Norvec tarixi sillabus 2025 Ulviyye
Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının
14.02.2025 tarixli iclası (Protokol № 7) ilə təsdiqlənmişdir
Kafedra müdiri__________ prof.S.F.Əliyeva
Fənn Sillabusu
Fənnin adı: |
Norveç tarixi |
Akademik yarım il: |
II |
Fənnə ayrılan saatlar: |
90 saat |
Tədris forması: |
əyani |
Fənnin krediti: |
7 |
Fənn müəllimi: |
Yaşarlı Poladxanlı Ülviyyə Poladxan qızı |
Dil səviyyəsi/Fakültə |
Beynəlxalq münasibətlər və Regionşünaslıq |
||
Qrup: Dərs saatları: |
173 |
Məsləhət saatları |
I-III-V gün 12:00
|
Fənn üzrə bölmə rəhbəri: |
S.İ.Muradova |
Fənn müəlliminin e-poçt ünvanı |
|
Tərtib etdi: Müəllimin adı, soyadı, ata adı :
|
Ü.P.Yaşarlı |
İmza : |
|
Fənnin təsviri
ADU – nun BM və Regionşünaslıq fakültəsinin I kurs tələbələri üçün nəzərdə tutulmuş cari fənn “Norveç tarixi”nin tədrisinə həsr olunmuşdur. Bu kurs tələbələri Norveçin, o cümlədən Skandinaviya ölkələrinin tarixi dövrləri haqqında əsas məlumatla təmin edəcəkdir. Tədris müddətində Norveç Krallığının tarixi dövrləri araşdırılaraq analiz ediləcəkdir. Tarixi dövrlər qədim dövrdən hal-hazırkı dövrə qədər olan müddəti əhatə edir. Təqdim olunacaq kurs bu sahənin tədqiqatı üçün tələbələrə müxtəlif yanaşmalardan istifadə etməyi öyrədəcəkdir.
Şərtlər
“Norveç tarixi” fəninin daha ətraflı öyrənilməsi üçün Azərbaycan, Norveç və ingilis dilindəki material və ədəbiyyatlar daha produktiv və məqsədəuyğun şəkildə istifadə edilməlidir.
Fənnin məqsədi
Tədris olunan kursun başlıca məqsədi - tələbələrdə balkan ölkələrinin orta əsrlər, yeni və müasir dövr tarixi haqqında elmi bilikləri formalaşdırmaqdır
Fənnin tədrisi zamanı fənnlə bağlı mövcud ədəbiyyatlardan, monoqrafiyalardan, məqalələrdən, internet saytlarından, videolardan və istifadəsi mümkün olan digər tədris vəsaitlərindən istifadə olunması nəzərdə tutulmuşdur.
Həmçinin ixtisasca Norveçşünas hesab edilən tələbələr Azərbaycan Respublikası ilə yanaşı ixtisaslaşdıqları ölkəni daha dərindən tanımalıdırlar.
Tədris olunan fənnin məqsədlərindən biridə tələbələrə onların gələcək fəaliyyətlərində yararlı olacaq bilik və bacarıqları öyrətmək, onları sosial həyatda daha fəal iştirak etməyə cəsarətləndirməkdir.
Fənnin sonunda tələbə aşağıdakı kompetensiyalara yiyələnməlidir:
PK-1. Müasir dünyanın siyasi xəritəsi, siyasi-ərazi strukturu, onun dinamikası və bütün qitələr üzrə ən yeni transformasiyalar haqqında adekvat təsəvvürə malik olaraq, coğrafi biliklər və arqumentlər əsasında beynəlxalq siyasi prosesləri təhlil edir və qiymətləndirir;
PK-22. Norveçin tarixini dərindən mənimsəyir, regionda inkişaf edən müasir proseslərin tarixi səbəblərini müəyyən edə bilir və izah edir, tarixi və müasir proseslər arasında varisliyi aşkar edir;
İxtisas proqramının təlim nəticələri:
PTN 2. Fiziki və mədəni coğrafi amillərin daxili və xarici siyasi proseslərə təsiri, onlar arasında qarşılıqlı əlaqəni və asılılığı müəyyən edə bilir, bu amillərin münaqişənin, mədəni sosial-proseslərin inkişafında rolunu təhlil etməyi bacarır.
PTN 3. Norveçdə baş verən hadisə, proses və təzahürləri təhlil edərkən bu sahədə öyrəndiyi tarixi biliklərdən istifadə etmək bacarır, müasir siyasi proseslərlə bağlı irəli sürdüyü fikirləri arqumentləşdirmək üçün beynəlxalq münasibətlər və region tarixindən mənimsədiyi biliklərdən istifadə etməyi bacarır.
PTN 12. Norveçin siyasi, iqtisadi, tarixi, mədəni inkişafına dair tədqiqatlar aparmağı, qeyd edilən istiqamətlərdə perspektiv meylləri müəyyən etməyi bacarır.
Fənn üzrə təlim nəticələri
Kursun sonunda öyrənənlər aşağıdakılara nail olacaqlar:
ü Tələbə Norveç tarixi haqqında müəyyən bilikləri əldə edir və mənimsəyir
ü Tələbə Birinci Dünya Müharibəsi və İkinci Dünya müharibəsi illərində gedən hadisələrin tarixi kontekstini təhil edir.
ü Norveçin müstəqillik mübarizələri, millətçilik hərəkatları və münaqişələrin əsas səbəbləri haqqında məlumatlanır.
ü Tələbə Norveç tarixində din, etnik müxtəliflik və siyasi ideologiyaların rolunu müqayisəli şəkildə təhlil edir.
ü Tələbə Müasir Norveçin siyasi, sosial və mədəni problemlərini tarixi kökləri ilə əlaqələndirərək araşdırır.
ü Tələbə Etnik münaqişələrin insan həyatına və mədəniyyətə təsirini anlayaraq müasir dünyada sülhün inkişafına faydalı olacaq təklif və tövsiyələr irəli sürür.
Qiymətləndirmə meyarları və mərhələləri
Təhsilalanların imtahana qədər topladığı bal 50 (bal), İmtahanda topladığı bal 50 bal olaraq hesablanır.
Dərslərdə aktiv iştirak (cari qiymətləndirmə) 20 bal
Kollokvium (cari qiymətləndirmə) 10 bal
Sərbəst iş 10 bal
Davamiyyət 10 bal
İmtahan (aralıq qiymətləndirmə) 50 bal
Fənnin yekun qiyməti tələbənin semestr boyu topladığı bal (cari) ilə imtahan zamanı əldə etdiyi balın toplanılması ilə formalaşır.
Qiymətləndirmə sistemi/meyarları
İmtan kursun sonunda aparılır. İmtahan yazılı formada təşkil olunur. Hər bilet 5 sualdan ibarət olur. Suallar 10 ballıq qiymətləndirmə əsasında aparılır. Hər suala maksimum 10 bal verilir. Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. İmtahan yazı işləri ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.
Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.
Semestr nəticəsinə görə qiymətləndirmə
Tələbənin yekun biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan maksimum 50 balı tələbə semestr ərzində, maksimum 50 balı isə imtahanda toplayır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
Ballar |
Qiymət |
Hərfi işarəsi |
0-50 |
Qeyri-kafi |
F |
51-60 |
Qənaətbəxş |
E |
61-70 |
Kafi |
D |
71-80 |
Yaxşı |
C |
81-90 |
Çox yaxşı |
B |
91-100 |
Əla |
A |
Qiymətləndirmənin komponentləri
Cari qiymətləndirmə
Tələbələr tədris zamanı plana uyğun olaraq əvvəlcədən verilmiş materialları oxumalı, müəllimin verdiyi mühazirə və əsas ədəbiyyatdan savayı əlavə mənbələrə müraciət edərək müstəqil araşdırma nəticəsində məşğələlərə aktiv şəkildə hazırlaşmalıdır. Əvvəlki mövzulara aid suallara cavab verməli və tədris müddətində aparılan müzakirələrdə fəal iştirak etməlidirlər. Cari qiymətləndirmə ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.
Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.
Kollokvium
Kollokvium 7-11 aprel tarixləri ərzində keçirilir. Qiymətləndirilmə test tapşırıqları, quiz və ya açıq sual formasında olur. Semestr boyu tələbələr bir kollokvium verir və 10 bal qazanır.
Kollokvium sualları:
1. Norveç qədim dövrdə
2. Norveçdə Vikinqlər dövrü,vikinqlərin dini, Saqalar
3. Vikinqlərin genişlənməsinin əsas səbəbləri və nəticələri
4. Orta əsrlərdə Norveç Krallığı
5. Danimarka-Norveç ittifaqında reformasiya və kral hakimiyyəti
6. Şimal mifologiyası
Davamiyyət gözləntiləri və dərsdə fəal iştirak
Tələbələr tədris prosesinə ciddi yanaşmalı, gecikməməli və üzürsüz səbəbdən dərs buraxmamalıdırlar. Fənnə ayrılan saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Sərbəst iş
Sərbəst işlər geniş həcmli (10 səhifə) ətraflı araşdırma şəkildə, habelə 8-10 slayd arası (mövzunu əhatə edəcək, geniş) prezentasiya formasında da təqdim edilə bilər. Bundan savayı tələbələr kurs ilə əlaqədar münasib üslublu və məzmunlu kitab oxuya bilər. Sərbəst iş mövzularının seçilməsi və təsdiqi müəllimlə tələbənin qarşılıqlı məsləhətləşmələri və razılığı əsasında aparılır. Sərbəst işlər original olmalıdır. Plagiat yolverilməzdi!!!
Bütün sərbəst işlər 1 may 2025-ci il, saat 17:00 qədər təhvil verilməli və müəllimlə razılaşdırılan vaxt şifahi cavab verilməlidir. Tələbələr sərbəst işləri dərsdən kənar vaxtlarda, məsləhət saatları vaxtlarında təhvil verir. Tövsiyyə olunan kitablar həm yazılı həm də şifahi formada təhvil alınır.
TÖVSİYYYƏ OLUNAN SƏRBƏST İŞLƏR üzrə kitablar
1. Qriqori Petrov – Ağ Zanbaqlar ölkəsində
2. Arçil Kikodze- Norveç gündəliyi
Kursun tədrisi zamanı tələbələrə fənnin nəzəri hissəsi öyrədilir və eləcədə mövzularla bağlı aktiv diskussiyalar aparılır. Bu zaman tələbələrin müstəqil fikir yürütməsinə şərait yaradılır. Tədris prosesi zamanı aşağıdakı tədris metodlarından istifadə ediləcək:
· dialoq forması (nəzəri izahatlar və praktiki nümunələrlə);
· müzakirə forması (fərdi çıxışlarla bağlı disputların aparılması, məruzələrin, esselərin və referatların müzakirəsi.);
· tələbələrin müstəqil işi (tövsiyyə olunan ədəbiyyatın tədqiqi, əlavə internet resurslarına çıxışla ümumiləşdirilmələr aparmaq)
Analiz, sintez, analogiya və müqayisə metodundan geniş istifadə edilməlidir. Deduktiv metoda istinadən ümumqəbul edilmiş yanaşma və konsepsiyaların konkret hallara tətbiq edib, mühüm əqlinəticələrə nail olmaq lazımdır. İnduktiv metoda istinad edərək retrospektiv bucaqdan empirik müşahidə nəticəsində müəyyən edilmiş faktların ümumiləşdirilərək yeni baxışa çevrilməsi zəruridir. Dərslərin interaktiv, müzakirə və kiçik konfrans formasında keçirilməsi məsləhətlidir. Kursun tədrisi zamanı əsasən interaktiv metodlarla, yanaşı digər metodlardan da istifadə ediləcək və bu metodlardan istifadə etməklə tələbələr tədris olunan materialları daha yaxşı mənimsəyəcəklər. Kursun tədrisi zamanı müxtəlif təqdimatlardan, film və videolardan istifadə ediləcək, müxtəlif oyunlar və yarışlar vasitəsi ilə tələbələrin bilikləri daha da möhkəmləndiriləcək, müxtəlif yazı işləri vasitəsilə onların fərdi düşünmə və ədəbiyyatla müstəqil işləmə bacarıqları inkişaf etdiriləcək.
Xüsusi qayğıya ehtiyacı olan tələbələrlə iş
Şəxslərin sosiallaşması və cəmiyyətə uğurlu inteqrasiyasını həyata keçirmək üçün müvafiq metodlar seçir;
Ø Ətrafdakılarla əlverişli sosial əlaqələrin qurulmasına dəstək verir;
Ø Fərdi proqramı reallaşdırmaq üçün yeni təlim metodlarından müvafiq şəkildə istifadə edir;
Ø Dərs materiallarının daha sadə və asan anlaşılan şəkildə təqdim edilir;
Ø Xüsusi qayğıya ehtiyacı olan tələblərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmalar tətbiq edir;
Ø Yüksək akademik göstəriciləri olan tələbələrə onların öz təşəbbüsləri əsasında əlavə məsləhət saatları təyin edir.
İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə material
Semestr ərzində keçirilən mövzuların planları, təqdim ediləcək prezentasiyalar, əsas və əlavə ədəbiyyat siyahısı tələbələrə e-mail vasitəsilə ötürüləcək.
Kursun qiymətləndirilməsi/Tələbə rəyləri
Kursun əvvəlində və sonunda təşkil ediləcək sorğu tələbələrin fənn və tədrisə münasibətini müəyyən etməyə yönəlmişdir. Tələbələrin tədris ilə bağlı rəyləri vacib əhəmiyyət kəsb edir, məsələyə aşağıdan baxış fokusunu təşkil edir və növbəti illərdə buraxılan səhvlərin təkrarlanmamasına, yeni innovativ ideyaların tətbiq edilməsinə şərait yaradır.
Ədəbiyyat siyahısı
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 159- 180 s.
2. Eva Maagerø Birte Simonsen “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013, 52-69 s.
3.Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002
Afət Sadıqoğlu, Tur Heyerdal Azərbaycanda, Bakı, 2002
4.Əfəndiyeva V. “Thor Heyerdahl’s role in the development of relations between Norway and Azerbaijan” .Thor Heyerdahl’s search for Odin: Ancient links between Azerbaijan and Scandinavia, Novus Press, Oslo, 2014
5. Əfəndiyeva V. Skandinaviyalıların şərqə yürüşləri və “Bərdə faciəsi” Norveç tarixşünaslığında. Bakı Avrasiya Universiteti, Sivilizasiya jurnalı, N7, Bakı 2015
6. Əfəndiyeva V. Norveçdə Azərbaycan diaspor təşkilatları. AMEA,
.
Saat Həftə |
Modul/Bölmə/Fəsil |
Təlim nəticələri |
Oxu materialı |
Tapşırıq |
|||
I həftə
2 s.
|
Mövzu 1 “Norveç tarixi” fənninin məqsəd və vəzifələri -“Norveç tarixi” fənninin predmeti, məqsəd və vəzifələri -Kursun öyrənilmə zərurəti və əhəmiyyəti -Kursun mənbə və prinsipləri - (tarixilik, xronoloji ardıcıllıq, obyektivlik, elmi yaradıcılıq)
|
a. Tarixə dair müxtəlif termin və anlayışları mənimsəyir
b. Fənn haqqında ümumi bilikləri əldə etməyi bacarır |
Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009
Eva Maagerø Birte Simonsen “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013, 28-52
|
1.Norveçin tarixi kontekstini, mədəniyyətini və siyasi inkişafını araşdırıb təqdimat edilməsi.
2. Regiondakı münaqişələri və əməkdaşlıqları təhlil edib yazılması.
|
|||
I-II həftə 4 s |
Mövzu 2 Norveç qədim dövrdə (Paleolit, Neolit, Tunc və Dəmir dövrü). -İbtidai icma quruluşunun formalaşması və dövrlərə bölünməsi. Norveçin arxeoloji mədəniyyətləri: Komsa,Fosno, Nöstved -Paleolit dövrü. Bu dövrə aid qayaüstü rəsmlər və mədəniyyətlər. -Neolit dövrü və kənd təsərrüfatının meydana çıxması. Döyüş Baltası insanı. -Skandinaviya tarixində Tunc dövrü. Bu dövrdə ilkin ticarətin meydana gəlməsi. Tunc dövrünə aid dəfn kurqanları. -Dəmir dövrünün mərhələləri. İlk qəbilələrin yaranması. Bu dövrdə ağsaqqallar şurası olan tinqlərin formalaşması, qəbilə başçılarının vəzifələri və ticarətin inkişafı. |
Norveç ərazisində tapılmış arxeoloji mədəniyyətlər haqqında biliklər əldə etməyi bacarır
Norveçdə ibtidai icma quruluşunun xarakterik xüsusiyyətlərini müəyyənləşdirir
|
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 11-22 s.
2.Eva Maagerø Birte Simonsen “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013, 28-52
3. A.E.Kузнецов, История Норвегии, Москва, 2006, 7-23 s. 4. T.K.Derry.A History of Scandinavia. USA, 2005, s . 1-16
|
1. Qədim dövrdə region ölkəsi haqqında əlavə məlumatların araşdırılması 2. Norveç ərazisində tağılan qədim dövr mədəniyyətlərinin videoçarx ilə göstərilməsi |
|||
II-III həftə 4 s.
|
Mövzu 3 Skandinaviyada Vikinqlər Dövrü VIII-XI əsrlər. -Vikinq dövrünün başlanğıcı. Vikinq sözünün etimologiyası. -Vikinq ekspedisiyalarının səbəbləri. -Vikinqlərin məşğuliyyəti. Vikinq gəmiləri. Birka, Hedebi, Skirinqsal ticarət mərkəzləri. -Norveçli vikinqlərin Danimarka, İsveç, İslandiya, Qrenlandiya, İrlandiya, Britaniyaya yayılmaları. -Vikinqlərin dini. Saqalar.
|
Vikinq Dövrünün xarakterik xüsusiyyətlərini müəyyənləşdirir
Vikinq Dövrünün Skandinaviya mədəniyyətini təsirini təhlil edir |
1.Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 23-31 s. 2. Chartrand, R., K. Durham, M. Harrison, I. Heath: The Vikings: Voyagers of Discovery and Plunder 3. Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norveç, 2002 . 10-23 F.Donald Logan, The Vikings in history, third edition, Nyu York və London, 2005 5. Gwin Jones, A history of theVikings, Oxford University Press 6.Erik Wahlgren, The Vikings and Amerika, London, 2006 |
1.Vikinglər haqqında məlumat hazırlamaq 2. Viking yürüşləri haqqında videoçarx hazırlamaq |
|||
III-IV həftə 4 s.
|
Mövzu 4 Vikinqlərin Skandinaviya hüdudlarından kənarda yayılması -Vikinq ekspedisiyalarının səbəbləri. “hit and run” taktikası. - Vikinqlərin genişlənməsinin əsas səbəbləri və nəticələri -İslandiya, Qrilandiya və Şimali Amerikada Vikinqlərin məskənləri. -Vikinqlərin Avropaya hücumları (Britaniya Adaları, Normandiya, Rusiya və s.) Vikinqlərin şərqə yürüşləri. -Vikinqlərin Şərqə və Xəzərsahili ərazilərə yürüşləri. - Ruslar və varyaqlar. -Ərəb və fars mənbələrində Rusların Azərbaycana yürüşləri |
Vikinqlərin ekspedisiyalarının əsas səbəb və nəticələrini təhlil etməyi bacarır
Vikiqlərin müxtəlif istiqamətlərdə ekspedisiyalarının əsas səbəblərini təhlil edir Xəzərsahili ərazilərə və Azərbayacana yürüş etmiş vikinqlər haqda müxtəlif ədəbiyyatlardakı məlumatları müzakirə edir |
1.“Saga of the Greenlanders”, from Snorri Sturluson, From the sagas of Norse Kings, 379-389, Njal’s Saga, Chapters 124-129 (pp.254-267) 2. Simon Coupland, “The Vikings in Francia and Anglo-Saxon England to 911” 190-201 3. John Haywood, The penguin Historical atlas of the Vikings, England, 1995 4. Erik Wahlgren, The Vikings and Amerika, London, 2006 5. Magnus Magnusson, R.Chartrand, K.Durham, M.Harrison, I.Heath The Vikings voyagers of discovery and plunder, Böyük Britaniya, 2006 |
1. Vikinglərin Skandinaviyada məskunlaşmasını araşdırmaq
|
|||
IV-V həftə 4 s.
|
Mövzu 5 Şimal mifologiyası və onun xarakterik xüsusiyyətləri - Şimal mifologiyası haqqında ümumi məlumat. Mifologiyanın yaranma tarixi. - Daş kitabələrdə runik yazılarla təsvir olunmuş mifoloji səhnələr. - Doqquz dünyanın mövcudluğu: Midgard, Álfheimr, Svartálfaheim, Vanaheimr, Muspellheim, Jötunheimr, Niflheim, Asgard, Hel. - Tanrılar və ilahələr. Müharibə tanrısı Odin. Tor, Frigg, Tyr, Balder, Loki, Mime, Frey, Freya və s. haqqında əfsanələr. - İnsanların tanrılara qurban verilməsi üçün həyata keçirilən rituallar. “Prose Edda”dan seçmələrin təhlili |
Şimal mifologiyası ilə bağlı əsas mənbələri təhlil edir Şimal mifologiyasının Norveç tarixinə və mədəniyyətinə təsirlərini müəyyənləşdirir
|
1.Selections from The Prose Edda (“Prologue” and “The Deluding of Gylfi”, 23-48’) 2. John Grant, An introduction to Viking Mythology, London 2007 3. Jon Thorisson, The Viking Gods, India 2006 4. Gwin Jones, A history of the Vikings, Oxford University Press
|
1.Şimal mifologiyasının mahiyyətini aydınlaşdlrmaqda müxtəlif resurslardan istifadə etmək |
|||
V-VI həftə 4 s.
|
Mövzu 6 Norveçin birləşdirilməsi və Xristianlığın qəbul edilməsi -Norveçdə IX əsrin ikinci yarısında qəbilə başçıları arasında güclü mübarizə. -Harald Fairhairin Norveç üzərində nəzarəti əla almaq arzusu. -Lade qrafları ilə bağlanmış saziş və qərbi Norveçdəki xırda krallıqlara qarşı hərbi əməliyyatın başlanması. -Haraldın idarəedici qurumu. -Xeyirxah Hakonun yeni Tinq sistemi. Qulatinq və Frostatinqə nümayəndələrin seçilməsi. Leidang adlanan müdafiə sisteminin yaradılması. -Fairhair nəslindən olan Olav Tryqqvason və Olav Haraldsson. -Yeni etiqad olan Xristianlığın özünə dəstək qazanması. Olav Haroldssonun hakimiyyətə gəlməsi. - Xristian mədəniyyətinin Skandinaviya ərazisində yayılması - Norveçdə Nidaros Katedralı |
Xristianlığın qədim Skandinaviya dinləri üzərində qələbəsini müzakirə edir Norveçdə xristialığın yayılması və onun nəticələrini təhlil edir |
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 31-40 s. 2.Eva Maagerø Birte Simonsen “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013, 69-87 3.“Ynglina Saga” and “Harald Hairfair” from Snorri Sturluson, From the sagas of Norse Kings 13-19,24-46 4.“Editor’s preface” and “Introduction” to Snorri Sturluson, From the sagas of Norse Kings, 5-12 Njal’s Saga, Chapters 100-105 (pp.211-220)
|
1. Xristianlığın Norveçə yayılmasını öyrənib təqdimat hazırlamaq. 2. Müxtəlif ədəbiyyatlardan istifadə edərək xristianlığın Skandinaviya ərazisinə yayılmasını təqdimat iləhazırlamaq |
|||
VI- VII həftə 4 s.
|
Mövzu 7 Orta əsrlərdə Norveç Krallığı. Norveçin “Qızıl Dövrü” -Mülkiyyət hüququnun formalaşdırılması -Kilsə Norveçin ən böyük torpaq mülkədarı kimi. -Vətəndaş müharibəsi zamanı kilsənin öz mövqeyini gücləndirməsi. -Kilsənin kral hakimiyyətindən azad “libertas ecclesiae” tələbi. -Birkebeiner - çubuq ayaqlılar üsyanı. -İngiltərənin Norveçin əsas ticarət şərikinə çevrilməsi. -Kralın yaratdığı ümummilli miqyasda yerli və mərkəzi icraedici orqan. -Kral Magnusun irəli sürdüyü qanunlar- Landslov. 1280-ci illərdə yaradılmış daimi gizli Şura. |
Orta Əsrlərdə Norveç Krallığında baş vermiş əsas hadisələri təhlil edir.
Bu mərhələdə kilsə və kral arasında münasibətləri analiz edir
|
1.“Saga of Magnus Barefoot” and “Saga of Sigurd the Crusader ”, from Snorri Sturluson, From the sagas of Norse Kings, 354-359, 360-376 2. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 37-46 s. 3. Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002
|
1.Orta əsrlərdə Norveç Krallığının tarixinin öyrənilməsi
|
|||
VII-VIII həftə 4 s.
|
Mövzu 8 Böyük Demoqrafik Böhran və onun iqtisadi nəticələri (Qara Ölüm (1347-51)) -1349-cu ilin yayında taun epidemiyasının Norveçdə yayılması. -Taun xəstəliyinin adi insanların həyatına təsiri. XVI əsrdə vergilər və rüsumlar. -Bu dövrdə kralın icraedici hakimiyyətə olan nəzarətinin zəifləməsi və zadəganlar. -Ölkənin ən iri torpaq mülkədarı sayılan Kilsə. -1397-ci ildə Kalmar şəhərində üç Skandinaviya krallığından ibarət ittifaqın yaradılması. -XIV-XV əsrlərdə Hanza ittifaqının Norveç ticarətinə nəzarəti. |
“Qara ölüm”ün Norveçdə yayılması və onun əsas nəticələrini təhlil edir “Qara ölüm”ün kral hakimiyyətinin zəifləməsinə əsas təsirlərini müəyyənləşdirir |
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 46-53 s.
2. Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002
|
1. Vəba xəstəliyinin Skandinaviya ərazisində yaratdığı sosial vəziyyətin təhlil edilməsi |
|||
VIII -IX həftə 4 s.
|
Mövzu 9 Norveç-Danimarka (1380-1814) ittifaqının yaranması -1343-cü ildə Norveçin Dövlət Şurası tərəfindən Hakonun kral elan edilməsi. -Olavın 1375-ci ildə Danimarka kralı seçilməsi və 1380-ci Olavın Norveç taxt-tacının varisi olması - Danimarka və Norveç arasında 1814-cü ilə kimi davam edən uzun müddətli ittifaqın əsasının qoyulması. -III Kristianın Lüteranlığı qəbul etməsi və Norveç taxt-tacına iddiası. -Norveç “Həmişəlik Danimarkanın taxt-tacı tabeçiliyində”. KOLLEKVİUM |
Norveç-Danimarka ittifaqının yaranması haqqında ümumi biliklər əldə edir Danimarka ilə bir ittıfaqda birləşməsinin Norveç mədəniyyəti və tarixinə əsas təsirlərini təhlil edir |
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 46-53 s.
2. Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002
|
1. Norveç Danimarka ittifaqının siyasi, iqtisadi, sosial vəziyyətinin thlil edilib təqdimat ilə hazırlanması |
|||
IX-X həftə 4 s. |
Mövzu 10 Danimarka-Norveç ittifaqında reformasiya və kral hakimiyyəti (1557-1660) -Reformasiya nədir? Norveçdə reformasiyanın yayılması. -Norveçlilər yeni təlimi sorğu-sualsız qəbul etməsi. -Reformasiyanın iqtisadi aspekti. Kral ən böyük mülkədar kimi. -XVII əsrin əvvəllərində Danimarka-Norveç ittifaqının İsveç üzərində üstünlüyü. -İsveçin şimalda üstünlüyü ələ almaq məqsədi. -IV Kristianın protestantlar tərəfindən Almaniyadakı Otuz illik müharibəyə (1618-1648) qoşulması. -Dövlət Şurası buraxılması və mütləq hakimiyyət. -1660-cı ildən sonra mərkəzi və yerli icraiyyə sistemləri yenidən qurulması olunması və yeni inzibati struktur təşkili. |
Avropada reformasiyanın yayılmasının əsas səbəblərini müəyyən edir Skandinaviyada reformasiyanın yayılmasının əsas nəticələrini araşdırır
|
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 53-57 s.
2. Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002 3. “Reformation without reformer.The realisation of the reformation in Norway”. Church and People in Britain and Scandinavia. Lund University Press.1996 pp. 147-157 |
1. Reformasiya döövrünün müqayisəli təhlili və təqdimat ilə hazırlanması |
|||
X-XI həftə
4 s. 28 31
|
Mövzu 11 Kəndli cəmiyyəti, şəhərlər və orta sinif ticarəti, stabillik və inkişaf XVII-XVIII əsrlər -1500 və 1800-ci illər arasında Norveçin əhalisinin artımı. Əhalinin artımının səbəbləri. -Bu dövrə aid mənzillər, yaşayış yerləri, əhalinin həyat səviyyəsi və s.. -XVII əsrin sonlarında Norveçli fermerlərin mülkiyyət hüquqları. -Gəmiçilik, dağ-mədən sənayesi kimi sənaye sahələrinin inkişafı. Məşğulluğa olan tələbatın artması. -Kiçik icarədarların (husmenn) meydana çıxması. Kiçik mülkədarların sayının artması. -Norveç bankı və universiteti üçün tələblərin çoxalması. -Milli ideya və milli başlanğıcın formalaşması. -İttifaq daxilində parçalanma meylləri peyda olması. -XVIII-XIX əsrlərdə Norveç cəmiyyətində iki fərqli cərəyan: Pietizm və Maarifçilik |
XVII-XVIII əsrlərdə kəndli cəmiyyəti, şəhərlər, ticarət və s. haqqında ümumi bilikləri əldə edir
Bu mərhələdə Norveçin sosial və iqtisadi vəziyyətini təhlil edir
|
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 60-71 s.
2.Eva Maagerø Birte Simonsen “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013, 74-78 s.
3. Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002
|
1. XVII-XVIII əsrlərdə inkişaf edən tiacrət sektorlarının müxtəlif ədəbiyyatlarda araşdırılıb təqdimat ilə hazırlanması
|
|||
XI-XII həftə 4 s.
|
Mövzu 12 Danimarka-Norveç Napoleon müharibələri dövründə -1792-ci ildə Fransanın Avstriya və Prussiyaya müharibə elan etməsi. -Danimarka-Norveç ittifaqının təxribat yönümlü siyasəti. -1801-ci ildə Kopenhagen döyüşü. Kral VI Frederikin Napoleonla müttəfiq olmaq qərarı. -İsveç kralı IV Qustavın Norveçi işğal etmək planı. -1810-cu ildə Napoleonun generalı, Jan Batis Bernadottenin hakimiyyətə gəlməsi. -«İcazəli ticarət». -1812-ci ildə Napoleonun öz köhnə müttəfiqi olan Rusiyaya hücumu. Napoleonun Rusiyadakı məğlubiyyəti. - Kil və Moss müqavilələri |
XVIII əsrdə Avropada baş vermiş müharibələrin Danimarka-Norveç ittifaqına təsirini təhlil müəyyənləşdirir Norveçin Danimarka krallığı əsarətindən qurtula bilmək şanslarının mümkünlüyünü təhlil edir
|
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 71-74 s. 2. Jan Sjåvik Historical dictionary of Norway, UK, 2008 3. .K.Derry, A History of Scandinavia, ABŞ, 2005 |
1. Napoleon müharibələrinin dünya tarixinə təsirini araşdırmaq2. Danirmarka və Norveçin Nopaleon müharibələri dövründə ittifaqının araşdırılması
|
|||
XII həftə 4 s. |
Mövzu 13 İsveç-Norveç ittifaqının (1814-1905) yaranması -11 aprel, 1814-cü il Konstitusiya Şurasının açılması. -Norveç konstitusiyanın ilkin forması. 1814-cü il May ayının 17-də Konstitusiyanın qəbulu. -Norveçin İsveçlə bir ittifaqa girməsinə Stortinqin razılığı. -Gənc xalqın böyük inflyasiyaya məruz qalması. 1816-cı ildə spesidaler adlanan pul vahidini təqdim etməsi və Norveç bankını yaranması (Norges Bank). «Gümüş vergisi». -Karl Yohanın konstitusional dəyişiklik haqqında qərarı. -17 May Norveçin Konstitusiya gününün qeyd olunması məsələsi. «Bazar meydanında döyüş». -1814-cü ildən sonrakı onilliklərdə «məmurların dövləti». -XIX əsrdə əhalinin artımı. 1825-ci ildə Amerikaya gedən ilk mühacirlər. KOLLEKVİUM |
Norveç-İsveç ittıfaqı haqqında ümumi biliklər əldə edir
Norveç-Danimarka ittıfaqı ilə Norveç-İsveç ittıfaqını müqayisəli təhlil edir
|
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 75-86 s. 1. 2. Jan Sjåvik Historical dictionary of Norway, UK, 2008 2. 3. Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002 4. K.Derry, A History of Scandinavia, ABŞ, 2005
|
1. İsveç Norveç ittifaqının yaranmasının tarixi köklərinin araşdırılması |
|||
XIII həftə 4 s. |
Mövzu 14 XIX əsr Norveç Milli Romantizminin xüsusiyyətləri - Norveç mədəniyyətində yeni müasir bir cərəyanın meydana çıxması. -Milli kimlik məsələlərinin ön plana keçməsi. -İlk modern rəssamların əsərlərində diqqəti cəlb edən Norveçin təbiəti, tarixi, adət-ənələri və milli geyimləri. -Bu cərəyanın nümayəndələrindən olan J. C. Dahl, A.Tidemand, H. Gude, T. Fearnley və s. -Peter Asbjørnson və Jorgen Møenin şifahi xalq ədəbiyyatının nümunələri olan nağılların toplanılmasında əvəzolunmaz fəaliyyəti. -“Yeni Norveç dili”nin (Nynorsk) yaradıcısı olan İ. Aasenin yeni lüğətlər və qrammatika toplusu. -Yeni cərəyanın nümayəndələri olan bəstəkarlardan O. Bull və E. Grieg. |
Milli Romantizm dövrünün əsas xüsusiyyətlərini müəyyənləşdirir Müxtəlif mədəniyyət sahələrində Milli Romantizm cərəyanının təsirlərini təhlil edir
Yeni cərəyanın nümayəndələri haqqında geniş məlumat əldə edir |
1.Michelle Facos, Nationalism and the Nordic İmagination, University of california Press, 1998 2.Leif Østby, Modern Norwegian Painting, Oslo, 1899 3.Torsten Gunnarsson, Nordic Landscape Painting in the Nineteenth Century, Yale University Press New haven & London, 1998 3. 4.Eva Maagerø Birte Simonsen “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013, 240-259 s.
|
1. Norveçdə Milli kimlik məsələlərinin araşdırılması 2. Romantizm cərəyanının Norveç cəmiyyətinə təsirinin təhlil edilin təqdimat ilə göstərilməsi |
|||
XIV həftə 4 s. |
Mövzu 15 XIX əsrin II yarısında Norveçdə sənayeləşmə, parlament höküməti və siyasi partiyalar -1840-cı illər ərzində Norveçdə toxuculuq sənayesində inkişafı və yeni toxuculuq fabrikləri. İlk fəhlə ittifaqının əsasını qoyulması. Thrane hərəkatı. -Yol şəbəkəsinin tikintisinin sürətlənməsi. Norveç gəmiçiliyinin 3-cü qızıl dövrü. -Kənd təsərrüfatında çevriliş. İpoteka Bankının (Kongeriket Norges Hypothekbank) əsasının qoyulması. -Liberal (Venstre )və Mühafizəkarlar (Høyre) partiyasının yardılması. Səs hüququ haqqında yeni qanunun qəbulu. -1889-cu ildə təhsil haqqında qanunlar. 1880 və 90-cı illərdə həmkarlar İttifaqı və milli peşə cəmiyyətlərinin yaradılması. 1887-ci ildə Det Norske Arbeiderparti-nin (Norveç Leyborist partiyası) əsasının qoyulması. Partiyanın tezliklə sosializmə yönəlməsi. -1884-cü ildə təsis edilən Norveçli Qadınların Hüquqları Cəmiyyətinin (Norsk Kvinnesaksforbund) və Norveçli Qadınların Seçki Hüququ Assosiasiyasını (Norsk Kvinnestemmerettsforening) yaradılması. 1913-cü ildə Stortinq tərəfindən bütün qadınlara seçki hüququnun verilməsi. |
XIX əsrin II yarısında Norveç cəmiyyətində baş vermiş əsas dəyişiklikləri müəyyənləşdirir Parlament hökuməti və siyasi partiyaların Norveçin siyasi həyatını təsirini təhlil edir |
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 86-103 s. 2. Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002 3. K.Derry, A History of Scandinavia, ABŞ, 2005
|
1. Sənayeləşmə dövrünün Norveçə təsirinin araşdırılması |
|||
XV həftə
4 s. |
Mövzu 16 Norveç Birinci dünya müharibəsi ərəfəsində
-İsveçinlə Norveç arasında 1897-ci ildə bağlanmış Mellomriksloven azad ticarət sazişinin ləğv etməsi. -1890-cı illərdə xaricdə təmsillə bağlı probleminin həlli. Partiyaların “İttifaqa yox deyirik” şüarı altında mübarizəsi. -1905-ci ildə ittifaqın parçalanması. Norveçin Danimarka və İsveçin siyasi kursundan örnək alaraq neytrallıq siyasətini yürütməsi. -1915-ci ildə Norveçin Almaniyaya balıq ixracatının dayandırması və beləliklə Böyük Britaniyaya və onun müttəfiqlərinə lazımi dəstəyin verilməsi. -Norveç məhsullarına tələbatın çoxalması “nuvorişlər”in müflisləşməsi. -Hər bir rayonda milli ərzağın bölüşdürülməsinə nəzarət edən təchizat komitəsinin təsisi. Ərzaq payı kartı. - I dünya müharibəsi dövründə Norveç “neytral mütəffiq” kimi
|
İsçev-Norveç ittifaqının dağılmasının əsas səbəblərini təhlil edir
I Dünya Müharibəsində Norveçin mövqeyini araşdırır
|
ƏfəndiyevaV. “Azərbaycan Norveç mədəni əlaqələri”, Slavyan Universiteti, Bakı 2016, s.211-213
ƏfəndiyevaV. “Məşhur Norveç tədqiqatçısı və səyyahı Tur Heyerdalın Azərbaycana səfərləri və Odin nəzəriyyəsinin yaranması” Qərb Universiteti, Elmi xəbərlər, Humanitar elmlər seriyası, № 2, Bakı 2017, s. 20-27 |
1. I dünya müharibəsi illərinsə Norveç hökümətinin mövqeyinin araşdırılması |
|||
XV həftə 4 s. |
Mövzu 17 Norveç müharibələrarası dövrdə -1920-ci illərdə Norveç bankının pul siyasəti. Balıqçılıq sənayesində olan böhran. 1919-cu ildə əsası qoyulmuş Norveç Milli Balıq Sənayesi Bankı (Statens Fiskarbank). -1929-cu ildə ABŞ-da başlayan dünya böhranının növbəti il Norveçə gəlməsi. -Qeyri-sosialistlərin müharibələrarası dövrdə siyasəti. -1920-də Aqrar Partiyasının (Bondepartiet) əsasını qoyulması.1925-də yaradılmış ən böyük antisosialist təşkilatı olan Vətənpərvər Ittifaqı (Fedrelandslaget). -1928-ci ildə ölkənin ilk Leyborist hökuməti. Leyborist partiyasının 1933-cü ilin seçkilərində böyük qələbəsi. -1920-ci illərin sonunda Norveçin Jan Mayen, Bauvet və I Pyotr adaları üzərində nəzarəti ələ alması. |
Müharibələrarası dövrdə Norveçdə iqtisadiyyat və sənayenin inkişafını təhlil edir
Müharibələrarası dövrdə fəhlə hərəkatı tərkibində parçalanma və birləşmələri analiz edir |
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 107-125 s. 2. Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002 3. K.Derry, A History of Scandinavia, ABŞ, 2005 4.A.E.Kузнецов,История Норвегии, Москва, 2006
|
1. Norveç siyahısını tərtib edərək hər bir ölkənin I Dünya müharibəsində rolunu müəyyən edərək hazırlanmas
|
|||
XVI həftə 4 s. |
Mövzu 18 Norveç İkinci dünya müharibəsi illərində
-II Dünya Müharibəsinin başlanması. -1939-cu ilin noyabrında Sovet İttifaqı Finlandiyaya hücum təşkil etdikdən sonra Britaniya və Fransanın şimalda hərbi əməliyyatlar planları. -Aprelin 9-da almanların Norveç sahillərinə hücumu və norveçlilərin zəif müqaviməti. Narvik ətrafında döyüş. -1940-cı il iyun ayının 7-də kral ailəsi və hökumətin ölkəni tərk edərək Böyük Britaniyaya sığınması. -1930-cu illərdə Milli Birlik Partiyasına dəstək. Arxa cəbhə. -1942-ci ildə Vətəndaş müqavimətinin güclənməsi. -İsveçin Norveçə qarşı uğursuz siyasəti. |
II Dünya müharibəsində Norveçin işğalını digər Avropa ölkələri ilə müqayisə edir
Müqavimət hərəkatını təhlil edir |
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 125-137 s. 2. Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002 3. K.Derry, A History of Scandinavia, ABŞ, 2005 4.A.E.Kузнецов,История Норвегии, Москва, 2006 5. Tore Gjelsvik, Norwegian Resistance 1940-1945, London, 1979 |
1. Hər iki müharibənin Balkan ölkələrinə təsirlərinin müqayisə ediməsi.
2. Skandinaviya ölkələrinin müharibələrdən sonra necə dəyişdiyini, sərhədlərin və yeni siyasi quruluşların yaranması haqqında təqdimatın hazırlanması. |
|||
XVI-XVII həftə 4 s.
|
Mövzu 19 Müharibədən sonrakı dövrdə yenidənqurma və iqtisadi yüksəliş, rifah dövlətinin yaranması.
-1945-ci ildə bütün siyasi partiyaların Ümumi proqram (Fellesprogramment) adı altında vahid siyasi manifesti. -Milli və sənaye məhsulların istehsalının artımı. -Amerikanın tətbiq etdiyi Marşal Planının Norveçə yardımı. -1945 - 1973-cü illər gəmiçiliyin növbəti qızıl dövrü. Elektrik stansiyaları və rabitənin inkişafı. Özəl şirkətlərə dövlətin birbaşa müdaxiləsi. Stortinqin sosial təhlükəsizlik şəbəkəsinin yaratması. -1945-ci ildən sonrakı dövr müdafiə və xarici siyasət. Qərbə doğru meyllik. Norveç, İsveç və Danimarka arasında Skandinaviya müdafiə paktı haqqında danışıqlar. -Norveçin NATO-ya üzv olması. Şimal Əməkdaşlığı. Skandinaviya ölkələrinin BMT daxilində sıx əməkdaşlığı. -“Norveç Yardım İnkişaf” fondu. Təhsil hərəkatı. Yaşıl inqilab və ətraf mühitin müdafiəsi. |
XX əsrin 40-cı illərinin II yarısı- 60-cı illərdə Norveçdə iqtisadi vəziyyəti təhlil etməyi bacarır
Norveçin ABŞ, Böyük Britaniya, Skandinaviya və Qərbi Avropa ölkələri ilə müqayisəli təhlil edir |
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 137-154 s.
2. Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002
|
1. Rifah siyasətinin yaradılmasında atılan addımların təhlil edilib təqdimat formasında hazırlanması |
|||
XVII həftə 4 s. |
Mövzu 20 Norveç və Avropa Birliyi münasibətləri -1970-ci ildə Norveçin Avropa Birliyinə daxil olması haqqında danışıqların başlaması. -1972-ci il referendumu və razılığın rədd edilməsi. -Solçular, Mühafizəkarlar və tələbələr kimi opponentlərin Avropa İttifaqına qarşı etirazları. -1990-cı ildə Norveçin Avropa İttifaqı ilə əlaqələrinin yenidən gündəmə gətirilməsi. -Norveçin Avropa İttifaqı ilə yeni Avropa İqtisadi Zonası (AİZ) haqqında müzakirələrə başlaması. 1993-cü il Maastrix müqaviləsi. 1994-cü ilin yazında Norveç və Aİ arasında üzvlük müqaviləsinin hazırlanması. |
Norveçin Avropa İttifaqına daxil olma cəhdlərini təhlil edir
Norveç Avropa ittifaqı münasibətləri təhlil edir |
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 155s. və 176 s. 2. Əfəndiyeva V. Norveç və Avropada müdafiə kimliyinin formalaşması\ “ADU Elmi xəbərlər”, 2007, №6, s.364-371 3. Əfəndiyeva V. Avropa inteqrasiyası və Skandinaviya ölkələri\ “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri”, 2007, № 6, s. 290-294 |
1. Aİ və Norveç münasibətlərinin təhlil edilməsi və təqdimat hazırlanması |
|||
XVIII həftə 4 s. |
Mövzu 21 Norveç neft ölkəsi kimi -1966-cı ildə Şimal dənizinin Norveç sektorunda neft axtarışlarına başlanması. -1969-cu ilin Filips Petrolium şirkətinin fəaliyyəti. -Milli neft sənayesinin yaradılması planı. Statoil və Norsk Hydro şirkətləri. -Hökumət tərəfindən neft təhlükəsizlik qaydalarının və müdafiə sahəsinin gücləndirilməsi. -Dəniz yataqlarından neft və qaz çıxarılmasının tamamilə avtomatlaşdırılması. -Mübahisəli ərazi olan Finmark sahillərində balıq məhsullarının bölüşdürülməsi haqqında müqavilə. -1977-ci ildə Norveçin Spitberqen ətrafında balıq qoruma zonasının yaratması. |
Norveçdə neft dövründə iqtisadiyyat və ətraf mühiti təhlil etməyi bacarır
60-cı illərdə Norveçdə immiqrasiyanın artmasının səbəblərini müəyyənləşdirir |
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 159- 180 s.
2. Eva Maagerø Birte Simonsen “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013, 52-69 s.
3.Rolf Danielsen, Ståle Dyrvik, Tore Grønlie, Knut Helle and Edgar Hovland Norway: A History from the Vikings to our own times”, Norway, 2002
|
1. Norveçdə neftin kəşf olunmasında rolu olan ünsürlərin təhlil edilməsi. 2. Müxtəlif şirkətlərin Norveç neft siyasətində rolunun oyrənilməsi |
|||
XVIII-XIX həftə 4 s. |
Mövzu 22 Norveçdə milli azlıqlar: Samilər
-Norveçdə milli azlıqlar-Samilərə qarşı ayrı seçkilik. Norveç hökumətinin Sami siyasəti. -1948-ci ildə Samilərin ilk assosiasiyalarının yaranması. 1950-ci illərin ortalarında İsveç, Finlandiya və Norveçdən olan Samilərin Şimal Sami Assosiasiyasının yaratması. -1964-cü ildə hökumət tərəfindən məsləhətçi statusu olan Norveç Sami Konsulluğunun yaradılması. -1950-ci illərdə Sami təhsili üçün dövlət qrantları artırılması. -Elektrik stansiyasının tikintisinin əleyhinə Samilərin nümayişləri. |
Norveçdəki milli azlıqların xüsusiyyətlərini təhlil edir
Samilərin hüquq və azadlıqlarının Norveç dövləti tərəfindən təmin olunmasını müzakirə edir |
1. Øivind Stenersen və Ivar Libæk “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009, 166- 170 s.
4. 5. 2. Eva Maagerø Birte Simonsen “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013, 167-182 s.
3. Elisabeth Johansen, John Roald Pettersen, Ole Magnus Rapp, The Sami, Oslo, 2008 |
1. Sami xalqının məruz qaldıqları tarixi asimliyasiya siyasətinin köklərinin araşdırılması və təqdimat hazırlanması |
|||
XIX həftə 4 s. |
Mövzu 23 Norveç Azərbaycan münasibətləri -Azərbaycan-Norveç münasibətlərinin tarixi kökləri. -Tur Heyerdal və Azərbaycan. Tur Heyerdalın Azərbaycana səfərləri və “Odin” nəzəriyyəsi. Tur Heyerdal Şəkidə. -Azərbaycanın müstəqilliyi dövründə əməkdaşlıq. Diplomatik əməkdaşlıq. -Azərbaycan Respublikasının Norveç Krallığı ilə iqtisadi əməkdaşlığı. Norveç şirkətləri Azərbaycanda. “STATOİL” şirkətinin Azərbaycanda fəaliyyəti. -Azərbaycan-Norveç arasında siyasi əlaqələri. Mədəniyyət sahəsində əlaqələr. Humanitar əməkdaşlıq. -Norveç Qaçqınlar Şurasının fəaliyyəti. Azərbaycan-Norveç dostluq cəmiyyəti. Norveç Humanitar Müəssisəsi. -Təhsil sahəsində əməkdaşlıq. Azərbaycanın Norveçdə diaspor təşkilatları. -Norveç və Azərbaycan multikultralizm modellərinin müqayisəli təhlili. |
Azərbaycan-Norveç münasibətlərini təhlil edir
Norveç və Azərbaycan multikultralizm modellərini müqayisəli təhlil edir |
1. Bakı Beynəlxalq Multikultralizm Mərkəzi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikultralizmin Azərbaycan modeli haqqında. Bakı, 2017 2.Afət Sadıqoğlu, Azərbaycan-Norveç əlaqələri, Bakı, 2002 3. Afət Sadıqoğlu, Tur Heyerdal Azərbaycanda, Bakı, 2002 4.Əfəndiyeva V. “Thor Heyerdahl’s role in the development of relations between Norway and Azerbaijan” .Thor Heyerdahl’s search for Odin: Ancient links between Azerbaijan and Scandinavia, Novus Press, Oslo, 2014 5. Əfəndiyeva V. Skandinaviyalıların şərqə yürüşləri və “Bərdə faciəsi” Norveç tarixşünaslığında. Bakı Avrasiya Universiteti, Sivilizasiya jurnalı, N7, Bakı 2015 6. Əfəndiyeva V. Norveçdə Azərbaycan diaspor təşkilatları. AMEA, |
1. Norveç Azərbaycan münasibətlərinin tarixi köklərinin araşdırılması 2. Tur Heyrdalın nəzəriyyəsi haqqında təqdimat hazırlanması |
|||
Qeyd: Hörmətli tələbə, deyilən mühazirə və sizə təqdim olunan uyğun mətnlər ancaq istiqamətverici xarakter daşıyır. Buna görə də siz göstərilən ədəbiyyatdan müstəqil istifadə etməyi bacarmalısınız.
Videodan istifadə və dərsin lentə alınması
Müəlimin icazəsi olmadan tələbənin dərsi lentə alması yolverilməzdir.
Müəllif hüquqları
Semestr ərzində tələbələrə çatdırılan bütün materiallar, habelə müəllimin etdiyi video çıxışlar onun əqli mülkiyyəti hesab olunduğundan onun icazəsi olmadan digər tələbələrə, müəllimlərə və təhsil sferasından kənar fiziki və hüquqi şəxslərə ötürülə bilməz.
Müəllim: Yaşarlı Poladxanlı Ülviyyə
TƏLƏBƏ NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA TƏLİMAT
ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli
qərarı ilə təsdiq edilmişdir.
Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi
− 0 bal - mövzu ilə bağlı heç bir bilik və fəaliyyət yoxdur;
− 1 bal - tələbə keçirilmiş materialı yalnız xatırlayır;
− 2 bal - tələbə keçirilmiş materialı xatırlayır və müəllimin müdaxiləsi ilə bir və ya iki sözlə cavablandırır;
− 3 bal - tələbə keçirilmiş materialı tanış əlamətlərə görə qismən izah edir;
− 4 bal - tələbə keçirilmiş və qismən mənimsədiyi materialdan istifadə edərək məlum yollarla və ya müəllimin verdiyi təlimatlara əsasən yazılı və şifahi tapşırıqları qismən həll edir;
− 5 bal – tələbə keçirilmiş və mənimsədiyi materialdan istifadə edərək müstəqil şəkildə hazırlanmış qaydalara əsasən şifahi və yazılı tapşırıqları orta səviyyədə həll edir;
− 6 bal - tələbə verilən məlumatla öz düşüncələri arasında əlaqə yaradır, cütlərlə və qruplarla iş zamanı yazılı və şifahi ünsiyyət quraraq materialın şərhini verir;
− 7 bal - tələbə keçirilmiş materialın xarekterik əlamətlərini təyin edir, fərqləndirir, mövzunun analitik təhlilini aparır;
− 8 bal - tələbə cavabını planlaşdırıb təşkil edir, cavabını təsdiq etmək üçün fərziyyə irəli sürür, audio-vizual materiallarla keçirilmiş mövzunun strukturunu dəyişir, öyrənmə strategiyalarını və öyrənmə hədəflərini müəyyənləşdirir;
− 9 bal - tələbə keçirilmiş materialla əlaqədar qərarları, yanaşmanı, problemi dəyərləndirir, üstünlükləri və çatışmazlıqlara müstəqil fikir bildirir, İKT-dən istifadə edərək müstəqil öyrənmə modelini təyin edir;
− 10 bal - tələbə keçirilmiş materialla əlaqədar mühakimə xarakterli və tənqidi fikir yürütməklə öz mövqeyini əsaslandırır, innovativ və yaradıcı düşünmə bacarıqlarını İKT-dən yararlanmaqla tətbiq edir, auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlər üzrə öyrənmə hədəflərini əsaslandırır.
Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması qaydası
− 0 bal - Suala cavab verməyib.
− 1 bal – Ciddi səhvlərə yol verərək sualı səthi cavablandırıb (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
− 2 bal – Cavabında catışmazlıqlar var, yalnız mövzu ilə bağlı terminləri, anlayışları qeyd edib (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
− 3 bal – Sualı cavablandıran zaman yalnız mövzunun məzmunu ilə bağlı ümumi xarakterli məlumatlar verir (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
− 4 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə qismən təsvir edir (anlamaq - məntiqi təfəkkür).
− 5 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə tam təsvir edir (anlamaq - məntiqi təfəkkür).
− 6 bal – Mövzunun mahiyyətini açıqlayır və müəyyən nəticələr əldə etmək üçün məzmunla bağlı biliklərini praktik tətbiq edir, qoyulmuş problemin həlli yollarını müəyyənləşdirir (tətbiq etmək - məntiqi təfəkkür).
− 7 bal – Mövzunun mahiyyətini açır və qoyulmuş problemin həlli zamanı ümumi xarakterli səhvlərə yol verir (təhlil etmək - məntiqi təfəkkür)
− 8 bal - Mövzunun mahiyyətini açır, qoyulmuş problemin əhatəli təhlilini verir (təhlil etmək - məntiqi təfəkkür)
− 9 bal - Mövzunun mahiyyətini geniş şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, məsələyə münasibət bildirir və öz mövqeyini hərtərəfli şəkildə əsaslandırır (dəyərləndirmək - tənqidi təfəkkür)
− 10 bal - Mövzunun mahiyyətini dəqiq və hərtərəfli şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, mühakimə xarakterli fikirlər irəli sürür, öz mövqeyini hərtərəfli şəkildə əsaslandır və kreativ yanaşma nümayiş etdirir. (yaratmaq - yaradıcı təfəkkür)