Kafedralar

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Fəlsəfə və İctimai Elmlər kafedrası

Kafedranın məqsəd və vəzifəsi:   Fəlsəfə və ictimai elmlər kafedrasının əsas məqsədi   tələbələrə dünyagörüşü, davranış qaydaları, hüquq və azadlıqlar, iqtisadi, mədəniyyət, siyasi məsələlər haqqında  dəqiq   məlumatları  çatdırmaq  və onların  həmin sahələrdə  araşdırma aparmasına yardımçı olmaqdan ibarətdir.

     Fəlsəfə kafedrasının yenidən təşkil edilməsi ADU-nun yaranması ilə eyni vaxta düşür.1973-cü ildən SSRİ-nın 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində Fəlsəfə və Elmi Kommunizm kafedrası yaranmışdı.Uzun illər kafedranın əməkdaşları universitetin ictimai-siyasi həyatında yaxından iştirak edərək,siyasi mövzularda,dünyada baş verən proseslər haqqında ətraflı analitik məruzələr və s-lə çıxış edirdilər.

    Fəlsəfə kafedrasının tədrisdə məqsədi qlobal inkişaf dövründə gənclərin elmi dünyagörüşünü inkişaf etdirməkdir. Həmçinin təbiət və dünyanın inkişaf qanunları ilə yanaşı,sosial həyat qanunları tələbələrə öyrətməklə onlarda yaradıcı düşüncə tərzini formalaşdırmaqdır.

     1999-cu ildən indiyədək kafedranın əməkdaşları prof.M.Teymurlu,dos.Ə.Abdiyeva tərəfindən “Fəlsəfə”,”Politologiya”və “Sosiologiya”, prof. Məmməd Əliyev “Məntiq” dərs vəsaitinin müəllifidir. Dos. A.Rəcəbova “Fəlsəfə”, dos. N.Quliyevin “Politologiya”, dos. Ş.Abdullayevanın “Yaxın şərq ölkələrinin iqtisadiyyatı”, “ABŞ iqtisadiyyatı”, “AFR-in iqtisadiyyatı”, “ABŞ-in müasir iqtisadiyyatəı və onun inkişaf perspektivləri”, b.m. K.Yusifovanın “Məğrib ölkələrinin iqtisadiyyatı”, “Avropada turizm”, “Arqentinanın turizmi”, dos. S.Məhərrəmova “İndoneziyanın iqtisadiyyatı”, dos. Ş.Cabarovanın “Свободомыслие- духовная ценность на пути к Азербайджанской модели мультикультурализма”  adlı dərs vəsaitləri və dərslikləri çap olunmuşdur.

    Kafedra müxtəlif istifamətlərdə elmi-tətqiqat işləri aparmışdır: ”L.Vitqenşteynin fəlsəfəsində  dilin fəlsəfi əsasları problemi”,”Qərb və Şərq fəlsəfəsi fikrində komparativlik problemlər”,”Fəlsəfədə insan və mənəvi problemlər”,”Müasir dövrün qlobal problemlərinə dair”,”Dil, şüur və ünsiyyət problemləri” və s

   Kafedraya 1993-cü ildən 2004-cü ilə qədər professor Məhəmməd Teymurlu,2004-cü ildən isə dosent Ədalət  Abdiyeva rəhbərlik edir. Hal hazırdaKafedrada 26 müəllim və 2 laborant vardır.Onlardan Məmməd Əliyev professor, 8 nəfər Ədalət Abdiyeva, Şükufə Cabarova, Nadir Quliyev, Şəfəq Abdullayeva, Aidə Rəcəbova, Fazil Rüstəmov, Sevda Məhərrəmova, Nazilə Səfərova dosent, 4 nəfər Sevda Tağıyeva, Günel Qarayeva, Şaxismail İsmayılov, Samir Səfiyevbaş müəllimdir və 13 nəfər müəllim çalışır. Kafedrada bir baş laborant və laborant çalışır.

     Kafedrada aşağıdakı fənlər bakalavr pilləsində tədris olunur: Fəlsəfə,Formal məntiq,Politologiya, Etika-estetika, Multikulturalizmə giriş, İxtisas ölkəsinin ictimai-siyasi fikir tarixi, İxtisas ölkəsinin iqtisadiyyatı, İqtisadiyyatın əsasları. Magistratura səviyyəsində isə: Azərbaycan multikulturalizmi, Müasir dini qarşıdurmalar.

    Bütün bu fənlər üzrə (etika və estetika istisna olmaqla)proqramlar kafedranın əməkdaşları tərəfindən hazırlanmışdır.Tədris olunan fənlərin proqramları Boloniya sisteminin tələblərinə uyğun olaraq yeniləşdirilib və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərarları ilə təstiq edilmişdir. 

 

1. Dosent Abdiyeva   Ədalət  Murad  – kafedra müdiri

2. Professor Əliyev Məmməd Arif

3. Dosent Cabarova Şükufə Barat – kafedra müdirinin müavini

4. Dosent Quliyev Nadir Novruz

5. Dosent Rəcəbova Aida Əkbər

6. Dosent Səfərova Nazilə Xasay

7. Dosent Abdullayeva Şəfəq Hüseyn

8. Dosent Rüstəmov Fazil Xəlil

9. Dosent Məhərrəmova Sevda Elşad

10.Dosent İsmayılov Şahismayıl Namaz

11.Baş müəllim Tağıyeva Sevda Rasim

12. Baş müəllim Qarayeva Günel Əliniyaz

13.Baş müəllim Səfiyev Samir Əli

14. Baş müəllim Yusifova Kəmalə Xəlil

15. müəllim Hacıyeva Leyla Elxan

16. müəllim Əsədova Jalə Alik

17. müəllim İsmayılova Afaq Suliddin qızı

18. müəllim Osmanlı Anar İmran

18. müəllim Məmmədova Nuranə Rövşən

20. müəllim Cəbrayılova Dilarə Məmmədağa

21. müəllim Talıbova Nigar Eldar

22. müəllim Qulamov Baxadır Şaban

23 müəllim Cəfərov Tural Oktay

24. müəllim Quliyeva Kəmalə Xalis

25. müəllim İsrailova Afət Eyyub

26. müəllim Vəsilə İbadlı Əlif

27. Baş laborant Quliyeva Leyla Şövqi

28. Laborant Həziyeva Ləman Adil

 

Kafedranın 5 əməkdaşı fəlsəfə doktoru proqramı üzrə bir nəfər isə elmlər doktoru proqramı üzrə dissertasiya üzərində çalışırlar. Kafedranın müəllim tərkibində də son 5 ildə dinamika gözlənilir. Belə ki, 5 yeni müəllim işə qəbul olunub, 4 müəllim 0,5 ştatdan tam ştata keçirilib. Tədris olunan fənlər yalnız Azərbaycan və rus dillərində deyil, həm də ingilis dillində keçirilir. Kafedranın müəllimləri arasında təcrübə mübadiləsi aparılır, bu isə, öz növbəsində gənc müəllimlərin təcrübə toplamasına köməklik edir.

Kafedra əməkdaşları  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi trenninqlərdə iştirak edirlər.

Bundan başqa kafedra əməkdaşları xaricdə və ölkəmizdə çıxan müxtəlif jurnallarda  məqalələr dərc etdirirlər, müntəzəm olaraq dilini tədris etdikləri ölkə ilə sıx əlaqələr yaradaraq  Almaniya, Fransa, Norveç, İndoneziya, Hindistan, İsrail, universitetlərində keçirilən seminarlarda, yay məktəblərində  iştirak edir, öz biliklərini, tədris etdikləri fənnlər üzrə peşə bacarıqlarını təkmilləşdirirlər.

          Kafedra əməkdaşları 5 ildə dünyanın bir neçə ölkələrində Beynəlxalq konfrans və simpoziumlarda  məqalə və tezislərlə çıxış etmişlər (Türkiyə, İtaliya, macarıstan, Kanada, Polşa, Avstriya).

ADU-da hər il keçirilən Ulu öndər H.Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş Beynəlxalq konfransda və “H.Əliyev və Şanlı Azərbaycan” adlı tələbə-şagird konfransında kafedranın əməkdaşları yaxından iştirak edirlər.

Kafedra yarandığı andan etibarən Azərbaycan siyasi problemləri, dünyagörüşü, mənəvi dəyərlər, Azərbaycanın mədəniyyətinin və qədim adətlərinin qorunması eləcədə təbliğatı ilə bağlı tədbirlərdə fəal iştirak etmişlər Kafedranın əməkdaşları mütəmadi olaraq Universitet tədbirlərinə qatılırlar. Tələbələrlə birgə Yeni il və Novruz şənliklərində tamaşalar, oyunlar, səhnəciklərin hazırlanmasına yardımçı olur.