ADU – nun Diplomatik xarici dillər kafedrası
Kafedra haqqında ümumi məlumat
ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrası 2007-ci ildə Qərbşünaslıq kafedrası əsasında yaradılmışdır. 2024-2025-ci tədris ilindən etibarən universitet tərəfindən kafedramızın adı dəyişdirilərək Diplomatik xarici dillər kafedrası adlandırılmışdır. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində bakalavr səviyyəsində təhsil alan tələbələrə ixtisas ölkəsinin dili və ona uyğun əlavə ikinci xarici dildə bacarıq və vərdişləri, dil ünsiyyətini, nitq və danışıq qaydalarını, ümumiyyətlə ixtisas ölkəsinin dilini və o ölkələrə yaxın dilləri kompleks şəkildə öyrədilməsi missiyasını həyata keçirir.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasında 18 dildə İxtisasyönümlü xarici dil, Xarici dildə işgüzar akademik və kommunukasiya və Akademik yazı və oxu fənləri üzrə dərslər tədris edilir. Bu dillərin tədrisi və kompleks öyrədilməsinə İndoneziyada, İsraildə, Yaponiyada, Fransada, Almaniyada, Polşada, Norveçdə təhsil almış,sertifikatları olan yüksək səviyyəli peşəkar müəllimlər cəlb olunub. 2022-2023-cü tədris ilindən etibarən fakültəmizdə Beynəlxalq münasibətlər, Amerikaşünaslıq və Britaniyaşünaslıq ixtisasları üzrə tədris ingilis dilində keçirilməyə başlanmışdır.
Diplomatik xarici dillər kafedrasının professor müəllim heyəti çox sayda məqalələrin, dərs vəsaitlərinin və proqramların müəllifidir.
Kafedranın məqsəd və vəzifəsi: Diplomatik xarici dillər kafedrasının əsas və başlıca məqsədi tələbələrə regionlar üzrə dilləri və onlara uyğun əlavə dilləri öyrətmək və tələbələrin öyrənilən ölkənin mədəniyyətinə yiyələnməklə yanaşı, onlarda hər dilin bütün aspektlərini, danışıq ,dinləmə və anlama, oxu və yazı kimi nitq fəaliyyətini inkişaf etdirməkdən ibarətdir.
Diplomatik xarici dillər kafedrasının məqsəd və vəzifəsi yüksək peşəkarlığa malik mütəxəssis yetişdirməkdir.Təcrübəli müəllim heyəti açıq və nümunəvi dərslər keçirir,gənc müəllimlərə tədris istiqamətində mühüm məsləhət və tövsiyələr verirlər.
Hal-hazırda Diplomatik xarici dillər kafedrasında 57 müəllim (onlardan 3-ü dəvət olunmuş xarici dil daşıyıcıları) və 7 laborant fəaliyyət göstərir.
Hal-hazırda kafedrada işləyən 57 kafedra üzvündən 2 nəfər filologiya üzrə elmlər doktoru , 13 nəfər filologiya üzrə fəlsəfə doktoru və 2 nəfər filologiya üzrə elmlər namizədidir.
Kafedrada aşağıdakı fənlər tədris olunur.
Regionlar üzrə ixtisas dillər
1.İxtisasyönümlü Xarici dili-(İngilis dili)- Britaniyaşünaslıq, Amerikaşünaslıq, Afrikaşünaslıq,
Mərkəzi və Şərqi Avropaşünaslıq, Pakistanşünaslıq və Balkan ölkələri ixtisasları üzrə)
2. İxtisasyönümlü Xarici dili -(Alman dili)
3. İxtisasyönümlü Xarici dili-(Fransız dili)
4. İxtisasyönümlü Xarici dili -(İbri dili)
5. İxtisasyönümlü Xarici dili –(Norveç dili)
6. İxtisasyönümlü Xarici dili-(İndoneziya dili)
7. İxtisasyönümlü Xarici dili-(Ərəb dili)
8. İxtisasyönümlü Xarici dili-(Yapon dili)
9. İxtisasyönümlü Xarici dili-(Çin dili)
10. İxtisasyönümlü Xarici dili-(İspan dili)
11. İxtisasyönümlü Xarici dili-(Türk dili)
Regionlar üzrə xarici dil
1. Xarici dildə işğüzar və akademik kommunikasiya-(İngilis dili)-(Türk və Qafqaz)
2.Xarici dildə işğüzar və akademik kommunikasiya-( Alman dili )
3.Xarici dildə işğüzar və akademik kommunikasiya-( Fransız dili)
4.Xarici dildə işğüzar və akademik kommunikasiya-(Çex dili)
5. Xarici dildə işğüzar və akademik kommunikasiya-(Yunan dili)
6.Xarici dildə işğüzar və akademik kommunikasiya-(Rumın dili)
7.Xarici dildə işğüzar və akademik kommunikasiya-(Urdu dili)
8. Xarici dildə işğüzar və akademik kommunikasiya-(Macar dili)
9. Xarici dildə işğüzar və akademik kommunikasiya-(Serb dili)
İngilis dilində tədris olunan qruplarda fənlər
Beynəlxalq münasibətlər ixtisası üzrə
1.Tələffüz və şifahi nitq vərdişləri- I kurs
2.Oxu vərdişlər - I kurs
3.Yazı vərdişləri- I kurs
4.İxtisasyönümlü Xarici dili-( İngilis dili)-II kurs
5. İxtisasyönümlü Xarici dili-( İngilis dili)-III kurs
6. Xarici dildə işğüzar və akademik kommunikasiya-( Fransız dili)- III kurs
7. Xarici dildə işğüzar və akademik kommunikasiya-( Fransız dili)- IV kurs
Amerikaşünaslıq ixtisası üzrə
1.Tələffüz və şifahi nitq vərdişləri- I kurs
2.Yazı vərdişləri- I kurs
3. İxtisasyönümlü Xarici dili-( İngilis dili)-II kurs
4. Xarici dildə işğüzar və akademik kommunikasiya-( Fransız dili)- II kurs
Britaniyaşünaslıq ixtisası üzrə
1.Tələffüz və şifahi nitq vərdişləri- I kurs
2.Yazı vərdişləri- I kurs
3. İxtisasyönümlü Xarici dili-( İngilis dili)-II kurs
4. Xarici dildə işğüzar və akademik kommunikasiya-( Fransız dili)- II kurs
Kafedra müdiri: f.e.d., prof.N.R.Seyidova