Davamlılıq

Azərbaycan Dillər Universitetinin Davamlı İnkişaf Məqsədləri

Azərbaycan Dillər Universitetində (ADU) davamlı inkişafa olan sadiqlik fəaliyyətimizin əsasını təşkil edir.
Biz BMT-nin Davamlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq siyasətlər formalaşdırır, təşəbbüslər
həyata keçirir və bu məqsədlərə töhfə vermək üçün dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx
əməkdaşlıq edirik. Yerli və qlobal səviyyədə müsbət dəyişikliklərə nail olmaq üçün çalışırıq.
ADU-da tədris proqramlarımız gender bərabərliyi, Azərbaycanda dayanıqlı inkişaf, yaşıl və mavi
iqtisadiyyat, qida təhlükəsizliyi, şəhərsalma kimi müxtəlif sahələri əhatə edir. Bu mövzular tələbələrimizi
qlobal çağırışlara effektiv cavab vermək və BMT-nin dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək üçün
zəruri bilik və bacarıqlarla təmin edir.
Tələbələrimizi Davamlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılıq və anlayış səviyyəsini qiymətləndirmək
məqsədilə təşkil etdiyimiz sorğuda iştirak etməyə dəvət edirik. Bu təşəbbüs gələcək fəaliyyətlərimizin və
strategiyalarımızın formalaşdırılmasında mühüm rol oynayacaq.
Sorğuda iştirak üçün keçid: https://forms.gle/uVG7e6gnPrd8W6ReA

Son illər ərzində ADU dayanıqlı inkişaf sahəsində mühüm investisiyalar və tədbirlər həyata keçirmişdir.
Universitetimiz ağacların qorunması məqsədilə kağız istifadəsini minimuma endirməyə çalışır. Təbiətin
qorunması məqsədilə hədiyyələrin, qablaşdırmaların və digər vasitələrin seçimində plastikdən və ətraf
mühitə zərərli materiallardan istifadə etmirik. Yeni mebel almaqdansa, mövcud avadanlıqları bərpa
etməyə üstünlük veririk.
IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Azərsun” şirkəti ilə əməkdaşlıq
çərçivəsində tullantıların idarə olunması proqramı çərçivəsində kağız və plastik tullantıların toplanması
və təkrar emalı ilə bağlı yeni layihəyə start vermişdir. Layihə çərçivəsində ali təhsil müəssisələrində
xüsusi çeşidləmə qutularının quraşdırılması nəzərdə tutulur.
Azərbaycanda su ehtiyatlarından səmərəli istifadənin təşviqi məqsədilə "Bir Damcı" adlı maarifləndirici
kampaniya davam etdirilir. ADU-da bu təşəbbüs çərçivəsində divarlara məlumat plakatları yerləşdirilmiş,
tələbələrlə məlumatlandırıcı söhbətlər aparılmışdır. Kampaniya Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC və IDEA İctimai
Birliyi tərəfindən birgə təşkil olunmuşdur.
Azərbaycan Dillər Universitetində biz hər bir addımımızla daha parlaq və dayanıqlı gələcəyə doğru
irəliləyirik. Siz də bu yolda bizə qoşulun!