Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Qərb Ölkələri Üzre Regionşünasliq Kafedrası

Sillabus Norvechin xarici siyasəti 2025 Ulviyye Polad

Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının

14.02.2025 tarixli Iclası (Protokol № 7)  ilə təsdiqlənmişdir

Kafedra müdiri_______________prof.S.F.Əliyeva

 

 

Fənn Sillabusu

Fənnin adı:

Norveçin xarici siyasəti

Akademik yarım il:

II

Fənnə ayrılan saatlar:

45 saat

Tədris forması:

əyani

Fənnin krediti:

4

Fənn müəllimi:

 

Yaşarlı Poladxanlı Ülviyyə Poladxan qızı

Dil səviyyəsi/Fakültə

Beynəlxalq münasibətlər və Regionşünaslıq

Qrup:

Dərs saatları:

367

Məsləhət saatları

I-III gün 11:00

 

Fənn üzrə bölmə rəhbəri:

Sara Ələsgərova

Fənn müəlliminin

e-poçt ünvanı

[email protected]

Tərtib etdi:

əllimin adı, soyadı, ata adı :

 

Ü.P.Yaşarlı

İmza  :

 

Fənnin təsviri

ADU – nun BM və Regionşünaslıq fakültəsinin Norveçşünaslıq ixtisası üzrə III kursda  nəzərdə tutulmuş cari fənn Norveç Krallığının xarici siyasətinin nəzəri və təcrübi əsaslarını əhatə edir. Kurs ümumi xarici siyasət sferasına aid nəzəri və konseptual anlayışları mənimsəyib, onları Norveçin xarici siyasəti nümunəsində tədbiq edir. Tədris prosesində Norveç Krallığının xarici siyasətinin konseptual əsasları və prioritetləri, Beynəlxalq enerji təhlükəsizliyində və beynəlxalq sülhün təmin olunmasında Norveç Krallığının rolu və onun beynəlxalq təşkilatlarda iştirakı, Norveçin xarici siyasətində “yumşaq güc” amili, Norveçin Arktikada yürütdüyü siyasət, və s. məsələlər öyrənilir. Bütün bunlarla yanaşı semestr ərzində Norveçin Avropa ölkələri, ABŞ, Rusiya, Azərbaycan kimi ölkələr ilə münasibətlərinin təhlilinə  diqqət ayrılır.

Şərtlər

Norveç Krallığının xarici siyasəti fənninin daha ətraflı öyrənilməsi üçün Azərbaycan, Norveç, rus və ingilis dillərindəki material və ədəbiyyatlar daha produktiv və məqsədəuyğun şəkildə istifadə edilməlidir.

Fənnin məqsədi

Kursun əsas məqsədi tələbələrə Norveç Krallığının xarici siyasəti haqqında dərin və əsaslı biliklər verməkdən, nəzəri və praktiki əhəmiyyət kəsb edən bacarıq və qabiliyyətlərin onlarda yetişdirilməsindən ibarətdir. Kurs Norveçin xarici siyasətində baş verən əsas hadisələrin sistemli və kompleks şəkildə analiz olunaraq qarşılıqlı asılı formada dərk edilmə bacarığını və vərdişini tələbələrdə yetişdirməyə yönəlib.

Fənnin sonunda tələbə aşağıdakı kompetensiyalara yiyələnməlidir:

- PK-1- Müasir dünyanın siyasi xəritəsi, siyasi-ərazi strukturu, onun dinamikası və bütün qitələr üzrə ən yeni transformasiyalar haqqında adekvat təsəvvürə malik olaraq, coğrafi biliklər və arqumentlər əsasında beynəlxalq siyasi prosesləri təhlil edir və qiymətləndirməyi bacarır;

PK-6- Region dövlətlərinin xarici siyasət mexanizmi, xarici siyasət sahəsində qərarların qəbul edilməsi prosesinin mərhələləri və bu prosesə təsir edən amilləri təhlil edir; xarici siyasətin əsas prinsipləri, prioritetləri, istiqamətləri, müxtəlif dövlətlərlə siyasi, hərbi, diplomatik, iqtisadi və mədəni sahələrdə ikitərəfli münasibətləri, beynəlxalq təşkilatlarla əlaqələri,enerji siyasəti və onun regional və beynəlxalq münasibətlər sisteminə təsirini təhlil edir; xarici siyasətin qarşısında duran əsas çağırışları, riskləri və problemləri müəyyən edir; xarici siyasətin həyata keçirilən əsas istiqamətləri üzrə ilin proqnozlaşdırmanı bacarır.

İxtisas proqramının təlim nəticələri:

 

PTN 1. Yüksək yaradıcı və tənqidi təfəkkürə, vətənpərvərliyə, geniş erudisiyaya, sosail-siyasi məsuliyyətə, yazılı və şifahi nitq vərdişlərinə, liderlik qabiliyyətinə yiyələnir, bir neçə xarici dildən sərbəst istifadə etməyi bacarır.

PTN 2. Fiziki və mədəni coğrafi amillərin daxili və xarici siyasi proseslərə təsiri, onlar arasında qarşılıqlı əlaqəni və asılılığı müəyyən edə bilir, bu amillərin münaqişənin, mədəni sosial-proseslərin inkişafında rolunu təhlil etməyi bacarır.

PTN 3. Norveçdə baş verən hadisə, proses və təzahürləri təhlil edərkən bu sahədə öyrəndiyi tarixi biliklərdən istifadə etmək bacarır, müasir siyasi proseslərlə bağlı irəli sürdüyü fikirləri arqumentləşdirmək üçün beynəlxalq münasibətlər və region tarixindən mənimsədiyi biliklərdən istifadə etməyi bacarır.

PTN 4. Norveçdə müasir beynəlxalq münasibətlər sistemini, region dövlətlərinin xarici siyasət prioritetlərini müqayisəli əsasda təhlil etməyi, bu məqsədlə siyasi təlimlərdən, nəzəriyyələrdən istifadə etməyi bacarır.

PTN 5.  Çağdaş beynəlxalq siyasi prosesləri və siyasi institutların fəaliyyətini qiymətləndirmək, habelə mühakimələr və proqnozlar irəli sürməyi bacarır. Dünyanın müxtəlif regionlarında reallaşan inteqrasiyas proseslərini müqayisəli əsasda tənqidi təhlil edir, əsas problemləri və çağırışları nəzəri təhlil edir, əsas problemləri müəyyən etməyi və bütövlükdə regional inteqrasiya proseslərinin inkişaf perspektivinə dair proqnozlar irəli sürməyi bacarır. Regionda müasir dövlətlərarası münasibətlərin əsas problemlərini və çağırışlarını nəzəri təhlil etməyi bacarır.

PTN 6. Region dövlətlərinin xarici siyasətlərinin konseptual əsaslarını, priorotetlərini və istiqamətlərini izah etməyi və əsaslandırmağı bacarır, bu sahədə dərin təhlillər aparmaq səriştəsi var; bütün diplomatik sənədləri tərtib və icra etmək, diplomatik sahədə fəaliyyət göstərmək üçün zəruri beynəlxalq sənədləri və normaları tətbiq etmək bacarığı var; ölkə xaricində diplomatik strukturların işini təşkil və idarə etməyi bacarır.

 

Fənn üzrə təlim nəticələri

Nəticə etibarı ilə kurs, sonda tələbələrdə aşağıdakı bilik, bacarıq, qabiliyyət və vərdişlərin formalaşmasına hədəflidir:

a)       Norveç Krallığının xarici siyasət fəaliyyətinin məzmunu, prinsipləri və əsas istiqamətlərini təhlil etmək, xarici siyasətdə əməkdaşlığın çatışmazlıqları və uğursuzluqları müəyyənləşdirmə  bacarığını yaradır;

b)      Norveç Krallığının xarici siyasətinin formalaşmasında ictimai fikir, beyin mərkəzləri və maraq qruplarının oynadığı rolun düzgün müəyyənləşdirilmə bacarığını aşılayır;

c)       Norveç Krallığının xarici siyasətinin formalaşmasına iqtisadi, dini, mədəni, ideoloji, sosial aspektlərin təsir limitlərini müəyyən edir;

d)      Norveç Krallığının milli maraqlar sferasına daxil regionların tarixi təkamülünü retrospektiv analiz etmə və cari prioritet regionların müəyyən edilmə qabiliyyətini formalaşdırır;

e)       Norveç Krallığının dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərinin rəqabət və əməkdaşlıq kontekstində təhlil etməyi bacarır

Qiymətləndirmə meyarları və mərhələləri

Təhsilalanların imtahana qədər topladığı bal 50 (bal), İmtahanda topladığı bal 50 bal olaraq hesablanır.

                                                            Dərslərdə aktiv iştirak (cari) - 20 bal

                                                            Kollokvium (aralıq qiymət)- 10 bal

                                                           Sərbəst iş - 10 bal

                                                           Davamiyyət - 10 bal

                                                            İmtahan (yekun qiymətləndirmə) - 50 bal

Fənnin yekun qiyməti tələbənin semestr boyu topladığı bal (cari) ilə imtahan zamanı əldə etdiyi balın toplanılması ilə formalaşır.

Qiymətləndirmə sistemi/meyarları

 

İmtahan (yekun qiymətləndirmə) 

İmtan kursun sonunda aparılır. İmtahan yazılı formada təşkil olunur. Hər bilet 5 sualdan ibarət olur. Suallar 10 ballıq qiymətləndirmə əsasında aparılır. Hər suala maksimum 10 bal verilir. Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. İmtahan yazı işləri ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

Semestr nəticəsinə görə qiymətləndirmə

Tələbənin yekun biliyi maksi­mum 100 balla qiy­mət­lən­di­ri­lir. Bundan maksimum 50 balı tələbə se­mestr ərzində, maksimum 50 balı isə im­tahanda toplayır.

Fənn üzrə semestr ərzində top­lanmış balın yekun miqdarına gö­rə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiy­mət­ləndirilir:

 

Ballar

Qiymət

Hərfi işarəsi

0-50

Qeyri-kafi

F

51-60

Qənaətbəxş

E

61-70

Kafi

D

71-80

Yaxşı

C

81-90

Çox yaxşı

B

91-100

Əla

A

 

Qiymətləndirmənin komponentləri

Cari qiymətləndirmə

Tələbələr tədris zamanı plana uyğun olaraq əvvəlcədən verilmiş materialları oxumalı, müəllimin verdiyi mühazirə və əsas ədəbiyyatdan savayı əlavə mənbələrə müraciət edərək müstəqil araşdırma nəticəsində məşğələlərə aktiv şəkildə hazırlaşmalıdır. Əvvəlki mövzulara aid suallara cavab verməli və tədris müddətində aparılan müzakirələrdə fəal iştirak etməlidirlər.

Cari qiymətləndirmə ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

Kollokvium

Kollokvium  7-11 aprel tarixləri ərzində keçirilir. Qiymətləndirilmə test tapşırıqları, quiz və ya açıq sual formasında olur. Semestr boyu tələbələr bir kollokvium verir və 10 bal qazanır.

Kollokvium sualları:

1.       Xarici siyasət anlayışı

2.       Norveç Krallığının xarici siyasətinin konseptual əsasları və prioritetləri

3.       Norveçin xarici siyasətinin formalaşmasında tarix amili

4.       Norveç Krallığının xarici siyasətində “yumşaq güc” amili

5.       Norveçin sülh siyasətinin hüquqi və konseptual əsasları

6.       Norveç Krallığının xarici iqtisadi əlaqələri

 

 

Davamiyyət gözləntiləri və dərsdə fəal iştirak

Tələbələr tədris prosesinə ciddi yanaşmalı, gecikməməli və üzürsüz səbəbdən dərs buraxmamalıdırlar.  Fənnə ayrılan saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.

Sərbəst iş

Sərbəst işlər geniş həcmli (10 səhifə) ətraflı araşdırma şəkildə, habelə 8-10 slayd arası (mövzunu əhatə edəcək, geniş) prezentasiya formasında da təqdim edilə bilər. Tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənnin tədris edən müəllim tərəfindən müəyyən edilir. Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məhsulu olduğuna görə, istifadə edilmiş mənbə göstərilməli və plagiata yol verilməməlidir! Bundan savayı tələbələr kurs ilə əlaqədar münasib üslublu və məzmunlu kitab oxuya bilər. Sərbəst iş mövzularının seçilməsi və təsdiqi müəllimlə tələbənin qarşılıqlı məsləhətləşmələri və razılığı əsasında aparılır.

Bütün sərbəst işlər 1 may 2025-ci il, saat 17:00 qədər təhvil verilməli və müəllimlə razılaşdırılan vaxt şifahi cavab verilməlidir. Tələbələr sərbəst işləri dərsdən kənar vaxtlarda, məsləhət saatları vaxtlarında təhvil verir. Tövsiyyə olunan kitablar həm yazılı həm də şifahi formada təhvil alınır.

 

 

 

 

TÖVSİYYYƏ OLUNAN SƏRBƏST İŞLƏR üzrə kitablar

1.       Norsk Utenrikspolitisk Idehistorie 1890-1940 bok

https://www.researchgate.net/publication/299750616_Norsk_Utenrikspolitisk_Idehistorie_1890-1940

2.       Norway”s Foreign and security Policy: A challenging Mix of Realism and Idealism – Ann Marie Ekengren https://www.ui.se/globalassets/ui.se-eng/publications/ui-publications/2022/ui- brief-no.-8-2022.pdf

3.       Opportunities for All Human Rights in Norway”s Foreign Policy and Development Coorperation – Norwegian Ministry of Foreign Affairs https://www.regjeringen.no/contentassets/261f255d028b42cab91ad099ee3f99fc/en- gb/pdfs/stm201420150010000engpdfs.pdf

.

Tədris və təlim metodları

Analiz, sintez, analogiya və müqayisə metodundan geniş istifadə edilməlidir. Deduktiv metoda istinadən ümumqəbul edilmiş yanaşma və konsepsiyaların konkret hallara tətbiq edib, mühüm əqlinəticələrə nail olmaq lazımdır. İnduktiv metoda istinad edərək retrospektiv bucaqdan empirik müşahidə nəticəsində müəyyən edilmiş faktların ümumiləşdirilərək yeni baxışa çevrilməsi zəruridir. Dərslərin interaktiv, müzakirə və kiçik konfrans formasında keçirilməsi məsləhətlidir. Kursun tədrisi zamanı əsasən interaktiv metodlarla, yanaşı digər metodlardan da istifadə ediləcək və bu metodlardan istifadə etməklə tələbələr tədris olunan materialları daha yaxşı mənimsəyəcəklər. Kursun tədrisi zamanı müxtəlif təqdimatlardan, film və videolardan istifadə ediləcək, müxtəlif oyunlar və yarışlar vasitəsi ilə tələbələrin bilikləri daha da möhkəmləndiriləcək, müxtəlif yazı işləri vasitəsilə onların fərdi düşünmə və ədəbiyyatla müstəqil işləmə bacarıqları inkişaf etdiriləcək.

 

 

Xüsusi qayğıya  ehtiyacı olan tələbələrlə iş

Şəxslərin sosiallaşması və cəmiyyətə uğurlu inteqrasiyasını həyata keçirmək üçün müvafiq metodlar seçir;

Ø Ətrafdakılarla əlverişli sosial əlaqələrin qurulmasına dəstək verir;

Ø Fərdi proqramı reallaşdırmaq üçün yeni təlim metodlarından müvafiq şəkildə istifadə edir;

Ø Dərs materiallarının daha sadə və asan anlaşılan şəkildə təqdim edilir;

Ø Xüsusi qayğıya ehtiyacı olan tələblərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmalar tətbiq edir;

Ø Yüksək akademik göstəriciləri olan tələbələrə onların öz təşəbbüsləri əsasında əlavə məsləhət saatları təyin edir.

 

İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə materiallar)

Semestr ərzində keçirilən mövzuların planları, təqdim ediləcək prezentasiyalar, əsas və əlavə ədəbiyyat siyahısı tələbələrə e-mail vasitəsilə ötürüləcək.

 

Kursun qiymətləndirilməsi/Tələbə rəyləri

Kursun əvvəlində və sonunda təşkil ediləcək sorğu tələbələrin fənn və tədrisə münasibətini müəyyən etməyə yönəlmişdir. Tələbələrin tədris ilə bağlı rəyləri vacib əhəmiyyət kəsb edir, məsələyə aşağıdan baxış fokusunu təşkil edir və növbəti illərdə buraxılan səhvlərin təkrarlanmamasına, yeni innovativ ideyaların tətbiq edilməsinə şərait yaradır.


Ədəbiyyat siyaısı

1. Stenersen Ø. və Libæk I. “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009

2.Maagerø E., Simonsen B. “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013

3.Riste O.Norway’s foreign relations. A history, Universitetsforlaget: Oslo, 2005

4.Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

5. The Research Council of Norway. Research on International Relations, foreign policy and Norwegian interests. Norges forskningsråd, 2017

6.Norway”s Foreign and security Policy: A challenging Mix of Realism and Idealism – Ann Marie Ekengren

 

Saat

Həftə

Modul/Bölmə/Fəsil

Təlim nəticələri

Oxu materialı

Tapşırıq

I həftə

2 saat

 

 

Mövzu 1. “Norveçin xarici siyasəti” fənninin predmeti  və tədrisinin əhəmiyyəti

 

Ø  “Norveçin xarici siyasəti” fənninin obyekti və predmeti, digər fənlərlə əlaqəsi. 

Ø  Fənnin tədrisinin məqsəd və vəzifələri, praktiki əhəmiyyəti.

Ø  Fənnin  mənbəşünaslıq  və tarixşünaslıq bazası.

Ø  Kursun xronoloji sərhədləri. Fənnin öyrənilməsinin zərurəti, obyektivlik, xronoloji ardıcıllıq, elmilik, müasirlik, müasir şəraitə uyğunluq prinsipi – kompleks yanaşma və tamamlama prinsipləri.

a.Norveçin xarici siyasətinin fərqli nəzəri prizmalardan təhlil etməyi bacarır

 

b.         Norveçin müasir xarici siyasətinin formalaşmasında aparıcı tarixi məqamları müəyyən etmə qabiliyyətini aşılayır

1. Stenersen Ø. və Libæk I. “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009

1.    2.Maagerø E., Simonsen B. “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013

 

2.    3.Riste O.Norway’s foreign relations. A history, Universitetsforlaget: Oslo, 2005

 

3.    4.Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

 

4.    5. The Research Council of Norway. Research on International Relations, foreign policy and Norwegian interests. Norges forskningsråd, 2017

 

5.     

6.    1. Xarici siyasətin tərifi  haqqında C.Modelski, H.Kissincer, J.Nay, N.Makiavellinin və digər siyasi xadimlərin fikirləri haqqında debat keçirmək

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

II-III həftə

4 saat

 

 

Mövzu 2. Norveç Krallığının xarici siyasətinin konseptual əsasları və prioritetləri

 

Ø   Norveç Krallığının xarici siyasət fəaliyyətinin məzmunu, prinsipləri və əsas istiqamətləri

Ø  Norveç Krallığının xarici siyasətinin prioritetləri.

Ø  Qlobal problemlərin həllində Norveç Krallığının prioritetləri.

Ø  Xarici siyasətdə dialoq prinsipi.

 

 

a. Xarici siyasət fəaliyyətinin baza prinsiplərini dərk edir

 

b. Norveçin xarici siyasətinin prioritetlərini təhlil edir

1. Stenersen Ø. və Libæk I. “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009

7.    2.Maagerø E., Simonsen B. “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013

 

8.    3.Riste O.Norway’s foreign relations. A history, Universitetsforlaget: Oslo, 2005

 

9.     

4.Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

5.Ekengren Ann-Marie. Norway’s foreign and security policy: a challenging mix of realism and idealism. The Swedish Institute of International Relations, 2022

6.https://www.regjeringen.no/en/topics/foreign-affairs/the-un/unsc_priorities/id2701066/

 

1.       Xarici siyasətin formalaşdırılması metodları haqqında təqdimat hazırlamaq

IV-V həftə

4 saat

 

Mövzu 3. Beynəlxalq enerji təhlükəsizliyində Norveçin rolu

 

Ø   Norveç Krallığının xarici iqtisadi əlaqələri.

Ø  1966-cı ildə  Şimal  dənizinin  Norveç sektorunda Filips   Petrolium şirkətinin fəaliyyəti.

Ø  Milli  neft  sənayesinin  yaradılması  planı.

Ø  Hökumət tərəfindən neft təhlükəsizlik qaydalarının və müdafiə sahəsinin gücləndirilməsi.

Ø  Dəniz yataqlarından neft və qaz çıxarılmasının tamamilə avtomatlaşdırılması.

Ø  Qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Norveçin rolu.

Ø  Norveçin bərpa olunan olunan enerji mənbələri ilə bağlı fəaliyyəti.

a. Qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Norveçin rolu haqqında məlumatlar əldə edir

 

b. Norveçin xarici siyasətində enerji amilinin rolunu dərk etməyi bacarır

 

 

1. Stenersen Ø. və Libæk I. “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009

10.  2.Maagerø E., Simonsen B. “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013

 

11.  3.Riste O.Norway’s foreign relations. A history, Universitetsforlaget: Oslo, 2005

 

4.Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

5. The Research Council of Norway. Research on International Relations, foreign policy and Norwegian interests. Norges forskningsråd, 2017

6. Ekengren Ann-Marie. Norway’s foreign and security policy: a challenging mix of realism and idealism. The Swedish Institute of International Relations, 2022

 

1.       Təhlükəsizlik anlayışı haqqında ümumi məlumat toplamaq.

2.       Norveçin enerji diplomatiyası haqqında məlumatlar əldə etmək

VI-VII  həftə

4 saat

 

 

 

 

 

Mövzu 4. Beynəlxalq sülhün təmin olunmasında  Norveçin rolu

Ø  Norveçin sülh siyasətinin hüquqi və konseptual əsasları

Ø  Norveçin sülh siyasəti xarici siyasətin əsas prioriteti kimi

Ø  II dünya müharibəsindən sonra Norveçin yenidənqurma işlərində və sülh prosesinin genişləndirilməsində əsas rolu.

Ø  Norveçin 1993-cü ildə Orta Şərq sülh prosesinə verdiyi töhfələri

Ø  Sülh fəaliyyətində “Norveç modeli”

a.Beynəlxalq sülhün təmin olunmasında Norveçin rolu haqqında məlumat toplayır

 

b.Norveçin sülh siyasətini genişləndirmək üçün müxtəlif təşkilatlarla əməkdaşlığını müəyyənləşdirir

 

1. Stenersen Ø. və Libæk I. “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009

12.  2.Maagerø E., Simonsen B. “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013

 

13.  3.Riste O.Norway’s foreign relations. A history, Universitetsforlaget: Oslo, 2005

 

 

4.Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

5. The Research Council of Norway. Research on International Relations, foreign policy and Norwegian interests. Norges forskningsråd, 2017

6.Ekengren Ann-Marie. Norway’s foreign and security policy: a challenging mix of realism and idealism. The Swedish Institute of International Relations, 2022

7.https://www.norad.no/en/front/evaluation/news/2018/evaluation-views-the-norwegian-peace-engagement---new-challenges-in-a-new-world-order/

1. Sülhün təmin olunmasında Norveçin səyləri haqqında müxtəlif ədəbiyyatlardan iştifadə edərək təqdimat hazırlamaq

VIII həftə

4 saat

 

Mövzu 5. Norveç Krallığının xarici siyasətində “yumşaq güc” amili

 

Ø  “Yumşaq güc” anlayışı.

Ø  “Yumşaq güc” konsepsiyasının  Norveç modeli.

Ø  Norveçin mədəniyyət siyasəti “yumşaq güc” vasitəsi kimi

Ø  Norveçin xarici ölkələrə humanitar yardım siyasəti.

Ø  Norveçin UNİDO ilə əməkdaşlığı çərçivəsində qadın sahibkarlığının təşviqi

Ø  Norveçin ətraf mühit və davamlı inkişaf sahəsində UNDP ilə əməkdaşlığı

Ø  1954-cü ildə yaradılmış UNICEF-in Norveç Komitəsinin fəaliyyəti

Ø  “Norveç Yardım İnkişaf” fondu. Təhsil hərəkatı. Yaşıl inqilab və ətraf mühitin müdafiəsi.

a. “Yumşaq güc” konsepsiyasının  Norveç modeli haqqında biliklər əldə edir

 

b. Norveçin davamlı inkişaf və ətraf mühit layihələrində müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını araşdırır

1. Stenersen Ø. və Libæk I. “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009

14.  2.Maagerø E., Simonsen B. “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013

 

15.  3.Riste O.Norway’s foreign relations. A history, Universitetsforlaget: Oslo, 2005

 

16.   

4.Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

5. The Research Council of Norway. Research on International Relations, foreign policy and Norwegian interests. Norges forskningsråd, 2017

 

6. Stokke K. The soft power of a small state. Discursive Constructions and institutional and practice of Norway’s peace engagement./PCD journal, januanry 2010

 

 

1.       Yumuşaq gec strategiyası jhaqqında məlumat toplamaq.

IX

həftə

4 saat

 

 

Mövzu 6. Norveç və Aİ münasibətləri

 

Ø  1970-ci ildə Norveçin Avropa İttifaqına daxil olması haqqında danışıqların başlaması.

Ø  1972-ci il referendumu və razılığın rədd edilməsi.

Ø  Solçular, Mühafizəkarlar və tələbələr kimi opponentlərin Avropa İttifaqına qarşı etirazları.

Ø  1990-cı ildə Norveçin Avropa İttifaqı ilə əlaqələrinin yenidən gündəmə gətirilməsi.

Ø  Norveçin Avropa İttifaqı ilə yeni Avropa İqtisadi Zonası (AİZ) haqqında müzakirələrə başlaması.

Ø  Norveç-Aİ: “Kölgə üzv”
Ø  Norveç-Aİ siyasi səviyyədə əməkdaşlığı
Ø  NorveçinAvropalaşma səviyyəsi

 

a. Norveçin Avropa İttifaqına daxil olma cəhdlərini təhlil edir

 

 

 

 

 

b.Norveç Avropa ittifaqı münasibətləri təhlil edir

 

 

1.       Norway and the EU. Partners for Europe. Nowegian Ministry of Foreign Affairs.

2.       Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

3.       Why is Norway not a member of the EU? 2012

4.       Əfəndiyeva V. Norveç və Avropada müdafiə kimliyinin formalaşması\  “ADU Elmi xəbərlər”, 2007, №6, s.364-371

5.       Əfəndiyeva V. Avropa inteqrasiyası və Skandinaviya ölkələri\ “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri”, 2007, № 6, s. 290-294

1.       Aİ vı Norveç münasibətlərinin debat formasında müzakirə edilməsi

X həftə

4 saat

 

Mövzu 7.  Norveç Krallığının NATO ilə əməkdaşlığı

 

Ø  II dünya müharibəsi bitdikdən sonra Norveçin xarici siyasətində qərbə doğru meyillik

Ø  Norveç NATO-nun həmtəsisçilərindən biri kimi

Ø  Norveç Krallığının xarici siyasətində NATO

Ø  Norveçin NATO ilə birgə həyata keçirdiyi sülh missiyaları

Ø  NATO əməliyyatlarının əksəriyyətində Norveçin iştirakı

 

KOLLEKVIUM

a.Norveçin beynəlxalq təh- lükəsizlik mühitinin genişləndirilməsi üçün NATO ilə əməkdaşlığını təhlil edir

 

b. Norveç Krallığı-NATO əməkdaşlığının inkişaf istiqamətlərini müəyyənləşdirir

1. Stenersen Ø. və Libæk I. “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009

17.  2.Maagerø E., Simonsen B. “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013

 

18.  3.Riste O.Norway’s foreign relations. A history, Universitetsforlaget: Oslo, 2005

 

19.   

4.Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

5. The Research Council of Norway. Research on International Relations, foreign policy and Norwegian interests. Norges forskningsråd, 2017

 

6. The Nordic countries and the EU–NATO relationship: further comments.

1. NATO-nun quruculuğunda Norveçin müstəsna rolu haqqında təqdimat hazırlamaq

XI

həftə

4 saat

 

Mövzu 8. Norveç Krallığı ABŞ münasibətləri

 

Ø  Norveç Krallığı və ABŞ münasibətlərinin tarixi kökləri

Ø   XX əsrin II yarısında Skandinaviya ölkələrinin xarici siyasətinin əsasları: Marşal planı və Soyuq Müharibə.

Ø  İkitərəfli əlaqələrdə iqtisadi amil.

Ø  Mədəni-humanitar sahədə Norveç -ABŞ əlaqələri

 

 

a.      Norveç Krallığı ABŞ münasibətlərinin əsas istiqamətlərini müəyyən edir  

b. Rusiyanın Yaxın Şərq siyasətinin SSRİ-nin müvafiq siyasəti ilə fərqləndirən cəhətlərini təhlil edir

1. Stenersen Ø. və Libæk I. “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009

20.  2. Riste O.Norway’s foreign relations. A history, Universitetsforlaget: Oslo, 2005

21.   

3. Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

4. The Research Council of Norway. Research on International Relations, foreign policy and Norwegian interests. Norges forskningsråd, 2017

5.https://www.nato.int/cps/en/natohq/declassified_162353.htm

6. https://www.state.gov/u-s-relations-with-norway/

1. Norveç ABŞ münasibətlər haqqında məlumatlar hazırlayıb tədqimat etmək

XII

həftə

4 saat

 

Mövzu 9. Norveç Krallığı və Avropa  ölkələri arasında münasibətlər

Ø  Norveç Krallığı ilə Avropa münasibətlərinin tarixi kökləri.

Ø  Norveç Krallığının Avropa ölkələri ilə əlaqələrini şərtləndirən əsas maraqlar.

Ø  Təhlükəsizlik sahəsində Norveç-Avropa əlaqələri.

Ø  Norveçin Avropa ölkələri ilə hərbi sahədə əməkdaşlığı.

Ø  Norveç Krallığı və Avropa ölkələri arasında mədəni-humanitar  əlaqələr.

 

a.       Norveçin Avropa  ölkələri ilə münasibətlərinin mövcud vəziyyətini təhlil etmək və gələcək prioritetlərini müəyyənləşdirir

b. Beynəlxalq təhlükəsizlik çərçivəsində Norveçin Avropa  ölkələri ilə münasibətlərini təhlil edir

1. Stenersen Ø. və Libæk I. “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009

22.  2.Maagerø E., Simonsen B. “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013

 

23.  3.Riste O.Norway’s foreign relations. A history, Universitetsforlaget: Oslo, 2005

 

4.Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

5. The Research Council of Norway. Research on International Relations, foreign policy and Norwegian interests. Norges forskningsråd, 2017

6. Ekengren Ann-Marie. Norway’s foreign and security policy: a challenging mix of realism and idealism. The Swedish Institute of International Relations, 2022

1. AVropa ölkələri v

 Norveç münasibtlərinin müqayişəli təhlil olunması

XIII

həftə

4 saat

Mövzu 10. Norveç Krallığının Rusiya ilə əlaqələri

 

Ø  Norveç Krallığı və Rusiya arasında əlaqələrin yaranması və tarxi.

Ø  Norveç Krallığı və Rusiya arasında əlaqələrin inkişafı və cari vəziyyəti

Ø  Norveçin Rusiya ilə əlaqələrini şərtləndirən əsas istiqamətlər.

Ø  Norveçin Rusiya ilə müxtəlif sahələrdə maraqlarının toqquşması

Ø  Svalbard arxipelaqı ətarfında maraqların toqquşmaları

Ø  Norveçin Artikada ərazi iddialları və Rusiya

Ø  Rusiya-Ukrayna müharibəsinin bu münasibətlərə təsiri

a.       Norveçin Rusiya ilə əlaqələrinin əsas üfüqlərini müəyyənələşdirir

 

b.       Müharibə dövründə Norveç Rusiya münasibətlərinitəhlil edir

1. Stenersen Ø. və Libæk I. “Norveç tarixi buz dövründən bu günə kimi”, Bakı, 2009

24.  2.Maagerø E., Simonsen B. “Norveç cəmiyyəti və mədəniyyəti”, Bakı, 2013

 

25.  3.Riste O.Norway’s foreign relations. A history, Universitetsforlaget: Oslo, 2005

 

4.Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

5. The Research Council of Norway. Research on International Relations, foreign policy and Norwegian interests. Norges forskningsråd, 2017

6. Ekengren Ann-Marie. Norway’s foreign and security policy: a challenging mix of realism and idealism. The Swedish Institute of International Relations, 2022

7.https://www.thearcticinstitute.org/relations-russia-north-tense-getting-worse/

8. Overland I.,Krivorotov A.

Norwegian­-Russian politicial relations and Barents oil and gas developments.

International Arctic Petroleum Cooperation, 2015

 

1.       Rusiya və Norveçin Şimal dənizi hövzəsində olan strateji əməkdaşlığınım araşdırılması

XIV həftə

4 saat

 

Mövzu 11. Norveçin Arktikada yürütdüyü siyasət.

 

Ø  Norveçin “Nordkloden” Arktika siyasəti.

Ø  Arktikada beynəlxalq əməkdaşlıq.

Ø  Arktika siyasətinin daxili aspektləri.

Ø  Strateji hərbi maraqlar.

Ø  Enerji-xarici siyasətin aləti rolunda.

Ø  Norveç-Aİ əməkdaşlığı: Arktika siyasəti

a.       Norveçin Arktika qitəsində olan maraqlarını təhlil edir

 

b.       Norveçin Arktikada olan maraqlarının digər ölkələrin maraqları ilə toqquşmasını təhlil edir

1.Det Kongelige Utenriksdepartement. Interesser, ansvar og muligheter. Hovedlinjer i norsk utenrikspolitikk. 2009

2. The Research Council of Norway. Research on International Relations, foreign policy and Norwegian interests. Norges forskningsråd, 2017

 

3.Норвежская арктическая политика безопасности: повестка 2019 года.

 

4.АРКТИЧЕСКАЯ ПОЛИТИКА НОРВЕГИИ В XXI ВЕКЕ. 2019

 

5.The European Union and Norway in the Arctic: Conflict or cooperation? Jenny Eline Linge Valberg. May 2012

 

6.Riste O.Norway’s foreign relations. A history, Universitetsforlaget: Oslo, 2005

 

 

1.       Arktika siyasətinin mahiyyətinin aydınlaşdırılması və gələcək perspektivləri haqqında müzakirələrin aparılçması

XV həftə

3 saat

Mövzu 12. Norveç Krallığının

Azərbaycan Respublikası ilə əlaqələri

 

Ø  Azərbaycan-Norveç münasibətlərinin tarixi kökləri. Tur Heyerdal və Azərbaycan. Tur Heyerdalın Azərbaycana səfərləri və “Odin” nəzəriyyəsi. Tur Heyerdal Şəkidə.

Ø  Azərbaycanın müstəqilliyi dövründə əməkdaşlıq. Diplomatik əməkdaşlıq.

Ø  Azərbaycan Respublikasının Norveç Krallığı ilə iqtisadi əməkdaşlığı. Norveç şirkətləri Azərbaycanda. “STATOİL” şirkətinin Azərbaycanda fəaliyyəti.

Ø  Azərbaycan-Norveç arasında siyasi əlaqələri. Mədəniyyət sahəsində əlaqələr. Humanitar əməkdaşlıq.

Ø  Norveç Qaçqınlar Şurasının fəaliyyəti. Azərbaycan-Norveç dostluq cəmiyyəti. Norveç Humanitar Müəssisəsi.

Ø  Təhsil sahəsində əməkdaşlıq. Azərbaycanın Norveçdə diaspor təşkilatları.

Ø  -Norveç və Azərbaycan multikultralizm modellərinin müqayisəli təhlili.

a.Norveç-Azərbaycan siyasi münasibətlərinin əsas istiqamətlərini müəyyən edir

 

 

 

b. Azərbaycan-Norveç münasibətlərinin iqtisadi aspektləri tədqiq edir

 

 

1. Bakı Beynəlxalq Multikultralizm Mərkəzi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikultralizmin Azərbaycan modeli haqqında. Bakı, 2017

2.Afət Sadıqoğlu, Azərbaycan-Norveç əlaqələri, Bakı, 2002

3. Afət Sadıqoğlu, Tur Heyerdal Azərbaycanda, Bakı, 2002

4.Əfəndiyeva V. “Thor Heyerdahl’s role in the development of relations between Norway and Azerbaijan” .Thor Heyerdahl’s search for Odin: Ancient links between Azerbaijan and Scandinavia, Novus Press, Oslo, 2014

5. Əfəndiyeva V.  Skandinaviyalıların şərqə yürüşləri və “Bərdə faciəsi” Norveç tarixşünaslığında. Bakı Avrasiya Universiteti, Sivilizasiya jurnalı, N7, Bakı 2015

6. Əfəndiyeva V. Norveçdə Azərbaycan diaspor təşkilatları. AMEA,

1. Norveç Azərbaycan əlqaələrinin tarixi konteksti və hazırki vəziyyəti

 

Müəllif hüquqları

Semestr ərzində tələbələrə çatdırılan bütün materiallar, habelə müəllimin etdiyi video çıxışlar onun əqli mülkiyyəti hesab olunduğundan onun icazəsi olmadan digər tələbələrə, müəllimlərə və təhsil sferasından kənar fiziki və hüquqi şəxslərə ötürülə bilməz.

 

Qeyd: Hörmətli tələbə, deyilən mühazirə və sizə təqdim olunan uyğun mətnlər ancaq istiqamətverici xarakter daşıyır. Buna görə də siz göstərilən ədəbiyyatlardan müstəqil istifadə etməyi bacarmalısınız.

 

 

TƏLƏBƏ NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA TƏLİMAT

 

ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli

qərarı ilə təsdiq edilmişdir.

 

Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi

 

−      0 bal - mövzu ilə bağlı heç bir bilik və fəaliyyət yoxdur;

−      1 bal - tələbə keçirilmiş materialı yalnız xatırlayır;

−      2 bal - tələbə keçirilmiş materialı xatırlayır və müəllimin müdaxiləsi ilə bir və ya iki sözlə cavablandırır;

−      3 bal - tələbə keçirilmiş materialı tanış əlamətlərə görə qismən izah edir;

−      4 bal - tələbə keçirilmiş və qismən mənimsədiyi materialdan istifadə edərək məlum yollarla və ya müəllimin verdiyi təlimatlara əsasən yazılı və şifahi tapşırıqları qismən həll edir;

−      5 bal – tələbə keçirilmiş və mənimsədiyi materialdan istifadə edərək müstəqil şəkildə hazırlanmış qaydalara əsasən şifahi və yazılı tapşırıqları orta səviyyədə həll edir;

−      6 bal - tələbə verilən məlumatla öz düşüncələri arasında əlaqə yaradır, cütlərlə və qruplarla iş zamanı yazılı və şifahi ünsiyyət quraraq materialın şərhini verir;

−      7 bal - tələbə keçirilmiş materialın xarekterik əlamətlərini təyin edir, fərqləndirir, mövzunun analitik təhlilini aparır;

−      8 bal - tələbə cavabını planlaşdırıb təşkil edir, cavabını təsdiq etmək üçün fərziyyə irəli sürür, audio-vizual materiallarla keçirilmiş mövzunun strukturunu dəyişir, öyrənmə strategiyalarını və öyrənmə hədəflərini müəyyənləşdirir;

−      9 bal - tələbə keçirilmiş materialla əlaqədar qərarları, yanaşmanı, problemi dəyərləndirir, üstünlükləri və çatışmazlıqlara müstəqil fikir bildirir, İKT-dən istifadə edərək müstəqil öyrənmə modelini təyin edir;

−      10 bal - tələbə keçirilmiş materialla əlaqədar mühakimə xarakterli və tənqidi fikir yürütməklə öz mövqeyini əsaslandırır, innovativ və yaradıcı düşünmə bacarıqlarını İKT-dən yararlanmaqla tətbiq edir, auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlər üzrə öyrənmə hədəflərini əsaslandırır.

 

Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması qaydası

−      0 bal - Suala cavab verməyib.

−      1 bal – Ciddi səhvlərə yol verərək sualı səthi cavablandırıb (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−      2 bal – Cavabında catışmazlıqlar var, yalnız mövzu ilə bağlı terminləri, anlayışları qeyd edib (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−      3 bal – Sualı cavablandıran zaman yalnız mövzunun məzmunu ilə bağlı ümumi xarakterli məlumatlar verir (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−      4 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə qismən təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−      5 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə tam təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−      6 bal – Mövzunun mahiyyətini açıqlayır və müəyyən nəticələr əldə etmək üçün məzmunla bağlı biliklərini praktik tətbiq edir, qoyulmuş problemin həlli yollarını müəyyənləşdirir (tətbiq etmək - məntiqi təfəkkür).

−      7 bal – Mövzunun mahiyyətini açır və qoyulmuş problemin həlli zamanı ümumi xarakterli səhvlərə yol verir (təhlil etmək - məntiqi təfəkkür)

−      8 bal - Mövzunun mahiyyətini  açır, qoyulmuş problemin əhatəli təhlilini verir (təhlil etmək - məntiqi təfəkkür)

−      9 bal - Mövzunun mahiyyətini geniş şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, məsələyə münasibət bildirir və öz mövqeyini hərtərəfli şəkildə əsaslandırır (dəyərləndirmək - tənqidi təfəkkür)

−      10 bal - Mövzunun mahiyyətini dəqiq və hərtərəfli şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, mühakimə xarakterli fikirlər irəli sürür, öz mövqeyini hərtərəfli şəkildə əsaslandır və kreativ yanaşma nümayiş etdirir. (yaratmaq - yaradıcı təfəkkür)