Kafedralar

KAFEDRA HAQQINDA ÜMUMI MƏLUMAT

Kafedranın tarixi. Şərq ölkələri üzrə regionşünaslıq kafedrası 05.09.2024 il tarixində 78 № - li əmrə əsasən Regionşünaslıq kafedrasının bazasında yaranmışdır.

      Kafedra ADU-nun bakalavr və magistr tədris pilləsində təhsil proqramlarına uyğun fənnləri tədris edir. İsrail, Pakistan,  Hindistan, İndoneziya,  Çin, Yaponiya, Türkiyə, Afrika ölkələri, Ərəb ölkələri regionları üzrə azərbaycan və rus bölmələrində müxtəlif fənlər tədris olunur.

Kafedranın əsas məqsədi Şərq ölkələrinin dilini, mədəniyyətini, tarixini, iqtisadiyyatını və bu ölkələr arasında əlaqələri öyrənməkdir. Kafedranın tədqiqat və tədris fəaliyyəti, həmçinin bu bölgələr arasındakı əlaqələri, münaqişələri və əməkdaşlıq imkanlarını araşdırmağı hədəfləyir.

Missiyamız. Şərq ölkələri üzrə regionşünaslıq kafedrası olaraq missiyamız tələbələrimizə ən yaxşı təhsili və ən müasir bilikləri verərək, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə olan karyera imkanlarından faydalanmaları üçün lazımi bilik və qabiliyyətlər əldə etmələrini təmin etmək və rəqabətə davamlı təhsil bazası yaratmaqdır.

Vizionumuz. Kafedranın vizionu ölkə və regional səviyyədə tanınan, təhsil sahəsində güclü əlaqələr qurub ən çox iş və kariyera imkanları yaradan və yüksək təhsil standartına sahib olan aparıcı kafedra olmaqdır.

 

TƏDRİS OLUNAN FƏNLƏR

Əsas fənlər:

 

1. Region ölkəsinin etnoqrafiyası

2. Region ölkəsinin tarixi

3. Region ölkəsinin coğrafiyası

4. Region ölkəsinin siyasi sistemi

5. Region ölkəsinin xarici siyasəti

6. Region ölkəsinin mədəniyyət və incəsənəti

 

 

Seçmə fənlər:

 

1.       - Azərbaycan mədəniyyəti və incəsənəti:

-Azərbaycanın mədəni irsinin mühafizəsi

- Azərbaycan mədəniyyəti və mədəni irsi

 

2.       -Region ölkəsində sosial təhlükəsizlik və sosial müdafiə

-Region ölkəsində sosial işin təşkili

-Region ölkəsində sosial siyasətin tarixi

 

3.       -Region ölkəsində din

-Region ölkəsində dini tolerantlıq

-Region ölkəsində dinlərarası münasibətlər

 

4.       -Region ölkəsində media

-Region ölkəsində informasiya siyasəti

-Region ölkəsində KİV tarixi

 

5.       -Region ölkəsində turizm

-Region ölkəsində ekoturizmin inkişaf xüsusiyyətləri

-Region ölkəsində tarixi və rekreasiya turizminin inkişafı

 

6.       -Region ölkəsində gender problemləri

-Region ölkəsində genderologiyanın tarixi

-Region ölkəsində genderin davamlı inkişafı

 

MAGİSTRATURA

 

Əsas fənlər:

 

1. Tədqiqat üsulları

2.  Beynəlxalq münasibətlərdə ideologiya və informasiya təhlükəsizliyi,

3. Region ölkəsinin demoqrafik inkişaf problemləri,

4. Region ölkəsində müasir sosial, iqtisadi və siyasi proseslər,

5. Beynəlxalq münasibətlər və regionşünaslığın müasir problemləri,

6. BM və regionda inteqrasiya prosesləri

7. Region ölkəsinin xarici siyasətinin formalaşma mexanizmi

8. Müasir geosiyasi problemlər 

 

 

Seçmə fənlər:

 

1.       -Region ölkəsində dövlət qulluğu və kadr siyasəti

-Region ölkəsində əks mərkəzləşmə siyasəti

-Region ölkəsində yerli özünü idarəetmə və kadr siyasəti,

 

2.       -Region ölkəsi və Azərbaycan əlaqələri

-Region ölkəsində dini etnik tolerantlıq

 

3.       -Region ölkəsi və qlobal proseslər

-Region ölkəsində informasiya siyasəti

 

4.       -Region ölkəsinin milli təhlükəsizlik problemləri

-Region ölkəsi regional sistemdə

-Region ölkəsi və regional münaqişələr

 

KAFEDRA HEYƏTİNİN TƏRKİBİ

·         Kafedra müdiri, k.e.d., dosent Əfəndiyeva Nigar

·        PhD, dosent Rəcəbli Rəna

·        PhD, baş müəllim Quluzadə Təranə

·        T.e.d., dosent Məmmədov Ceyhun

·        T.e.d. İsmayılov Kamran

·        PhD, baş müəllim Hacıyeva Gülnar

·        Baş müəllim Ələsgərova Fidan

·        Müəllim Dünyamalılı Nigar müəllim

·        Müəllim Feyziyeva  Günay

·        Müəllim Kərimova Aysel

·        Müəllim Qasımova  Turan 

·        Müəllim Qurbanlı Kamalə 

·        Müəllim Qurbanova Mehriban

·        Müəllim Məmmədova Nailə 

·        Müəllim Mustafayeva Şəfəq

·        Müəllim Sadıqlı Harun

·        Müəllim Soltanzadə Aygün

·        Müəllim Xələfova Şəhla

·        Saathesabı müəllim Behbudova Bənövşə

·        Saathesabı müəllim Həsənzadə Mirrəhimə

·        Saathesabı müəllim Əhmədova Hənifə

·        Saathesabı müəllim Alidə Hacıyeva

·        Saathesabı müəllim Fatma İsgəndərova

·        Saathesabı müəllim Şirəliyev Müseyib

·        Laborant Babayeva Lamiyə

·        Laborant Əliyeva Günay