Kafedralar

 

 

               ADU – nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində

 

                               Xarici dillər kafedrası haqqında  ümumi  məlumat

 

ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrası 2007-ci ildə Qərbşünaslıq kafedrası əsasında yaradılmışdır. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində bakalavr səviyyəsində təhsil alan tələbələrə ixtisas ölkəsinin dili və ona uyğun əlavə dildə bacarıq və vərdişləri,dil ünsiyyətini,nitq və danışıq qaydalarını, ümumiyyətlə,ixtisas ölkəsinin dilini və o ölkələrə yaxın dilləri kompleks şəkildə öyrədilməsi missiyasını həyata keçirir.Kafedrada aşağıdakı fənlər tədris olunur.

 

           Regionlar üzrə ixtisas dilləri

        1.İxtisasyönümlü Xarici dili-(İngilis dili)-Britaniyaşünaslıq,Amerikaşünaslıq,

          Afrikaşünaslıq, Mərkəzi və Şərqi Avropaşünaslıq,Balkan ölkələri  ixtisasları üzrə)

       2. İxtisasyönümlü Xarici dili -(Alman dili)

  1. İxtisasyönümlü Xarici dili-(Fransız dili)

       4. İxtisasyönümlü Xarici dili  -(İbri dili)

       5. İxtisasyönümlü Xarici dili –(Norveç dili) 

       6. İxtisasyönümlü Xarici dili-(İndoneziya dili)

       7. İxtisasyönümlü Xarici dili-(Ərəb dili)

       8. İxtisasyönümlü Xarici dili-(Yapon dili)

       9. İxtisasyönümlü Xarici dili-(Çin dili)

       10. İxtisasyönümlü Xarici dili-(İspan dili)

       11. İxtisasyönümlü Xarici dili-(Türk dili)

      

        Regionlar üzrə xarici dil

      

         1. Xarici dildə işğüzar və akademik kommunikasiya-(İngilis dili)-(Türk və  Qafqaz)

         2.Xarici dildə işğüzar və akademik kommunikasiya-( Alman dili )

         3.Xarici dildə işğüzar və akademik kommunikasiya-( Fransız dili)

         4.Xarici dildə işğüzar və akademik kommunikasiya-(Polyak dili)

         5.Xarici dildə işğüzar və akademik kommunikasiya-(Çex dili)

         6. Xarici dildə işğüzar və akademik kommunikasiya-(Yunan dili)

         7.Xarici dildə işğüzar və akademik kommunikasiya-(Rumın dili)

         8.Xarici dildə işğüzar və akademik kommunikasiya-(Hind dili)

         9.Xarici dildə işğüzar və akademik kommunikasiya-(Pakistan dili)

         10. Xarici dildə işğüzar və akademik kommunikasiya-(Macar dili)

        

       Beynəlxalq münasibətlər ixtisası üzrə

 

       1. Xarici dildə işğüzar və akademik kommunikasiya-(İngilis dili)-I k

       2. İxtisasyönümlü Xarici dili-( İngilis dili)-II kurs

       3. İxtisasyönümlü Xarici dili-( İngilis dili)-III kurs

      

    

     Beynəlxalq münasibətlər ixtisası üzrə-I kurs

 

       1.Tələffüz və şifahi nitq vərdişləri

       2.Oxu vərdişləri

       3.Yazı vərdişləri

 

       Akademik yazı və Oxu

 

       1. Akademik yazı və Oxu (İngilis dili) –(Balkan və Afrika üzrə)

       2. Akademik yazı və Oxu-(İbri dili)

       3. Akademik yazı və Oxu-(Yapon dili)

       4.Akademik yazı və Oxu-(Çin dili)

       5.Akademik yazı və Oxu-(Ərəb dili)

       6.Akademik yazı və Oxu-(İspan dili)

       7.Akademik yazı və Oxu-(Norveç dili)

       8.Akademik yazı və Oxu-(Türk)

       9.Akademik yazı və Oxu-(Macar dili)-MŞA

 

     Kafedramızın əməkdaşları daimi olaraq kompüter vasitəsilə ixtisas ölkəsinin dilinin öyrənilməsinin metodik əsaslarının işlənib hazırlanmasını,”online” müxtəlif dillərin mənimsənilməsi üçün geniş çeşiddə müxtəlif saytlar, sosial şəbəkələr, multimedia resurslarının əldə edilməsində  iş görürlər.

      Bu istiqamətdə müəllimlərimiz universitetdə yaradılan elektron auditoriyalardan və İRK-nin təlim zallarından geniş şəkildə istifadə edirlər.

     Bundan əlavə kafedranın əməkdaşları bu dillərin tədrisində yeni informasiya texnologiyalarından (komputer,internet) geniş istifadə etməklə tələbələrə yeni biliklərin aşılanmasında böyük rol oynayırlar.

      Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının məqsəd və vəzifəsi yüksək peşəkarlığa malik mütəxəssis yetişdirməkdir.Təcrübəli müəllim heyəti açıq və nümunəvi dərslər keçirir,gənc müəllimlərə tədris istiqamətində mühüm məsləhət və tövsiyələr verirlər.

       Hal-hazırda Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasında 56 müəllim (onlardan 3-ü dəvət olunmuş xarici dil daşıyıcıları) və 8 laborant fəaliyyət göstərir. Kafedranın 53 üzvündən 2 nəfəri filologiya üzrə elmlər doktoru,12 nəfəri filologiya üzrə  fəlsəfə doktoru, 2 nəfəri isə filologiya üzrə elmlər namizədidir.         

 

 

                           

   Kafedra müdiri:                                                              fil.e. d, dos.N.R.Seyidova