Kafedralar

Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının

yaranma tarixi

            Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası Azərbaycan Dillər Universitetinin aparıcı kafedralarından biridir.

1936-1937-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Dillər kafedrasının bazasında 3 müstəqil kafedra – Xarici dillər, Azərbaycan dili və Rus dili kafedralarının yaranmaları ilə respublikamızda dillərin müstəqil və sistemli şəkildə tədrisinə başlanılmışdır. Sonralar Xarici dillər kafedrasının bazası əsasında müstəqil ingilis, alman və fransız dili kafedraları yaranmışdır. 1942-61-ci illərdə Alman dili kafedrasına dos. N.Ağazadə və sonralar isə  b/m. C.Cəfərov, Almaniyada namizədlik dissertasiyası müdafiə etmiş dos. Ə.Əliyeva, dos.  S.Pepinova, dos. B.Həsənov, prof. S.Abdullayev və prof. F.Veysəlli rəhbərlik etmişlər. Qeyd etmək lazımdır ki, həmin kafedrada yuxarıda adları göstərilən tanınmış mütəxəssislərlə yanaşı prof. Z.Quliyev, dos. Ş.Abdullayeva, dos. T.Əhmədova, b/m. E.Muradova, b/m. Q.Dadaşova, b/m. Karpoviç, b/m. O.Morozova, b/m. R.Babayeva, b/m. Ə.Sadıqova, b/m. M.Cavlalov, b/m. Z.Əliyev, b/m. F.Balamiyev, b/m. M.Tükanov kimi təcrübəli müəllimlər də çalışmışlar.

1973-cü ildə Azərbaycanda Xarici Dillər İnstitutu yaradıldıqdan  sonra alman dilinin tədrisi yeni bir mərhələyə qədəm qoymuşdur.

1994-cü ildə vahid Alman dili kafedrasının bazasında 3 müstəqil kafedra – Alman dilinin leksikologiyası və üslubiyyatı, Alman dilinin fonetikası və tarixi, Alman dilinin qrammatikası kafedraları fəaliyyət göstərmişdilər. Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasına müxtəlif vaxtlarda prof. S.Abdullayev, dos. B.Həsənov, dos. Ç.Qurbanov, dos. S.Rzayeva, dos. İ.Kərimov rəhbərlik etmişlər.

27 sentyabr 2012-ci ildə ADU-nun rektorunun 103 saylı əmrinə əsasən Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası və Alman dilinin fonetikası, qrammatikası və tarixi kafedrası ləğv edilərək onların bazasında Müasir alman dili kafedrası yaradılmışdır. Fil.f.d., dos. E.Q.Yusifov 04 noyabr 2014-ci il tarixindən kafedraya rəhbərlik etmişdir. ADU-nun rektorunun 08 iyun 2015-ci il, 63 saylı əmrinə əsasən Müasir alman dili kafedrasının adı dəyişdirilərək Alman dili kafedrası adlandırılmışdır.

Universitetin rektoru akademik K.M.Abdullayevin 08 avqust 2017-ci il tarixli 1/290 saylı əmri ilə Alman dili kafedrasının bazasında iki kafedra – Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası və Alman dilinin fonetikası və qrammatikası kafedrası yaradılmışdır. Həmin tarixdən 31 yanvar 2022-ci il tarixinə qədər Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasına fil.e.d., prof. S.Ə.Abdullayev rəhbərlik etmişdir.

31 yanvar 2022-ci il tarixli 1/27 saylı əmrlə fil.f.d., dos. E.Q.Yusifov Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasında müdir vəzifəsini icra edən təyin edilmişdir.

20 aprel 2022-ci il tarixli 1/127 saylı əmrə əsasən fil.f.d., dos. X.S.Əsgərova Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri vəzifəsinə seçilmişdir.

 

Kafedranın missiyası

Kafedranın qarışısında duran əsas vəzifə alman dilinin praktik və nəzəri aspektdə yüksək səviyyədə öyrədilməsidir. Həmin missiya və vəzifələrə uyğun olaraq praktik dil dərsləri – Dil bacarıqları, Akademik yazı və oxu kimi əsas fənlər tədris olunur. Kafedranın konkret məqsəd və vəzifələrinə müvafiq olaraq bakalavriatura səviyyəsində Alman dilinin leksikologiyası, Alman dilinin üslubiyyatı, Ölkəşünaslıq və magistratura səviyyəsində Tədqiqat üsulları, Dil və mədəniyyət, Diskurs təhlili, Koqnitiv dilçiliyin əsasları, Semantik təhlil, Praqmatikanın əsasları kimi nəzəri fənlərin tədrisi xüsusi əhəmiyyət daşıyır. Praktik və nəzəri fənlərin qarşılıqlı şəkildə öyrənilməsini təşkil etmədən keyfiyyətin təminatı da qeyri-mümkün olar. Kafedranın başlıca vəzifələrindən biri kadr potensialını getdikcə yüksəltməklə yeni işçiləri əməkdaşlığa cəlb etmək, kafedrada kadrların yüksək səviyyədə hazırlanmasını təmin etməkdir. Bu baxımdan magistratura səviyyəsini uğurla başa vurmuş tələbələrin kafedraya dəvət olunub işlə təmin edilməsi kafedranın qarşısında duran ümdə missiyalardan biridir. Kafedranın müdiri fil.f.d., dos. X.S.Əsgərova başda olmaqla digər aparıcı mütəxəssislər müntəzəm olaraq kafedra əməkdaşlarının dərslərində iştirak edir, fikir mübadiləsi edirlər.

 

Kafedranın fəaliyyəti

Kafedra öz fəaliyyətini alman dilini praktik və nəzəri şəkildə öyrətmək və onun tədrisi metodikasının əsasları ilə bağlı bilik, bacarıq və vərdişləri formalaşdırmaq istiqamətində qurur. İstər bakalavriatura, istərsə də magistratura səviyyələrində tədrisin yüksək səviyyədə aparılması, müasir dövrün tələblərinə cavab verən mütəxəssislərin hazırlanması kafedranın fəaliyyətində əsas yer tutur. Kafedranın daxili fəaliyyətinə aşağıdakılar aiddir:

v   Universitet rektorluğu tərəfindən təsdiq olunmuş iş cədvəli əsasında ayda bir dəfədən az olmayaraq kafedra iclaslarını təşkil etmək (xüsusi zərurət olarsa, bayramlar və cari tədbirlərlə əlaqədar kafedra iclaslarının keçirilməsi praktikası da geniş surətdə tətbiq olunmaqdadır).

v   Ayda iki dəfədən az olmayaraq bölmə iclaslarının keçirilməsi, orada aktual problemlərin müzakirəsinin aparılması.

v   Müntəzəm olaraq kafedra iclaslarında elmi məruzələrin təşkili.

v   “Germanistikanın aktual problemləri” mövzusunda seminarların təşkili.

v   Kafedra iclaslarında müxtəlif elmi jurnallara təqdim olunan məqalələrin, elmi konfranslar üçün nəzərdə tutulan tezislərin geniş müzakirəsinin keçirilməsi.

v   Kafedrada hazırlanan dərslik, dərs vəsaiti və monoqrafiyaların müzakirələrinin aparılması işinin təşkili.

v   Mütəmadi olaraq kafedra müdirinin müəllimlərin dərslərində iştirakını, eləcə də təcrübə mübadiləsi məqsədilə müəllimlərin bir-birlərinin dərslərində iştirakının və bunun fəal müzakirəsinin təşkili.

v   Tədris islahatları ilə bağlı yeni təlim materialları və tədris strategiyaları ilə müəllimlərin mütəmadi olaraq məlumatlandırılması işinin təşkil edilməsi.

v   Ən qabaqcıl müəllimlərin alman dilində təşkil olunmuş kurslarında fəaliyyəti ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılması və bu işin yeni tələblər və vəzifələr əsasında təkmilləşdirilməsinin təmin olunması.

v   Universitetdə fəaliyyət göstərən Germanistika İnstitutunun fəaliyyəti ilə bağlı işlərin görülməsi.

v   Təhsildə müasir innovativ metod və texnologiyaların tətbiqi

v   Elmi tədbirlərdə, eyni zamanda tədris prosesində və universitetin ictimai həyatında tələbələrin fəallığının artırılması.

v   Digər kafedralar ilə sıx əməkdaşlığın yaradılması

Qeyd etmək lazımdır ki, tez-tez Almaniya, Avstriya və müxtəlif ölkələrin universitetlərindən mütəxəssislər dəvət olunur ki, bu da Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının, universitetimizin dili öyrənilən ölkənin tədris sistemi ilə əlaqələrinin yaranmasında və inkişafında müəyyən rol oynayır. Müəllimlərimiz alman universitetləri, Höte İnstitutu ilə fəal əlaqə saxlayır, təqaüdlə Almaniyada ixtisasartırma kursu keçir, müxtəlif layihələr həyata keçirirlər.    

Son illərdə kafedrada dərslik və dərs vəsaitlərinin, tədris materiallarının hazırlanması sahəsində kafedranın fəaliyyətinin intensivləşdiyini müsbət hal kimi qeyd etmək lazımdır. Kafedra əməkdaşları ümumrespublika və beynəlxalq konfranslarda, məruzə və tezislərlə çıxış edir, respublikamızın müxtəlif elmi-nəzəri jurnallarında, eləcə də universitetimizin “Elmi xəbərlər”, “Dil və ədəbiyyat” və “Türkologiya” jurnallarında müxtəlif məqalələr çap etdirirlər.

Kafedranın əməkdaşlarından – dosent, fil.f.d. U.B.Aslanova Təhsil 1 fakültəsi Elmi-metodik Şurasının, baş müəllim G.V.Əhmədova Təhsil 1 fakültəsi Elmi Şurasının və Açıq dərslər üzrə Alt komissiyanın üzvləridir.

 

KAFEDRANIN PROFESSOR-MÜƏLLİM HEYƏTİ

 

Adı, atasının adı, soyadı

Vəzifəsi

Ştatı

1.     

Xuraman Səlim qızı Əsgərova

kafedra müdiri fil.f.d., dosent

0,5

2.     

Sərxan Əvəz oğlu  Abdullayev

məsləhətçi professor

fil.e.d., professor

 

3.     

Elxan Qəşəm oğlu Yusifov

fil.f.d., dosent

1

4.     

Ulduz Böyükkişi qızı  Aslanova

fil.f.d., dosent

1

5.     

Gülənbər Məhərləm qızı Pirnəzərova

fil.f.d., dosent

1

6.     

Arzu Qədir qızı Cabarova

 

fil.f.d., dosent

0,5

7.     

Sənubər Surxay qızı Zeynalova

fil.f.d., dosent

1

8.     

Tahirə Məmmədağa qızı Gözəlova

baş müəllim

1

9.     

Gülbəniz Kamal qızı Nəcəfova

baş müəllim

0,5

10.  

Gülşən Vaqif qızı Əhmədova

 

baş müəllim

1

11.  

Nailə  İsmixan qızı Hüseynova

 

baş müəllim

0,5

12.  

Sevinc Razim qızı Məmmədova

baş müəllim

0,5

13.  

Gülnar Qənimət qızı Rəhimli

 

baş laborant

1

 

 

 

 

 

 

 

 

Kafedrada tədris olunan fənlər

Bakalavriatura səviyyəsi üzrə

Əsas fənlər:

Fənlərin adı

1.     

Dil bacarıqları

2.     

Alman dilinin üslubiyyatı

3.     

Alman dilinin leksikologiyası

4.     

Ölkəşünaslıq

5.     

Akademik yazı və oxu

 

Seçmə fənlər:

Fənlərin adı

1.     

Alman məişət dili

2.     

Alman siyasi dili

3.     

Alman biznes dili

4.     

Alman dili mədəniyyətlərarası kontekstdə

5.     

Alman dili leksikası tematik sahələrdə

6.     

Oxu və yazı vasitəsilə mətnlərin müzakirəsi

7.     

Müasir alman dilində obrazlılıq vasitələri

8.     

Alman dilində ekvivalentsiz leksika

9.     

Alman dilində paralinqvistik vasitələr

10.  

Alman dilinin realilər sistemi

 

 

 

 

 

 

 

 

 

 

Magistratura səviyyəsi üzrə

Əsas fənlər:

Fənlərin adı

1.     

Tədqiqat üsulları

2.     

Dil və mədəniyyət

3.     

Diskurs təhlili

4.     

Semantik təhlili

5.     

Praqmatikanın əsasları

6.     

Koqnitiv dilçiliyin əsasları

 

Seçmə fənlər:

Fənlərin adı

1.     

Funksional üslubiyyat problemləri

2.     

Alman dili frazeologiyasının aktual məsələləri

 

 

Əlaqə:

Kafedranın e-mail adresi:      muasiralmandili@mail.ru

Kafedranın şəhər nömrəsi:   (012) 564-22-47 (kommutator)

               daxili nömrə:      223