

Şeyx Zayed adına Ərəb Dili Auditoriyası 4 iyul 2024-cü ildə Azərbaycan Dillər Universitetinin və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü və dəstəyi ilə açılmışdır. Auditoriya ərəb dilinin tədrisi, mədəni irsin təşviqi və Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mədəni-elm əlaqələrinin möhkəmləndirilməsi məqsədini daşıyır.
Auditoriyanın rəsmi açılışı BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi və ADU-nun rektoru, akademik Kamal Abdullayev tərəfindən həyata keçirilmişdir. Təntənəli açılış mərasimində ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, ərəb dövlətlərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər. Bu xüsusi gün BƏƏ-nin görkəmli dövlət xadimi və əfsanəvi lideri Şeyx Zayedin adını daşıyan mədəniyyət və təhsil ocağının yaradılması ilə yadda qalmışdır.
Mərkəz, ərəb dilini və mədəniyyətini dərindən öyrənmək istəyən tələbələr və tədqiqatçılar üçün mükəmməl bir platformadır. Auditoriyanın zəngin kitabxanasında ərəb, ingilis və digər dillərdə 1000-dən çox kitab və jurnal yer alır. Nəşrlər mədəniyyət, tarix, siyasət, ədəbiyyat və dil sahələrini əhatə edir.
Şeyx Zayed Auditoriyası BƏƏ-nin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edir. Auditoriyanın əsas fəaliyyəti Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin arasında elmi, tədris və mədəni mübadiləni gücləndirmək, ərəb mədəniyyətinin zənginliklərini Azərbaycan ictimaiyyətinə tanıtmaq və tələbələri ərəb dili üzrə ixtisaslaşmağa təşviq etməkdir.
Auditoriya həmçinin BƏƏ universitetləri ilə birgə layihələr və müəllim-tələbə mübadiləsi proqramları vasitəsilə beynəlxalq əməkdaşlığı inkişaf etdirir. Bu əməkdaşlıq, həm Azərbaycan, həm də BƏƏ-nin mədəni və təhsil sahəsində əlaqələrinə töhfə verir.
Auditoriyanın əsas imkanları və fəaliyyətləri:
Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının əsas fəaliyyət istiqamətləri:
1. Ərəb dilinin tədrisi: Dil kursları və təlimlər vasitəsilə ərəb dilinin yayılması.
2. Mədəniyyətin təbliği: Ərəb mədəniyyəti və ədəbiyyatı ilə bağlı tədbirlər, seminarlar və sərgilərin təşkili.
3. Təhsil və tədqiqatlar: Ərəb dili və mədəniyyətinə dair elmi araşdırmalar və beynəlxalq konfransların keçirilməsi.
4. Beynəlxalq əməkdaşlıq: BƏƏ ilə universitetlərarası müəllim-tələbə mübadiləsi və birgə layihələr.
5. Kitabxana xidməti: Ərəb dili və mədəniyyətinə dair geniş kitabxana və rəqəmsal resurslara çıxış.
6. Mədəniyyətlərarası dialoq: Azərbaycan və BƏƏ arasında əlaqələrin möhkəmləndirilməsi və mədəni inteqrasiya təşəbbüsləri.
Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının əməkdaşları:
- Ülviyyə Hüseynova – Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının müdiri
- Lalə Əliquliyeva – Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının baş mütəxəssisi
- Çinarə Məhərrəmova – Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının assistenti
Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının müdiri:
Hüseynova Ülviyyə Nəriman
Tel: (+99412) 441-22-78 (daxili nömrə 124)
E-mail: [email protected]
Ünvan: Bakı şəh., R. Behbudov küç., 134, ADU əsas bina, 401-ci otaq
Linkedln səhifə: Sheikh Zayed Arabic Centre (Azerbaijan University of Languages)
ŞEYX ZAYED ADINA ƏRƏB DİLİ AUDİTORİYASINDA GÖRÜLƏN İŞLƏR
4 iyul 2024 ildə Azərbaycan Dillər Universitetinin nəzdində Şeyx Zayed adına Ərəb dili auditoriyası açılmışdır. Bu auditoriya ərəb dilinin tədrisinin inkişafına və Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında mədəni və təhsil əlaqələrinin gücləndirilməsinə xidmət edir. Mərkəz tələbələrə ərəb dilini dərindən öyrənmək və BƏƏ haqqında məlumat əldə etmək üçün geniş imkanlar yaradır. Oktyabr ayında işçi heyəti formalaşmış və lazımi sənədlər tərtib edilmişdir.
Şeyx Zayed adına Ərəb dili auditoriyası aşağdakıları yerinə yetirmişdir.
· 15 oktyabr 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Azərbaycan Dillər Universitetində olub. ADU-nun rektoru, akademik Kamal Abdulla, səfiri səmimiyyətlə qarşılayıb və ölkələr arasındakı əlaqələrin inkişafını vurğulayıb. Şeyx Zayed adına Ərəb dili auditoriyasının açılışının bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib. Səfir, mərkəzin açılışını və gələcək fəaliyyətini yüksək qiymətləndirərək, iki ölkə arasında mədəni və təhsil sahəsində əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib. Görüşdən sonra səfir tələbələrlə görüşüb, “Birləşmiş Ərəb Əmirliklərində təhsil” mövzusunda mühazirə oxuyub və sualları cavablandırıb. |
· 3 noyabr 2024-cü ildə Azərbaycan Dillər Universitetinin Şeyx Zayed adına Ərəb dili auditoriyasında Birləşmiş Ərəb Əmirliklərinin Bayraq Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə universitetin prorektorları, dekanları, mərkəz müdirləri və Tərcümə və Regionşünaslıq fakültələrinin Ərəb dili ixtisasında təhsil alan tələbələri iştirak ediblər. Tədbirin açılışında auditoriyanın müdiri Ülviyyə Hüseynova, Birləşmiş Ərəb Əmirliklərinin Bayraq Günü haqqında ətraflı məlumat verərək, Azərbaycan Dillər Universitetinin adından təbriklərini çatdırmışdır. Tədbir boyunca tələbələr Azərbaycan və ərəb dillərində çıxış edərək, şeirlər səsləndirmiş və mahnılar ifa etmişdir. Tədbirin sonunda isə tələbələr tərəfindən hazırlanan təbrik videoçarxı nümayiş olunmuşdur. |
|
· 6 noyabr 2024-cü ildə Azərbaycan Dillər Universitetində (ADU) dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə tələbələr arasında “Zəfər Yolu” adlı inşa müsabiqəsi keçirilmişdir. Müsabiqənin əsas məqsədi, tələbələrin 44 günlük Vətən müharibəsində əldə olunan zəfər haqqında fikirlərini yazılı şəkildə ifadə etmələrini təmin etmək və yazı bacarıqlarını inkişaf etdirməkdir. Müsabiqədə 26 tələbə Azərbaycan, ingilis, rus, İndoneziya, ibri, ərəb, Koreya və ispan dillərində inşa təqdim etmişdir. Müsabiqənin nəticələri 23.12.2024 tarixində elan olunmuşdur. · 20 noyabr 2024-cü ildə ADU-nun Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının müdiri Ülviyyə Hüseynova, Rusiya Xalqlar Dostluğu Universitetində (RUDN) ərəb dili üzrə mühazirə keçib. Mühazirə ərəb dilinin praktiki istifadəsi və mədəniyyətinə marağı artırmaq məqsədilə təşkil edilib. Tələbələrə dilin qrammatikası, danışıq bacarıqları və dialektləri haqqında məlumat verilib, interaktiv metodlarla müzakirələr aparılıb.
|
· 27 noyabr 2024-cü ildə Azərbaycan Dillər Universitetinin Şeyx Zayed adına Ərəb Dili Auditoriyasında Birləşmiş Ərəb Əmirliklərində qeyd olunan “Şəhid Günü”nə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə mərkəzin müəllim və tələbələri iştirak edib. Açılışda Ülviyyə Hüseynova şəhidlərin qəhrəmanlığından danışıb, Lalə Əliquliyeva və Ceyhun Qasım isə bu günün BƏƏ üçün vacibliyini vurğulayıblar. Tədbirin sonunda iştirakçılar Birləşmiş Ərəb Əmirliklərində şəhidlərə dair hazırlanmış xüsusi videoçarxı izləyiblər. |
|
· 4 dekabr 2024-cü ildə ADU-nun Şeyx Zayed adına Ərəb Dili Auditoriyasında Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Günü və Beynəlxalq Ərəb Dili Günü qeyd edilib. Tədbirin açılışını mərkəzin müdiri Ülviyyə Hüseynova edib, həmçinin BƏƏ-nin çətinlikləri və gözəlliklərini tərənnüm edən şeir səsləndirib. Mərkəzin müəllimi Lalə Əliquliyeva, hər iki günün Ərəb dünyası və beynəlxalq münasibətlər üçün əhəmiyyətini izah edib. Tədbirdə mərkəzin tələbələri çıxış edərək, BƏƏ-nin müstəqillik günü ilə bağlı video-çarx nümayiş olunub və tələbələrin hazırladığı rəsm sərgisi təqdim edilib.
· 13 dekabr 2024-cü ildə Azərbaycan Dillər Universitetinin Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının müdiri, alim Ülviyyə Hüseynova Rusiya Xalqlar Dostluğu Universitetində (RUDN) "Ərəb dünyasında linqvistik problem və ləhcələrin rolu" mövzusunda onlayn mühazirə keçib. Mühazirədə ərəb dilinin tarixi inkişafı, müasir vəziyyəti və ləhcələrin sosial, mədəni təsiri təhlil olunub. Alim, ədəbi ərəb dilinin ünsiyyət vasitəsi kimi rolunu və ləhcələrin yerli mədəniyyətləri qorumaqdakı əhəmiyyətini vurğulayıb.
|
· 18 dekabr 2024-cü ildə Azərbaycan Dillər Universitetinin Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının müdiri, alim Ülviyyə Hüseynova Minsk Dövlət Linqvistik Universiteti tərəfindən onlayn keçirilən elmi seminarda iştirak edib. Seminar, 18 dekabr – Ərəb Dili Gününə həsr olunmuş “Ərəb dili və mədəniyyəti: ənənələr və müasirlik” mövzusunda olub. Ülviyyə Hüseynova “Azərbaycanda ərəb dilinin tədrisi tarixi” mövzusunda çıxış edərək, ərəb dilinin Azərbaycandakı tədris ənənələrini və müasir perspektivlərini təqdim edib. Tədbirdə müxtəlif ölkələrdən akademiklər və tədqiqatçılar ərəb dilinin qlobal rolu haqqında müzakirələr aparıblar.
· 18 mart 2025-ci ildə Azərbaycan Dillər Universitetinin Şeyx Zayed adına Ərəb Dili Auditoriyasında Birləşmiş Ərəb Əmirliklərinin Uşaqlar Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə tələbələr ərəb dili və mədəniyyəti üzrə çıxışlar edib, sual-cavab sessiyası, oyunlar və interaktiv fəaliyyətlər vasitəsilə dil bacarıqlarını nümayiş etdiriblər. Sonda fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub. Tədbirin məqsədi tələbələrin ərəb dili biliklərini artırmaq və mədəniyyətlərarası əlaqələri möhkəmləndirmək olub.
· 29–30 aprel 2025-ci ildə Azərbaycan Dillər Universitetinin Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Ülviyyə Hüseynova İstanbulda keçirilən "The 10th International Conference on Education and Sustainable Development: Technological Advances and AI Impacts" adlı beynəlxalq konfransda iştirak edib. Scholar Worldwide (Schwlar) və Universitas Muhammadiyah Bangka Belitung (İndoneziya) tərəfindən təşkil olunan tədbirdə Azərbaycan ilk dəfə rəsmi şəkildə təmsil olunub. Konfransda texnoloji yeniliklər və süni intellektin təhsil və davamlı inkişafa təsiri müzakirə olunub.
· 28 fevral 2025-ci ildə Azərbaycan Dillər Universitetinin Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksində Ərəb Dili və Mədəniyyəti Gününü qeyd ediblər. Tədbirdə Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının müdiri Ülviyyə Hüseynova və ADU-nun ərəb dili müəllimləri iştirak ediblər. Görüş ərəb dilinə marağın artırılması və mədəniyyətlərarası əlaqələrin inkişafı baxımından önəmli addım kimi qiymətləndirilib.
· 22 aprel 2025-ci ildə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində mərkəzin müdiri Prof. Dr. Tarek Mohammadin rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin fəal tələbələri ilə görüş keçirilib. Görüşdə fakültənin dekanı dosent Bənövşə Məmmədova, Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının müdiri Ülviyyə Hüseynova və ADU-nun digər müəllimləri iştirak ediblər. Ərəb dili və mədəniyyəti üzrə fikir mübadiləsinin aparıldığı görüşün sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Şeyx Zayed adına Ərəb dili auditoriyasının müdiri: Ülviyyə Hüseynova
. . .
مركز الشيخ زايد لتعليم اللغة العربية
افتُتِح مركز الشيخ زايد لتعليم اللغة العربية في 4 يوليو 2024 بمبادرة ودعم مشترك بين جامعة أذربيجان للغات وسفارة دولة الإمارات العربية المتحدة في جمهورية أذربيجان. يهدف المركز إلى تعليم اللغة العربية، وتعزيز التراث الثقافي، وتقوية الروابط الثقافية والعلمية بين جمهورية أذربيجان ودولة الإمارات.
شهدت مراسم الافتتاح الرسمية حضور سعادة سفير دولة الإمارات في أذربيجان، محمد آل بلوشي، ورئيس جامعة أذربيجان للغات ، البروفيسور كمال عبد الله. كما حضر الحفل قيادات الجامعة، وأعضاء الهيئة التدريسية، وسفراء الدول العربية المعتمدون في أذربيجان، إلى جانب ممثلين عن وزارة الخارجية الأذربيجانية ووزارة التعليم والعلوم، مما جعل هذا اليوم محطة تاريخية لتأسيس مركز ثقافي وتعليمي يحمل اسم القائد الكبير والمستشار الإماراتي الراحل، الشيخ زايد.
يعد المركز منصة أكاديمية مرموقة للطلاب والباحثين الراغبين في دراسة اللغة العربية وثقافتها بشكل متعمق. ويضم مكتبة غنية تحتوي على أكثر من ألف كتاب ومجلة باللغات العربية والإنجليزية وغيرها، تغطي مجالات الثقافة، والتاريخ، والسياسة، والأدب، واللغة.
يعمل المركز بتعاون وثيق مع سفارة دولة الإمارات في أذربيجان، مع التركيز على تعزيز التبادل العلمي والثقافي بين البلدين، إلى جانب التعريف بثراء الثقافة العربية وتعزيز التخصص الأكاديمي في مجال اللغة العربية.
كما يسعى المركز إلى تطوير التعاون الدولي عبر تنفيذ مشاريع مشتركة وبرامج تبادل أكاديمي مع الجامعات الإماراتية، بما يساهم في تعزيز العلاقات الثقافية والتعليمية بين أذربيجان ودولة الإمارات.
أهداف المركز وأنشطته :
١ تعليم اللغة العربية : نشر وتعليم اللغة العربية من خلال الدورات التدريبية والبرامج التعليمية
٢ تعزيز الثقافة العربية : تنظيم فعاليات وندوات ومعارض ثقافية متعلقة بالثقافة والأدب العربي
٣ التعليم والبحث العلمي : إجراء دراسات علمية في مجالات اللغة والثقافة العربية، وتنظيم مؤتمرات أكاديمية دولية
٤ التعاون الدولي : تعزيز التعاون الأكاديمي من خلال تبادل الزيارات وتنفيذ مشاريع مشتركة بين الجامعات الإماراتية
٥ خدمة المكتبة : توفير مكتبة واسعة ومصادر رقمية شاملة في مجالات اللغة العربية وثقافتها
٦ الحوار بين الثقافات : تعزيز العلاقات الثقافية بين جمهورية أذربيجان ودولة الإمارات العربية المتحدة من خلال المبادرات الثقافية
موظفو المركز:
علوية حسينوفا - مديرة مركز الشيخ زايد لتعليم اللغة العربية
لالة علي قولييفا - الأخصائية الأولى في المركز
المساعدة الإدارية في المركز شينارة محرموفا -
مديرة مركز الشيخ زايد لتعليم اللغة العربية:
علوية حسينوفا ناريمان
رقم الهاتف الأرضي: ٠٠٩٩٤١٢٤٤١٢٢٧٨
الرقم الداخلي : ١٢٤
[email protected] البريد الإلكتروني :
العنوان: باكو، شارع ر. بهبودوف 134، مبنى جامعة أذربيجان للغات ، الغرفة 401
Linkedln: Sheikh Zayed Arabic Centre (Azerbaijan University of Languages)