Fəxri doktorlarımız

Aleksandr Vuçiç

Aleksandr Vuçiç 1970-ci il martın 5-də Belqrad şəhərində anadan olub.

Belqrad Universitetinin Hüquq fakültəsini bitirib.1993-cü ildə Vuçiç Serb Radikal Partiyasına üzv olub.

2014-cü ildəki Parlament seçkilərində İnkişaf  Partiyası parlamentdə 250 yerdən 158-ni əldə edib və Serbiya Sosialist Partiyası ilə birlikdə hakim koalisiyanı formalaşdırıb. Sonra Vuçiç Serbiyanın baş naziri seçilib.

2017-ci il aprelin 2-də Serbiyada prezident seçkilərində Vuçiç qalib gəlib. Həmin il mayın 30-da o, Baş nazir vəzifəsindən istefa verib və mayın 31-də Serbiya Prezidenti vəzifəsinin icrasına başlayıb. 

2018-ci il mayın 21-də Aleksandr Vuçiç Azərbaycan Respublikasına  rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin açılışı, Serbiya Respublikasının Prezidentinə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimləri keçirilib.