Ramiz Yunus
Ramiz Yunus – həm Azərbaycanın ali hakimiyyət orqanlarında, həm də xaricdə iş təcrübəsinə malik tanınmış politoloqdur. O, Azərbaycan Respublikası Hökuməti Aparatının rəhbəri, ölkə Parlamentinin İşlər müdiri vəzifələrində çalışmışdır. Bundan əlavə, bir neçə il Yəmən və Səudiyyə Ərəbistanında işləmişdir.
O, haqqında yazdığı ölkələrin siyasi elitasını, mentalitetini, mədəniyyətini və dillərini dərindən bilir. Hazırda ABŞ-da yaşayır və burada siyasi ekspert kimi bir sıra Amerika kütləvi informasiya vasitələrinə, müstəqil fondlara və analitik mərkəzlərə məsləhətlər verir.
Xəzər Beynəlxalq Universitetinin siyasi elmlər üzrə professorudur.
23 oktyabr 2026-cı il tarixində Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə Ramiz Yunusa ADU-nun fəxri professoru adı verilib.