
İngilis və fransız dilləri fakültəsi Azərbaycan Dillər Universiteti üzrə 11 iyul 2024-cü il tarixli 69 saylı əmrlə Təhsil-2 fakültəsinin bazası əsasında yaradılmışdır.
Fakültədə aşağıdakı ixtisaslar üzrə tələbə hazırlığı həyata keçirilir:
1. Xarici dil müəllimliyi (ingilis dili üzrə)
2. Xarici dil müəllimliyi (fransız dili üzrə)
İngilis və fransız dilləri fakültəsinin nəzdində 4 kafedra fəaliyyət göstərir:
1. İngilis dilinin tədrisi metodikası kafedrası;
2. İngilis dilinin qrammatikası kafedrası;
3. Linqvokulturologiya kafedrası;
4. Franszı dilinin leksikologiyası və üslubiyyatı kafedrası.
Biz İngilis və fransız dilləri fakültəsi olaraq Azərbaycanda davamlı inkişaf mərhələsinin başlanmasını, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklərin insan kapitalının inkişafına, şəxslərin bilik və bacarıqlara yiyələnməsinə istiqamətləndirilməsini yüksək dəyərləndiririk. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir. Ona görə də ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri hesab olunan insan kapitalının inkişafına nail olmaq missiyasını öhdəmizə götürərək pedaqoji istiqamətdə təhsil alan tələbələrin əmək bazarında öz mövqelərini tutmaqla bərabər, cəmiyyətdə də fəaliyyətlərini düzgün stimullaşdırmalarını diqqət mərkəzində saxlayırıq. Bunun üçün təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir. Son illərdə bu istiqamətdə əhəmiyyətli işlər görülür. Fakültəmizdə maddi-texniki baza gücləndirilir, yeni-yeni elektron auditoroyalar, elmi, mədəni və dil mərkəzləri yaradılır. Məqsədimiz Universitetimizdə təhsilin keyfiyyətinin Avropa standartlarına uyğunlaşdırmaqdır. Təhsilin keyfiyyətini Avropa standartlarına uyğunlaşdırmaq üçün təkcə maddi-texniki bazanı inkişaf etdirmək, informasiya-kommunikasiya vasitələrini tətbiq etmək kifayət etmir, həm də təhsil sahəsində insan resursları inkişaf etdirilir, müxtəlif treninqlər, dəyirmi masalar təşkil olunur. Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının öz məzmunu baxımından strateji istiqamətdə ən vacib hədəfləri əhatə etdiyini rəhbər tutaraq, biz fakültəmizdə qabaqcıl texnologiyalara əsaslanan təhsil sistemini yaratmaq üçün əsas hədəf kimi səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil mühitinin yaradılmasını diqqət mərkəzində saxlayırıq.