Kafedralar

                    İNGİLİS DİLİNİN FONETİKASI KAFEDRASI

 

1.            Kafedranın  tarixi.

      1948-1949-cu tədris ilindən Bakı şəhərində Azərbaycan Pedaqoji İnstitututunun Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. Fakültə və ixtisasların ayrılması institutda bəzi kafedraların yaranması ilə nəticələndi. Belə ki, 1973-cü ildə İnstitut Elmi Şurasının qərarı ilə fonetika kursları iki kafedraya bölündü: İngilis dilinin fonetikası kafedrası, Alman və Fransız dilinin fonetikası kafedrası. Milli mütəxəssislərin universitetdə azlıq təşkil etdiyi bir dövrdə universitetdə pedaqoji kadrların hazırlanması zəruri bir problemə çevrilmişdi. Respublikanın tanınmış fonetistləri Cəfər Cəfərov, Səyadulla Babayev, Fəxrəddin Veysəlli, Minirə Qarayeva, Faiq Hüseynov, Elxan Mirzəyev, Əminə Məmmədova, Fərman Zeynalov müxtəlif illərdə kafedraya rəhbərlik  etmişlər.

Hal hazırda İngilis dilinin fonetikası kafedrasına 2024-cü ilin aprel ayından təyin edilmiş filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Əvəz qızı Qocayeva rəhbərlik edir.

Fonetika və fonologiya sahəsində müəyyən bilik və anlayışların araşdırılmasında, nəzəri konsepsiyaların tədqiqində akademik, əməkdar elm xadimi A.Axundov və T.Hacıyev, prof. Y.Seyidov, prof.N.Ağazadə, Z.Tağızadə, A.Abdullayev, M.Tağıyev, H.Bayramov, N.Məmmədov və başqalarının yeni düşüncə tərzi ali məktəbin inkişafında yeni nəzəriyyələrin yaradılmasında, kadr hazırlığında böyük rol oynadı.

Həmin dövrdə universitetdə ilk dəfə olaraq prof. Z.Tağızadənin rəhbərliyi və C.Cəfərovun yaxından köməyi ilə “Şifahi Nitq Laboratoriyası” yaradıldı. Bu, demək olar ki, SSRİ dövründə  yeganə müxtəlif dil materialları ilə zəngin olan bir laboratoriya idi.

 

2.            Kafedranın  missiyası.

 I. İngilis dilinin fonetikası kafedrasının ən vacib missiyası tələbələri gələcək ingilis dili müəllimi kimi yetişdirməkdən, onlara Böyük Britaniyada ingilis ədəbi tələffüzü norması kimi seçilmiş BBC aksent modelinin xüsusiyyətlərini, eləcə də mümkün qədər ingilis dilinin Amerika variantının bəzi cəhətlərini öyrətməkdən ibarətdir. Bundan başqa, praktik fonetika kursu yüksək səviyyədə ingilis dili nitq (danışıq) səsləri sistemini, onların artikulyator təsvirlərini və təsnifatını, ingilis dilinin fonetik quruluşunun bütün komponentlərinə aid olan qaydaların  öyrənilməsi məqsədi güdür.

 Bakalavr səviyyəsində ingilis dilinin fonetikası kursu iki mərhələni əhatə edir: “Xarici dilin praktik fonetikası” və “Tələffüz vərdişləri”, “Xarici dilin kommunikativ fonetikası” və “İngilis dilinin intonasiyası” (English İntonation) (seçmə fənn). Hər səviyyələr yalnız ingilis dilində tədris edilir, öyrədilir (praktik-məşğələ formasında). Lakin başlanğıc mərhələsində ehtiyac olduqda fonetik qaydalar ana dili ilə müqayisəli şəkildə aparılır. Hər semestr 15 həftə çərçivəsində sona çatır və tələbələrin biliyi yazılı yoxlama işi ilə qiymətləndirilir.

II. İngilis dilinin fonetikası kafedrasının ikinci əsas missiyası magistr səviyyəsində yüksək keyfiyyətli gələcək ingilis dili müəllimləri hazırlamaqdır. Kafedranın magistrantları mövzular üzrə fonetika və fonologiyadan magistrlik dissertasiyası yazırlar və onları ixtisaslaşdırılmış xüsusi dövlət komissiyalarında müdafiə edirlər.

 

3.            Kafedranın  Elmi  fəaliyyəti.

 

  İngilis və alman dilləri fakültəsi nəzdində İngilis dilinin fonetikası kafedrasının professoru F.H.Zeynalov tərəfindən 1996-cı ildə “İngilis dilində orfofonik çalışmalar” adlı dərs vəsaiti, kafedranın dosenti S.E.Poladova tərəfindən çap etdirilən “Фонема” adlı dərs vəsaiti, 2014-cü ildə dosent K.A.Alırzayeva tərəfindən  çap edilən “Sözün Fonetik Strukturunun Komponentləri” adlı dərs vəsaiti, dosent S.E.Poladova və dosent K.H.Cəfərovanın 2017-ci ildə  birlikdə ərsəyə gətirdikləri “Işgüzar İngilis dili” fənni üzrə metodik vəsait, dos.X.Ə.Qocayevanın 2022-ci ildə çap edilən “İmprove your English reading” adlı dərs vəsaiti, prof.F.H.Zeynalov, dos.K.A.Alirzayeva, b\m G.S.Səfərova və b\m M.S.İbadullayevanın 2022-ci ildə birlikdə ərsəyə gətirdikləri “İngilis dilinin fonetik terminləri”  (Terms of English Phonetics) və b\m E.K.Zülfüqarova, b\m İ.K.Kərimova, b\m Ş.Q.Qocayeva , b\m Y.S.Əhmədova və b\m T.Z.Cabbarlının 2022-ci ildə birlikdə ərsəyə gətirdikləri “İngiliscə (Yeni Zelandiya ingiliscəsi) Azərbaycanca- lüğət”lərindən, ingilis dilini öyrənən hər bir kəs ali məktəb tələbələri, magistrlar, doktorantlar, ingilis dili müəllimləri, ingilis dilinin fonetikası sahəsində çalışan mütəxəssislər, tərcüməçilər istifadə edə bilər.

Auditoriyada  təhsil və tədris prosesində tələbələ motivasiyasının artırılması əsas vacib şərtlərdən biridir. Bu səbəbdən tələbələrin bacarıqlarının qiymətləndirilməsində təhsil proqramlarının tərtibi və tədrisi  xüsusi nəzərdən keçirilir. Auditoriyalarda müəllimin müəyyən təlimatlarına uyğun olaraq tələbələrdə müstəqillik hissini həvəsləndirmək və onlar arasında münasibətlərin qarşılıqlı hörmət əsnasında qurulması ənənəsi yaradılır. 

       Ali tədris müəssisələrində xarici dillərin tələffüzündə tədrisin təşkili problemi həmişə aktual məsələ olmuşdur. Çətin tələffüz xüsusiyyətlərinə, özünəxas aksent-melodik və çoxcəhətli ritmik-melodik işlənmə xüsusiyyətlərinin öyrənilməsində ən səmərəli istiqamət kommunikativ təlim metodudur. Bu təlim prosesində həm fonetik bazanın, həm də fonetik bacarıqların yaradılması və inkişaf etdirilməsi üçün fonetikanın tədrisində  dilin fonetik quruluşunun bütün komponentlərinə (fonem, fonem birləşmələri, heca, heca bölgüsü, söz vurğusu, onun aspektləri, intonasiya, onun komponentləri) dair qaydalar əsasında artikulyator təsvirlərin öyrənilməsində tələbələrdə spontan ünsiyyət vərdişlərinin aşılanması və praqmatik biliklərin mənimsənilməsi üçün müəyyən eşitmə və tələffüz proqramlarından istifadə olunur.

İngilis və alman dilləri fakültəsi nəzdində İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr dil vərdişlərinin  inkişaf etdirilməsi üçün kafedranın profilinə uyğun keçirilən müxtəlif layihələrdə iştirak edirlər. Buna misal olaraq, ingilis dilinin fonetikası kafedrası tərəfindən ildə 2 dəfə təşkil edilən “Ən Yaxşı Tələffüz” uğrunda müsabiqəsini göstərmək olar. Müsabiqənin məqsədi düzgün tələffüz vərdişlərinin aşılanması və fonetika sahəsində tələbələrin motivasiya edilməsidir.

İngilis dilinin fonetikası kafedrasının müəllimləri ildə bir neçə dəfə Azərbaycanda və xarici ölkələrdə təşkil olunan konfrans, simpozium və başqa tədbirlərə qatılır. Polşa, Minsk, Çexiya və başqa ölkələrdə kafedrada tədris edilən ixtisasa uyğun müxtəlif  kurslarda, kafedralararası elmi konfranslarda iştirak edirlər. Kafedranın əməkdaşlarından dos.X.Ə.Qocayeva Elmi-Metodik Şurasınınnın, Sosial-iqtisadi məsələlər komissiyasının və İngilis və alman dilləri fakültə Elmi Şurasının üzvü, b\m E.Zülfüqarova II kurs Tələffüz vərdişləri fənni üzrə bölmə rəhbəri, fil.f.d., b\m C.Yaqubova 5708.01- “German dilləri” ixtisası üzrə Elmi seminarın üzvü, I kurs Praktik fonetika fənni üzrə bölmə rəhbəri və İngilis və alman dilləri fakültəsi üzrə fənn sillabus komissiyasının sədri, b\m T.Z.Cabbarlı Tədris işləri üzrə kafedra müdür müavini və Keyfiyyətin təminatı üzrə işçi qrupu komissiyasının üzvü, müəllim Ü.Zeynalova İngilis və alman dilləri fakültəsi Elmi Şurasının və İngilis dilinin fonetikası kafedrasının Elmi katibi, fil.f.d.,b\m Ş.Qocayeva Açıq dərslər üzrə Alt komissiyanın üzvüdür.

Kafedranın 30 nəfər üzvündən 1 nəfəri məsləhətçi professor, 6 nəfəri alimlik və peşəkar təcrübə qazanmışlar:

1.      X.Ə.Qocayeva- fil.f.d.,dosent

2.      F.H.Zeynalov- məsləhətçi professor

3.      K.A.Alirizayeva- fil.f.d.,dosent

4.      S.E.Poladova- fil.f.d., dosent

5.      C.H.Yaqubova- fil.f.d

6.      Ş.M.Qocayeva- fil.f.d

7.      P. B.Musayeva- fil.f.d

Tədris planına uyğun olaraq ingilis dilinin fonetikası kafedrası aşağıdakı akademik proqramları işləyib hazırlamışdır: 

1)      Bakalavr səviyyəsi üçün nəzərdə tutulan “ Xarici dilin kommunikativ fonetikası” fənni üzrə tədris proqramı.(fil.f.d., b\m. C.H.Yaqubova və prof. F.H.Zeynalov) ADU,2022.

2)      Bakalavr səviyyəsi üzrə nəzərdə tutulan  “Tələffüz vərdişləri” fənni üzrə tədris proqramı (prof. F.H.Zeynalov, b/m E.K.Zülfüqarova) ADU,2021.

3)      Bakalavr səviyyəsi üçün nəzərdə tutulan “Xarici dilin praktik fonetikası” fənni üzrə tədris proqramı (prof. F.H.Zeynalov, fil.f.d., b\m. C.H.Yaqubova) ADU,2021.

4)      Bakalavr səviyyəsi üçün nəzərdə tutulan “İngilis dilinin intonasiyası”- “English İntonation” seçmə fənni üzrə tədris ptoqramı.(prof.F.H.Zeynalov, b\m.T.Z.Cabbarlı) 2021

5)      Bakalavr səviyyəsi üçün nəzərdə tutulan yeni nəşr ingilis dilinin praktik fonetikası üzrə yeniləşmiş proqram, “Praktik fonetika” fənnləri - 1,2, “Eşitmə və tələffüz”-3 (prof. F.Zeynalov, b/m Z.Neymətulin) 2018

6)      Bakalavr səviyyəsi üçün nəzərdə tutulan ingilis dilinin praktik fonetikası

      üzrə yeniləşmiş proqram, “Eşitmə və tələffüz” fənnləri - 1,2,3 (prof.F.Zeynalov, b/m        Z.Neymətulin) 2016

     7)  Bakalavr səviyyəsi üçün nəzərdə tutulan ingilis dilinin nəzəri fonetikası

             üzrə proqramı (prof. S.Babayev) 2009.

       8)   Bakalavr səviyyəsi üçün nəzərdə tutulan ingilis dilinin praktik fonetikası üzrə yeniləşmiş proqram (prof. F.Zeynalov, b/m S.Əzizov) 2009.

      9)  Bakalavr səviyyəsi üçün nəzərdə tutulan ingilis dilinin nəzəri fonetikası

üzrə proqramı (prof. S.Babayev) 2009.

     10)  Magistr səviyyəsi üçün ingilis dilinin fonologiyası üzrə proqramı (prof.

S.Babayev) 2009.

    11) Bakalavr səviyyəsi üçün nəzərdə tutulan ingilis dilinin praktik fonetikası

üzrə proqramı (b/m S.Əzizov) 1996.

    Hal-hazırda ingilis dilinin fonetikası kafedrasında

I kurs- I semestr  “Praktik fonetika”, II semestrdə “Kommunikativ fonetika”,

II kursda “Tələffüz vərdişləri” fənləri və Essex qruplarında “Kommunikativ fonetika” fənni tədris edilir.

 

4. KAFEDRANIN  PROFESSOR-MÜƏLLİM  HEYƏTİ

 

Adı, atasının adı, soyadı

                Vəzifəsi

Ştatı

1.

Xatirə Əvəz qızı Qocayeva

kafedra müdiri fil.f.d., dosent

0.5

2.

Fərman Hüsən oğlu Zeynalov

məsləhətçi professor fil.e.d., professor

 

 

3.

 Kifayət Ağarza qızı Alırzayeva

fil.f.d.,    dosent

1.0

4.

Sabina Elxan qızı Poladova

fil.f.d.,    dosent

1.0

5.

Cəvahir Hacı qızı Yaqubova

fil.f.d.,  b/m

1.0

6.

Şəhla Mikayıl qızı Qocayeva

fil.f.d.,  b/m

1.0

7.

 Pərvin Baba qızı Musayeva

fil.f.d.,  b/m

1.0

8.

Elmira Kamil qızı Zülfüqarova

baş müəllim

0.75

9.

 İntizar Kamil qızı Kərimova

baş müəllim

0.75

10.

Şəfiqə Qulam qızı Qocayeva

baş müəllim

0.75

11.

 Gülnarə Zübeyir qızı Rəhimova

baş müəllim

0.75

12.

 Gülnarə Seyfəddin qızı Səfərova

baş müəllim

0.75

13.

 Yetər Səməd qızı Əhmədova

baş müəllim

0.75

14.

 Mehriban Sədyar qızı İbadullayeva

baş müəllim

1.0

15.

Gülbəniz Fikrət qızı Nurəliyeva

baş müəllim

0.75

16.

Aynur Şükür qızı Əliyeva

baş müəllim

0.75

17.

Təranə Zöhrab qızı Cabbarlı

baş müəllim

0.75

18.

Fatimə Xanməmməd qızı İbrahimova

baş müəllim

0.75

19.

Səbinə Əmiraslan qızı Tahirova

baş müəllim

0.75

20.

Vəfa Mirbəşir qızı Cəbrayılova

baş müəllim

0.75

21.

Pərvanə Mübariz qızı Cəfərova

baş müəllim

0.75

22.

Əfsanə Əbülfəz qızı Baxşəliyeva

baş müəllim

0.75

23.

Aydın Hüseyinağa oğlu Kərimov

baş müəllim

0.5

24.

Ülviyyə Rasim qızı Babayeva

baş müəllim

0.75

25.

Ülviyyə İbrasim qızı  Zeynalova

müəllim

0.5

26.

Günel Yadigar qızı Cəlilova

müəllim

0.5

27.

Kübra Ceyhun qızı Əlizadə  ( analıq məzuniyyəti)

müəllim

0.5

28.

Bəyim Taleh qızı Kərimova

müəllim

0.5

29.

Vəfa  Afiz qızı Piriyeva

müəllim

0.5

30.

Aynurə Səfər qızı Cəfərova

müəllim

0.5

         Laborantlar

 

 

1.

İlahə Aydın qızı Tağıyeva

Baş laborant

1.0

2.

 Kübrə Ceyhun qızı Əlizadə

Baş laborant(analıq məzuniyyəti)

0.5

3.

Aygül Tofiq qızı İsgəndərova

 Laborant

1.0

4.

Ləman Rafail qızı Musayeva

 Laborant

1.0

           

 

                 5.Kafedrada  tədris  olunan  fənlər.

                                          Bakalavriatura səviyyəsi üzrə.

                                          Fənlərin adı

1.

   Xarici dilin praktik  fonetikası

2.

  Tələffüz  vərdişləri

3.

  Kommunikativ fonetika

 

Əlaqə:

Kafedranın e-mail adresi:     fonetika1@adu.edu.az

Kafedranın şəhər nömrəsi:   (012) 564-22-47 (kommutator)

Daxili nömrə: 119.

Hal hazırda İngilis dilinin fonetikası kafedrasına 2024-cü ilin aprel ayından təyin edilmiş filologiya üzrə fəlsəfə doktoru, dosent X.Ə.Qocayeva rəhbərlik edir.