Kafedralar

Dos.Baş müəllim Hacıyeva Gülnar Nuru qızı

v Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının dosenti                   

v Telefon: (+994 51) 925 00 86

v Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

v 1986-ci il, 24 yanvarda, Bakı şəhərində ziyalı ailəsində anadan olub.

v Ailəlidir, 2 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

v 1992-2003-cü illərdə Bakı şəhərində 286 saylı ümumtəhsil məktəbində orta təhsil alıb.

v 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində bakalavr təhsili alıb və bakalavr təhsilini qırmızı diplom və fəxri fərmanla bitirib.

v İyun 2007 – Bakı Dövlət Universitetinin “İqtisadi-sosial coğrafiyası” kafedrasında “Şamaxı rayonunun fermer təsərrüfatının müasir vəziyyəti” mövzusunda buraxılış işini müdafiə edib.

v 2008-2011-cı illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində magistr təhsili alıb və magistr təhsilini qırmızı diplomla bitirib.

v Fevral 2011 – Bakı Dövlət Universitetinin Azərbaycanın fiziki coğrafiyası kafedrasında “Qusar maili düzənliyində əhalinin və yaşayış məskənlərinin yerləşmə xüsusiyyətləri” mövzusunda magistr dissertasiya işini müdafiə edib.

v 2011-cü ildən AMEA-nın akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əyani doktorantura pilləsinə daxil olub.

v 22.06.2018-ci ildə AMEA-nın akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 2508.01 “Geoekologiya” ixtisası üzrə “İntensiv mənimsənilən dağ geosistemlərinin ekocoğrafi xüsusiyyətləri tədqiqi (Böyük Qafqazın şimal-şərq yamacı timsalında)” mövzusunda dissertasiya işini müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru dərəcəsini almışdır.

v 25 sentyabr 2023-cü ildə ETN-nin akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun 5408.01 - “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiya, landşaftların geofizikası və geokimyası” elmlər doktoru dərəcəsi almaq üçün  “Azərbaycan Respublikasında meşə ekosistemlərinin müasir landşaft-ekocoğrafi vəziyyəti, dinamikası və optimallaşdırılması yolları (Böyük Qafqaz və Talış dağları timsalında)” adlı dissertasiya mövzusu üzrə işləyirəm.

v 28.02.2025 - ci ildə AP yanında Ali Attestasiya Komissiyası tərəfindən “Geoekologiya” ixtisası üzrə dosent elmi adına layiq görülüb.

ƏMƏK FƏALİYYƏTİ

 

v 2008-2021 AMEA-nın akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Ekocoğrafiya” şöbəsində, kiçik elmi işçi

v 2019-2024 Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin “Regionşünaslıq” kafedrasında, müəllim

v 2024-hazırda Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin “Şərq ölkələri üzrə regionşünaslıq” kafedrasında, dosent

v 2021-mart 2025, ETN-nin akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırma” şöbəsində, böyük elmi işçi

v 2025 mart ayından Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin “Coğrafi ekologiya” kafedrasında, baş müəllim

TƏDRİS ETDİYİ FƏNLƏR

v Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində bakalavr təhsili pilləsində müvafiq fənnləri tədris edir.

BAKALAVR

v Çinin coğrafiyası

v Yaponiyanın coğrafiyası

v Türkiyənin coğrafiyası

v Çində turizm

v Çində ekoturizmin inkişaf xüsusiyyətləri

TƏDQİQAT SAHƏSİ

v Azərbaycanda ekoturizmin inkişafının sosial və iqtisadi göstəriciləri 

v Ekoloji problemlərin  yaratdığı xəstəliklər  və insan sağlamlığı

v Ekoloji problemlərin müasir həlli yolları və beynəlxalq təcrübə

v Tullantısız və aztullantılı sənaye sahələrinin, Təkrar emal sahələrinin Azərbaycanda tətbiqinin perspektivləri və s.