Jalə Əhməd qızı Qəribova, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru (oktyabr, 2004), dilçilik üzrə fəlsəfə doktoru, dosent.
1963-cü ildə Bakı şəhərində dünyaya gəlib.
1970-1978-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbdə təhsil alıb.
1978-1982-ci illərdə Bakı Musiqi Kollecinin pianino müəllimliyi ixtisasını başa vurub.
1982-1987-ci illərdə Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi (ingilis dili) üzrə təhsil alıb.
1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Linqivistika İnstitutunun Türk dillərində Kəmiyyət kateqoriyasının İnkişafı üzrə dissertasiya müdafiə edib. Dilçilik üzrə fəlsəfə doktorudur.
1987-1990-cı illər ərzində Siyəzən rayonu Böyük Həmyə kənd orta məktəbində müəllim vəzifəsində işləyib.
1990-1993-cü illərdə Azərbaycan dövlət Pedaqoji Universitetində ingilis dili müəllimi vəzifəsində işləyib.
1995-1997-ci illərdə Qərb Universitetində Xarici Dillər Kafedrasının müdiri vəzifəsində çalışaraq interaktiv dil tədris metodları və tələbə biliklərinin qiymətləndirilməsi ilə bağlı bir neçə beynəlxalq layihə həyata keçirib.
2001-2003-cü illərdə Qərb Universitetində Elmi İşlər üzrə prorektor vəzifəsində olub. Universitetin Elmi tədqiqat və beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə rəhbərlik edib o cümlədən beynəlxalq tərəfdaşlıq layihələrinin hazırlanması və tətbiqini həyata keçirib.
2004-2007-ci illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq Əlaqələr kafedrasının müdiri vəzifəsində çalışıb.
2004-cü ilin oktyabr ayından etibarən Azərbaycan Dillər Universitetinin Beynəxalq Əlaqələr üzrə prorektorudur.
Fəaliyyəti dövründə Azərbaycanda ali təhsilin beynəlxalq ali təhsil məkanına inteqrasiyası və ali təhsilin modernləşdirilməsi ilə bağlı bir neçə yerli və beynəlxalq layihənin müəllifi olub. Avropa Birliyi, Amerika Təhsil Şurası, Britaniya Şurası, Alman Akademik Mübadilə Təşkilatı (DAAD), British Council, Türk iqtisadiyyat və İnkişaf Agentliyi (TİKA) və s. qurumlarla əməkdaşlıq edərək müxtəlif proqramlar həyata keçirib. Bundan başqa müxtəlif xarici universitetlərlə işbirliyi çərçivəsində uğurlu mübadilə proqramlarının əsasını qoymuş və bu proqramların bir çoxu bu gün də davam etməkdədir.
Bunlardan bir neçəsi Azərbaycanda bakalavr pilləsi üzrə ilk ikili diplom layihəsi (Esseks Universiteti ilə birgə) və ilk delokalizasiya layihəsinin (Strasburq Universiteti ilə birgə) həyata keçirib.
Jalə Qəribovanın fəalyyəti dövründə ADU Azərbaycan Universitetləri arasında ilk dəfə Avropa Birliyi TEMPUS layihəsinin qrant sahibi olmuşdur. Bu qrant sahibliyi iki dəfə, 2010-cu ildə Tərcümə ixtisasının modernləşdirilməsi və 2013-cü ildə Xarici Dillərin Pesəkar məqsədlər üçün öyrənilməsi ilə bağlı olub.
Jalə Qəribova eyni zamanda sosiolinqvistika sahəsində geniş miqyaslı tədqiqat işi aparır. O yerli və xarici akademik nəşrlərdə yayınlanmış 60-dan çox məqalənin və 2 kitabın müəllifi və 3 kitabın həmmüəllifidir.
Əlaqə:
Tel: (+99412) 440-51-53