji tədqiqatların aparılmasında iştirak edir, respublikanın ümumtəhsil, orta ixtisas və ali məktəblərinin yüksək ixtisaslı pedaqoji kadr hazırlığı missiyasını həyata keçirir.

Pedaqogika kafedrası universitet üzrə pedaqoji məsələlərin həllində (yeni pedaqoji texnologiya nümunələrinin və interaktiv təlim üsullarının tətbiqi və s.), nəzəriyyə, ixtisas və metodika kafedralarına elmi-tədris işinin optimallaşdırılmasında yardım göstərir.

Pedaqogika kafedrası şagirdlərə, tələbələrə, müəllimlərə, valideynlərə öz işlərini təkmilləşdirməkdə, nəzəri və praktik məsələlərin həllində köməklik edir, bu işdə pedaqoji diaqnostikanın gələcək perspektivlərini müəyyənləşdirir.

Kafedrada tədris olunan fənlərin məzmunu respublikada həyata keçirilən islahat proqramı çərçivəsində müvafiq sənədlərdən irəli gələn tələblər əsasında hazırlanır. Kafedranın əməkdaşları Azərbaycan və dünya təcrübəsində özünü təsdiq etmiş nəzəriyyə və yanaşmalardan bəhrələnərək dövrün tələblərinə cavab verən müasir dərslik və dərs vəsaitləri işləyir, tədrisdə tətbiqini həyata keçirirlər.

Pedaqogika kafedrası magistratura, doktorantura qurumları ilə sıx və fasiləsiz əlaqə qurur, respublikada elmi-pedaqoji kadrların  hazırlanmasında iştirak edir.

KAFEDRANIN YARANMA TARIXI

Pedaqogika kafedrası 1946-cı ildən fəaliyyət göstərir.

1946-1958-ci illərdə kafedraya Surxay Hacıyev

1959-1972-ci illərdə dosent Qulam Məmmədov

1973-1983-cü illərdə professor Aben Kərimov

1984-2015-ci illərdə professor Nurəddin Kazımov rəhbərlik etmişlər.

2015-ci ildən isə kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nigar  Zeynalova rəhbərlik edir.

 

KAFEDRANIN ƏSAS PRİNSİPLƏRİ:

  • Nəzəriyyə ilə təcrübənin əlaqəsi
  • İnteqrativlik
  • İnkişafyönümlülük

 

KAFEDRADA FƏALİYYƏT GÖSTƏRƏN MÜƏLLİM HEYƏTİ

Ümumilikdə kafedrada 31 əməkdaş fəaliyyət göstərir: onlardan 12 nəfəri 0,5 ştat, 19 nəfəri tam ştat müəllim və 2 nəfəri isə laborantdır. Kafedra əməkdaşlarının 2 nəfəri dissertant, 3 nəfəri doktorant, 2 nəfər isə elmlər doktoru  dərəcəsi almaq üçün dissertasiya  üzərində işləyir.

Kafedra üzvləri arasında 8 fəlsəfə doktoru, 4 dosent, 8 baş müəllim, 19 müəllim var.

KAFEDRANIN FƏALİYYƏTİ

Kafedra üç fakültə (Təhsil 1, Təhsil 2, Filologiya) və iki şöbə (Əlavə təhsil və Təcrübə, magistratura) ilə əməkdaşlıq edir

 

 

30 iyul 2021-ci il tarixdən etibarən Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində İnklüziv Təhsil Mərkəzi fəaliyyət göstərir.

İnklüziv Təhsil Mərkəzinin yaradılması ilə inklüzivlik sahəsində gənc mütəxəssislərə zəruri nəzəri biliklərin verilməsi, praktik bacarıqların qazandırılması, təcrübənin təşkili, təlimlərin və müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

“İnklüziv Təhsil Mərkəzi” (CINE) fəaliyyətini beş istiqamət üzrə tənzimləyir:

1.         Mütəxəssis hazırlığı;

2.         Valideynlərlə iş;

3.         İctimai maarifləndirmə.

4.         Uşaqlarla işin təşkili;

5.         Beynəlxalq əməkdaşlıq.

 

İnklüziv Təhsil Mərkəzinin əsas vəzifələri:

  • Orta, orta-ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyəti üçün innovativ pedaqoji yanaşmalarla bağlı təlim, konfrans, seminar və vebinarlar təşkil edir;
  • Əhalinin müxtəlif təbəqələrinə ictimai maarifləndirmə xidmətləri göstərir. Mərkəz cəmiyyətdə sosial bərabərliyin qorunması, ictimai maarifləndirmə məqsədilə broşürların hazırlanması, media ilə əlaqələrin genişləndirilməsi, “açıq qapı” günlərinin təşkili, reabilitasiya keçən uşaqların normatipik uşaqlarla sistemli inteqrasiyası istiqamətində tədbirlər həyata keçirir;
  • Beynəlxalq əməkdaşlıq istiqamətində beynəlxalq dərəcəli mütəxəssislərin canlı seminarlar üçün ölkəmizə dəvət olunmasını, təcrübə mübadiləsini, konfransların, videogörüşlərin keçirilməsini, intensivlər çərçivəsində təlimlərin təşkilini təmin edir;
  • İnklüziv təhsil sahəsində müxtəlif layihələrin hazırlanması, həyata keçirilməsi və sonrakı dəstəyin verilməsini təmin edir;
  • Mütəxəssis hazırlığı - psixoloq, psixopedaqoq, defektoloq-loqoped, müalicəvi bədən tərbiyəsi (mbt); sensor inteqrasiya-erqoterapiya, floortime, oyun terapiyası və s. istiqamətdə kadr hazırlığını həyata keçirir;
  • Respublikanın bölgələrində yerləşən orta, orta-ixtisas və ali təhsil müəssisələri tələbələri və şagirdlərinin, o cümlədən, şəhid, qazi ailələri və digər imtiyazlı şəxslərin mərkəzin imkanlarından istifadə edə bilmələri üçün xüsusi proqramların hazırlanmasını, həyata keçirilməsini nəzərdə tutur, universitetin müxtəlif struktur bölmələri və müvafiq təhsil idarələri ilə birgə tədbirlər təşkil edir;
  • Müxtəlif kateqoriyadan olan uşaqlarda müvafiq təlim ehtiyaclarının ödənilməsi, zəruri tələbatların şəxsin inkişaf xüsusiyyətlərinə görə müəyyənləşdirilməsi, konsultasiyaların aparılması, korreksiya fəaliyyətinin təmin olunması, özəl qida rasionunun müəyyənləşdirilməsi, qida əlavələrinin təyinatı, intensivlərin (beynəlxalq səviyyəli mütəxəssislərlə), reabilitasiya, asudə vaxtın səmərəli təşkili istiqamətində fəaliyyət həyata keçirir;
  • Həssas kateqoriyadan olan uşaqların valideynləri ilə psixoloji işin qurulması, diaqnozun qəbulu zamanı onlara dəstək göstərilməsi, birgə fəaliyyət planının hazırlanması, uzunmüddətli və keyfiyyətli fəaliyyət üçün valideynlərlə əməkdaşlığın tənzimlənməsini həyata keçirir.

 

PEDAQOGİKA KAFEDRASINDA TƏDRİS OLUNAN FƏNLƏR

TƏHSİL-1 FAKÜLTƏSİ

 

KORREKSİYAEDİCİ TƏLİM İXTİSASI

(bakalavriat səviyyəsi)

  •  
  •  

İntellektual pozulmaları olan şəxslərin diaqnostikası, profilaktikası və reablitasiyası

DDHS şəxslərin pedaqoji xüsusiyyətləri və korreksiyası

  •  

Erkən müdaxilə

Xüsusi təhsil

  •  

İnklüziv təhsil

Pedaqogikada yeni yanaşmalar və kurikulum

  •  

Daun sindromlu uşaqların pedaqoji xüsusiyyətləri və korreksiyası

  •  

Erkən autizmli uşaqlarda təlim-tərbiyə xüsusiyyətləri

  •  

Eşitmə imkanları məhdud şəxslərin ünsiyyət vasitələri (Jest dili)                                      

 

  •  

Görmə imkanları məhdud şəxslərin ünsiyyət vasitələri (Brayl əlifbası)                               

 

Həyat bilgisi və onun xüsusi məktəblərdə tədrisi metodikası

Dayaq-aparat problemi olan uşaqların motorika və nitq inkişafı

Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası

Loqopediyanın müasir korreksiya metodları

  •  

Sağlamlıq imkanları məhdud şəxslərin sosial-pedaqoji adaptasiyası

Texnologiya və onun xüsusi məktəblərdə tədrisi metodikası

Sağlamlıq imkanları məhdud şəxslərin valideynləri ilə işin təşkili

                       

Mürəkkəb problemli uşaqlar: onların korreksiya yolları və müəssisələrə yerləşdirilməsi

 

Tətbiqi davranış təhlili

 

 

 

TƏHSİL-2 FAKÜLTƏSİ

MƏKTƏBƏQƏDƏR TƏHSİL İXTİSASI

üzrə kafedrada tədris olunan fənlər

(bakalavriat səviyyəsi)

 

  •  
  •  
  •  

Erkən yaş dövründə Montessori təlimi

                                   

Məktəbəqədər təhsilin inkişaf tarixi

Erkən yaş dövründə uşaq inkişafı

Məktəbəqədər pedaqogika

TV və uşaq inkişafı

Sosial pedaqogika

Erkən yaş dövründə Şteyner-Valdorf yanaşması

Məktəbəqədər təhsil müəssisələrində nitq inkişafı metodikası

Erkən yaş dövründə Regio yanaşması

Məktəbəqədər təhsil müəssisələrində əmək və onun təşkili metodikası

Erkən yaş dövrünün kurikulumu

Məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət

Erkən yaş dövründə oyun fəaliyyəti

Ətraf aləmlə tanışlığın metodikası

Erkən yaş dövründə diqqət və dinləmə

Məktəbəqədər təhsil müəssisələrində musiqi və onun tədrisi metodikası

Erkən yaş dövründə autizm

                       

Məktəbəqədər təhsil müəssisələrində təsviri fəaliyyət və onun tədrisi metodikası

Erkən yaş dövründə təlim çətinliklərinin diaqnostikası

Məktəbəqədər təhsildə pedaqoji texnologiyalar və innovasiyalar

Erkən inkişaf üzrə mütəxəssis hazırlığı beynəlxalq kontekstdə

                       

Məktəb təliminə hazırlığın əsasları

Erkən yaş dövründə İnformasiya-kommunikasiya texnologiyaları

Məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi və ona rəhbərlik

Erkən yaş dövründə elm, cəmiyyət və mədəniyyət

                                   

İnklüziv təhsil

Erkən yaş dövründə qiymətləndirmə

 

Erkən yaş dövründə qida və sağlamlıq

                                   

 

Erkən yaş dövründə təlimin kreativ formada təşkili

 

Erkən yaş dövründə müdaxilə

 

Məktəbəqədər təhsil müəssisələrində kadr hazırlığı

 

 

 

İBTİDAİ SİNİF MÜƏLLİMLİYİ İXTİSASI

(bakalavriat səviyyəsi)

 

  •  
  •  

Təhsil və pedaqoji fikir tarixi

İnnovativ pedaqogika

  •  

Tərbiyə işinin təşkili

İbtidai təhsilin pedaqogikası

 

İbtidai siniflərdə təlimin kreativ formada təşkili

İbtidai siniflərdə həyat bilgisi və onun tədrisi metodikası

İbtidai siniflərdə oyun fəaliyyətindən istifadə

Ibtidai siniflərdə texnologiya və onun tədrisi metodikası

İbtidai siniflərdə təlimin İKT vasitəsilə təşkili

İbtidai siniflərdə fiziki tərbiyyə və onun tədrisi metodikası

Ümumtəhsil müəssisələrində təlim prosesinin təşkili

İbtidai siniflərdə fiziki tərbiyyə və onun tədrisi metodikası

Ümumtəhsil müəssisələrində təlim prosesinin təşkili

İbtidai siniflərdə təsviri incəsənət və onun tədrisi metodikası

İbtidai siniflərdə təlimin əyləncəli formada təşkili

İbtidai siniflərdə musiqi və onun tədrisi metodikası

İbtidai siniflərdə müstəqil fəaliyyətin təşkili

İbtidai siniflərdə inkluziv təhsil

Ibtidai sinifdə təlimin təşkili

Təhsil fəlsəfəsi

İbtidai siniflərdə izahatın yolları

Təhsil sistemləri və layihələrin idarə edilməsi

İbtidai siniflərdə mediatəhsili

 

İbtidai siniflərdə təlimin təkmilləşdirilməsi

 

Ümumtəhsil müəssisələrində təlim prosesinin təşkili

 

İbtidai məktəbin menecmenti

 

Autizm spektr pozuntusu

 

İnklüziv müəllim hazırlığı

 

Müəllim fəaliyyətindəpeşəkarlıq və etika

 

Sosial pedaqogika

 

Kurikulumların hazırlanması

 

 

 

TƏHSİLDƏ SOSİAL-PSİXOLOJİ XİDMƏT İXTİSASI

(bakalavriat səviyyəsi)

  •  
  •  
  •  

Pedaqogikada yeni yanaşmalar və kurikulum

Sosial pedaqogika

“Çətin” uşaqlarla tərbiyə işinin təşkili

  •  

Azyaşlı cinayətkar uşaqların reabilitasiyası

Təhsil sisteminin və layihələrinin idarə edilməsi

Sosial-pedaqoji fəaliyyətin monitoringi və diaqnostikası

İnkluziv təhsil

Kreativ, innovativ pedaqogika

 

Tərbiyə işinin təşkili

 

 

 

XARİCİ DİLİ MÜƏLLİMLİYİ İXTİSASI

(TƏHSİL 1 və TƏHSİL 2 FAKÜLTƏLƏRİ)

(bakalavriat səviyyəsi)

  •  
  •  
  •  

İnkluziv təhsil

  •  

Pedaqogikada yeni yanaşmalar və kurikulum

 

 

MAGİSTRATURA ŞÖBƏSİ          

 

PEDAQOGİKANIN TARİXİ VƏ NƏZƏRİYYƏSİ İXTİSASI

(magistratura səviyyəsində)

  •  
  •  

Ali məktəb pedaqogikası

Tərbiyə işinin təşkili

Pedaqogikanın müasir problemləri

Peşəkar müəllimin bədən dili

Tədqiqat üsulları (pedaqoji)

Peşəkar pedaqoji fəaliyyətin təşkili

Təhsilin əsasları

Pedaqogikanın tədrisi metodikası

Pedaqogikanın tarixi və metodologiyası

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin təşkili

Dünya pedaqoji fikir tarixi

Pedaqogikada yeni yanaşmalar

Təhsildə peşəkarlıq və etika

Müəllimin pedaqoji ustalığı

Şəxsiyyətin formalaşmasının nəzəri-pedaqoji əsasları

Həssas kateqoriyadan olan baxımsız yeniyetmələrlə işin təşkili

Azərbaycanda təhsilin və pedaqoji fikrin inkişaf tarixi

 

Təhsilin idarə olunması

 

Təhsildə əqli mülkiyyət mədəniyyəti

 

 

SOSİAL PEDAQOGİKA İXTİSASI

(magistratura səviyyəsi)

  •  
  •  

Ali məktəb pedaqogikası

Sosial işin təşkili

Pedaqogikanın müasir problemləri

Uşaqlarla tərbiyə işinin təşkili

Tədqiqat üsulları (pedaqoji)

Təhsildə peşəkarlıq və etika

Sosial pedaqoji fəaliyyətin monitorinqi və diaqnostikası

menti

Müasir təhsil texnologiyaları

 Ünsiyyət pedaqogikası

Pedaqogikanın tarixi və metodologiyası

Təhsildə layihələrin idarə olunması

Risk qrupu uşaqların sosial-pedaqoji dəstəyi

İnklüziv təhsilin təşkili

Sosial pedaqoqun fəaliyyəti

 

Pedaqoji peşəkarlıq və müəllim səriştəliyi

 

Uşaq, yeniyetmə və gənclərlə asudə vaxtın təşkili

 

Məktəb və məktəbəqədər təhsil müəssisəsinin inkişafedici mühitin təşkili

 

 

 

TƏHSİLDƏ QİYMƏTLƏNDİRMƏ VƏ MONİTORİNQ İXTİSASI

(magistratura səviyyəsi)

  •  
  •  

Ali məktəb pedaqogikası

Təhsil xidmətlərinin marketinqi və reklamı

Pedaqogikanın müasir problemləri

Ali təhsldə keyfiyyətin təminatı

Tədqiqat üsulları (pedaqoji)

Ali məktəb müəlliminin peşə keyfiyyətlərinin monitorinqi

Pedaqogikanın tarixi və metodologiyası

Monitorinq və qiymətləndirmənin statistik təhlili

Monitorinq və qiymətləndirmədə risklərin idarə olunması

Azərbaycanda məktəb və pedaqoji fikir tarixi

Təhsilin fəlsəfəsi

Təhsil təşkilatlarında kadrların idarə edilməsi

Təhsildə layihələrin idarə olunması

Təhsilin iqtisadiyyatı

Monitorinq və qiymətləndirmədə ölçülər nəzəriyyəsi

Xüsusi təhsilin təşkili

Qiymətləndirmənin meyarları,üsul və vasitələri

 

Məktəb təhsilinin monitorinqi və qiymətləndirilməsi

 

Ali təhsilin monitorinqi və qiymətləndirilməsi

 

 

 

MƏKTƏBƏQƏDƏR TƏHSİL İXTİSASI

Məktəbəqədər təhsilin metodika və metodologiyası

(magistratura səviyyəsi)

  •  
  •  

Məktəbəqədər pedaqogikanın müasir problemləri

Məktəbəqədər təhsil müəssisələrində uşaqların nitq inkişafı

 

Ali məktəb pedaqogikası

Məktəbəqədər yaş dövründə gündəlik xidmətlərin təşkili

 

Tədqiqat üsulları (pedaqoji)

Məktəbəqədər təhsil müəssisələrində tərbiyə işinin təşkili metodikası

Məktəbəqədər təhsildə inkişafetdirici mühitin təşkili

Məktəbəqədər müəssisələrdə təşkilati işin təşkili

Məktəbəhazırlıq qruplarında inklüziv təlimin təşkili

Təlim-tərbiyə prosesinin həyata keçirilməsi

 

Məktəbəqədər pedaqogikanın  tarixi və metodologiyası

Məktəbəqədər müəssisələrdə uşaqların ictimai həyat hadisələri ilə tanışlığı metodikası

Məktəbəqədər yaş dövründə fiziki inkişafın və idrak fəaliyyətinin təşkili

Kimsəsiz uşaqlarla tərbiyə işinin təşkili

Estetik-yaradıcı və sosial-emosional inkişafın həyata keçirilməsi

Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası

Məktəbəqədər  təhsilin idarə olunması

 

Məktəbəqədər təhsilin məzmunu

 

SİM məktəbəqədər yaşlı uşaqlarla diaqnostika işinin həyata keçirilməsi

 

 

 

 

KORREKSİYAEDİCİ TƏLİM İXTİSASI

Korreksiyaedici təlimin metodika və metodologiyası

(magistratura səviyyəsi)

  •  
  •  

Ali məktəb pedaqogikası

 İnklüziv sinifdə pozitiv nizam-intzam                                                                                                                                                                                                                                                                                            

Korreksiyaedici xidmətin müasir problemləri

Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi                                                                                                                                                                                                                                                             

Tədqiqat üsulları (pedaqoji)

Pedaqogikada yeni yanaşmalar

SİMŞ diaqnostikasının planlaşdırılması və həyata keçirilməsi

Təhsildə peşəkarlıq və etika

İnklüziv təhsilə cəlb olunan şəxslərlə aparılan işlərin məzmunu

İnkişafedici, dəstəkləyici və təhlükəsiz mühitin yaradılması

Korreksiyaedici xidmətin tarixi və metodologiyası

Erkən yaş dövründə diaqnostika işinin həyata keçirilməsi

Sosial, özünəxidmət, həyati bacarıqların inkişafı

 

Nitq bacarıqlarının inkişafı

 

Çoxuşaqlı siniflərdə tədrsin təşkli

 

Ailələrlə işin həyata keçirilməsi

 

Təlim çətinlikləri, ASP, DƏHP, narahatlıq, qorxu və fobiyaları  olan uşaqlarda təlim fəaliyyətinin  təşkili                                                                                                                                                                                                                                                                                    

 

 

İBTİDAİ SİNİF MÜƏLLİMLİYİ İXTİSASI

 İbtidai sinifdə tədrisin metodika və metodologiyası

(magistratura səviyyəsi)

  •  
  •  

Ali məktəb pedaqogikası

Peşəkar müəllimin bədən dili

İbtidai təhsil pedaqogikasının müasir problemləri

İbtidai təhsilin kurikulumu

Tədqiqat üsulları (pedaqoji)

İnklüziv təhsilə cəlb olunan şəxslərlə işin təşkili

İnklüziv təhsil

Pedaqogikada yeni yanaşmalar

Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili

Müasir təhsilin inkişaf tendensiyaları

İbtidai təhsil pedaqogikasının tarixi və metedologiyası

İbtidai siniflərdə tərbiyə işinin təşkili

Universal öyrənmə dizaynı

İbtidai siniflərdə şagird nailiyyətlərinin qiymətləndirilməsi

Strateji planlaşdırma və idarəetmənin həyata keçirilməsi

Təhsil müəssisələrində inkişafetdirici mühitin təşkili

Təhsil elminə giriş

 

İbtidai siniflərdə təlim-tərbiyə prosesinin həyata keçirilməsi

 

İbtidai siniflərdə kiçik motorikanın inkişafı

 

 

 

 

XARİCİ DİL MÜƏLLİMLİYİ (dillər üzrə)

Xarici dilin tədrisi metodikası və metodologiyası

(magistratura səviyyəsi)

  •  
  •  

Ali məktəb pedaqogikası

Xüsusi təhsil ehtiyacları

İnnovativ qiymətləndirmə

Peşə etikasl

 

 

TƏHSİLDƏ SOSİAL-PSİXOLOJİ XİDMƏT

(magistratura səviyyəsi)

  •  
  •  

Ali məktəb pedaqogikası

Ünsiyyətin pedaqogikası

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla təlimin təşkili

Həssas kateqoriyadan olan baxımsız yeniyetmələrlə işin təşkili

 

 

KAFEDRA ƏMƏKDAŞLARININ NƏŞR ETDİYİ DƏRSLİK VƏ DƏRS VƏSAİTLƏRİ

  1. Pedaqogika (2016, 2019, 2021)
  2. Pedaqogika (İngilis dilində)
  3. Ümumi təhsilin kurrikulumunun əsasları
  4. Təhsilin idarə olunması
  5. Pedaqogika fənninin tədrisində tələbələrin müstəqil işinin təşkili
  6. Müasir Təhsilin Əsasları
  7. Şəxsiyyətyönümlü təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi
  8. Pedaqogikada yeni yanaşmalar və kurrikulum
  9. Ali məktəb pedaqogikası
  10. İnkluziv təhsilin pedaqogikası
  11. Magistrlik dissertasiyasının yazılmasına dair elmi-metodik vəsait
  12. Pedaqoji təcrübəyə aid metodik vəsait (İbtidai sinif müəllimliyi ixtisası üzrə)

 

KAFEDRA ƏMƏKDAŞLARININ NƏŞR ETDİYİ  PROQRAMLAR

  1. Pedaqogika (2016, 2019, 2021)
  2. Pedaqoqogika (ingilis dilində)
  3. Tədqiqatın əsasları
  4. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi
  5. Magistratura pilləsində ibtidai sinifdə təhsilin metodikası və metodologiyası ixtisası üzrə  təcrübənin  təşkilinə və keçirilməsinə dair proqram
  6. История педагогики
  7. Pedaqogikanın tarixi
  8. Müasir pedaqoji texnologiyalar
  9. Pedaqoji təcrübənin bakalavriat səviyyətində keçirilməsinə dair proqram
  10. Elmi-tədqiqat  və pedaqoji təcrübənin magistratura səviyyətində keçirilməsinə dair proqram
  11. Müasir təhsilin əsasları
  12. Ümumi təhsilin kurikulumunun əsasları
  13. Doktorant və dissertantların  Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi 5804.01 ixtisası üzrə  Pedaqogikanın əsasları fənnindən qəbul imtahanı proqramı (2018, 2022)
  14. Doktorant və dissertantların  Pedaqogikanın əsasları fənnindən minimum imtahanı proqramı (2018, 2022)
  15.  Pedaqogikada Yeni Yanaşmalar və Kurrikulum
  16.  İbtidai siniflərdə təlimin əyləncəli formada təşkili
  17.  Musiqi və onun tədrisi metodikası
  18.  Defektologiyanın və Loqopediyanın əsasları
  19.  Sosial Pedaqogika
  20.  İbtidai təhsilin pedaqogikası
  21.  Məktəbəqədər pedaqogika
  22.  İbtidai siniflərdə təlimin kreativ formada təşkili
  23.  Erkən  yaş dövründə oyun fəaliyyətinin təşkili
  24.  İbtidai siniflərdə oyun fəaliyyətindən istifadə
  25.  İbtidai siniflərdə texnologiya və onun tədrisi metodikası
  26.  Ətraf aləmlə tanışlığın metodikası
  27.  Təsviri fəaliyyət və onun tədrisi
  28.  İbtidai siniflərdə fiziki tərbiyə və onun tədrisi metodikası
  29.  Məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət
  30.  İxtisasartırmaya dair təlim kursları
  31.  Ailə pedaqogikası
  32.  Müasir pedaqoji texnologiyalar
  33.  Azərbaycan məktəb və pedaqoji fikir tarixi
  34.  Bolonya prosesi və Ali təhsil
  35.  Təhsilin idarə olunması
  36.  Tədqiqatın əsasları
  37.  Risk qrupu uşaqların sosial pedaqoji dəstəyi
  38.  Sosial pedaqoqun fəaliyyəti
  39.  Erkən yaş dövründə Montessori təlimi

 

 

 

 

 

 

KAFDEDRANIN TƏŞKIL ETDIYI TƏLIMLƏR

İnklüziv təhim

Erkən yaş dövrü, məktəbəqədər təhsil

 Öyrənmə çətinlikləri

 

 

 

 

TƏDBİRLƏR (2017-2018)

  1. Dissertasiya müzakirəsi (ADPU ilə əməkdaşlıq)
  2. Nardan məktəbində təlim (Sağlam həyat tərzi, narkomaniya, zərərli vərdişlər)
  3. 9 noyavr- Bayraq Günü münasibəti ilə tədbir
  4. AMEA-da fəaliyyət göstərən sərgidə iştirak
  5. Açıq dərslər
  6. Qarşılıqlı dərs dinləmələr
  7. Sərbəst işlərin yazılmasında tədqiqat üsullarından necə istifadə etməli?”
  8. Xalq şairi Xəlil Rzanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir
  9.  “Gənc nəsil və milli mənəviyyat” mövzusunda elmi seminar

 

TƏLƏBƏLƏRİN TƏLİM-TƏRBİYƏSİ İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR

  1. Nizam-intizamın keyfiyyətini yüksəltmək üçün tələbələrlə söhbətlərdə müəllimlərin iştirakı
  2. Kafedra müəllimlərinin və tələbələrin universitetdə keçirilən tədbirlərdə iştirakı
  3. Ölkənin daxili və xarici siyasətində baş verən yeniliklər haqqında tələbələrlə vaxtaşırı söhbətlər
  4. Dövlətçiliyimizə, müstəqilliyimizə sədaqət. Vətənimizə, xalqımıza məhəbbət hissləri, azərbaycançılıq məfkurəsinin aşılanması məqsədi ilə tələbələrlə aparılan söhbətlər
  5. Muzey və sərgilərlə tanışlığa tələbələrin cəlb edilməsi
  6. Azərbaycan regionlarına ekskursiyalar təşkil edilməsi

 

Hər İlin Aprel Ayında Təcrübəçi Tələbələrin Muzeylərə Ekskursıyaların Təşkili

Azərbaycan Tarix Müzeyi

Miniatür Kitabların Muzeyi

Azərbaycan Milli İncəsənət Muzeyi

Azərbaycan Xaça Müzeyi

Səməd Vurğunun ev muzeyi

Hüseyn Cavidin ev muzeyi

Nizami Gəncəvi adına Milli Azərbaycan İncəsənəti Muzeyi

Şirvanşahlar Sarayı

Heydər Əliyev mərkəzinə ekskursiya

Akademik Milli Dram teatrında “Vəziyyət” adlı tamaşaya baxış

Hüseyn Cavadin ev muzeyinə ekskursiya

“Təhsil” muzeyinə ekskursiy

“Tarix” və “Xalça” muzeyinə ekskursiya

Opera və balet teatrında “Лебединное озеро» tamaşasına baxış

Bayraq Günü münasibəti ilə tədbir

“Milli və Ümumbəşəri dəyərlərə hörmət, tələbələrin dünyagörüşünün inkişaf etdirilməsi” adlı mövzuda Heydər Əliyev mərkəzinə ekskursiya

Heydər Əliyev mərkəzində təşkil olunan sərgilərdə iştirak