Kafedralar

Mülki müdafiə və tibbi biliklərin əsasları

 

kafedrasının tarixi, fəaliyyət istiqamətləri.

 

 

        Kafedranın yaranma tatixi

 

Kafedra keçən əsrin 60-cı illərindən müxtəlif kafedraların nəzdində fəaliyyət göstərib. 1973-cü ildən Ali Orta İxtisas Təhsil Nazirinin və Azərbaycan Pedaqoji Xarici Dillər İnistitunun rektorunun iyul-sentyabr aylarındakı əmrə əsasən Mülki müdafiə kafedrası yaradılmışdır. 1973-cü ildən kafedraya Həmidullazadə Qəmər Yusif qızı başcılıq etmişdir. Kafedrada o dövrlər 3 müəllim fəaliyyət göstərmişdir. 1976-cı ildən isə kafedraya Əbilova Tamara İldırım qızı rəhbərlik etmişdir. 2009-cu ilin yanvar ayından isə Zamanova  Sevda Xasay qızı rəhbərlik edir.

 

Kafedranın missiyası:

 

Kafedra xüsusi əhəmiyyətli kafedra hesab olunur. Sülh və muharibə dövrlərində fövqəladə hallarda əhalinin həyat fəaliyyətinin təhlükəsizliyi, muhafizəsi, ilkin yardımın edilməsi, həmçinin əhalini fövqəladə hadisələr zamani muhafizə qurğularında yerləşdirmə, köçürülmə tədbirlərini yerinə yetirmə, fərdi muhafizə vasitələrindən istifadə etmə, kütləvi qırğın silahlardan necə mudafiə olma yollarını öyrədir. Universitetimizin tələbələri əsasən gələcəkdə pedaqoji fəaliyyətə hazırlandıqları üçün onların daha çox azyaşlı əhali arasında olacaqlarına görə ilkin olaraq fövqəladə hallar zamanı davranış qaydalarını bilməli və həmin şəraitdən asılı olaraq qaydalara necə riayət edəcəklərini öyrənməlidirlər. Ona görə də tələbələrimiz ən azından insan anatomiyası, fiziologiyası, gigiyenası, gündəlik həyat şəraitində istifadə olunan dərman maddələri, onlardan istifadə qaydaları, geniş yayılmış infeksion, terapeftik, cərrahi xəstəliklər, ilkin tibbi yardımlar haqqında geniş biliklər almalıdırlar. Bu baxımdan kafedrada aşağıdakı fənnlər tədris olunur:

Mülki müdafiə

Mülki müdafiə və ilkin tibbi yardım

Tibbi biliklərin əsasları.

Uşaq anatomiyası vı fiziologiyasının əsasları

Uşaq anatomiyası, fiziologiyası və  gigiyenası.

Fənnlər universitetin yalnız bakalavr pilləsində tədris olunur. Fənnlərin tədrisi zamanı tələbələrə orqanizmin quruluşu, orqanların topoqrafiyası, funksiyaları, ilkin tibbi yardım zamanı tətbiq olunan dərman vasitələri, istifadə forması, təxirəsalınmaz tədbirlər - qanaxmaların dayandırılması, ürəyin qapalı masajı, süni tənəffüs, qızdırma və arterial təyziq zamanı ediləcək tədbirlər, sarğıların qoyulması, banka və xardal yaxmaları, vanna və kompresslərdən istifadə qaydaları, inyeksiyaların yeridilmə üsiulları hərtərəfli öyrədilir..

Mülki müdafiə və tibbi biliklərin əsasları fənninin, Mülki müdafiə və ilkin tibbi yardım fənninin proqramları  Azərbaycan Respublikası Nazirlər kabinetinin 20.12.1992-ci il 700 və 703 saylı qərarlarına və Azərbaycan Respublikası Təhsil və Səhiyyə Nazirlikləri və Mülki Müdafiə Qərərgahının 18.02.1995-ci ildə birgə təsdiq edilmiş “Ali məktəb tələbələrinin mülki müdafiə üzrə tibb bacıları və sanitar təlimatçılarının hazırlanması” haqqında əsas təlimata əsasən işlənib hazırlanmışdır.

Kafedrada tədris olunan fənnlər məcburi fənnlər hesab olunur və xüsusi fənn blokuna daxıl olunmuşdur.

 

Kafedranın fəaliyyəti:

 

Hazırda kafedra Azərbaycan Respublikası Prezidentinin 17.04.1998-ci il tarixli 700 saylı fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli 193 saylı qərarı, Azərbaycan Respublikası Prezidentinin Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında 16.12.2005-ci il tarixli 1182 saylı fərmanı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasnaməsi (19.04.2006 1394) əsasında işlənib hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.10.2009-cu il tarixli 1157 saylı əmri ilə təsdiq olunmuş yeni proqramla işləyir.

Mülki müdafıə fənni universitetimizin bütün fakültələrində, tibbi biliklərin əsasları, mülki müdafiə və ilkin tibbi yardım, Filologiya, Təhsil 1 və Təhsil 2 fakültələrində, uşaq anatomiyası və fiziologiyası, uşaq anatomiyası, fiziologiyası və gigiyenası Təhsil 1 fakültəsində korreksiyaedici təlim ixtisasında, uşaq anatomiyası, fiziologiyası və gigiyenası fənni isə Təhsil 2 fakültəsində, məktəbəqədər təlim və tərbiyə, ibtidai sinif müəllimliyi ixtisaslarında tədris olunur. Tədris ilinin sonunda tələbələr mülki müdafiə və tibbi biliklərin əsasları, mülki müdafiə və ilkin tibbi yardım fənnlərindən buraxılış imtahanları verərək qızlar ehtiyatda olan tibb bacısı, oğlanlar isə sanitar təlimatçısı ixtisası üzrə şəhadətnamələr alırlar. Digər fənnlər isə hər iki semestrdə yazılı imtahanla sona yetirilir.

Kafedrada tədris olunan fənnlər üçün 3 dərs vəsaiti, 4 metodik vəsait, muhazirə materialları və kafedranın özünün hazırladığı bütün materiallar yerləşdirilmiş panaseya.az saytı, əyani vəsaitlər – mulyajlar, anatomik orqanlar, skelet, plakatlar, əleyhiqazlar, respiratorlar, maskalar, dozimetrlər, şinalar, turnalar, tanometr əyani vəsait kimi istifadə olunur.

Kafedra yuxarıda göstərilən fənnləri tədris etməklə yanaşı son dövrlər üçün daha aktual olan mövzular-daha geniş yayılmış infeksion xəstəliklər, onların profilaktikası, zərərli vərdişlər və onlardan qorunma yolları ilə bağlı tez- tez geniş tədbirlər, dəyirmi masalar,  respublikamızın əlamətdar günləri ilə bağlı tədbirlər təşkil edir.

Hal hazırda Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında 31 əməkdaş fəaliyyət göstərir.

 

 

Siyahı cədvəl formasında əlavə olunur.

 

Soyadı,adı,ata adı

Ştat

Elmi dərəcəsi

 

1.Zamanova Sevda Xasay

0,5

b.f.d. dos.

 

2.Qədirova İlahə Sərdar

0,25

p.f.d.

 

3.Məmmədbəyli Fərəh Afad

0,5

t.e.d, dos

 

4.Musayeva Sədaqət Ağayar

0,5

baş müəllim

 

5.Hüseynova Zümrüd Əziz

0,75

baş müəllim

 

6.Musayeva Sevda Nəriman

0,5

baş müəllim

 

7.Rəfiyeva Ziyafət Məmməd

0,5

baş müəllim

 

8.Mirsalamova Səfurə Asim

0,25

baş müəllim

 

9.Məmmədova Yeganə Fizuli

0,75

baş müəllim

 

10.Məmmədova Nahidə Məcid

0,75

baş müəllim

 

11.Hacıyeva Aygün Eldar

0,75

baş müəllim

 

12.Əsgərova Mətanət Ələkbər

0,5

baş müəllim

 

 

13.Əhmədova Rəna Kamal

0,75

baş müəllim

 

14.Şeyxova Lalə Azər

0,5

baş müəllim

 

15.Əhmədova Sevda Musa

0,25

baş müəllim

 

16.Əzizova Xatirə Səlim

0,5

baş müəllim

 

17.Tağıyeva Zülfiyyə Vidadi

0,75

baş müəllim

 

18.Kərimova Aygün Əhməd

0,75

müəllim

 

19.Yusifova Kəmalə Mikayıl

0,5

müəllim

 

20.Zeynalova Aytən Surxay

0,75

müəllim

 

21.Quliyeva Aytən Yaşar

0,5

müəllim

 

22.Ələkbərova Nərgiz Ramiz

0,5

müəllim

 

 

 

23.Əliyeva Aytac Niyazi

0,25

müəllim

24.Yusifova Vüsalə Bəhram

0,25

müəllim

25.Qasımova Şəhla Bəhlul

0,25

müəllim

 

26. Paşayeva Dilşad Əlibala

1

baş laborant

 

27.Zülfüqarova Vüsalə Məmmədyar

1

baş laborant

 

28.Mahmudova İlhamə Nurəddin

1

baş laborant

 

29.Yusifova Sevinc Məlik

1

laborant

 

30.Paşayeva Günel Arif

1

laborant

 

31.İbrahimova Rübabə Əlövsət

0,5

laborant (əvəzçi)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.