Kafedralar

BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ REGİONŞÜNASLIQ FAKÜLTƏSİ NƏZDİNDƏ OLAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR

KAFEDRASI HAQQINDA ÜMUMİ MƏLUMAT

 

      Beynəlxalq Münasibətlər kafedrası 2001-ci ildə yaradılmışdır.  İlk kafedra müdiri prof. Sabir Daşdəmirov olmuşdur. Daha sonra kafedraya prof. Jalə Qəribova, prof. Musa Qasımlı və s.e.f.d, dosent  Samir Həmidov rəhbərlik etmişdilər. 2017-ci ildən kafedraya siyasi elmlər üzrə elmlər doktoru, prof. Aida Yusifzadə rəhbərlik edir. 2022-ci il 7 iyul tarixindən etibarən prof. A.M.Yusifzadə 2-ci dəfə kafedra müdiri seçilmişdir. Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində tədris prosesini aparan ixtisas kafedralarından biri kimi Beynəlxalq Münasibətlər kafedrası böyük məsuliyyət daşıyır.

       Hal-hazırda Beynəlxalq Münasibətlər kafedrasında ştat üzrə 41 əməkdaş fəaliyyət göstərir. Kafedra əməkdaşlarının 3-ü professor, 10-u dosent, 4-ü  baş müəllim, digərləri isə müəllim və iki nəfər isə kafedranın laborantı vəzifəsində çalışır. Kafedrada 3 elmlər doktoru, 15 fəlsəfə doktoru fəaliyyət göstərir. Hal-hazırda kafedrada 5 doktorant və  4 dissertant fəlsəfə doktoru proqramı üzrə və 2 dissertant elmlər doktoru proqramı üzrə beynəlxalq münasibətlərin aktual problemlərinə dair elmi işlər üzərində çalışırlar.   

       Kafedrada tam ştat müəllimlərlə yanaşı yarımştat və saathesabı əsasda  Azərbaycan Respublikasının Prezident Administrasiyasından, Vergilər Nazirliyindən, Xarici İşlər Nazirliyindən, Ədliyyə Nazirliyindən, Azərbaycan Milli Elmlər Akademiyasından, Əlyazmalar İnstitutundan, ADA Universitetindən dəvət olunmuş mütəxəssislər də fəaliyyət göstərir. Bundan əlavə  kafedranın bir çox müəllimləri tədrislə yanaşı, digər məsul vəzifələrdə də fəaliyyət göstərirlər.

        Beynəlxalq münasibətlər kafedrasında müəllimlərin fəaliyyəti müxtəlif meyarlar üzrə qiymətləndirilir. Onların çap olunmuş elmi əsərlərinin əhəmiyyəti, təşəbbüskarlığı, əmək intizamı və digər amillər nəzərə alınmaqla reytinqi müəyyən edilir.

        Kafedra fəaliyyət göstərdiyi 21 il ərzində bakalavr və magistr pilləsi üçün nəzərdə tutulmuş çoxsaylı proqramlar, elmi-metodiki vəsaitlər, monoqrafiyalar, dərslik və dərs vəsaitləri  tərtib edilmiş və nəşr edilmişdir. Kafedra əməkdaşları tərəfindən son illər ərzində  beynəlxalq münasibətlərə dair bir çox dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və s. nəşr edilmişdir. Bunların sırasında aşağıdakıların adlarının vurğulanması məqsədəuyğundur: prof. A.M.Yusifzadə “Konstitusiya hüququnun əsasları” (2017) dərs vəsaiti, “Müasir inteqrasiya prosesləri” (2022) dərs vəsaiti, dos. Samir Həmidov "Beynəlxalq təşkilatlar" (2016), "Beynəlxalq təhlükəsizlik"(redakt. ilə 2016) dərs vəsaiti, "Beynəlxalq münasibətlər nəzəriyyəsi"(2016), Əli Mustafayev "Fransanın hüquq sistemi" (2010), Nəsib Nəsibli "Sosial elmlərdə araşdırmanın metodikası"(2015), prof. Rafiq Abbasov "İlham Əliyev - qədim xalqların dostluğunun müasir davamçısı" (2013) monoqrafiyası, dos. Mətanət Əsgərova “Böyük Britaniyanın Konstitusion aktları və hüquq normaları” (İngilis hüququ) (2015) dərs vəsaiti, dos. Mehriban Babaxanova “Argentina hüquq sistemi” (2020) dərs vəsaiti, dos.Namiq Əsədovun “Beynəlxalq münasibətlərin əsasları və təkamülü” (2017), “Azərbaycan Xalq Cümhuriyyəti” (həmmüəllif dos.E.Qasımov) (2018) dərs vəsaitləri, həmçinin kafedranın müəllimləri tərəfindən bakalavriat və magistratura pilləsində tədris olunan bütün fənlər üzrə metodiki vəsaitlər tərtib edilmişdir: F. Güləmirli "Müasir diplomatiya", A. Yusifzadə, F. Güləmirli “Strateji idarəetmə”, “Siyasi coğrafiya”, G. Hacalıyeva "Geosiyasət", A. Yusifzadə, G. Hacalıyeva «ASOR beynəlxalq münasibətlər sistemində», A. Bağırova “Dünya siyasəti”, A. Yusifzadə, A. Bağırova, A. Ramazanova “Beynəlxalq münasibətlər nəzəriyyəsi”, “Geosiyasət”, A. Bağırova “Müasir münaqişələr və sülh prosesi”,  Aytən Ramazanova “Siyasi fikir tarixi”, S. Məmmədova “Siyasət nəzəriyyəsi”  və s. Kafedranın müdiri prof. Aida Yusifzadə və kafedranın müəllimi Fatimə Güləmirli tərəfindən beynəlxalq münasibətlər ixtisası üzrə doktoranturaya qəbul proqramı  (2022) hazırlanmışdır. Hal-hazırda kafedranın müəllimləri “Müasir diplomatiya” və “Beynəlxalq münasibətlər tarixi” dərs vəsaitləri üzərində çalışırlar.

        Son beş ildə kafedra əməkdaşlarından Samirə İmanova "Rumıniya-Azərbaycan münasibətləri (1991-2011-ci illər)", Emil Qasımov  "Azərbaycan Respublikasının Qərbi Avropa dövlətləri ilə əlaqələri (elm, təhsil və mədəniyyət sahəsində)", Mehriban Babaxanova "Azərbaycan Respublikası və Skandinaviya ölkələrində (Norveç nümunəsində) parlament nəzarəti institutu", Aytən Ramazanova “Cənubi Qafqazın təhlükəsizlik problemləri: qlobal ve regional aktorların geosiyasi maraqları” mövzularında  fəlsəfə doktorluğu dissertasiya işlərini müdafiə etmişlər.

       Eyni zamanda müvafiq zaman müddətində kafedrada 60-dan çox magistr dissertasiyası müdafiə olunmuşdur. Həmçinin 2022-ci ildən etibarən Beynəlxalq  Münasibətlər kafedrasında rus və Azərbaycan dilləri ilə yanaşı ingilis dilində də tədris aparılır.

Beynəlxalq Münasibətlər kafedrasının heyəti:

  1.  

Aida Yusifzadə

kafedra müdiri

Prof., s.e.d.

  1.  

Sevda Əliyeva

professor

s.e.d.

  1.  

Qaley Allahverdiyev

professor

f.e.d.

  1.  

Abbasov Rafiq

dosent

s.e.f.d.

  1.  

Tamam Cəfərova

dosent

t.ü.f.d.

  1.  

Samir Həmidov

Dosent

s.e.f.d.

  1.  

Mətanət Əsgərova

Dosent

h.e.f.d.

  1.  

Namiq Əsədov

Dosent

t.ü.f.d.

  1.  

Samirə İmanova

Dosent

t.ü.f.d.

  1.  

Emil Qasımov

Dosent

t.ü.f.d.

  1.  

Mehriban Babaxanova

Baş müəllim

h.ü.f.d.

  1.  

İrina Kunina

dosent

s.e.f.d.

  1.  

Nigar Bayramova

dosent

s.e.f.d.

  1.  

Məhəmməd Əliyev

Müəllim

t.ü.f.d.

  1.  

Elvar Xəlilov

Müəllim

h.ü.f.d.

  1.  

Əli Mustafayev

Baş müəllim

 

  1.  

Fatimə Güləmirli

Baş müəllim

 

  1.  

Leyla Rüstəmli

Baş müəllim

 

  1.  

Anar Nağıyev

Müəllim

s.ü.f.d.

  1.  

Anar Bağırov

Müəllim

s.e.f.d.

  1.  

Naqif Həmzəyev

Müəllim

 

  1.  

Nazilə Dostiyari

Müəllim

 

  1.  

Leyla Şahüseynbəyova

Müəllim

 

  1.  

Elnarə Rəhimli

Müəllim

 

  1.  

Aytən Ramazanova

Müəllim

 

  1.  

Lamiyə Qasımova

Müəllim

 

  1.  

Günel Hacalıyeva

Müəllim

 

  1.  

Kəmalə Həsənova

Müəllim

 

  1.  

Pərvin Əliyeva

Müəllim

 

  1.  

Nərmin Ələkbərli

Müəllim

 

  1.  

Hökumə Hacıyeva

Müəllim

 

  1.  

Aysel Bağırova

Müəllim

 

  1.  

Abbas Əliyev

Müəllim

 

  1.  

Afət Fərzullayeva

Müəllim

 

  1.  

Şəbnəm Alməmmədova

Müəllim

 

  1.  

Səbinə Məmmədova

Müəllim

 

  1.  

Lamiyyə Namazova

Baş müəllim

T.ü.f.d.

  1.  

Pərvin Səfərova

Müəllim

 

  1.  

Nubar Bəşirli

Müəllim

 

  1.  

Nuridə İbişzadə

laborant

 

  1.  

Kərimli Aynur

laborant

 

 

 

 

Beynəlxalq Münasibətlər kafedrasında tədris olunan fənlər:

Bakalavriaturada

1. Siyasi coğrafiya

2.Müasir diplomatiya

3.Siyasi fikir tarixi

4.Müasir beynəlxalq münasibətlərdə qloballaşma

5.Asiya və Afrika ölkələri beynəlxalq münasibətlər sistemində

6.Aİ-də siyasi inteqrasiya

7. Beynəlxalq münasibətlərin formalaşması

8.Avropa və Amerika ölkələri beynəlxalq münasibətlər sistemində

9.Qafqaz regionu beynəlxalq münasibətlər sistemində

10.Beynəlxalq münasibətlər tarixi (1648-müasir dövr)

11.Türk xalqları tarixi

12.Müasir münaqişələr və sülh prosesi

13.Müqayisəli siyasi sistemlər

14.Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları

15.Azərbaycan Respublikasaının xarici siyasəti

16.Beynəlxalq hüquq

17.ASOR beynəlxalq münasibətlər sistemində

18.Şərqi Avropa beynəlxalq münasibətlər sistemində

19.Latin Amerikası beynəlxalq münasibətlər sistemində

20.Beynəlxalq münasibətlər nəzəriyyəsi

21.Dünya siyasəti

22.Diplomatik portretlər

23.Siyasi münaqişələr

24.Beynəlxalq təhlükəsizlik

25.Siyasət nəzəriyyəsi

26.Siyasi təhlil və tənqidi təfəkkür

27. Geosiyasət

28. Konfliktologiya

29. İqtisadi diplomatiya

30. Strateji idarəetmə

31. Beynəlxalq münasibətlərdə enerji diplomatiyası

32. Aİ beynəlxalq münasibətlər sistemində

33. Beynəlxalq Təşkilatlar

34. YÖŞ beynəlxalq münasibətlər sistemində

35. Mərkəzi Asiya beynəlxalq münasibətlər sistemində

36. Beynəlxalq münasibətlərdə gender problemləri

 

Magistraturada

  1. Beynəlxalq münasibətlər və region tarixi və metodologiyası

2.Sülh və münaqişə nəzəriyyəsi

3.Siyasi münaqişələr

4.İqtisadi diplomatiya

5.Avropa İttifaqı beynəlxalq münasibətlər sistemində

6.Dünya siyasətində sülh və münaqişə

7.Rusiya dünya siyasətində

8.ABŞ dünya siyasətində

9.Aİ dünya siyasətində

  1. Beynəlxalq münasibətlər  nəzəriyyəsində anqlo-sakson məktəbi

11.Türk dövlətləri beynəlxalq münasibətlər sistemində

12.Xarici siyasətnəzəriyyəsi

13.Beynəlxalq təhlükəsizlik problemləri

14.Qafqaz və Xəzər regionu beynəlxalq münasibətlər sistemində (s/f)

  1. ABŞ və Transatlantik münasibətlər (s/f)

16.Siyasi proqnazlaşdırma (s/f)

17.Azərbaycan parlamenti beynəlxalq münasibətlər sistemində (s/f)

18.Erməni terrorizmi (s/f)

19.Diplomatik portretlər (s/f)

20. Şərqi Asiya beynəlxalq münasibətlər sistemində (s/f)

 

 

Kafedra həftənin 5 günü saat 8:30 –dan 17:30-dək fəaliyyət göstərir.