Kafedralar

BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ REGİONŞÜNASLIQ FAKÜLTƏSİ NƏZDİNDƏ OLAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR

KAFEDRASI HAQQINDA ÜMUMİ MƏLUMAT

 

      Beynəlxalq Münasibətlər kafedrası 2001-ci ildə yaradılmışdır.  Kafedraya müxtəlif illərdə prof. Sabir Daşdəmirov, prof. Jalə Qəribova, prof. Musa Qasımlı və s.e.f.d, dosent  Samir Həmidov rəhbərlik etmişdilər. 2017-ci ildən kafedraya siyasi elmlər üzrə elmlər doktoru, prof. Aida Yusifzadə rəhbərlik edir. Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində tədris prosesini aparan ixtisas kafedralarından biri kimi Beynəlxalq Münasibətlər kafedrası böyük məsuliyyət daşıyır.

       Hal-hazırda Beynəlxalq Münasibətlər kafedrasında ştat üzrə 45 əməkdaş fəaliyyət göstərir. Kafedra əməkdaşlarının 4-ü professor, 11-i dosent, 7-si baş müəllim, digərləri müəllim, bir nəfər isə kafedranın laborantı vəzifəsində çalışır. Kafedrada 4 elmlər doktoru, 17 fəlsəfə doktoru fəaliyyət göstərir. Hal-hazırda kafedrada 20 doktorant və  dissertant fəlsəfə doktoru proqramı və elmlər doktoru proqramı üzrə beynəlxalq münasibətlərin aktual problemlərinə dair elmi işlər üzərində çalışırlar.  

       Kafedrada mütəmadi olaraq, tam ştat müəllimlərlə yanaşı yarımştat və saathesabı əsasda  Azərbaycan Respublikasının Prezident Administrasiyasından, Vergilər Nazirliyindən, Xarici İşlər Nazirliyindən, Ədliyyə Nazirliyindən, Azərbaycan Milli Elmlər Akademiyasından, Əlyazmalar İnstitutundan, ADA Universitetindən dəvət olunmuş mütəxəssislər də tədris prosesinə cəlb olunur. Bundan əlavə  kafedranın bir çox müəllimləri tədrislə yanaşı, digər məsul vəzifələrdə də fəaliyyət göstərirlər. Hal-hazırda kafedrada Milli Məclisin 2 deputatı, Təhsil Nazirliyi və Ədliyyə Akademiyasının mütəxəssisləri çalışır.

        Beynəlxalq münasibətlər kafedrasında müəllimlərin fəaliyyəti müxtəlif meyarlar üzrə qiymətləndirilir. Onların çap olunmuş elmi əsərlərinin (monoqrafiya, dərslik və dərs vəsaitləri) əhəmiyyəti, təşəbbüskarlığı, əmək intizamı və digər amillər nəzərə alınmaqla reytinqi müəyyən edilir. Kafedra əməkdaşları mütəmadi olaraq, beynəlxalq və respublika elmi konfranslarında iştirak edirlər.

        Kafedra fəaliyyət göstərdiyi müddət ərzində bakalavr və magistr pilləsi üçün nəzərdə tutulmuş çoxsaylı proqramlar, elmi-metodiki vəsaitlər, monoqrafiyalar, dərslik və dərs vəsaitləri nəşr edilmişdir. Kafedra əməkdaşları tərəfindən son illər ərzində  beynəlxalq münasibətlərə dair bir çox dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və s. nəşr edilmişdir. Bunların sırasında aşağıdakıların adlarının vurğulanması məqsədəuyğundur: prof. A.M.Yusifzadə “Konstitusiya hüququnun əsasları” (2017) dərs vəsaiti, “Müasir inteqrasiya prosesləri” (2022) dərs vəsaiti, “Avropada inteqrasiya proseslərinin inkişafında Böyük Britaniyanın yeri və rolu”, “ABŞ-ın Şərqi Avropa dövlətləri ilə münasibətləri”adlı monoqrafiyaları, dos. Samir Həmidov "Beynəlxalq təhlükəsizlik"(redakt. ilə 2016) dərs vəsaiti, "Beynəlxalq münasibətlər nəzəriyyəsi"(2016),  Nəsib Nəsibli "Sosial elmlərdə araşdırmanın metodikası"(2015), prof. Rafiq Abbasov "İlham Əliyev - qədim xalqların dostluğunun müasir davamçısı" (2013), “Heydər Əliyev və Çin”, Prezident salnaməsi (Azərbaycan və Çin dillərində)” (2021), Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü. Prezident salnaməsi” (Azərbaycan və Çin dillərində) (2022),  "Heydər Əliyev - 100. Çin səfərinin tarixi" (2023), “Azərbaycan-Çin (1993-2023)” ( 2024) monoqrafiyaları, dos. Mətanət Əsgərova “Böyük Britaniyanın Konstitusion aktları və hüquq normaları” (İngilis hüququ) (2015) dərs vəsaiti, dos. Mehriban Babaxanova “Argentina hüquq sistemi” (2020) dərs vəsaiti, dos.Namiq Əsədovun “Beynəlxalq münasibətlərin əsasları və təkamülü” (2017), “Azərbaycan Xalq Cümhuriyyəti” (həmmüəllif dos.E.Qasımov) (2018), İrina Kunina “Beynəlxalq münasibətlər nəzəriyyəsində Anqlo-sakson məktəbi (2024)” dərs vəsaitləri, həmçinin kafedranın müəllimləri tərəfindən bakalavriat və magistratura pilləsində tədris olunan bütün fənlər üzrə metodiki vəsaitlər tərtib edilmişdir: F. Güləmirli "Müasir diplomatiya", A. Yusifzadə, F. Güləmirli “Strateji idarəetmə”, “Siyasi coğrafiya”, “Beynəlxalq təşkilatlar”, “Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü”, G. Hacalıyeva "Geosiyasət", A. Yusifzadə, G. Hacalıyeva «ASOR beynəlxalq münasibətlər sistemində», A. Bağırova “Dünya siyasəti”, A. Yusifzadə, A. Bağırova, A. Ramazanova “Beynəlxalq münasibətlər nəzəriyyəsi”, “Geosiyasət”, A. Bağırova “Müasir münaqişələr və sülh prosesi”,  Aytən Ramazanova “Siyasi fikir tarixi”, S. Məmmədova “Siyasət nəzəriyyəsi”  və s. Kafedranın müdiri prof. Aida Yusifzadə və kafedranın müəllimi Fatimə Güləmirli tərəfindən beynəlxalq münasibətlər ixtisası üzrə doktoranturaya qəbul proqramı  (2022) hazırlanmışdır. Hal-hazırda kafedranın müəllimləri  “Beynəlxalq münasibətlər tarixi” dərs vəsaiti üzərində çalışırlar, “Müasir diplomatiya”  dərs vəsaiti isə nəşrə hazırlanır. Kafedranın əməkdaşlarının beynəlxalq indeksli jurnallarda 30-a yaxın  məqalələri nəşr olunmuşdur.

        Son beş ildə kafedra əməkdaşlarından Samirə İmanova "Rumıniya-Azərbaycan münasibətləri (1991-2011-ci illər)", Emil Qasımov  "Azərbaycan Respublikasının Qərbi Avropa dövlətləri ilə əlaqələri (elm, təhsil və mədəniyyət sahəsində)", Mehriban Babaxanova "Azərbaycan Respublikası və Skandinaviya ölkələrində (Norveç nümunəsində) parlament nəzarəti institutu", Lamiyyə Namazova “Azərbaycan Səfəvi dövlətinin tarixi müasir Böyük Britaniya tarixşünaslığında (R.M.Seyvorinin tədqiqatları əsasında)”, Aytən Ramazanova “Cənubi Qafqazın təhlükəsizlik problemləri: qlobal ve regional aktorların geosiyasi maraqları”, Bağırova Aysel “Cənubi Qafqazda münaqişələr: ABŞ-ın maraqları”, Həsənova Kəmalə “Azərbaycan Respublikası Milli Məclisi Avropa Parlament əlaqəlar sistemində”, Afət Fərzullayeva “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinin konstitusiya hüquqi əsasları”, Abbas Əliyev “Müasir şəraitdə Azərbaycan respublikasının enerji təhlükəsizliyinin təmin etmək olunması üzrə dövlət siyasəti: politoloji aspektlər” mövzularında  fəlsəfə doktorluğu və Mətanət Əsgərova isə “Müasir mərhələdə cinayət işləri üzrə hüquqi yardımın cinayət-prosessual və kriminalistik problemləri” elmlər doktorluğu üzrə dissertasiya işlərini  müdafiə etmişlər.

       Eyni zamanda müvafiq zaman müddətində kafedrada 100-dən çox magistr dissertasiyası müdafiə olunmuşdur. 2022-2023-cü tədris  ilindən etibarən Beynəlxalq  Münasibətlər kafedrasında rus və Azərbaycan dilləri ilə yanaşı ingilis dilində də tədris aparılır.  Beynəlxalq münasibətlər kafedrası Beynəlxalq münasibətlər və Regionşünaslıq (20-ə yaxın region) ixtisasları üzrə  tədris prosesinə cəlb olunmuşdur.

       Kafedra əməkdaşları fənlərin tədirisi zamanı müasir təlim metodlarından istifadə edir, tələbə yönümlü yanaşma tətbiq edirlər. Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almış tələbələrə akademik biliklərlə yanaşı, peşə fəaliyyətinin əsasını təşkil edən təməl bacarıq və vərdişlərin aşılanması kafedranın qarşısında duran əsas hədəflərdən biridir. Kafedranın qarşısında duran ən əsas vəzifə tələbələrinə əldə etdikləri biliklərinin Azərbaycanın milli maraqlarına uyğun şəkildə tətbiq edilməsinə nail olmaqdır. Məzunlar ixtisasa uyğun olaraq, Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici şirkətlər, dövlət orqanlarının (Heydər Əliyev Mərkəzi, AR Müdafiə Nazirliyi, ASAN xidmət, bələdiyyələr və s.)  və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində əmək fəaliyyətinə cəlb olunurlar. Hal-hazırda Beynəlxalq münasibətlər kafedrasının 7 əməkdaşı məhz bu ixtisasın məzunlarıdır.

Beynəlxalq Münasibətlər kafedrasının heyəti:

1.      

Aida Yusifzadə

Kafedra müdiri

Professor

s.e.d.

2.      

Sevda Əliyeva

Professor

s.e.d.

3.      

Qaley Allahverdiyev

Professor

f.e.d.

4.      

Abbasov Rafiq

dosent

s.e.f.d.

5.      

Tamam Cəfərova

dosent

t.ü.f.d.

6.      

Samir Həmidov

Dosent

s.e.f.d.

7.      

Mətanət Əsgərova

professor

h.ü.e.d.

8.      

Namiq Əsədov

Dosent

t.ü.f.d.

9.      

Samirə İmanova

Dosent

t.ü.f.d.

10.  

Emil Qasımov

Dosent

t.ü.f.d.

11.  

Mehriban Babaxanova

Dosent

h.ü.f.d.

12.  

İrina Kunina

dosent

s.e.f.d.

13.  

Nigar Bayramova

dosent

s.e.f.d.

14.  

Məhəmməd Əliyev

Dosent

t.ü.f.d.

15.  

Elvar Xəlilov

Müəllim

h.ü.f.d.

16.  

Əli Mustafayev

Baş müəllim

 

17.  

Fatimə Güləmirli

Baş müəllim

 

18.  

Leyla Rüstəmli

Baş müəllim

 

19.  

Anar Bağırov

Dosent

s.e.f.d.

20.  

Naqif Həmzəyev

Müəllim

 

21.  

Nazilə Dostiyari

Müəllim

 

22.  

Leyla Şahüseynbəyova

Baş müəllim

 

23.  

Elnarə Rəhimli

Müəllim

 

24.  

Aytən Ramazanova

Müəllim

s.e.f.d.

25.  

Lamiyə Qasımova

Müəllim

 

26.  

Günel Hacalıyeva

Müəllim

 

27.  

Kəmalə Həsənova

Müəllim

t.ü.f.d.

28.  

Pərvin Əliyeva

Müəllim

 

29.  

Nərmin Ələkbərli

Müəllim

 

30.  

Əsmər Süleymanova

Müəllim

 

31.  

Aysel Bağırova

Baş müəllim

 

32.  

Abbas Əliyev

Müəllim

s.e.f.d.

33.  

Afət Fərzullayeva

Müəllim

h.ü.f.d.

34.  

Şəbnəm Alməmmədova

Müəllim

 

35.  

Səbinə Məmmədova

Müəllim

 

36.  

Lamiyyə Namazova

Baş müəllim

t.ü.f.d.

37.  

Pərvin Səfərova

Müəllim

 

38.  

Kafiyə Abdinova

Müəllim

 

39.  

Nərmin Nəbiyeva

Müəllim

 

40.  

Nubar Bəşirli

Müəllim

 

41.  

Sergey Klimov

Müəllim

 

42.  

Pəri Əliyeva

Müəllim

 

43.  

Günan Məmmədova

Müəllim

 

44.  

Elvin Cəfərli

Müəllim

 

45.  

Nuridə İbişzadə

laborant

 

 

Beynəlxalq Münasibətlər kafedrasında tədris olunan fənlər:

Bakalavriaturada

1.     Siyasi coğrafiya

2.     Müasir diplomatiya

3.     Siyasi fikir tarixi

4.     Müasir beynəlxalq münasibətlərdə qloballaşma

5.     Asiya və Afrika ölkələri beynəlxalq münasibətlər sistemində

6.     Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü

7.     Avropa və Amerika ölkələri beynəlxalq münasibətlər sistemində

8.     Qafqaz regionu beynəlxalq münasibətlər sistemində

9.     Beynəlxalq münasibətlər tarixi (1618-müasir dövr)

10. Türk xalqlarının müasir tarixi

11. Müasir münaqişələr və sülh prosesi

12. Müqayisəli siyasi sistemlər

13. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları

14. Azərbaycan Respublikasaının xarici siyasəti

15. Beynəlxalq hüquq

16. ASOR beynəlxalq münasibətlər sistemində

17. Şərqi Avropa beynəlxalq münasibətlər sistemində

18. Latin Amerikası beynəlxalq münasibətlər sistemində

19. Beynəlxalq münasibətlər nəzəriyyəsi

20. Dünya siyasəti

21. Diplomatik portretlər

22. Siyasi münaqişələr

23. Beynəlxalq təhlükəsizlik

24. Siyasət nəzəriyyəsi

25. Siyasi təhlil və tənqidi təfəkkür

26. İnteqrasiya prosesləri və beynəlxalq təşkilatlar

27. GeosiyasətAİ-də siyasi inteqrasiya

28. Konfliktologiya

29. Strateji idarəetmə

30. Xarici siyasi təhlil

31. Beynəlxalq münasibətlərdə enerji diplomatiyası

32. Aİ beynəlxalq münasibətlər sistemində

33. Beynəlxalq Təşkilatlar

34. YÖŞ beynəlxalq münasibətlər sistemində

35. Mərkəzi Asiya beynəlxalq münasibətlər sistemində

36. Beynəlxalq münasibətlərdə gender problemləri

 

 

Magistraturada

1. Beynəlxalq münasibətlər və region tarixi və metodologiyası

2.Sülh və münaqişə nəzəriyyəsi

3.Siyasi münaqişələr

4.İqtisadi diplomatiya

5.Avropa İttifaqı beynəlxalq münasibətlər sistemində

6.Dünya siyasətində sülh və münaqişə

7.Rusiya dünya siyasətində

8.ABŞ dünya siyasətində

9.Aİ dünya siyasətində

10. Beynəlxalq münasibətlər  nəzəriyyəsində anqlo-sakson məktəbi

11.Türk dövlətləri beynəlxalq münasibətlər sistemində

12.Xarici siyasət  nəzəriyyəsi

13.Beynəlxalq təhlükəsizlik problemləri

14.Qafqaz və Xəzər regionu beynəlxalq münasibətlər sistemində (s/f)

15.ABŞ və Transatlantik münasibətlər (s/f)

16.Siyasi proqnazlaşdırma (s/f)

17.Azərbaycan parlamenti beynəlxalq münasibətlər sistemində (s/f)

18.Erməni terrorizmi (s/f)

19.Diplomatik portretlər (s/f)

20. Şərqi Asiya beynəlxalq münasibətlər sistemində (s/f)

 

Kafedra  birinci növbə saat 08.30-dan 16.30-dək,  II növbə 10.00-dan 18.00-dək, III növbə isə 12.00-20.00-dək olmaqla həftənin 5 günü fəaliyyət göstərir.