Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Qərb Ölkələri Üzre Regionşünasliq Kafedrası

MSAMed.ve inc._T.Mehpare

Regionşünaslıq kafedrasının 13.09.2024 tarixli

 iclası (Protokol № 1)  ilə təsdiqlənmişdir

Kafedra müdiri____________prof.S.F.Əliyeva

Bölmə rəhbəri_____________dos.N.Hüseynova

Fənn Sillabusu

Fənnin adı:

Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və  incəsənəti

Akademik yarım il:

I

Fənnə ayrılan saatlar:

60

Tədris forması:

(ənənəvi/məsafədən)

Ənənəvi

Fənnin krediti:

5

Fənn müəllimi:

 

Müəl.Tajdehibonab Mehparə

Dil səviyyəsi/Fakültə

BM və Regionşünaslıq

Qrup:

Dərs saatları:

474

Məsləhət saatları

 

I-III gün, saat 12:00-13:00

 

Qrup nümayəndəsi:

 

Fənn müəlliminin

Elektron ünvanı:

[email protected]

         

 

Fənnin təsviri

 

ADU-nun Mərkəzi və Şərqi Avropaşünaslıq ixtisası üzrə IV kursda nəzərdə tutulmuş cari fənn “Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və incəsənəti”-nin tədrisinə həsr olunmuşdur. Fənnin həcmi 60 auditoriya saatını əhatə edir.  

Kursun tədrisi Mərkəzi və Şərqi Avropada yerləşən dövlətlərin mədəniyyət və incəsənətinin tədqiqinə həsr olunmuşdur. Mərkəzi və Şərqi Avropa regionu ən qədim maddi və mənəvi mədəniyyət abidələri ilə zəngin olan bir regiondur. Fənnin aktuallığı ondadır ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və incəsənəti Azərbaycanda hərtərəfli və sistemli araşdırılmamışdır.

Şərtlər

“Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və incəsənəti” fənninin daha ətraflı öyrənilməsi üçün azərbaycan, rus və ingilis dilindəki material və ədəbiyyatlar daha produktiv və məqsədəuyğun şəkildə istifadə edilməlidir.

Fənnin məqsədi

Kursun əsas məqsədi tələbələrə Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və incəsənəti  haqqında dərin və əsaslı biliklər verməkdən, nəzəri və praktiki əhəmiyyət kəsb edən bacarıq və qabiliyyətlərin onlarda yetişdirilməsindən ibarətdir.

Kurs tələbələrin Mərkəzi və Şərqi Avropa ölkələrinnin mədəniyyəti və incəsənəti haqqında elmi biliklərə, Mərkəzi və Şərqi Avropa ölkələrinnin mədəniyyəti və incəsənəti ilə bağlı mənbə və ədəbiyyatı təhlil etmək vərdişlərinə, Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və incəsənətinə aid problemlər ətrafında müzakirə aparmaq bacarığına malik olmalarını istəyir.

Fənn üzrə təlim nəticələri

Nəticə etibarı ilə kurs, sonda tələbələrdə aşağıdakı bilik, bacarıq, qabiliyyət və vərdişlərin formalaşmasına hədəflidir:

ü  Təhsil prosesində öz motivasiyası və məsuliyyətini  formalaşdırmağa dəstək olmaq,  tələbələrdə müstəqil və birgə işləmək bacarığını formalaşdırmaq;

ü  Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və incəsənəti haqqında elmi biliklər, bu ölkələrin mədəniyyəti ilə bağlı mənbə və ədəbiyyatı təhlil etmək vərdişləri aşılamaq;

ü  Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyət və incəsəntinə dair mövzular ətrafında müzakirə aparmaq bacarığını inkişaf etdirmək.  

ü  Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyət və incəsənətinin inkişaf mərhələləri haqqında məlumat vermək;

ü  Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və incəsənəti, adət və ənənələri haqqında elmi təsəvvürlər əldə etmək

ü  Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və incəsənəti ilə bağlı məlumatları əldə edib təhlil edərək müstəqil nəticə çıxarmaq; elmi obyektivliyi və tarixiliyi əsas götürərək əsas hadisələri qarşılıqlı əlaqədə və inkişaf prosesində  təhlil etmək;

ü  Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və incəsənətinin müxtəlif sahələrinin (musiqi, teatr, rəssamlıq, memarlıq, rəqs və s.) formalaşması və inkişafı haqqında biliklər əldə etmək

ü  Regiona miqrasiya axınının region ölkələrinin mədəniyyətinə təsirini tədqiq etmək

Qiymətləndirmə meyarları və mərhələləri

Təhsilalanların imtahana qədər topladığı bal 50 (bal), İmtahanda topladığı bal 50 bal olaraq hesablanır.

Qiymətləndirmə mərhələləri:          Dərslərdə aktiv iştirak  (cari qiymətləndirmə)  - 20 bal

                                                            Kollokvium - 10 bal

                                                            Sərbəst iş 10 bal

                                                            Davamiyyət  10 bal

                                                            İmtahan (aralıq qiymətləndirmə) 50 bal

İmtahan (aralıq qiymətləndirmə) Aralıq qiymətləndirmə kursun sonunda aparılır və onun təşkili forması mövcud şəraitə uyğun olaraq dəyişə bilər.

Qiymətləndirmə sistemi/meyarları

Tələbələr tədris zamanı plana uyğun olaraq əvvəlcədən verilmiş materialları oxumalı, müəllimin verdiyi mühazirə və əsas ədəbiyyatdan savayı əlavə mənbələrə müraciət edərək müstəqil araşdırma nəticəsində məşğələlərə aktiv şəkildə hazırlaşmalıdır. Əvvəlki mövzulara aid suallara cavab verməli və tədris müddətində aparılan müzakirələrdə fəal iştirak etməlidirlər. Yalnız mühazirə mətni ilə kifayətlənən tələbənin biliyi «8» balla qiymətləndiriləcək. Mühazirə mətni ilə yanaşı əlavə ədəbiyyatlara da üstünlük verən və düzgün analiz apara bilən tələbənin cavabı isə «9-10» balla qiymətləndiriləcək. Semestr ərzində hər tələbənin minimum 3 qiyməti olmalıdır. Tələbələr mütəmadi olaraq yazılı tapşırıqlar yazmalıdırlar.

 

Qiymətləndirmənin komponentləri

Dərslərdə aktiv iştirak: Dərslərdə aktiv iştirak 20 balla qiymətləndirilir.

Tarix: Qiymətləndirmə seminar dərslər vaxtı keçirilir.

Tapşırıq növü: Dərslərdə aktiv iştirak edən tələbələr semestr ərzində edilən qiymətləndirməyə birbaşa təsir edir. Tələbələrin mühazirə mətnlərini dərindən mənimsəməsi, həmçinin əlavə materiallar əsasında dərsə hazırlaşması onların yüksək bal almasına imkan verir.

Təsvir: Müzakirə interaktiv formada təşkil olunur. Tələbələr müzakirədə aktiv olmalıdırlar. Müzakirə olunan məsələ ilə bağlı fikir irəli sürməkdən çəkinməməlidirlər, hər hansı bir mövqeni düzgün sayırlarsa, bu mövqenin təsdiqinə arqument və dəlillər gətirməyi bacarmalıdırlar.

 

Kollokvium: 10 bal ilə qiymətləndirilir.

Tarix: Kollokvium 28 noyabr – 3 dekabr tarixləri arasında təşkil olunacaqdır.

Tapşırıq növü: Kollokvium keçirilən mövzular haqqında ümumi sorğu-sual, test və ya hər hansı bir keçirilən mövzu haqqında tələbənin hazırladığı prezentasiyanın təqdimatı və ya oxuduğu əlavə materialın danışılması formasında keçiriləcəkdir.

Təsvir: Tapşırıq – təqdimatların hazırlanması və ya mövzu ilə əlqədar kitab, məqalənin təhlili, formasında verilə bilər.

 

İmtahan: imtahan maksimum 50 bal ilə qiymətləndirilir.

Dəyəri: İmtahan yekun qiymətin 50%-ni təşkil edir.

Tarix: İmtahanın tarixi universitet rəhbərliyi tərəfindən müəyyən olunacaq.

Tapşırıq növü: Vəziyyətdən asılı olaraq imtahanın ənənəvi formatda, yazılı formada və ya rəhbərlik tərəfindən müəyyən edilən digər formada keçirilməsi mümkündür.

Müddəti: Cari vəziyyətdən asılı olaraq müəyyənləşir.

Cari qiymətləndirmənin cədvələ salınması

Ənənəvi dərslərdə aktiv iştirakına görə əlavə 20 bal əldə edir.

Davamiyyət gözləntiləri

 

Tələbələr tədris prosesinə ciddi yanaşmalı, gecikməməli və üzrsüz səbəbdən dərs buraxmamalıdırlar.

Sərbəst iş

Sərbəst işlər kiçik həcmli (2-3 səhifə) 10 ədəd məlumat sorğusu və ya geniş həcmli (6-10 səhifə) bir ətraflı araşdırma şəkildə hazırlana bilər. Sərbəst işlər habelə 8-10 slayd arası prezentasiya formasında da təqdim edilə bilər. Bundan başqa tələbələr kurs ilə əlaqədar münasib üslublu və məzmunlu kitab oxuya bilər. Kitablardan savayı mədəniyyət və incəsənət ilə əlaqədar sənədli filmlərin və realistik bədii filmlərin analizi də münasib variant kimi qəbul edilir. Qeyd edilən kitab və ya filmlərin seçilməsi və təsdiqi müəllimlə tələbənin qarşılıqlı məsləhətləşmələri və razılığı əsasında aparılır. Nəzərə çatdıraq ki, tələbənin istəyi ilə sərbəst iş üçün alternativ tapşırıqlar da müəyyən oluna bilər. Bütün sərbəst işlər təyin olunan vaxta qədər təhvil verilib, şifahi cavab verilməlidir. Tələbələr sərbəst işləri dərsdən kənar vaxtlarda, məsləhət saatları vaxtlarında təhvil verməlidirlər.

Tədris və təlim metodları

Kursun tədrisi zamanı əsasən interaktiv metodlardan istifadə olunacaq və bu metodlardan istifadə tələbələrə tədris olunan materialların daha yaxşı mənimsənilməsinə kömək edəcək. Mühazirələr, multimedia təqdimatlar, kiçik və böyük qrup müzakirələri, tələbələr tərəfindən hazırlanan təqdimatlar da daxil olmaqla müxtəlif tədris metodlarından istifadə olunur və təqdim olunan materialın daha dərindən mənimsənilməsi üçün deduktiv, induktiv və elmi müqayisə metodları geniş tətbiq olunur.

İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə materiallar)

Semestr ərzində keçirilən mühazirələr, təqdim ediləcək prezentasiyalar, əsas və əlavə ədəbiyyat siyahısı tələbələrə e-mail vasitəsilə ötürüləcək və ya MS Teams platformasının Files qovluğunda yerləşdiriləcək.

Kursun qiymətləndirilməsi/Tələbə rəyləri

Kursun əvvəlində və sonunda təşkil ediləcək sorğu tələbələrin fənn və tədrisə münasibətini müəyyən etməyə yönəldilib. Tələbələrin tədris ilə bağlı rəyləri vacib əhəmiyyət kəsb edir, məsələyə aşağıdan baxış fokusunu təşkil edir və növbəti illərdə buraxılan səhvlərin təkrarlanmamasını, yeni innovativ ideyaların isə əksinə yeridilməsinə şərait yaradır.

Kursun məzmununun müfəssəl təsviri

Dünya tarixində Mərkəzi və Şərqi Avropa dövlətləri öz mədəniyyətləriinin zənginliyi, rəngarəngliyi, müxtəlifliyi ilə fərqlənir və bu gün də öz müasirliyini qoruyub saxlayır. Təqdim olunan “Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və incəsənəti” kursu Mərkəzi və Şərqi Avropa dövlətlərinin qədim dövrdən müasir dövrə qədər olan mədəni dövrünü işıqlandıraraq, region ölkələrinin məşhur mədəni simalarının və abidələrinin tanınmasında mühüm rol oynayır. Fənnin tədris olunması tələbələrin dillərini öyrəndiyi regionun mədəniyyətinə daha da yaxından bələd olmaq və mədəniyyət tarixində baş vermiş hadisələri, o cümlədən mədəni abidələri, mədəni zənginlikləri mənimsəmək xarakteri daşıyır və gənclərin mənəvi və əxlaqi dəyərlərinin formalaşmasına aktiv təsir göstərir.

            Kursun əsas məqsədi yuxarıda sadalanan tədris vasitələrindən istifadə etməklə Mərkəzi və Şərqi Avropa ölkələrinin qədim mədəniyyətinin, ilk dövlətlərin, bu regionda müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin mədəniyyətlərinin ətraflı öyrədilməsindən ibarətdir.

Saat

Həftə

Modul/Bölmə/Fəsil

Təlim nəticələri

Oxu materialı

4 s

I həftə

 

Mövzu 1. “Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və  incəsənəti” fənninə giriş

- Fənnin əsas mahiyyəti, məqsədi, vəzifəsi, predmeti (semestr ərzində keçilən mövzuların təhlili), zərurəti, əhəmiyyəti.

- Fənnin mənbələri və prinsipləri (tarixilik, xronoloji ardıcıllıq, obyektivlik, elmilik, müasirlik)

- Mərkəzi və Şərqi Avropa ölkələrinin mədəniyyəti və incəsənəti fənninin qısa izahı

a. Mərkəzi və Şərqi Avropa ölkələrinin  mədəniyyəti və incəsənəti fənninin predmetini mənimsəmək

b. Fənnin öyrənilməsinin zərurəti və əhəmiyyətini dərk etmək

c. Fənnin öyrənilməsinin prinsip və mənbələri haqqında məlumat əldə etmək

1.Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010. Səh. 84-89

 

2.A.C.Seyidova., “Avropa mədəniyyəti və dünya sivilizasiyasına onun təsiri”. Metodik vəsait. Bakı 2015. Səh. 4-9

 

3.'Всеобщая история искусств. Том 2, книга первая' \Под общей редакцией Б.В. Веймарна и Ю.Д. Колпинского - Москва: Государственное издательство 'Искусство', 1960

4 s

II həftə

 

Mövzu 2. Mərkəzi və Şərqi Avropada mədəniyyətin formalaşması

-   Mərkəzi və Şərqi Avropada qədim slavyan xalqlarının mədəniyyəti. Paleolitdə Aşağı Volqa və Orta Uralda yaşayış məskənləri.

-  Şərqi Avropanın ən böyük ilkin feodal dövlətlərindən biri Volqa – Kama Bulqarıstanı.

-  E.ə. IV minilliyin sonu – III minilliyin əvvəlində zolaqlı keramika mədəniyyətini inkişaf etdirən neolitin tayfalar. Tunc dövründə Çexiyanın şimal hissəsində unetin mədəniyyəti.

- Slavyanların Balkan yarımadasından gəlməsi (VI-VII əsrlər) ilə əhalinin etnik tərkibində dəyişiklik.                                 Slavyanların Balkan yarımadasından gəlməsi (VI-VII əsrlər) ilə əhalinin etnik tərkibində dəyişiklik.

a. Qədim slavyan xalqlarının mədəniyyəti haqqında biliklər əldə etmək

 

b. Qədim mədəniyyətlərinin xarakterik xüsusiyyətlərini qruplaşdırmaq və təhlil etmək

1.Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010. Səh. 191-193

 

2.A.C.Seyidova., “Avropa mədəniyyəti və dünya sivilizasiyasına onun təsiri”. Metodik vəsait. Bakı 2015. Səh. 7-9

 

3.'Всеобщая история искусств. Том 2, книга первая' \Под общей редакцией Б.В. Веймарна и Ю.Д. Колпинского - Москва: Государственное издательство 'Искусство', 1960

4 s

III həftə

 

Mövzu 3. Mərkəzi və Şərqi Avropa ölkələrində İntibah dövrü mədəniyyəti

      İntibah incəsənətinin humanizm prinsipləri əsasında təşəkkül tapması. XV əsrdəki humanist hərəkatın İtaliyanın hüdudlarından Avropa ölkələrinə nüfuz etməsi.

       İtalyan sənətkarların, Mərkəzi və Şərqi Avropanı özləri üçün yeni və sərfəli fəaliyyət sahəsi kimi kəşf etməsi. İlk italyan memar-immiqrantlar Polşa və Macarıstanda. Krakovda İtalyan cəmiyyəti. Polşada xidmət göstərən italyan heykəltəraş və memar - Santi Quççi Fiorentino.

a. İntibah dövrü mədəniyyəti haqqında məlumatlar əldə etmək

 

b. İntibah dövründə formalaşan memarlıq məktəbləri, üslubları və memarlar haqqında məlumatlar əldə etmək

 

1.Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010. Səh. 272-276

 

2.A.C.Seyidova., “Avropa mədəniyyəti və dünya sivilizasiyasına onun təsiri”. Metodik vəsait. Bakı 2015. Səh. 23- 26

 

3. М. Дмитриева. Италия в Сарматии. Пути Ренессанса в Восточной Европе. Москва, 2015

 

4.'Всеобщая история искусств. Том 3' \под общей редакцией Колпинского Ю.Д. и Ротенберга Е.И. - Москва: Искусство, 1962

4 s

IV həftə

 

Mövzu 4. Mərkəzi və Şərqi Avropa ölkələrində barokko  üslubu

       Barokko üslubunun XVI əsrin sonlarında İtaliyada təşəkkül tapması.  Mərkəzi və Şərqi Avropada barokko üslubunda tikilən memarlıq nümunələri - Krumlov qəsri (Çexiyanın Cənubi Bohemiya vilayətində). Barokko-rokoko üslubunda inşa edilmiş (1744-1762) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı - Müqəddəs Georgi (Yur) arxikafedral kilsəsi (Lvov). 

 

a. Barokko üslubunda formalaşan memarlıq nümunələri və memarlar haqqında məlumatlar əldə etmək

 

b. Mərkəzi və Şərqi Avropada barokko üslubunda tikilən memarlıq nümunələrini araşdırmaq

 

1.Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010. Səh. 277-282

 

2.A.C.Seyidova., “Avropa mədəniyyəti və dünya sivilizasiyasına onun təsiri”. Metodik vəsait. Bakı 2015. Səh. 26-28

 

3.'Всеобщая история искусств. Том 4. Искусство 17-18 веков' \Под общей редакцией Ю.Д.Колпинского и Е.И.Ротенберга - Москва: Искусство, 1963

4 s

V həftə

 

 

Mövzu 5. Mərkəzi və Şərqi Avropa ölkələri mədəniyyətində memarlıq

      XII-XIII əsrlərdə Qədim Rusiyada maarif mərkəzləri. X-XI əsrlərdə Kiyevdə tikilmiş daş məbədlər.

      X-XI əsr Çexiya memarlığı

      Bosniyada müxtəlif relyefli təsvirlərlə bəzədilmiş qəbirüstü abidələr.

       Rus mədəniyyətində yaranmış yüksəliş, XIX əsr rus mədəniyyətinin qızıl dövrü kimi.

       XIX əsr Polşa mədəniyyətində vətənpərvərlik ideyaları.

      

a. Mərkəzi və Şərqi Avropa ərazisində qədim dövr memarlığının inkişaf istiqamətləri haqqında məlumatlar əldə etmək

 

b. Mərkəzi və Şərqi Avropa ölkələrində memarlığın fərqli xüsusiyyətlərini araşdırmaq

1.Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010. Səh. 296-297

 

2. A. C. Seyidova., “Avropa mədəniyyəti və dünya sivilizasiyasına onun təsiri”. Metodik vəsait. Bakı 2015. Səh. 29-33

 

3. Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Dərslik. Bakı, MSA, 2012. Səh. 23-25, 49-52

 

4.'Всеобщая история искусств. Том 5. Искусство 19 века' \под общей редакцией Ю.Д. Колпинского и Н.В.Яворской - Москва: Искусство, 1964

4 s

VI həftə

 

Mövzu 6. Mərkəzi və Şərqi Avropa ölkələri mədəniyyətində heykəltəraşlıq

       X-XI əsrlərdə qədim Kiyev məbədlərinin monumental rəngkarlığı - mozayka və freskalar.

       XIII əsrin sonunda Polşada nəhəng şəhər tikililəri. XIII-XV əsrlərdə Poznanda, XIV-XV əsrlərdə Qdanskda ratuşalar.

      IX-X əsrdə Xorvatiyada relyef heykəltəraşlığı.

      Bolqarıstan incəsənətində yeni mərhələ.

     1870-ci ildə Zaqreb Balkanın mədəniyyət mərkəzlərindən biri kimi.

      XIX əsrin 70-ci illərindən heykəltəraşlıq məktəbinin inkişafı.  

a. Mərkəzi və Şərqi Avropa ölkələrində  heykəltaraşlığın inkişaf xüsusiyyətlərinin tarixi aspektlərini müəyyənləşdirmək

 

b. Heykəltaraşlıqda mövcud olan üslubların nümunələr əsasında izah etmək

1.Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010. Səh. 296-297

 

2. A. C. Seyidova., “Avropa mədəniyyəti və dünya sivilizasiyasına onun təsiri”. Metodik vəsait. Bakı 2015. Səh. 29-33

3. Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Dərslik. Bakı, MSA, 2012. Səh. 23-25, 49-52

 

4.'Всеобщая история искусств. Том 2, книга первая' \Под общей редакцией Б.В. Веймарна и Ю.Д. Колпинского - Москва: Государственное издательство 'Искусство', 1960

4 s

VII həftə

 

Mövzu 7. Mərkəzi və Şərqi Avropa ölkələri mədəniyyətində rəssamlıq və təsviri sənət

     XII əsrin sonundan başlayaraq Serb memarlığında Raşki məktəbi adlanan vahid istiqamət.

     Rusiyada XIX əsrin I yarısında rəssamlıqda başlıca istiqamət – klassisizm.

     Rumıniyada realistik incəsənətin nümayəndələri patriot rəssamlar – İon Nequliç, Barbu Lskovski və Konstantin Rozentaliya yaradıcılığı.

     XIX əsrdə Çexiyada təsviri sənət. Praqa Rəssamlıq Akademiyası.    

    XIX əsrin əvvəllərindən Cənub-Şərqi Avropada başlamış milli-azadlıq hərəkatlarının bu ölkələrin incəsənətində də öz əksini tapması.        

     XIX-XX əsrlərdə Macarıstanda rəngkarlığın inkişafında mühüm yer tutan portret və mənzərə janrı.

a. Mərkəzi və Şərqi Avropada təsviri sənətin inkişaf xüsusiyyətlərini müəyyən etmək

b. Mərkəzi və Şərqi Avropada rəssamlıq məktəblərinin yaradılması, i rəssamların yaradıcılığını müəyyənləşdirmək

 

1. Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010. Səh. 314-330

 

2. A. C. Seyidova., “Avropa mədəniyyəti və dünya sivilizasiyasına onun təsiri”. Metodik vəsait. Bakı 2015. Səh. 29-33

 

3. Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Dərslik. Bakı, MSA, 2012. Səh. 23-25, 49-52

 

4.'Всеобщая история искусств. Том 5. Искусство 19 века' \под общей редакцией Ю.Д. Колпинского и Н.В.Яворской - Москва: Искусство, 1964

 

 

5.Культура народов Центральной и Юго-Восточной Европы XVIII–XIX вв. М., 1990

4 s

VIII həftə

 

Mövzu 8.  Mərkəzi və Şərqi Avropa ölkələri mədəniyyətində ikona sənəti

     İkona - duaetmə təcəssümü və lövhələrdə həkk edilmiş dini (xristian dininin), müqəddəslərin tərənnüm və təzim olunma vasitəsi.

     Rusiyada daş memarlığının yüksək həddə çatması ilə monumental və dəzgah (ikonalar) rəngkarlığının inkişafı.

    XV əsrdə Ukraynada ikona təsvirlərinın inkişafı.    Çexiya və Avropa rəngkarlığında xüsusi yeri olan Vişebrodsk altarının ikonası.

     Serb monumental rəngkarlıqda ikona üslubunun təsiri.

 

a. İkona sənəti haqqında biliklər əldə etmək

 

 

b. Mərkəzi və Şərqi Avropa ölkələrində ikona üslubunun rəngkarlığa təsirini müəyyənləşdirmək

1.Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010. Səh. 193-203

 

2.Иcтория иконописи VI -XX веka. ИП Верхов С.И., 2014

 

3. https://www.pravmir.ru/ikona-2/

 

4.'Всеобщая история искусств. Том 5. Искусство 19 века' \под общей редакцией Ю.Д. Колпинского и Н.В.Яворской - Москва: Искусство, 1964

4 s

IX həftə

 

Mövzu 9. Mərkəzi və Şərqi Avropa ölkələri mədəniyyətində musiqi sənəti

       Ukrayna musiqi mədəniyyətinin mənşəyi -  Kiyev Rus dövləti müsiqisi. Musiqi mədəniyyətinin mərkəzi Kiyev Mogila Akademiyası.

      Bolqar xalq musiqisində diatonik düzülüş.     

      X-XI əsrlərdə Xorvatiyada professional musiqinin inkişafı, XVI-XVII əsrlərdə əsas çiçəklənmə dövrü.

     Dünya şöhrətli polyak bəstəkarı, pianoçu - Frederik Şopen. XX əsrin birinci yarısında Rumıniyada bəstəkarlıq məktəbi.

     

a. Mərkəzi və Şərqi Avropa ölkələrində musiqi mədəniyyətinin formalaşma xüsusiyyətlərini müəyyənləşdirmək

 

b. Mərkəzi və Şərqi Avropa ölkələrində ilk musiqi növləri haqqında məlumat əldə etmək

1.Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010. Səh. 193-203, 314-330

 

2. Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Dərslik. Bakı, MSA, 2012 .Səh. 69-71

 

3.https://texts.news/istoriya-uchebniki-vsemirnaya/muzyika-vostochnoevropeyskih-balkanskih-56773.html

 

4.'Всеобщая история искусств. Том 5. Искусство 19 века' \под общей редакцией Ю.Д. Колпинского и Н.В.Яворской - Москва: Искусство, 1964

4 s

X həftə

 

Mövzu 10. Mərkəzi və Şərqi Avropa ölkələri mədəniyyətində teatr

      Xorvatiyada XIV-XV əsrlərdə misteriyaların tamaşaya qoyulması.     

      Polşada ilk peşəkar teatr (1765).  XVIII əsrin sonu Çexiyada teatr. Bolqarıstanda dağ kəndlərində teatr oyunu “kukeri”.

       XIX əsrin sonu - XX əsrin əvvəllərində Mərkəzi və Şərqi Avropa ölkələrində peşəkar teatrların yaranması.

      

a. Mərkəzi və Şərqi Avropa ölkələrində teatrın inkişaf tarixini öyrənmək

 

 b. Müasir dövrdə teatr tamaşaları, teatr mövzuları və aktyorların yaradıcılıqları haqqında məlumatları  araşdırmaq

1.Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010. Səh. 193-203, 314-330

2. Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Dərslik. Bakı, MSA, 2012. Səh. 91-95

3.https://yunc.org/Театр_стран_Восточной_и_Юго-Восточной_Европы

4.https://yunc.org/Театр_стран_социалистического_содружества

 

4 s

XI həftə

 

Mövzu 11. Mərkəzi və Şərqi Avropa ölkələri mədəniyyətində kinomatoqrafiya sənəti

       Mərkəzi və Şərqi Avropa ölkələrində ilk sənədli və xronika filmləri.

       Mərkəzi və Şərqi Avropa ölkələrində ilk bədli filmlər.

       XX əsrin 60-70-ci illərində Mərkəzi və Şərqi Avropa ölkələrində filmlərin başlıca istiqamətində faşizmə və müharibə əleyhinə mübarizə, həyat həqiqətlərinin real təsviri, insan münasibətlərinin mürəkkəbliyi, müasirlik və s.

 KOLLOKVİUM – keçirilən bütün mövzular üzrə materialların təkrarı     

 

a. Mərkəzi və Şərqi Avropa ölkələrində kinematoqrafiyanın  yaranması və inkişaf mərhələlərini müəyyənləşdirmək

 

b. Müasir Mərkəzi və Şərqi Avropa ölkələrində filmlər və kino rejissorlarının yaradıcılıqları haqqında məlumatlar əldə etmək

 

1. Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Dərslik. Bakı, MSA, 2012. Səh. 105-110

 

2.https://studfiles.net/preview/5597204/page:22/

 

3.kinoart.ru/archive/2008/08/n8-article19

 

4.'Всеобщая история искусств. Том 5. Искусство 19 века' \под общей редакцией Ю.Д. Колпинского и Н.В.Яворской - Москва: Искусство, 1964

4 s

XII həftə

 

Mövzu 12. Mərkəzi və Şərqi Avropa ölkələrində dinin mədəniyyətə təsiri

       Orta əsrlər Avropasında hakim mövqe tutan xristian dininin o dövr mədəniyyətinin digər sahələri içərisində aparıcı rolu. Xristianlığın yalnız kilsə formasında mövcud olması, əsas atributunun məhz kilsə olması, yeni memarlıq üslublarının – roman və qotikanın yaranması.

       Mərkəzi və Şərqi Avropa ölkələrində xristian dininin yayılması ilə əlaqədar memarlıqda roman və qotika üslubları.

       XII-XIV əsrlərdə Novqorod kilsə oxuma məktəbi.

a. Xristian dininin mədəniyyət sahələri arasında aparıcı rol oynaması baxımından qiymətləndirilməsihaqqında əsaslı nəticələr əldə etmək

 

b. Roman və qotik üslublarını müqayisəli təhlil etmək

1.Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010 Səh. 174-181.

2.A.C.Seyidova., “Avropa mədəniyyəti və dünya sivilizasiyasına onun təsiri”. Metodik vəsait. Bakı 2015. Səh. 21-22

3. Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Dərslik. Bakı, MSA, 2012 Səh. 43-45

4.Культурология (сост.А.А.Радугин). М.,1999

5. Левящ. Культурология. Уч.пос. Минск, 2000

4 s

XIII- həftə

 

 

Mövzu 13. Mərkəzi və Şərqi Avropa ölkələrində XX əsr mədəniyyəti

      1917-ci ildə Rusiyada baş verən Oktyabr Sosialist inqilabından sonra  yeni mədəniyyət – proletar mədəniyyətinin təşkili məqsədilə silsilə tədbirlər kompleksi.

       Mərkəzi və Şərqi Avropa ölkələrində II Dünya müharibəsini əhatə edən 1941-45-ci illər mədəniyyət müəssisələri sistemində incəsənətdə yeni məzmun, forma və metodlar. Mədəniyyətə «60-cı»ların gəlişi.

        Şərqi Avropa respublikaları ilə SSRİ arasında sıx mədəni əməkdaşlıq.

       Sosialist sistemin dağılmasından sonra Mərkəzi və Şərqi Avropa ölkələrində mədəniyyət və incəsənət.

a.Mərkəzi və Şərqi Avropada XX əsr mədəniyyəti haqqında ümumi biliklər əldə etmək    

 

b. Şərqi Avropa ölkələri ilə SSRİ arasında mədəni əməkdaşlığın inkişafını öyrənmək

1.Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Bakı, 2010. Səh. 330-346

 

2. Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Dərslik. Bakı, MSA, 2012. Səh. 26-30, 53-55

 

3.'Всеобщая история искусств. Том 6, книга вторая. Искусство 20 века' \под общей редакцией и Б. В. Веймарна и Ю. Д. Колпинского - Москва: Искусство, 1966

 

4.'Всеобщая история искусств. Том 5. Искусство 19 века' \под общей редакцией Ю.Д. Колпинского и Н.В.Яворской - Москва: Искусство, 1964

4 s

XIV

həftə

 

Mövzu 14. Mərkəzi və Şərqi Avropa ölkələrində müasir mədəniyyət müəssisələri

       Mərkəzi və Şərqi Avropada bir çox mühüm mədəniyyət müəssisəsi - Budapeştdə yerləşən müasir incəsənət mərkəzi – Ludviq Muzeyi. 

       Estoniyada (Tallin) Baltikyanı ölkələrdə ən böyük, Kumu incəsənət muzeyi.

       Xorvatiyanın ən böyük və ən texnoloji təchizatlı Modern İncəsənət Muzeyi.

      

a. Milli irsin mühafizə olunmasında muzey və qalereyaların rolunu araşdırmaq

 

b. Mərkəzi və Şərqi Avropa ölkələrində yerləşən təbii-tarixi muzeylərin fəaliyyət prinsiplərini araşdırmaq

1. Никишин Н.А. Музейные средства: знаки и символы // Музейная экспозиция. На пути к музею ХХI века: сб. науч. тр. М., 1997. С. 41–49.

2.Мартынов А. И. Краеведческий музей как научный центр региона // Теория и практика музейного дела в России на рубеже ХХ–ХХI веков: сб.ст. М., 2001

3.thewallmagazine.ru/art-of-europe/

4 s

XV

həftə

 

Mövzu 15. Mərkəzi və Şərqi Avropa ölkələri və Azərbaycan arasında mədəni münasibətlər

        Azərbaycan mədəniyyətinin dünyaya yüksək sürətlə inteqrasiyası. Mərkəzi və Şərqi Avropa ölkələrində keçirilən Azərbaycan mədəniyyəti günlərinin son illər davamlı xarakter alması.

        İkitərəfli mədəni əlaqələrin davam etdirilməsində bir çox ölkələrlə, eyni zamanda, postsovet məkanını təmsil edən respublikalardan Belarus, Moldova, Ukrayna ilə mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişlərin bağlanması.

a. İkitərəfli mədəni əlaqələrin tarixi köklərini araşdırmaq

 

b. Müasir dövrdə ölkələrarası mədəni əlaqələrin inkişafını öyrənmək

1.Məmmədov Eldar Əsəd oğlu. “Müasir dovrdə Azərbaycan və Rusiya əlaqələri”. Bakı, “Yazıçı” nəşriyyatı, 2014

 

2. Hürriyyət. 26-28 oktyabr. 2019. Səh.14.

 

3.https://sesqazeti.az/news/kivdf/366534.html

 

4.https://sesqazeti.az/news/kivdf/368635.html

 

5.https://azerbaijan.mfa.gov.ua/az/osvita-ta-kulturno-gumanitarne-spivrobitnictvo/324-kulyturno-gumanitarne-spivrobitnictvo-mizh-ukrajinoju-ta-azerbajdzhanom

 

Cəmi 60 saat

 

 

 

Müəllif hüquqları

Semestr ərzində tələbələrə çatdırılan bütün materiallar, habelə müəllimin etdiyi çıxışlar onun əqli mülkiyyəti hesab olunduğundan onun icazəsi olmadan digər tələbələrə, müəllimlərə və təhsil sferasından kənar fiziki və hüquqi şəxslərə ötürülə bilməz.

 

Müəllim:              M.K.Tajdehibonab