Rəhbərlik

                 Kifayət Balay qızı Hacıyeva 1995-ci ildən 2013-cü ilə kimi Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasında müəllim vəzifəsində işləyib. İşlədiyi müddət ərzində o, bir çox sayda sertifikat və diplomlarla təltif olunmuşdur:

"Current Trends in ELT Methodology" ( The British Council - 1997);

"İntensive Teacher Trainnig Seminar" ( The British Council - 1998);

"Academic Writing and Reading Trainings" (by J.Solan and G.Bishop - 2000) ; "Interaktiv təlim metodları" ( 2002),

 “ Актуальные проблемы художественного перевода литератур СНГ” – Международный симпозиум- (МГЛУ, БСУ, МФГС -2012);

“ Актуальные проблемы регионоведения, лингвистики, лингводидактики и межкультурной коммуникации” – VI Mеждународный форум “Диалог языков и культур СНГ и ШОС в ХХI веке” ( МГЛУ; БСУ) – 2010 ;

“ İngilis dilinin tədrisi ilə bağlı I Beynəlxalq Forum” ( Qafqaz Universiteti – 2015);

 Müəllimin pedaqoji psixologiyası” ( Virtual Güc Təlim, nitq və inkişaf mərkəzi2023)

 “ 120-hour TESOL/TEFL Certificate ( WORLD TESOL ACADEMY - UK Registr. Learning - 2023),

 “ İnnovative Strategies in Learning Foreign Language” ( UNEC / the BRİTİSH COUNCİL - 2023)  və s.

 "Current Trends in ELT Methodology" ( The British Council); "İntensive Teacher Trainnig Seminar" ( The British Council); "Academic Writing and Reading Trainings" (by J.Solan and G.Bishop) ; "Interaktiv təlim metodları", “ 120-hour TESOL/TEFL Certificate ( WORLD TESOL ACADEMY - UK Registr. Learning),  “ İnnovative Strategies in Learning Foreign Language” ( UNEC / the BRİTİSH COUNCİL)  və s.

                2008-ci ilin iyun - avqust ayları ərzində Azərbaycan Dillər Universitetinin nəzdində  İLK DƏFƏ TƏŞKİL OLUNMUŞ  PİONER LAYİHƏ – “Amerikalı tələbələrə Azərbaycan dilinin tədrisi – yüksək səviyyə üçün)  təşkil olunmuş "Yay məktəbi"ndə uğurla işləmiş və yüksək nəticələr göstərmişdir.

       30 mart, 2010-cu il tarixdə "Leksik təkrarlar mürəkkəb sintaktik bütövü yaradan faktor kimi"(Azərbaycan və İngilis dillərinin materialları əsasinda) adlı dissertasiya mövzuzu müdafiə etmiş və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

        2014-cü ildə Azərbaycan Respublikası Prezidnti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş dosentlik diplomu almışdır.

       2010-cu ildən BSU-nun Avropa dilləri kafedrasında müdir əvəzi, 2011-ci ildən 2017-ci ilə qədər isə həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində o, özünə qarşı tələbkarlığı, məsuliyyəti, dərslərə ciddi münasibəti və nizam-intizamı ilə fərqlənmişdir. O, kafedranın işləri ilə yaxından maraqlanır və həm Universitet daxilində, həm də Universitetdən kənar tədbirlərdə, treyning və seminarlarda, o cümlədən, müxtəlif elmi konfranslarda içtirak edərək, öz biliyini təkmilləşdirmişdir.

        2016-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında Türkologiya şöbəsində İngilis dili üzrə “Türkologiya” jurnalının bölmə rəhbəri vəzifəsində çalışmışdır.

       2017-ci ildən Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri vəzifəsində, daha sonra - 2018-2019-cu illərdə həmin Universitetdə Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

       2022-ci il  noyabr  ayından etibarən Azərbaycan Dillər Universitetində Təhsil-1 fakültəsi nəzdində İngilis ilinin leksikologiyası və üslubiyyatı – 1 kafedrasının müdiri vəzifəsində çalışmışdır.

       2023-cü ilin dekabr ayından etibarən Azərbaycan Dillər Universitetində Tədris işləri üzrə prorektor vəzifəsində çalışır.

       2012-ci ildə Tələbələrin Respulika fənn olimpiyadasının ingilis dili bölməsinin işində fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.

      5-7 iyun, 2012-ci il tarixində "Bədii tərcümənin aktual problemləri " Beynəlxalq simpoziumunda iştirak etmiş və serifikatla təltif olunmuşdur.

       Hal-hazırda BSU-nun ümumi və rus dilçiliyi kafedrasının ( 10.02.20-müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün) doktorantıdır.

       K.B.Hacıyeva öz elmi və pedaqoji səviyyəsinin yüksəlməsi üzərində daim çalışır, 30-dan çox elmi məqalə, iki dərs vəsaiti və beş proqram müəllifidir.