Kafedralar

PhD baş müəllim Təranə Nəsimi qızı Quluzadə

Baş müəllim

İş telefonu : yoxdur

E-mail: t.terane @yahoo.com

QİSA BİOQRAFİK MƏLUMAT

        1967-ci il 2 oktyabr Ermənistan , Sisian rayonunun, Ağudi kəndində anadan olub.

    1974-ci ildə Bakı şəhəri Binəqədi rayonu 179 № li 8- illik orta məktəbinin 1-ci sinfinə daxil olub, 1984-cü ildə 135 №-li orta məktəbi bitirmişəm.

     1984-cü ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinə qəbul olmuş, 1989-cu ildə həmin universiteti bitirmişəm.

     1990-cı ildə  Əmək fəaliyyətinə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda “Tarixi etnoqrafiya” şöbəsində laborant kimi başlamışam.

     1990-cı ildə 3 avqust “Qəhrəmanlıq dastanları Azərbaycan etnoqrafiyasının əksi” adlı  monoqrafiya işi və planı  təsdiq olunmuşdur.

    2007-ci ildən Azərbaycan Dillər Universiteti Regionşünaslıq kafedrasında 0,5 ştat müəllim işləyirəm.

      2016-cı il 30 oktyabr “Qəhrəmanlıq dastanlarında Azərbaycan etnoqrafiyasının əksi” adlı dissertasiya işini müdafiə etmişəm, 2017-ci ildə tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam.

      1993-cü ildə kiçik elmi işçi, 1996-cı ildən elmi işçi, 2020-ci ildən böyük elmi işçi, 2021-ci ildən aparıcı elmi işçi  kimi fəaliyyət göstərmişəm.

     2023-cü ilin mayın 31-də AMEA-da aparılan struktur islahatları ilə bağlı  AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda çalışıram.

 

 TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1984-cü ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinə qəbul olmuş, 1989-cu ildə həmin universiteti bitirmişəm.

 ƏMƏK FƏALİYYƏTİ

     1990-cı ildə  Əmək fəaliyyətinə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda “Tarixi etnoqrafiya” şöbəsində laborant kimi başlamışam.

     2023-cü ilin mayın 31-dən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda çalışıram.

TƏDRİS ETDİYİ FƏNLƏR

 Bakalavr

Ərəb ölkələrinin coğrafiyası

ABŞ-ın etnoqrafiyası etnoqrafiyası

Böyük Britaniyanın etnoqrafiyası

Ərəb ölkələrinin etnoqrafiyası

 TƏDQİQAT SAHƏSİ

ABŞ-ın etnoqrafiyası etnoqrafiyası,  Böyük Britaniyanın etnoqrafiyası,

Ərəb ölkələrinin etnoqrafiyası

TƏDRİS METODİKİ İŞLƏRİ

Proqram

2021-ci il -ABŞ-ın etnoqrafiyası etnoqrafiyası 20 səh.

2021-ci il -Böyük Britaniyanın etnoqrafiyası 30 səh.

2021-ci il -Ərəb ölkələrinin etnoqrafiyası 20 səh.

 MONOQRAFIYA, KITAB, DƏRS VƏSAITLƏRI

2016-“Qəhrəmanlıq dastanlarında Azərbaycan etnoqrafiyasının əksi“. AMEA-nın “Arxeologiya  və Etnoqrafiya İnstitutu Elm və təhsil.Kitab Baki-2018.230 səh.

2019 -“ Argentinanın etnoqrafiyası “ dərs vəsaiti, Bakı, həmmüəllif  133 səh

2021-Argentinanın mədəniyyəti və incəsənəti “ dərs vəsaiti, Bakı, həmmüəllif  213 səh

 Dil səviyyəsi

Azərbaycan dili- ana dili

Rus dili- yaxşı

Alman dili - yaxşı