İngilis dilinin üslubiyyatı kafedrası haqqında
M Ə L U M A T
İngilis dilinin üslubiyyatı kafedrası Azərbaycan Dillər Universitetində 1993-cü il 22 mart tarixli əmr əsasında təsis edilib. Həmin vaxta qədər isə kafedra “Roman-German filologiyası” adı altında fəaliyyət göstərib. Kafedraya 1984-cü ilə kimi filologiya üzrə fəlsəfə doktoru, dosent Məryəm Səlim qızı Qarayeva, 1984-2013-cü illər filologiya elmləri doktoru, professor Mehparə Tələt qızı Qayıbova, 2013-2014-cü illər filologiya elmləri doktoru, professor Fikrət Fətiş oğlu Cahangirov, 2014-2019-cu illər filologiya elmləri doktoru, dosent Sevinc Saday qızı Zeynalova rəhbərlik edib. 2019-cu ilin may ayından kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Kamal qızı Hacıyevadır.
İlkin olaraq “İngilis dilinin üslubiyyatı” adlanan kafedra 2008-ci ildə “İngilis dilinin üslubiyyatı və nitq mədəniyyəti”, 2017-ci ildən “İngilis dilinin leksikologiyası və üslubiyyatı”, 2024-cü ildən isə yenidən “İngilis dilinin üslubiyyatı” (Əmr № 76; 05.09.2024) adlandırılmağa başladı.
Kafedranın profili üzrə istiqaməti: Hal-hazırda kafedranın elmi-tədqiqat və tədris işlərı aşağıdakı istiqamətlərdə aparılır: ingilis dilinin funksional üslubları, üslubi ifadə vasitələri və ingilis dilinin lüğət tərkibinin tədrisi, ritorika, dil və mədəniyyət, diskurs təhlili və koqnitiv dilçilik problemləri, ingilis dilinin müxtəlif səviyyələrdə tədrisi, linqvistik praqmatika problemləri və s. Kafedranın professor-müəllim heyəti Filologiya fakültəsinin, eləcə də İngilis və alman dilləri, İngilis və fransız dilləri fakültələrinin bakalavriatura səviyyəsində, həmçinin magistratura səviyyəsində nəzəri və praktik məşğələlər aparır, həmçinin bakalavr, magistrant və doktorantlara elmi rəhbərlik edir.
Kafedranın yerli və beynəlxalq əlaqələri: Kafedranın əməkdaşları Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti və bir sıra başqa universitetlərlə əlaqələr yaradıblar. Kafedranın professor-müəllim heyəti bu universitetlərdə keçirilən konfrans, simpozium və tədbirlərdə çıxış edirlər.
Kafedra Kiyev Milli Linqvistik Universitetinin professor-müəllim heyəti ilə (prof. O.P.Vorobyova, dos. Tatyana Timkova), eləcə də Amerika Təhsil Şurası və Azərbaycan Dillər Universiteti arasında akademik əməkdaşlıq çərçivəsində kafedraya təhkim olunmuş ABŞ vətəndaşları (Mary Catherine Boehmer, Kouçehbağ Sara Yahyavi və s.) ilə əməkdaşlıq edir.
Kafedranın əməkdaşları müxtəlif beynəlxalq konfranslarda iştirak edirlər ki, bu məlumat onların elmi-metodiki əsərlərinin siyahısında öz əksini tapır.
Kafedranın professor-müəllim heyəti:
İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasında hal-hazırda 30 professor-müəllim və 2 laborant fəaliyyət göstərir: 20 nəfər tam ştat, 10 nəfər 0,5 ştat (2 nəfər vəzifə daşıyıcısıdır). Kafedra üzvləri arasında 3 filologiya elmləri doktoru, 2 professor, 10 filologiya üzrə fəlsəfə doktoru, 11 dosent, 13 baş müəllim var.
1. Fil.f.d., dosent Hacıyeva Aytən Kamal qızı (0,5) (kafedra müdiri)
2. Fil.e.d., professor Cahangirov Fikrət Fətiş oğlu (0,5) (İngilis dilinin leksikologiyası kafedrasının müdiri)
3. Fil.e.d., professor Zeynalova Sevinc Saday qızı (0,5)
4. Fil.f.d., dosent Hüseynova Lalə Asif qızı (1)
5. Fil.f.d., dosent Sərdarova İradə Nadir qızı (1)
6. Fil.f.d., dosent Allahverdiyeva Aytən Musa qızı (1)
7. Fil.f.d., dosent Səmədova İradə Amin qızı (1) (analıq məz.)
8. Fil.e.d., dosent Məmmədbəyli Aysel İlqar qızı (müdir müavini)
9. Fil.f.d., dosent Mədətova Nigar Aydın qızı (1)
10. Fil.f.d., dosent Bağırova Günay Fəxrəddin qızı (1)
11. Fil.f.d., dosent Məmmədova Samirə Arif qızı (0,5)
12. Fil.f.d., dosent Şirinova İzaura Füzuli qızı (1)
13. Fil.f.d., dosent Eminli Afaq Azər qızı (1)
14. Baş müəllim Alışova Ramilə Bəbir qızı (1)
15. Baş müəllim Əliyeva Rəna Telman qızı (1)
16. Baş müəllim Aslanova Səadət Nadir qızı (1)
17. Baş müəllim Ağazadə Pərvanə Müzəffər qızı (1)
18. Baş müəllim Bağırova Nigar Asif qızı (1)
19. Baş müəllim Muradzadə Həlimə Əlövsət qızı (0,5)
20. Baş müəllim Fətillayeva Sevda Əskər qızı (1)
21. Baş müəllim Namazova Lalə Əli qızı (0,5)
22. Baş müəllim Əbdülrəhimova Nüşabə Mirzə qızı (1)
23. Baş müəllim Yunusova Günel Xanlar qızı (1)
24. Baş müəllim Nağıyeva Gülnar Rafiq qızı (1)
25. Baş müəllim Quliyeva Aydan Feyruz qızı (0,5)
26. Baş müəllim Səlimova Nərgiz Səməd qızı (1)
27. Müəllim Mustafayeva Nərmin Kamil qızı (0,5)
28. Müəllim Nurəliyeva Səbinə Gülmirzə qızı (0,5)
29. Müəllim Şirzadova Lətifə Vüqar qızı (0,5)
30. Müəllim Cəfərova Ülkər Arif qızı (0,5)
Laborantlar:
1. Laborant Qocayeva Aytac Azər qızı (1)
2. Laborant Qurbanlı Türkan Faiq qızı (1)
Kafedrada tədris olunan fənlər:
İngilis dilinin üslubiyyatı kafedrası üzrə aşağıdakı fənlər tədris olunur:
Bakalavriatura səviyyəsi üzrə:
1. İngilis dilinin stilistikası - 60 saat
2. İngilis dilinin üslubiyyatı - 45 saat
3. Üslubiyyat və ritorika - 30 saat
4. İngilis dilinin leksikologiyası - 45/60/90 saat
5. Dil tarixi – 30 saat
6. İngilis dili - (1, 2, 3) -90 saat
7. Dil bacarıqları (1, 2, 3, 4, 5, 6) -75/60/120/90 saat
8. Öyrənilən əsas dil-(1, 2, 3, 4) -105/90 saat
9. Xarici dildə işgüzar və akademik kommunikasiya - (1, 2, 3, 4) -90 saat
10. Ritorikaya giriş – 60/30 saat
11. İngilis dilində söz yaradıcılığı-30/45/60 saat
12. İngilis dili və incəsənət -90/60/45 saat
13. Media məqsədləri üçün ingilis dili-45/60/75 saat
14. İngilis danışıq modelləri-45/60/75 saat
15. Akademik yazı və oxu-45 saat
16. İngilis idiomları və mədəniyyət-60 saat
17. Filmlər vasitəsilə ingilis dili-45 saat
18. İngilis dilində funksional üslublar – 75 saat
19. İngilis dilində yazılı ünsiyyət – 75 saat
20. Yüksək ünsiyyət bacarıqları – 75 saat
Magistratura səviyyəsi üzrə:
1. Koqnitiv dilçiliyin əsasları - 30 saat
2. Praqmatikanın əsasları - 45 saat
3. Dil və mədəniyyət - 45 saat
Kafedrasının əsas məqsəd və vəzifələri:
- akademik fəaliyyəti daha da inkişaf etdirmək və universitetin elmi mühitinə öz
töhfəsini vermək;
- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirə, seminar
və praktik dərsləri yüksək elmi-nəzəri və metodiki səviyyədə aparmaq;
- cari və dövlət imtahanlarını təşkil etmək və keçirmək;
- tələbələrin danışıq, dinləmə, anlama, oxu və yazı kimi nitq vərdişlərini inkişaf
etdirmək;
- kafedranın bütün əməkdaşlarını dilin tədris olunmasında və tələbələrin bilik və dil
vərdişlərinin inkişaf etməsində böyük əhəmiyyət kəsb edən innovativ metod və
informasiya texnologiyalarından geniş şəkildə istifadə etməyə cəlb etmək;
- dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və əyani vəsaitlər hazırlamaq,
rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki
ədəbiyyata rəy vermək;
- tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsini təşkil etmək;
- gələcək üçün yüksək səviyyəli kadr yetişdirmək məqsədilə tələbələrlə iş və
əməkdaşlıq aparmaq;
- təcrübəli müəllimlər tərəfindən açıq dərslərin keçirilməsini təşkil etmək.
Kafedranın elmi fəaliyyəti:
Kafedra əməkdaşları lüğət tərtibi, dərslik, dərs vəsaiti, fənn proqramları, metodik işləmə istiqamətlərində iş aparırlar. Dərsliklər və dərs vəsaitləri akademik təhsil standartlarına uyğun dil səviyyələrinə görə auditoriyalarda istifadə olunur.
Kafedranın əməkdaşları ADU-da və digər universitetlərdə keçirilən beynəlxalq və respublika elmi konfrans və forumlarında fəal iştirak edib məqalə və tezislərlə çıxış edirlər.
İl boyu kafedrada müntəzəm şəkildə iclaslar və müzakirələr keçirilir. Bu iclaslarda kafedranın illik planında əks olunmuş məsələlər cari məsələlərlə bərabər müzakirə olunur və iclas protokolunda əks olunur.
Kafedra əməkdaşları xaricdə və ölkəmizdə çıxan müxtəlif jurnallarda məqalələr dərc etdirirlər. Müntəzəm olaraq dilini tədris etdikləri ölkə ilə sıx əlaqələr yaradır, xarici seminar və konfranslarda iştirak edirlər.
Kafedrada bir sıra əsas fənlərlə yanaşı, 20 seçmə fənn də proqramları və digər sənədləri ilə birgə universitetin fakültələrində tədris edilir:
1. Leksikologiya (Lexicology)
2. İngilis dili və incəsənət (English through Arts)
3. Akademik yazı və oxu (Academic Writing and Reading)
4. İngilis danışıq modelləri (Conversational English Models)
5. Hüquqi məqsədlər üçün ingilis dili (Legal English)
6. Siyasi ingilis dili (Political English)
7. İngilis idiomları və mədəniyyət (English Idioms through Culture)
8. Ritorikaya giriş (Introduction to Rhetoric)
9. İngilis dilində funksional üslublar (English through Functional Styles)
10. İngilis dilində söz yaradıcılığı (Word Formation in English)
11. Media məqsədləri üçün ingilis dili (English for Media Literacy)
12. İngilis dilində akademik söz ehtiyatı (Academic Word Skills)
13. İngilis dilində yazılı ünsiyyət (Written Communication in English)
14. Yüksək ünsiyyət bacarıqları (Advanced Communication Skills)
15. Akademik oxu bacarıqları (Academic Reading Skills)
16. İngilis dilində söz birləşmələri (Academic English through Collocations)
17. Mədəniyyətlər vasitəsilə ünsiyyət (Communicating Across Cultures)
18. Yüksək oxu bacarıqları (Advanced Reading Skills)
19. Tənqidi oxu və yazı (Critical Reading and Writing)
20. Filmlər vasitəsilə ingilis dili (English through Films)
Tələbə Elmi Cəmiyyəti üzrə kafedranın fəaliyyəti:
Kafedra tələbələrlə sıx əməkdaşlıq edir. Tələbələr kafedra müəllimlərinin rəhbərliyi altında müxtəlif səpkili tezislərlə elmi cəmiyyətin illik konfransında çıxış edirlər.
Kafedranın tədbirləri: Kafedranın əməkdaşları mütəmadi olaraq tədbirlərdə iştirak edirlər. Tələbələrlə və digər kafedraların əməkdaşları ilə birlikdə Anım günü, Zəfər günü, Bayraq günü, Ümummilli Lider Heydər Əliyevin anım günü, Könüllülər günü və digər əlamətdar günlərlə bağlı tədbirlər təşkil edirlər.
Kafedranın iş qrafiki: I-V günlər, saat 08.30-17.30
Kafedra müdiri: dos.A.K.Hacıyeva