Azərbaycan Dillər Universitetində Tələbələr üçün Yerləşdirmə Siyasəti
Siyasətin əsas məqsədi
Bu siyasətin əsas məqsədi Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan tələbələr üçün təhlükəsiz, əlçatan və inklüziv yaşayış şəraiti təqdim etməkdir. Siyasət tələbələrin şəxsi və akademik inkişafını təşviq edən yaşayış mühiti yaratmağa çalışır. Bu, sağlamlıq və rifah, keyfiyyətli təhsil, yaşıl tikinti standartlarına uyğun planlaşdırılmış obyektlər və suya qənaət kimi dayanıqlılıq prinsiplərinə əsaslanır.
Giriş
Yerləşdirmə siyasəti universitetin yataqxanalarında tələbələrə və əməkdaşlara dəstəyin göstərilməsi ilə bağlı prosedurları müəyyən edir. Bu siyasət, universitetin, tələbələrin və əməkdaşların maraqlarına uyğun effektiv yerləşdirmə strategiyasının formalaşdırılmasına xidmət edir.
Mövcud vəziyyət
Azərbaycan Dillər Universitetinin yataqxanası Bakı şəhəri, Mirzə Abbas Şərifzadə küçəsi 4 ünvanında yerləşir. Yataqxana binası ümumilikdə 5 mərtəbədən və 4 blokdan ibarətdir. Hər mərtəbədə yemək bişirmək üçün mətbəx və sanitar qovşaqlar mövcuddur.
Qış aylarında tələbələrin rahatlığı üçün otaqlarda fasiləsiz istilik sistemi quraşdırılıb. Tələbələrin dərslərdə iştirakını və ailələri ilə əlaqədə olmalarını təmin etmək məqsədilə yataqxana yüksək sürətli internetlə təmin olunub. Hər mərtəbədə 2, 3 və 4 nəfərlik otaqlar mövcuddur. Yataqxana 24/7 fəaliyyət göstərən mühafizə xidməti ilə qorunur.
Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün 1-ci mərtəbədə oxu zalı yaradılıb. Bu zal həm qış, həm də yay aylarında istifadəyə yararlıdır – burada istilik və soyutma sistemləri mövcuddur. Zalda internet bağlantısı ilə yanaşı, dünya və milli ədəbiyyat nümunələri də tələbələrin istifadəsinə verilib.
İnfeksiyaların qarşısının alınması məqsədilə yataqxanada dezinfeksiya işləri mütəmadi olaraq – ayda iki dəfə – aparılır. Yataqxananın müxtəlif növ ağaclarla əhatə olunmuş öz həyəti vardır. Tələbələr burada skamyalar üzərində istirahət edir, oxuyur və dərslərinə hazırlaşırlar.
Hazırda yataqxanada xarici tələbələr də yaşayır.
Siyasətin məqsədi
ADU-nun Yerləşdirmə Siyasəti tələbələrin akademik fəaliyyətlərdə tam şəkildə iştirak etmələrinə və kampus resurslarından səmərəli istifadəsinə maneə yarada biləcək bütün amillərin aradan qaldırılmasını hədəfləyir.
Biz bütün tələbələrin akademik uğurlarını və rifahını təmin etməyə sadiqik.
Bu siyasət tələbələrin qarşılaşa biləcəyi çətinlikləri aradan qaldırmağa və onların tam potensiallarını həyata keçirmələrinə imkan yaratmağa xidmət edir.
Fərdi ehtiyacların nəzərə alınması və zəruri dəyişikliklərin edilməsi ilə universitet tələbələrin təhsilə fokuslanmasına və təhsil məqsədlərinə çatmasına dəstək olur.
Hüquqi əsas
Yerləşdirmə Siyasətinin hüquqi bazası Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları, Azərbaycan Dillər Universitetinin Nizamnaməsi, Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarları, eləcə də universitetlərin yerləşdirmə siyasətlərinə dair tətbiq olunan beynəlxalq standartlar və digər aidiyyəti hüquqi sənədlərlə müəyyən olunur.
Yerləşdirmə Siyasətinin Tətbiqi
Azərbaycan Dillər Universiteti (ADU) yerləşdirmə strategiyasını aşağıdakı istiqamətlər üzrə həyata keçirəcək:
* Tələbələrin yerləşdirilmə ehtiyaclarını müəyyənləşdirmək məqsədilə əhatəli ehtiyac qiymətləndirməsi aparılacaq. Bu, tələbələrlə konfidensial söhbətlər, əlillik, tibbi vəziyyət və digər xüsusi ehtiyaclarla bağlı məlumatların toplanması və aidiyyəti sənədləşməni əhatə edir.
* Tələbələr, müəllim heyəti və digər əməkdaşlar arasında yerləşdirmə prosesi və mövcud dəstək xidmətləri barədə məlumatlılığın artırılması təmin ediləcək. Yerləşdirmə müraciətinin necə təqdim olunacağı, tələb olunan sənədlər və prosesdə iştirak edən tərəflərin hüquq və vəzifələri izah olunacaq.
Missiya
Bu siyasətin əsas məqsədi ADU-da təhsil alan tələbələr üçün təhlükəsiz, əlçatan və hərtərəfli yaşayış alternativləri təqdim etməkdir. Siyasət sağlamlıq və rifahın təmin olunması, keyfiyyətli təhsilin verildiyi səliqəli yaşayış mühitinin yaradılması və suya qənaət kimi dayanıqlılıq standartlarına uyğun şəraitin formalaşdırılmasına yönəlib. Həmçinin, aşağı gəlirli ailələrdən olan tələbələrə təhsilini uğurla başa vurmaq üçün ərzaq, yaşayış, nəqliyyat və hüquqi xidmətlər kimi dəstəklər nəzərdə tutulur.
Siyasətin Əhatə Dairəsi
Bu yerləşdirmə siyasəti ADU, Universitet rəhbərliyi və aidiyyəti struktur bölmələr tərəfindən qəbul edilən yerləşdirmə ilə bağlı bütün qərarları əhatə edir.
Planlaşdırılan Fəaliyyətlər
Tələbələr tərəfindən:
* Tələbə Komitələri: Yataqxanalarda saxlanma və dayanıqlılıqla bağlı məsələlərə nəzarət edəcək.
* Rəy Kanalları: Yerləşdirmə şəraitinin təkmilləşdirilməsi məqsədilə tələbələrin aktiv iştirakı və geribildirimlərinin toplanması.
Universitet rəhbərliyi tərəfindən:
* Daxili auditlər: Yerləşdirmə obyektlərinin mütəmadi şəkildə yoxlanılması və standartlara uyğunluğunun təmin olunması.
* Təhlükəsizlik qaydaları: Bütün yaşayış obyektlərinin yanğın təhlükəsizliyi və digər zəruri normalara uyğun olması təmin olunacaq.
* Əməkdaşlıqlar: Yerli müəssisələrlə birlikdə, zibil idarəçiliyi kimi yerləşdirmə ilə bağlı dayanıqlı strategiyaların hazırlanması istiqamətində əməkdaşlıq aparılacaq.
* Təlim sessiyaları: Yataqxana rəhbərliyi və əməkdaşlarının bacarıqlarını artırmaq məqsədilə təşkil ediləcək.
* Cəmiyyətlə inteqrasiya: Tələbələrin yerli icmalarla əlaqələrini gücləndirən təşəbbüslər həyata keçiriləcək.
* Həssas sosial qruplar: Sosial baxımdan həssas qruplardan olan tələbə və əməkdaşlar üçün xüsusi güzəştlər və maliyyə dəstəyi nəzərdə tutulur. Bu, ali təhsildə və məşğulluqda inklüzivlik və əlçatanlığın təmininə yönəldilmiş mühüm addımdır.
Monitorinq və Hesabatlılıq
Bu siyasət universitetin Keyfiyyətə nəzarət və monitorinq şöbəsi tərəfindən ən azı ildə bir dəfə nəzərdən keçirilir. Siyasətin icrasına nəzarət ADU-nun rəhbərliyi və aidiyyəti struktur bölmələrin məsuliyyəti altındadır. Hər tədris ilində tələbələrin yerləşdirmə xidmətləri ilə bağlı fikirlərini əks etdirən rəy sorğuları mütəmadi olaraq aparılır.
Resursların Ayrılması
Resursların bölgüsü aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
* Yerləşdirmə İnkişaf Fondu: Yaşayış obyektlərinin təkmilləşdirilməsi və mütəmadi saxlanılması məqsədilə ayrılan maliyyə vəsaitlərini əhatə edir.
* Texnoloji İnnovasiyalar: Günəş panelləri kimi dayanıqlı texnologiyaların sistemlərə inteqrasiyası nəzərdə tutulur.
* İnsan resursları: Yerləşdirmə idarəçiliyinin effektivliyini təmin etmək məqsədilə ixtisaslı kadrların işə qəbulu həyata keçirilir.