Devid Harris
Devid Harris - Amerika Yəhudi Komitəsinin icraçı direktorudur.
Devid Harris 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında “Dostluq ordeni” ilə təltif olunub. O, Davosda Dünya İqtisadi Forumu daxil olmaqla ən nüfuzlu forumlarda iştirak edib, transatlantik tərəfdaşlıqda müvəffəqiyyəti və insan hüquqlarının müdafiəsində beynəlxalq cəhdlərinə görə Azərbaycan, Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Latviya, Polşa, İspaniya və Ukrayna dövlətləri tərəfindən təltif olunub.
D.Harris 2016-cı il martın 14-də Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarına əsasən ölkələrimiz arasında əməkdaşlığın inkişafında, mədəniyyət, elm, təhsil sahələrində əlaqələrin dərinləşməsində böyük xidmətlərinə görə universitetin Fəxri doktoru adına layiq görülüb.