Laboratoriyalar

Tərcümə Araşdırmaları mərkəzi 2017-ci ilin mart ayında yaradılmışdır. Mərkəz 14 sentyabr 2017-ci il tarixindən etibarən Tərcümə araşdırmaları elmi-tədqiqat laboratoriyası adı altında fəaliyyətini davam etdirmişdir. Laboratoriya 1 oktyabr 2017-ci il tarixindən tam şəkildə fəaliyyət göstərir.

Laboratoriya yarandığı gündən işçilərin ştat tərkibi komplektləşdirilmiş və Kadrlar şöbəsinə təqdim olunmuşdur. Burada işçilərin əmək haqqları, vəzifə funksiyaları müəyyənləşdirilmişdir.

Laboratoriya yeni yaradıldığından profil üzrə elmi araşdırmalar nəzərdə tutulmuşdur. Belə ki, “Tərcümə Terminlərinin İzahlı (Ensiklopedik) Lüğəti”nin üç il ərzində hazırlanması, ilkin olaraq onun bir il ərzində sözlüyünün tərtibi planlaşdırılmışdır.

Lüğətdəki baş sözlərin hərfləri aşağıdakı şəxslər tərəfindən işlənilmişdir:

Bayramov Qılıncxan Həmzə – A B C Ç D E Ə F

Nuriyev Salman Süleyman – G Ğ H X I İ

Xankişiyeva Aysel Nəsir – J K Q L M N

Əliyev Sabir Rəsul – O Ö P R S Ş

Zeynallı Təvəkkül Əbülfət – T U Ü V Y Z

“Tərcümə Terminlərinin İzahlı (Ensiklopedik) Lüğəti” laboratoriyanın 2 oktyabr 2017-ci il tarixli iclasında müzakirə olunmuş, müvafiq qərarla təsdiq olunmuşdur.

2017-ci ildə laboratoriya əməkdaşlarının profil üzrə nəzərdə tutulmuş elmi məqalə və tezisləri olmamışdır.

Laboratoriyanın perspektiv elmi-tədqiqat planları haqqında məlumat

Laboratoriya yarandığı gündən tərcümə araşdırmaları ilə məşğul olmağa başlamış, “Tərcümə Terminlərinin İzahlı (Ensiklopedik) Lüğəti”ni hazırlamağı planlaşdırmışdır.

 

Tərcümə araşdırmaları elmi-tədqiqat laboratoriyasının müdiri, fil. f. d., prof.

Bayramov Qılıncxan Həmzə oğlu

Tel: (+99412) 564-07- 91
E-mail:[email protected]