Kafedralar

Regionşünaslıq kafedrası haqqında ümumi məlumat

Regionşünaslıq kafedrası  23 fevral  2007 - ci il tarixində 20 № - li əmrə əsasən Regionşünaslıq və Beynəlxalq münasibətlər ixtisasları üzrə tədrisin keyfiyyətinin və  idarə olunmasının daha da yaxşılaşdırılması məqsədi ilə mövcud Qərbşünaslıq və Beynəlxalq münasibətlər kafedralarının bazasında  fəaliyyətə başlamışdır. 

01 iyun 2007 – ci il tarixdən bugünədək  01/61 № - li əmrə əsasən prof. Əliyeva Sevdagül Fazil qızı Regionşünaslıq kafedrasının müdiri vəzifəsini icra edir. Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində tədris prosesini aparan əsas ixtisas kafedralarından biri kimi Regionşünaslıq kafedrası böyük  rol oynayır. Kafedra açılarkən 6 region öyrənilirdi, hal-hazırda isə 18 region üzrə rus və Azərbaycan bölmələrində ixtisaslaşma aparılır ABŞ, Böyük  Britaniya, Almaniya, Fransa, Skandinaviya, İsrail və Yaxın Şərq, Pakistan,  Hindistan, İndoneziya və Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Rusiya, Türkiyə, Balkan ölkələri, Cənubi Amerika ölkələri, Afrika ölkələri, Ərəb ölkələri və Mərkəzi və Şərqi Avropa regionları olmaqla 18 region və ya ölkə üzrə müxtəlif fənlər tədris edir. Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Çin, Yaponiya, MŞA  ixtisasında rus bölməsinə aid fənlər də tədris olunur.

Kafedra bakalavriat səviyyəsi üzrə aşağıdakı əsas fənləri tədris edir:

1. Region ölkəsinin etnoqrafiyası,

2. Region ölkəsinin tarixi,

3. Region ölkəsinin siyasi sistemi,

4. Region ölkəsinin xarici siyasəti,

5. Region ölkəsinin mədəniyyət və incəsənəti

 

 Kafedra  bakalavriat səviyyəsi üzrə aşağıdakı seçmə fənləri tədris edir:

1. Region ölkəsinin coğrafiyası

2. Azərbaycan mədəniyyəti və incəsənəti

/Azərbaycanın mədəni irsinin mühafizəsi

/ Azərbaycan mədəniyyəti və mədəni irsi,

3. Region ölkəsində sosial təhlükəsizlik və sosial müdafiə

/Region ölkəsində sosial işin təşkili

 / Region ölkəsində sosial siyasətin tarixi

4. Region ölkəsində din

/ Region ölkəsində dini tolerantlıq

/ Region ölkəsində dinlərarası münasibətlər,

5. Region ölkəsində media

/ Region ölkəsində informasiya siyasəti

/  Region ölkəsində KİV tarixi

6. Region ölkəsində turizm

/ Region ölkəsində ekoturizmin inkişaf xüsusiyyətləri

/ Region ölkəsində tarixi və rekreasiya turizminin inkişafı,

7. Region ölkəsində gender problemləri

/ Region ölkəsində genderologiyanın tarixi

/ Region ölkəsində genderin davamlı inkişafı

 

 

 

Kafedrada magistratura səviyyəsi üzrə aşağıdakı əsas fənlər tədris edilir:

1. Tədqiqat üsulları

2.  Beynəlxalq münasibətlərdə ideologiya və informasiya təhlükəsizliyi,

3. Region ölkəsinin demoqrafik inkişaf problemləri,

4. Region ölkəsində müasir sosial, iqtisadi və siyasi proseslər,

5. Beynəlxalq münasibətlər və regionşünaslığın müasir problemləri,

6. BM və regionda inteqrasiya prosesləri

7. Region ölkəsinin xarici siyasətinin formalaşma mexanizmi

8. Müasir geosiyasi problemlər  

 

  Kafedrada magistratura səviyyəsi üzrə aşağıdakı seçmə fənlər tədris edilir:

  1. Region ölkəsində dövlət qulluğu və kadr siyasəti

     / Region ölkəsində əks mərkəzləşmə siyasəti

    / Region ölkəsində yerli özünü idarəetmə və kadr siyasəti,

  1. Region ölkəsi və Azərbaycan əlaqələri

     / Region ölkəsində dini etnik tolerantlıq

  1.  Region ölkəsi və qlobal proseslər

/Region ölkəsində informasiya siyasəti

  1. Region ölkəsinin milli təhlükəsizlik problemləri

/ Region ölkəsi regional sistemdə

/ Region ölkəsi və regional münaqişələr

 

Ümumilikdə kafedrada 52 əməkdaş fəaliyyət göstərir.  2 professor, 6 dosent, 4 fəlsəfə doktoru baş müəllim, 3 fəlsəfə doktoru müəllim, 9 baş müəllim, 17 nəfər  müəllim vəzifəsində çalışır. Bundan başqa, kafedranın əməkdaşlarından 1 baş laborant, 3 laborant, 10 nəfər isə  saathesabı müəllim kimi fəaliyyət göstərir. Kafedra müəllimlərindən  21 nəfəri  dissertant və  doktorantdır.

  1. Prof. Əliyeva Sevdagül Fazil                                                  0.5 ştat
  2. Dos. Şahmuradov Aqil  Şövkət                                              1.0 ştat        
  3. Dos. Hüseynova  Nigar Əkrəm                                              1.0 ştat        
  4. T.ü.f.d., b/m Rəcəbli Rəna Qəzənfər                                      1.0 ştat        
  5. B/m. Əbdürrəhimova  Şəfa Rasim                                          1.0 ştat        
  6. B/m. Abdulla Bəyim Nadir                                                     1.0 ştat        
  7. B/m. Əfəndiyeva Vüsalə Elşad                                               1.0 ştat
  8. B/m. Həyatova Firuzə Akif                                                     1.0 ştat        
  9. Müəllim. Hüseynova Ülviyyə Yadulla                                    1.0 ştat        
  10. Müəllim. Qurbanova Sevinc Əşrəf                                               1.0 ştat        
  11. Müəllim. Ağayeva Xəyalə Rafael                                                1.0 ştat         
  12. Müəllim. Ələsgərova Fidan Cəbrail                                             1.0 ştat        
  13.  Müəllim. Tajdehibonab Mehparə Kamil                                     1.0 ştat        
  14.  Müəllim. Feyziyeva Günay Mobil                                              1.0 ştat        
  15. B/m. Məcidov Elşən Nazim                                                    1.0 ştat        
  16.  Müəllim. Sadıqlı Harun Hacı                                                       1.0 ştat        
  17. Müəllim. Muradova Səbinə İlham                                                1.0 ştat
  18. Müəllim. Qurbanlı Kəmalə Məhəmməd                                       1.0 ştat
  19. B/m Hüseynzadə Diana Nikolayevna                                     1.0 ştat
  20. Müəllim. Soltanzadə Aygün Nizami                                            1.0 ştat
  21. PhD Məmmədova Günay Kamil                                             1.0 ştat
  22. B/m. Abbasova Hökümə Fərzux                                             1.0 ştat
  23. Müəllim. Mustafayeva Şəfəq Fərman                                           1.0 ştat
  24. Müəllim. Ələsgərova Sara Tahir                                                   1.0 ştat
  25. Müəllim. Ağaqasımov Rüfət Rafiq                                               1.0 ştat      
  26. Müəllim. Nəbiyev Orxan Akif                                                      1.0 ştat
  27. Prof. Məmmədov Əli  Səyyad                                                 0.5 ştat
  28. Dos. Əliyev Bəhmən Fazil                                                       0.5 ştat
  29. Dos. Ağakişiyeva Günəş Rafiq                                                0.5 ştat
  30. Dos. Məmmədov Ceyhun Valeh                                              0.5 ştat
  31. T.ü.f.d. b/m Quluzadə Təranə Nəsimi                                      0.5 ştat
  32. PhD Hacıyeva Gülnar Nuru                                                     0.5 ştat
  33. PhD B/m. Əsgərova Nigar Nizami                                           0.5 ştat
  34. B/m. Kərimova Bədirə Telman                                                 0.5 ştat
  35. Müəllim. Məmmədova Nailə Xudaqulu                                          0.5 ştat
  36. Müəllim. Kiçikbəyova Zarina Albertovna                                      0.5 ştat
  37. Müəllim. Əliyeva Rübabə  Əbülfət                                                 0.5 ştat
  38. Müəllim. Cəfərova Həmidə Rövşən                                                0.5 ştat
  39. Müəllim. Xanseyidova Lalə Seyidağa                                            0.5 ştat
  40. Müəllim. Bağırlı Aytac Zaur                                                           0.5 ştat
  41. Müəllim. Qurbanova Mehriban Pəhlivan                                        0.25 ştat  

 

Saathesabı  müəllimlər:

  1. Müəllim. Şıxəliyeva Əminə Ənvər
  2. Müəllim. Əliyev Rəfail Qabil
  3. Müəllim. Məmmədova Bahar Eldəniz
  4. Müəllim. Məcidova Aydan Səttar
  5. Müəllim. Səfərova Şəbnəm Məhsim
  6. Müəllim. Axundzadə Cəmalə Faiq

 

Kafedranın laborantları:

  1. b/lab. Babayeva Mahnur Əlisaab                                       1.0 ştat        
  2. lab. Şıxəliyeva Əminə Ənvər                                             1.0 ştat 
  3. lab. Həbibzadə Nərmin Elman                                           1.0 ştat   
  4. lab. Məmmədova Bahar Eldəniz                                        1.0 ştat

 

Regionşünaslıq kafedrasında müəllimlərin fəaliyyəti müxtəlif meyarlar üzrə qiymətləndirilir. Cari hesabat ilinə müvafiq olaraq kafedra müəllimlərinin çap olunmuş elmi əsərlərinin sayı, dərs vəsiti, dərslik və ya fənn proqramının sayı, beynəlxalq tədbirlərdə, konfranslarda və disbutlarda onların fəal iştirakı və digər amillər nəzərə alınmaqla reytinqi müəyyən edilir.

Kafedranın əməkdaşları tərəfindən hazırlanıb çap olunan kitabların siyahısı:

  1. Avropanın coğrafiyası
  2. Almaniyanın coğrafiyası
  3. Fransanın coğrafiyası
  4. Böyük Britaniyanın coğrafiyası
  5. Hindistanın etnoqrafiyası
  6. Norveçin etnoqrafiyası
  7. Böyük Britaniyanın siyasi sistemi (az.)
  8. Böyük Britaniyanın siyasi sistemi (rus)
  9. Norveçin tarixi
  10.  Mərkəzi Şərqi Avropa ölkələrinin tarixi
  11.  Slavyan xalqlarının tarixi
  12.  Norveçin mədəniyyət və incəsənəti
  13.  Böyük Britaniyanın mədəniyyət və incəsənəti
  14.  Etika və gender
  15.  Qafqazda gender
  16.  Azərbaycanda gender
  17. Argentinanın coğrafiyası
  18. Argentinanın etnoqrafiyası
  19. Argentina tarixi
  20. Argentina mədəniyyəti və incəsənəti
  21. Argentina turizmi
  22. Yaponiyanın etnoqrafiyası
  23. Skandinaviya ölkələrində gender məsələləri

 

Kafedranın məqsəd və vəzifəsi:    Regionşünaslıq kafedrasının əsas məqsədi   tələbələrə  ixtisaslaşdığı region haqqında  dəqiq coğrafi, etnoqrafik, tarixi,  mədəniyyəti və digər sahələr üzrə dərin  məlumatlar verməklə ixtisaslaşmasını təmin etmək və onların  həmin sahələrdə  araşdırma aparmasına yardımçı olmaqdan ibarətdir.

             Kafedranın fəaliyyəti: Azərbaycan Respublikası Təhsil nazirliyi Boloniya Bəyannaməsinə 2005-ci ildə Norveçin Bergen şəhərində təşkil olunmuş konfransda imza atmışdır, prosesin  müddəaları ilə kafedra əməkdaşlarımız  tanış olmuş və  fəaliyyətlərini bu istiqamətdə qura bilmişlər. Regionşünaslıq kafedrası 2007-ci ildə Azərbaycan Dillər Universitetində ilk olaraq Boloniya prosesinə, kredit sisteminə qoşulmuşdur.

 Kafedranın təsdiq edilmiş 5 illik strateji inkişaf və 5 illik iş planı əsasında təsdiq edilmiş illik iş planı tərtib edilir. İş planına uyğun kafedranın təsdiq olunmuş iclaslar planına əsasən hər ayın sonuncu cümə günü iclas keçirilir. Bu iclaslarda kafedranın illik planında əks olunmuş və yeni yaranmış cari məsələlər müzakirə olunur.

            Kafedra əməkdaşları  dərslik, dərs vəsaiti, fənn proqramları, metodik işləmə istiqamətlərində də böyük işlər görürlər. Kafedranın fəaliyyət göstərdiyi müddət ərzində bakalavriat üçün 115 əsas,  234 seçmə, magistratura üçün 32 əsas, 108 seçmə fənn üzrə proqram yeni tədris planları və tələblərə uyğun dərc edilib istifadəyə verilmişdir.

2012-ci ildə " Tur Xeyerdal və Azərbaycan"adlı  Beynəlxalq  konfransını məhz kafedramızın əməkdaşları Universitetin elmi işlər üzrə prorektorluğun  və Təhsil Nazirliyinin böyük dəstəyi ilə keçirmişlər.

            Bundan başqa kafedra əməkdaşları ənənəvi olaraq hər il  TEC-də iştirak üçün  tələbələrin hazırlanmasına kömək edirlər.

            Hər dərs ilinin sonunda kafedranın müəllimləri tədris etdikləri fənn üzrə dövrün tələblərinə cavab verən dərsliklərə müvafiq sillabuslar hazırlayırlar, fərdi planlar əsasında öz işlərini təşkil edirlər. Həmin sillabuslar kafedranın sonuncu iclasında müzakirə olunaraq təsdiqlənir.

            Bundan başqa kafedra əməkdaşları xaricdə və ölkəmizdə çıxan müxtəlif jurnallarda  məqalələr dərc etdirirlər, müntəzəm olaraq tədris etdikləri ölkə və ya regionun ali məktəbləri ilə sıx əlaqələr yaradaraq  Almaniya, Fransa, Norveç, İndoneziya, Hindistan, İsrail, universitetlərində keçirilən seminarlarda, yay məktəblərində  iştirak edir, öz biliklərini, tədris etdikləri fənnlər üzrə peşə bacarıqlarını təkmilləşdirirlər.

             Kafedra əməkdaşları 5 ildə dünyanın bir neçə ölkələrində Beynəlxalq konfrans və simpoziumlarda  məqalə və tezislərlə çıxış etmişlər. Bu müddət ərzində kafedra əməkdaşları 165-i Azərbaycanda, 73-ü xarici ölkələrdə olmaqla ümumi 238 məqalə, 106-ı Azərbaycanda, 10-u xarici ölkələrdə olmaqla 126 tezis, 9 kitab, 14 dərs vəsaiti və 3 monoqrafiya çap etdirmişdir.

            Kafedranın tədbirləri: Kafedra yarandığı andan etibarən Azərbaycan mədəniyyətinin və qədim adətlərinin qorunması, eləcədə təbliğatı ilə bağlı festivalların təşkil olunmasında fəal şəkildə iştirak etmişlər. Kafedranın əməkdaşları mütəmadi olaraq Universitet tədbirlərinə qatılırlar. Tələbələrlə birgə Yeni il və Novruz şənliklərində tamaşalar, oyunlar, səhnəciklərin hazırlanmasına yardımçı olur. Üç il ardıcıl olaraq  İzmirin Ege Universitetində, Bursanın Uludağ Universitetində və Kayserinin Ərciyəz Universitetində  Novruzun Elmi izahına həsr olunmuş interaktiv tətbiqi seminar keçirmiş,  hər il ənənəvi olaraq  tələbələri Azərbaycanın  tarixi yerləri və muzeylərinə aparır, müxtəlif dini konfessiyaların məbədlərində tətbiqi dərslər keçirir.

13-14 aprel 2018-ci il tarixində Ərzurum Atatürk Universitetində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfransın “H.Əliyev və türk dünyası” adlı bölməsi keçirilmişdir.

       16 aprel  2018-ci il tarixində isə Türkiyənin Ərciyəz (Kayseri) Universitetində "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda konfransın "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" adlı növbəti  bölümü keçirilmişdi.

 25 oktyabr 2019-cu ildə “ Beynəlxalq Münasibətlərin aktual problemləri” adlı Beynəlxalq konfransın,  29-30 oktyabr 2021-ci ildə ADU-nun təşkil etdiyi  “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda ikinci Qarabağ Vətən müharibəsi: Dövlət, Xalq, Ordu birliyi. Uğurlar və perspektivlər”-mövzusunda keçirilən  Beynəlxalq Konfransların  təşkilatı məsələlərinin həyata keçirilməsində kafedra əməkdaşları çox fəal iştirak etmişlər.

2021-ci ildə Regionşünaslıq kafedrasının müəllimləri Qarabağla bağlı 7 dəyirmi masanın keçirilməsini təşkil etmişlər.                                   

Kafedranın iş vaxtı: Kafedra 3 növbədə işləyir. İş vaxtı birinci növbə saat 08.30-dan 16.30-dək,  II növbə 10.00-dan 18.00-dək, III növbə isə 12.00-20.00-dəkdir.

 

 

 

 

Kafedra müdiri                                                                                  Prof. S.F.Əliyeva