Kafedralar

Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının  yaranması və tarixi

      1937-1941-ci illər Respublikamızda xarici dil mütəxəssislərinin hazırlanmasında mü hüm mərhələ təşkil edir. Bununla əlaqədar olaraq 1936-1937-ci illərdə APİ-nin dillər kafedrasında üç müstəqil kafedra ,Azərbaycan dili,rus dili və Xarici dil kafedraları yara dıldı.1939-cu ilin mayında Moskva şəhərində  Xarici dil müəllimlə rinin Birinci Ümumittifaq müşavirəsi keçirildi.Xarici dillərin tədrisi ilə bağlı olan bu müşavirədə

 xarici dillərin tədrisi metodikasının işlənilməsində problemlərin ara dan qaldırılması və metodiki məsələlərin elmi-tədqiqat mövzularına daxil edilməsi müzakirə olundu. Xarici

dil müəllimlərinə ehtiyacın olması xüsusi vurğulandı. Bu ehtiyacı ödəmək üçün Xalq Maarif  Komissarlığı  tərəfindən1948-ci il iyun ayının 28-də Bakı şəhərində Pedaqoji Xarici dil İnstitutunun açılması haqqında əmr veril di.İnstitutun açılması ilə 1948-ci ildə ilk dəfə olaraq Xarici Dillərin Tədrisi Metodi kası kafedrası yaradıldı.Bu kafedra ingilis, fransız və alman dilləri üzrə ixtisaslaşmışdı.Kafedranın ilk müdiri Yevgeniya Zaxarovna Qirşqorn olmuşdur.Kafedra yarandığı ilk günlərdən tədrisin qarşısında duran problem lərin həlli istiqamətində fəaliyyətə başladı.Əsas məsələlərdən biri pedaqoji təcrübənin keçirilməsi üçün baza məktəblərinin müəyyən edilməsi idi.Növbəti illərdə baza mək təblərinin müəyyənləşdirilməsi üzrə geniş miqyaslı işlər görüldü.190 saylı orta  məktəb kafedra tərəfindən himayəyə götürüldü.Kafedranın müəllimləri müntəzəm olaraq bu məktəbin  müəllimlərinə metodiki məsləhətlər verir,pedaqoji təcrübə zamanı tələbə lərin hazırladıqları əyani vəsaitləri məktəblərə hədiyyə edir, məktəbin  müəllimlərini institutda fəaliyyət göstərən Metodik Birliyə cəlb edir,ingilis və alman dilləri üzrə institutda dərnəklər təşkil edirdi.Tələbələrin çox hissəsinin azərbaycanlı olması nəzərə alı naraq 1953-1954-cü tədris ilindən ingilis və fransız dillərinin tədrisi metodikası Azərbaycan dilində tədris olunmağa başladı.İnstitut rəhbərliyi heç bir əsas olmadan 1955- ci il 25 iyun tarixli əmri ilə Xarici Dillərin Tədrisi Metodikası kafedrası ləğv etdi.İngilis dilinin tədrisi metodikası kursu ingilis dilinin qrammatikası və ingilis dilinin leksikası kafedralarına, al man və fransız dillərinin tədrisi metodikası kursu alman və fransız dilləri kafedralarına verildi.

     1961-ci il 24 iyul  tarixli əmrlə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Xarici Dillərin Tədrisi Metodikası kafedrası bərpa olundu.

      Pedaqoji elmlər namizədi dosent Tamara Əhmədova kafedraya müdir təyin olundu.

       Kafedra fəaliyyətini ilbəil genişləndirirdi.Müəllim hazırlığında daha əhəmiyyətli addımlar atmaq üçün 1972-ci ildə xarici dil tədrisinin nəzəri və metodiki məsələləri üzrə mühazirələr oxumaq üçün kafedra Leninqrad Dövlət Universitetindən prof.L.N.Zinder və dos. L.A.Vervitskaya,M.Torez və bir çox digər alimləri APDİ-yə dəvət etmişdir.Bu dövrdə kafedranın aspirant və dissertantları Moskva və Leninqrad şəhərlərinə ezam edilmişdir.

      Uzun illər ərzində XDTM kafedrasının tanınmış alim,bir çox elmi əsərlərin müəllifi, p.e.d.,prof.R.Y.Barsuk olmuşdur.Kafedraya rəhbərlik etdiyi müddətdə yüksək elmi potensiala malik olan mütəxəssisləri ətrafına toplayaraq Azərbaycanda xarici dillərin tədrisi metodikası sahəsində elmi pedaqoji kadrların yetişdirilməsi məqsədilə məktəb yaratmışdır.

   Bu məktəbin yetirmələri kafedrada və eləcə də institut miqyasında fəaliyyət göstərərək  xarici dillərin tədrisinin daha yüksək səviyyədə həyata keçirilməsi və tədris prosesinin əhəmiyyətli dərəcədə səmərəliləşdirilməsinə nail olmuşdur.

   Xarici dillərin tədrisi metodikası kafedrasına 1972-1977-ci illərdə R.Barsuk,1977-1979-cu illərdə N.Kodzayeva,1979-1985-ci illərdə V.Boqdanova rəhbərlik etmişlər.

   Bu məktəbin yetirmələrindən biri olan  p.e.n.,dos.,R.A.Salahov 1986-1995-ci ilədək kafedraya rəhbərlik etmişdir.

          70-80-ci illərdə yaranmış elmi-metodik məktəbin yetirmələri olan prof. Ə.Səfiyev, prof.G.Yusifov,Z.Abdullayeva bu gün də kafedrada fəaliyyət göstərərək, xarici dil müəllimlərinin günün tələbləri səviyyəsində hazırlanmasında öz töhfələri ni verirlər.

       1995-ci ildən kafedraya p.e.d.,prof.G.C.Hüseynzadə 2021-ci ilədək rəhbərlik etmiş dir.Hal-hazırda kafedraya pedaqogika üzrə fəlsəfə doktoru dosent Günay Xəzail qızı Şirəliyeva rəhbərlik edir.

       02.12.2013-cü il 112 №-li əmrlə kafedranın adı dəyişdirilərək “Linqvodidaktika “ kafedrası adlandırılmışdır.

     08.08.2017 -ci il  tarixli 1/290№-li Əmrə əsasən kafedranın adı dəyişdirilərək Təhsil fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası adlanır.

     2019-2020-ci tədris ilindən kafedranın adı dəyişdirilərək  Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası adlanır.

    03.03.2023-cü  il tarixli 19   №-li  Əmrə əsasən struktur dəyişikliyi olmuşdur və Təlimdə innovasiyalar kafedrası Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasına birləşdirilmişdir.

Kafedranın missiyası

Kafedranın başlıca məqsədi ali və orta təhsil müəssisələrində xarici dillərin tədrisinin keyfiyyətinin yaxşılaşdırılmaqmaqdan,dünyada və Avropa təhsil məkanında uğurla istifadə edilən innovativ metodları xarici dillərin tədrisinə tətbiq etməkdən,xarici dil tədrisini səmərəliləşdirməyi təmin edə biləcək yeni metod və üsullarını işləyib hazır lamaqdan ,onları aprobasiyadan keçirməkdən , xarici dillərin tədrisi sahəsində müasir dövrün tələblərinə cavab verən ,ölkəmizin ali və orta təhsil müəssisələrində günün tələbləri səviyyəsində fəaliyyət göstərən və eləcə də Azərbaycanı ölkəmizdən kənarda təmsil edə biləcək mütəxəssisləri hazırlamaqdan ibarətdir.

Xarici dillərin tədrisi metodikası kafedrasının məqsədi xarici dillərin tədrisinin nəzəri və praktik məsələlərini əhatə etməklə peşə fənni olub, gələcəyin müəllimlərinə ixtisas fənlərindən mənimsədikləri bilikləri necə tətbiq etməyi, yəni tədrisi yollarını öyrənməyə kömək edir.

Xarici dillərin tədrisi metodikası kafedrasının qarşısında duran əsas vəzifələr gələcəyin müəllimlərinə :

-nəzəri məsələləri araşdırmağı;

-praktik tətbiq etməyi;

-“öyrənməyi öyrənmə mexanizmi”ni aşılamağı;

-innovativ təlim texnologiyalarından faydalanmağı;

-İKT vasitələrindən məqsədyönlü istifadə etməyi;

-yaradıcı, təşəbbüskar olmağı;

-hər bir tələbədə müstəqillik,  sərbəstlik və liderlik qabiliyyəti formalaşdırmağı nəzərdə tutur.

      Kafedranın fəaliyyəti

Kafedrada praktik və nəzəri fənlər olmaqla həm əsas,həm də seçmə fənlər tədris olunur.

Bu gün Təhsil-1 fakültəsi nəzdində fəaliyyət göstərən Xarici dillərin tədrisi metodikası kafedrasında G.Yusifov, Ə.Y.Səfiyev, Z.Abdullayeva, R.Abadova, Dürsədəf m kimi qocaman, təcrübəli müəllimləri fəaliyyət göstərir. Onlar hər bir gənc müəllim üçün bir nümunə, bir yol göstərən, ehtiyac olanda məsləhət verən mütəxəssislərdir.

 

   Kafedranın professor-müəllim heyəti barədə:Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası  kafedrasında hazırda     Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası  kafedrasında 86 (1şt-41 nəfər; 0.5şt-44 nəfər; 0.25 şt-1 nəfər) müəllim  çalışır. Onlardan: İngilis  dilli  mütəxəssislər:78 nəfər;  Fransız dilli mütəxəssislər:8 nəfər