Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Qərb Ölkələri Üzre Regionşünasliq Kafedrası

SILLABUS-Balkan ekoturizm

Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının

14.02.2025 tarixli iclası (Protokol № 7)  ilə təsdiqlənmişdir

Kafedra müdiri_________Prof. S.Əliyeva

 

 

 

 

Fənn Sillabusu

Fənnin adı:

Balkan ölkələrində ekoturizmin inkişaf xüsusiyyətləri

Akademik yarım il:

II

Fənnə ayrılan saatlar:

45

Tədris forması:

Əyani

Fənnin krediti:

4

Fənn müəllimi:

b/m Xəyalə Ağayeva

Dil səviyyəsi/Fakültə

BM və Regionşünaslıq

Qrup:

Dərs saatları:

 Qrup: 383

Məsləhət saatları:

II və IV günlər

Saat: 13:00-15:00

Fənn üzrə bölmə rəhbəri:

Dos. G. Ağakişiyeva

Fənn müəlliminin

e-poçt ünvanı

[email protected]

Tərtib etdi:

Müəllimin adı, soyadı, ata adı:

 

Xəyalə Rafael qızı Ağayeva

İmza:

 

         

Fənnin təsviri

Ekoturizm-ətraf mühit ekologiyası, təbiətin məqsədyönlü şəkildə qorunması, ona həssas yanaşılması zərurətidir. Ekoturizm ətraf mühitə zərər verməyən, təbii sərvətlərin qorunmasını təmin edən və onlardan pərakəndə istifadəni məhdudlaşdıran bir turizm növüdür.

“Balkan ölkələrində ekoturizmin inkişaf xüsusiyyətləri” kursu Balkanşünaslıq ixtisası üzrə ixtisaslaşan və bakalavr səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Orqanizmlərlə ətraf mühit arasında qarşılıqlı münasibəti öyrənən ekologiya ilə turizmi birləşdirən – ekoturizm özünün konsepsiyasında təbiət, cəmiyyət və texnika haqqında bilikləri əhatə edir. Hal-hazırda dünyada turizm iqtisadiyyatın ayrılmaz tərkib hissəsi kimi qəbul edilir.

Balkan regionunda ekoturizm xüsusilə maraqlıdır, çünki bir-birindən nisbətən qısa məsafədə olduqca fərqli dillər və ənənələr yaşayan çox kiçik ölkələr var.

Kursun ümumi quruluşu özündə bir neçə böyük mövzuları əhatə etməklə, tələbələrdə Balkan regionunun ümumi təbii şəraiti, milli parkları, ekoturizm texnologiyaları, ətraf mühit və ekoturizm, istirahət zonaları haqqında dərin bilik əldə etməyə imkan verir.

Şərtlər

Balkan ölkələrində ekoturizmin inkişaf xüsusiyyətləri fənninin daha ətraflı öyrənilməsi üçün azərbaycan və digər xarici dillərdəki material və ədəbiyyatlar daha produktiv və məqsədəuyğun şəkildə istifadə edilməlidir.

Fənnin məqsədi

Balkan regionunun ekoturizminin tədrisində əsas məqsəd, Avropanın sosial-iqtisadi inkişafında özünəməxsus müəyyən rol oynayan bu dövlətlərin təbii şəraiti, ekoturizm ehtiyatları, region dövlətlərində ekoturizmin təşkili xüsusiyyətləri haqqında biliklər aşılamaq, gələcəkdə bir mütəxəssis kimi yetişən tələbələrin ümumi dünya görüşünün formalaşdırılmasını təmin etməkdir. Həmçinin ixtisasca Balkanşünas hesab edilən tələbələr Azərbaycan Respublikası ilə yanaşı ixtisaslaşdıqları regionu daha dərindən tanımalıdırlar.

Tədris olunan fənnin məqsədlərindən biri də tələbələrə onların gələcək fəaliyyətlərində yararlı olacaq bilik və bacarıqları öyrətmək, onları sosial həyatda daha fəal iştirak etməyə cəsarətləndirməkdir. 

 

Fənnin sonunda tələbə aşağıdakı kompetensiyalara yiyələnməlidir:

PK 1 – Müasir dünyanın fiziki-coğrafi və siyasi xəritəsi, siyasi-ərazi strukturu, bütün qitələr üzrə ən yeni transformasiyalar haqqında adekvat təsəvvürə malik olur, sosial-iqtisadi, siyasi prosesləri və ekoturizmi təhlil edir və qiymətləndirməyi bacarır;

PK 6 – Region ölkələrinin ekoturizm sahəsində siyasət mexanizmi, xarici siyasətdə qərarların qəbul edilməsi prosesinin mərhələləri, xarici siyasətin qarşısında duran məsələlərin prioritetləri və əsas prinsiplərini proqnozlaşdırma bacarığını inkişaf etdirir;

PK 18 – Beynəlxalq münasibətlər sistemində milli dövlətlərin və sərhədlərin təşəkkülü haqqında biliklərə sahib olur, dövlət sərhədlərinin və etnik, milli, dini, kimlik anlayışlarının dünyadakı sosial-iqtisadi proseslərə və ekoturizmə təsirini təhlil edə bilir.

 

Proqramın təlim nəticələri

PTN 2 – Fiziki və mədəni-tarixi amillərin sosial-iqtisadi və siyasi proseslərə təsirini, onlar arasında qarşılıqlı əlaqəni və asılılığı müəyyən edə bilir; bu amillərin ekoturizmin inkişafında rolunu təhlil etməyi bacarır;

PTN 3 – Regionda və dünyada baş verən hadisə, proses və rəzahürləri təhlil edərkən bu sahədə öyrəndiyi tarixi biliklərdən istifadə etməyi bilir; müasir sosial-iqtisadi proseslər və ekoturizmlə bağlı fikirləri arqumentləşdirmək üçün region tarixindən mənimsədiyi biliklərdən istifadə etməyi bacarır;

PTN 12 – Region ölkələrinin siyasi, sosial-iqtisadi və tarixi-mədəni inkişafına dair tədqiqatlar aparmağı, qeyd edilən istiqamətlərdə perspektiv meylləri müəyyən etməyi bilir; region dövlətlərinin normativ-hüquqi bazasının ekoturizmin inkişafına təsirini təhlil etməyi bacarır.

 

Fənn üzrə təlim nəticələri

Kursun sonunda öyrənənlər aşağıdakılara nail olacaqlar:

·         Tələbə fiziki və mədəni-tarixi amillərin sosial-iqtisadi proseslərə və ekoturizmə təsirini müəyyən etməyi və izləməyi bacarır;

·         Tələbə etnik, milli, dini, daxili sosial-iqtisadi və siyasi proseslərin ekoturizmə təsiri ilə bağlılığını müəyyən etməyi bacarır;

·         Tələbə sərhədyanı və ərazi münaqişələrinin, habelə vətəndaş müharibələrinin ekoturizmin inkişafına təsirini aşkar etməyi bacarır.

 

Qiymətləndirmə meyarları və mərhələləri

Təhsilalanların imtahana qədər topladığı bal 50 (bal), İmtahanda topladığı bal 50 bal olaraq hesablanır.

                                                            Dərsdə aktiv iştirak (cari qiymətləndirmə) 20 bal

                                                            Kollokvium (cari qiymətləndirmə) 10 bal

                                                            Sərbəst iş 10 bal

                                                            Davamiyyət  10 bal

                                                            İmtahan (aralıq qiymətləndirmə) 50 bal

 

Fənnin yekun qiyməti tələbənin semestr boyu topladığı bal (cari) ilə imtahan zamanı əldə etdiyi balın toplanılması ilə formalaşır.

Qiymətləndirmə sistemi/meyarları

 

İmtahan (yekun qiymətləndirmə)  

İmtahan yazılı formada təşkil olunur. Hər bilet 5 sualdan ibarət olur. Suallar 10 ballıq qiymətləndirmə əsasında aparılır. Hər suala maksimum 10 bal verilir. Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. İmtahan yazı işləri ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

Semestr nəticəsinə görə qiymətləndirmə

Tələbənin yekun biliyi maksi­mum 100 balla qiy­mət­lən­di­ri­lir. Bundan maksimum 50 balı tələbə se­mestr ərzində, maksimum 50 balı isə im­tahanda toplayır.

Fənn üzrə semestr ərzində top­lanmış balın yekun miqdarına gö­rə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiy­mət­ləndirilir:

 

Ballar

Qiymət

Hərfi işarəsi

0-50

Qeyri-kafi

F

51-60

Qənaətbəxş

E

61-70

Kafi

D

71-80

Yaxşı

C

81-90

Çox yaxşı

B

91-100

Əla

A

 

Qiymətləndirmənin komponentləri

Cari qiymətləndirmə

Tələbələr tədris zamanı plana uyğun olaraq əvvəlcədən verilmiş materialları oxumalı, müəllimin verdiyi mühazirə və əsas ədəbiyyatdan savayı əlavə mənbələrə müraciət edərək müstəqil araşdırma nəticəsində məşğələlərə aktiv şəkildə hazırlaşmalıdır. Əvvəlki mövzulara aid suallara cavab verməli və tədris müddətində aparılan müzakirələrdə fəal iştirak etməlidirlər.

Cari qiymətləndirmə ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

Kollokvium

Kollokvium 7-11 aprel 2025-ci il tarixlərində keçirilir. Qiymətləndirilmə test tapşırıqları, quiz və ya açıq sual formasında olur. Semestr boyu tələbələr bir kollokvium verir və 10 bal qazanır. Kollokvium keçirilərkən təxmini veriləcək sualların siyahısı:    

-          Ekoturizm və onun əsas komponentləri

-          Turizmin tarixi və formalaşması mərhələləri

-          Ekoturizmin yaranması və inkişaf mərhələləri

-          Ekoturizm fəaliyyətinin planlaşdırılması

-          Ekoloji turların təsnifatı

-          Ekoturizmdə yerləşmə vasitələri, düşərgə və sığınacaqların təşkili

-          Ekoloji turizm resursları: milli parklar və qoruqlar

-          Milli park və qoruq anlayışı və dünyanın ilk milli parkları

-          Kənd yaşıl turizmi ekoturizmin tərkib hissəsi kimi

-          Ekoloji turizmdə təhlükəsizlik

-          Ekoloji turizmdə etiket qaydaları

-          Balkan ölkələrində ekoturizmin yaranması və inkişaf tarixi

-          Rumıniya ərazisinin təbii şəraitinin ekoturizm baxımından qiymətləndirilməsi

-          Yunanıstan ərazisinin təbii şəraitinin ekoturizm baxımından qiymətləndirilməsi

-          Yunanıstan adasında yerləşən dağların ekoturizm potensialı.

 

Davamiyyət gözləntiləri və dərsdə fəal iştirak

Tələbələr tədris prosesinə ciddi yanaşmalı, gecikməməli və üzürsüz səbəbdən dərs buraxmamalıdırlar.  Fənnə ayrılan saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.

Sərbəst iş

            Sərbəst işlər geniş həcmli (10 səhifə) ətraflı araşdırma şəkildə, habelə 8-10 slayd arası (mövzunu əhatə edəcək, geniş) prezentasiya formasında da təqdim edilə bilər. Bundan savayı tələbələr kurs ilə əlaqədar münasib üslublu və məzmunlu kitab oxuya bilər. Sərbəst iş mövzularının seçilməsi və təsdiqi müəllimlə tələbənin qarşılıqlı məsləhətləşmələri və razılığı əsasında aparılır. Sərbəst işlər original olmalıdır. Plagiat yolverilməzdi!!!

            Bütün sərbəst işlər 4 May 2025-ci il saat 23:59-a qədər təhvil verilməli və müəllimlə razılaşdırılan vaxt şifahi cavab verilməlidir. Tələbələr sərbəst işləri dərsdən kənar vaxtlarda, məsləhət saatları zamanı təhvil verir.

  

TÖVSİYYƏ OLUNAN SƏRBƏST İŞLƏRİN MÖVZULARI

                                                      MÖVZULAR

1

Ekoturizmin yaranması və inkişaf mərhələləri

2

Təbii mühitdən ekoturizm məqsədilə istifadənin xüsusiyyətləri

3

Ekoturizm fəaliyyətinin planlaşdırılması

4

Ekoloji turların təsnifatının müqayisəli təhlili

5

Rumıniyada ekoturizmin inkişaf xüsusiyyətləri

6

Rumıniyada ekoturizmin inkişaf xüsusiyyətləri

7

Yunanıstanda ekoturizmin inkişaf xüsusiyyətləri

8

Monteneqro ərazisinin ekoturizm baxımından qiymətləndirilməsi

9

Şimali Makedoniyada ekoturizmin inkişaf xüsusiyyətləri

10

Sloveniyada ekoturizmin inkişaf xüsusiyyətləri

11

Albaniya ərazisinin ekoturizm baxımından qiymətləndirilməsi

12

Xorvatiyada ekoturizmin inkişafı

13

Balkan ölkələrində Xüsusi Qorunan Təbiət Əraziləri

14

Azərbaycanda ekoturizminin inkişafı

15

Balkan ölkələri və Azərbaycan ekoturizminin müqayisəli səciyyəsi

 

 

Tədris və təlim metodları

Analiz, sintez, analogiya və müqayisə metodundan geniş istifadə edilməlidir. Deduktiv metoda istinadən ümumqəbul edilmiş yanaşma və konsepsiyaların konkret hallara tətbiq edib, mühüm əqlinəticələrə nail olmaq lazımdır. İnduktiv metoda istinad edərək retrospektiv bucaqdan empirik müşahidə nəticəsində müəyyən edilmiş faktların ümumiləşdirilərək yeni baxışa çevrilməsi zəruridir. Dərslərin interaktiv, müzakirə və kiçik konfrans formasında keçirilməsi məsləhətlidir. Kursun tədrisi zamanı əsasən interaktiv metodlarla, yanaşı digər metodlardan da istifadə ediləcək və bu metodlardan istifadə etməklə tələbələr tədris olunan materialları daha yaxşı mənimsəyəcəklər. Kursun tədrisi zamanı müxtəlif təqdimatlardan, film və videolardan istifadə ediləcək, müxtəlif oyunlar və yarışlar vasitəsi ilə tələbələrin bilikləri daha da möhkəmləndiriləcək, müxtəlif yazı işləri vasitəsilə onların fərdi düşünmə və ədəbiyyatla müstəqil işləmə bacarıqları inkişaf etdiriləcək.

 

Xüsusi qayğıya ehtiyacı olan tələbələrlə iş

              Şəxslərin sosiallaşması və cəmiyyətə uğurlu inteqrasiyasını həyata keçirmək üçün müvafiq metodlar seçir;

Ø Ətrafdakılarla əlverişli sosial əlaqələrin qurulmasına dəstək verir;

Ø Fərdi proqramı reallaşdırmaq üçün yeni təlim metodlarından müvafiq şəkildə istifadə edir;

Ø Dərs materiallarının daha sadə və asan anlaşılan şəkildə təqdim edilir;

Ø Xüsusi qayğıya ehtiyacı olan tələblərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmalar tətbiq edir;

Ø Yüksək akademik göstəriciləri olan tələbələrə onların öz təşəbbüsləri əsasında əlavə məsləhət saatları təyin edir.

 

İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə materiallar)

Semestr ərzində keçirilən mövzuların planları, təqdim ediləcək prezentasiyalar, əsas və əlavə ədəbiyyat siyahısı tələbələrə e-mail vasitəsilə ötürüləcək.

 

Kursun qiymətləndirilməsi/Tələbə rəyləri

Kursun əvvəlində və sonunda təşkil ediləcək sorğu tələbələrin fənn və tədrisə münasibətini müəyyən etməyə yönəlmişdir. Tələbələrin tədris ilə bağlı rəyləri vacib əhəmiyyət kəsb edir, məsələyə aşağıdan baxış fokusunu təşkil edir və növbəti illərdə buraxılan səhvlərin təkrarlanmamasına, yeni innovativ ideyaların tətbiq edilməsinə şərait yaradır.

 

Ədəbiyyat siyahısı

 

1.      Dərgahov V.S. Rekreasiya-turizm ehtiyatları. Bakı: MBM, 2008, 214 s.

2.      Əsgərov Ə.T., Bilalov B.Ə., Gülalıyev Ç.G. Ekoloji turizm. Bakı: “Adiloğlu”, 2011, 276 s.

3.      Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Dərs vəsaiti. Bakı: Mütərcim, 2002, 512 s.

4.      Turizmin əsasları. B.Ə.Bilalov və Ç.G.Gülalıyevin redaktəsi ilə. Bakı: QHT Nəşriyyatı, 2015, 496 s.

5.      Məmmədov Q.Ş., Yusifov E.F., Xəlilov M.Y., Kərimov V.N. Aərbaycan: ekoturizm potensialı. Bakı: Şərq-Qərb, 2012, 360 s.

 

Saat

Həftə

Modul/Bölmə/Fəsil

Təlim nəticələri

Oxu materialı

Tapşırıq

2

I

 

 

Mövzu I. “Balkan ölkələrində  ekoturizmin inkişaf xüsusiyyətləri” fənninin predmeti, məqsəd və vəzifələri

Fənnin öyrənilməsinin məqsəd və vəzifələri. Fənnin öyrənilməsinin zərurəti və əhəmiyyəti.

Fənnin predmeti. Rekreasiyadan gələn iqtisadi gəlir ilə istirahət məqsədilə istifadə olunan konkret təbii ərazilərin ekoloji təhlükəsizliyi arasındakı münasibətlərin tənzimlənməsi fənnin tədqiqat obyekti kimi.

a.Ekoturizmin yaranması və inkişafının tarixi zəmini və ilkin şərtləri haqqında məlumatlar əldə edir, termin və anlayışları mənimsəyir;

 

b. Fənn haqqında ümumi bilikləri əldə edir.

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3. Əsgərov Ə.T., Bilalov B.Ə., Gülalıyev Ç.G. Ekoloji turizm. Bakı, 2011.

4. Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Dərs vəsaiti. Bakı, 2002

5. Колбовский Е.Ю. Экологический туризм и экология туризма. М., 2006

Tapşırıq: Ekoturizm fənninin predmeti, məqsəd və vəzifələri, fənnin öyrənilməsinin zərurəti və əhəmiyyətinin  nə qədər vacib olduğunu izah etmək;

Tapşırıq: Rekreasiyadan gələn iqtisadi gəlir ilə istirahət məqsədilə istifadə olunan konkret təbii ərazilərin ekoloji təhlükəsizliyi arasındakı münasibətlərin tənzimlənməsini nümunələr üzərindən əsaslandırmaq

2

I

 

Mövzu II. Ekoturizmin yaranması və inkişaf mərhələləri

Ekoturizmin yaranmasının səbəbləri. Ekoturizmin iki modeli: Avstraliya və Qərbi Avropa. Ekoturizmə aid müxtəlif təşkilatların fəaliyyət prinsipləri. Təbii mühitdən ekoturizm məqsədilə istifadənin xüsusiyyətləri. Ekoturizmin təşkili formalarının yaradılması. Ekosistemlərin rekreasiya deqradasiyası.

a.Ekoturizmin yaranmasının səbəbləri, ekosistemlərin rekreasiya deqradasiyası anlayışını yaradan səbəblər və neqativ nəticələr haqqında biliklər əldə edir;

 

b. Təbii mühitdən ekoturizm məqsədilə istifadənin xüsusiyyətlərini müəyyən edir.

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3. Əsgərov Ə.T., Bilalov B.Ə., Gülalıyev Ç.G. Ekoloji turizm. Bakı, 2011.

4. Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Dərs vəsaiti. Bakı, 2002

5. Колбовский Е.Ю. Экологический туризм и экология туризма. М., 2006

Tapşırıq: Ekoturizmin inkişaf mərhələləri haqqında təqdimat hazırlamaq

Tapşırıq: Təbii mühitdən ekoturizm məqsədilə istifadənin xüsusiyyətlərini təhlil etmək.

 

2

II

 

Mövzu III. Ekoturizm fəaliyyətinin planlaşdırılması və ekoloji turların təsnifatı

 Ekoturizm fəaliyyətinin planlaşdırılması. Turizmdə planlaşdırma anlayışı. “Yumşaq” və “Sərt” turizmin xarakter xüsusiyyətləri. Ekoloji turların təsnifatı. Ekoturizmdə yerləşmə vasitələri, düşərgə və sığınacaqların təşkili.

.

 

a.Ekoturizm fəaliyyətinin idarə olunmasında planlaşdırmanın əhəmiyyəti haqqında məlumatlar əldə edir;

b.Ekoloji turların təsnifatı haqqında biliklər əldə edir.

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3. Əsgərov Ə.T., Bilalov B.Ə., Gülalıyev Ç.G. Ekoloji turizm. Bakı, 2011.

4. Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Dərs vəsaiti. Bakı, 2002

5. Колбовский Е.Ю. Экологический туризм и экология туризма. М., 2006

Tapşırıq: Ekoturizm fəaliyyətinin planlaşdırılmasının əhəmiyyətini təhlil etmək;

Tapşırıq: Ekoloji turların təsnifatını müqayisəli təhlil əsasında izah etmək (real nümunələr vasitəsilə)

 

2

III

 

Mövzu IV. Ekoloji turizm resursları: milli parklar və qoruqlar

Təbiət və landşaft ekzotikliyi ekoturizmin əsas ehtiyatı kimi. Xüsusi qorunan təbiət əraziləri (XQTƏ). Dövlət təbiət qoruqları. Təbiət parkları. Milli parklar. YUNESKO-nun biosfer qoruqları (rezervasiya) anlayışının müəyyənləşdirilməsi. Zonalaşdırma.

a.Ekoloji turizm a. Milli park və qoruqların yaradılma məqsədləri haqqında məlumatları  əldə edir;

 

b. XQTƏ-nin  əsas kateqoriyaları və ərazilərin zonalara ayrılmasının əhəmiyyətini araşdırır.

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3. Əsgərov Ə.T., Bilalov B.Ə., Gülalıyev Ç.G. Ekoloji turizm. Bakı, 2011.

4. Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Dərs vəsaiti. Bakı, 2002

5. Колбовский Е.Ю. Экологический туризм и экология туризма. М., 2006

Tapşırıq: Ekoturizmdə zonalaşdırma anlayışının mahiyyətini izah etmək;

 

Tapşırıq: Xüsusi Qorunan Təbiət Ərazilərinin səciyyəvi xüsusiyyətləri haqqında təqdimat hazırlamaq.

 

2

III

 

 

Mövzu V. Ekoloji turizmdə təhlükəsizlik

      Təhlükəsizlik turizmin əsas tərkib hissəsi kimi. Ekoturizmdə təhlükə növlərinin təsnifatı. Ekoloji turizmdə təhlükəsizlik qaydalarının təsnifatı. Etiket və sosial stratifikasiya. Ekoloji səyahətlərdə etiket qaydaları və onların üstünlükləri.

a. Ekoloji turizmdə təhlükəsizlik qaydalarının təsnifatı haqqında bilikləri əldə edir;

 

b. Ekoloji turizmdə etiket qaydaları haqqında məlumatlar əldə edir.

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3. Əsgərov Ə.T., Bilalov B.Ə., Gülalıyev Ç.G. Ekoloji turizm. Bakı, 2011.

4. Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Dərs vəsaiti. Bakı, 2002

5. Колбовский Е.Ю. Экологический туризм и экология туризма. М., 2006

Tapşırıq: Ekoloji turizmdə təhlükəsizlik qaydalarının təsnifatını təhlil etmək;

Tapşırıq: Ekoloji turizmdə etiket qaydalarını real nümunələr əsasında izah etmək.

 

4

IV-V

 

Mövzu VI. Balkan ölkələrində turizmin təsnifatı və   

ekoturizmin inkişafı

           Balkan  ölkələrinin təbii şəraitinin turizm və ekoturizm baxımından qiymətləndirilməsi.

Balkan ölkələrində turizmin yaranması və inkişaf tarixi. Balkan ölkələrində ekoturizm və onun inkişafı (90-cı illərdən sonra).  Balkan ölkələrində beynəlxalq turizm.

 

a.Balkan  ölkələrinin təbii şəraitini ekoturizm baxımından təhlil edir;

b.Balkan ölkələrində turizmin yaranması və inkişaf tarixi.  haqqında ümumi biliklərə yiyələnir.

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3.Kiss, Kornelia. The challenges of developing health tourism in the Balkans. 2015

4.Metodijeski, Dejan and Zoran Temelkov. Tourism policy of Balkan countries: Review of national tourism development strategies. UTMS Journal of Economics 5, no. 2. 2014

5.Tomka, Dragica. On the Balkans - history, nature, tourism and dilemmas faced by researches. American journal of tourism management 3, no. 1B 2021

Tapşırıq: Balkan ölkələrində turizmin yaranması və inkişaf tarixi haqqında təqdimat hazırlamaq;

 

Tapşırıq: Balkan regionunda ekoturizmin inkişaf etməsini şərtləndirən amilləri qruplaşdırmaq.

 

 

4

V

Mövzu VII. Rumıniyada ekoturizmin inkişafı

Rumıniya ərazisinin təbii şəraitinin turizm və ekoturizm baxımından qiymətləndirilməsi.

Rumıniyanın zəngin sahilyanı və dağlıq (Karpat dağları) resursları. Rumıniyada mövcud olan mineral və qaynar bulaqlar, mağaralar, maraqlı müalicə proqramları və s.

a.Rumıniya ərazisinin təbii şəraitini ekoturizm baxımından təhlil edir;

b.Rumıniyada ekoturizmin inkişaf xüsusiyyətlərini analiz edir;

c.Rumıniyanın ekoturizminin  özünəməxsus xüsusiyyətlərini müəyyən edir

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3.Kiss, Kornelia. The challenges of developing health tourism in the Balkans. 2015

4.Metodijeski, Dejan and Zoran Temelkov. Tourism policy of Balkan countries: Review of national tourism development strategies. UTMS Journal of Economics 5, no. 2. 2014

5.Tomka, Dragica. On the Balkans - history, nature, tourism and dilemmas faced by researches. American journal of tourism management 3, no. 1B 2021

Tapşırıq: Rumıniyada ekoturizmin formalaşma tarixi və inkişaf xüsusiyyətlərini təhlil etmək;

Tapşırıq: Ölkənin ekoturizm potensialı haqqında  regionun digər ölkələri ilə müqayisələr apararaq təqdimat hazırlamaq.

 

4

VI

 

Mövzu VIII. Yunanıstanda ekoturizmin inkişafı

Turizm yunan iqtisadiyyatının mühüm bölmələrindən biri kimi. Yunanıstanın dörd turizm bölgəsi. Şam meşələri ilə örtülü olan Paros adasında ekoturizmin inkişaf perspektivləri. Yunanıstan adasında yerləşən dağların ekoturizm potensialı. Dünyada məşhur olan Yunan çimərlikləri.

Kollokvium. Keçirilən mövzuların təkrarı

 

 

a.Yunanıstan ərazisinin təbii şəraitini ekoturizm baxımından təhlil edir;

b.Yunanıstanda ekoturizmin inkişaf xüsusiyyətlərini analiz edir;

c.Yunanıstanın  ekoturizminin  özünəməxsus xüsusiyyətlərini müəyyən edir

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3.Kiss, Kornelia. The challenges of developing health tourism in the Balkans. 2015

4.Metodijeski, Dejan and Zoran Temelkov. Tourism policy of Balkan countries: Review of national tourism development strategies. UTMS Journal of Economics 5, no. 2. 2014

5.Tomka, Dragica. On the Balkans - history, nature, tourism and dilemmas faced by researches. American journal of tourism management 3, no. 1B 2021

Tapşırıq: Yunanıstanda ekoturizmin formalaşma tarixi və inkişaf xüsusiyyətlərini təhlil etmək;

Tapşırıq: Ölkənin ekoturizm potensialı haqqında  regionun digər ölkələri ilə müqayisələr apararaq təqdimat hazırlamaq.

 

4

VII-VIII

 

Mövzu IX. Serbiya və  Bolqarıstanda ekoturizmin inkişafı

Serbiya ve Bolqarıstan ərazisinin ekoturizm baxımından qiymətləndirilməsi. Dünya irsi siyahısına daxil olan, Əhəng daşı qayalardan, buzlaq göllərdən, şəlalələrdən, mağaralardan, iynəyarpaqlı meşələrdən ibarət, zəngin floraya və möhtəşəm təbii gözəlliklərə malik olan  Pirin Milli Parkı. Serbiya ərazisində yerləşən ekoturistik məkanlar. Ölkə ərazisində yerləşən mağaraların ölkədə ekoturizmin inkişafında rolu.

 

a.Serbiya və Bolqarıstan ərazisinin təbii şəraitini ekoturizm baxımından təhlil edir;

b.Serbiya və Bolqarıstanda ekoturizmin inkişaf xüsusiyyətlərini analiz edir;

c.Serbiya və Bolqarıstanın ekoturizminin  özünəməxsus xüsusiyyətlərini müəyyən edir

 

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3.Kiss, Kornelia. The challenges of developing health tourism in the Balkans. 2015

4.Metodijeski, Dejan and Zoran Temelkov. Tourism policy of Balkan countries: Review of national tourism development strategies. UTMS Journal of Economics 5, no. 2. 2014

·         5.Tomka, Dragica. On the Balkans - history, nature, tourism and dilemmas faced by researches. American journal of tourism management 3, no. 1B 2021

Tapşırıq: Serbiya və Bolqarıstanda ekoturizmin formalaşma tarixi və inkişaf xüsusiyyətlərini təhlil etmək;

Tapşırıq:

Hər 2 ölkənin   ekoturizm potensialı haqqında  regionun digər ölkələri ilə müqayisələr apararaq təqdimat hazırlamaq.

 

4

IX

 

Mövzu X. Xorvatiyada ekoturizmin inkişafı

Xorvatiyanın təbii şəraitinin turizm və ekoturizm baxımından qiymətləndirilməsi. Adriatik dənizi sahilləri ölkənin əsas turistik bölgəsindən biri kimi. YUNESKO-nun Dünya İrs siyahısına daxil olan Split şəhəri. Dubrovnik turistik bölgəsi. Mljet adası. (Mljet adası Milli Parkı).

 

a.Xorvatiya ərazisinin təbii şəraitini ekoturizm baxımından təhlil edir;

b.Xorvatiyada ekoturizmin inkişaf xüsusiyyətlərini analiz edir;

c.Xorvatiyanın ekoturizminin  özünəməxsus xüsusiyyətlərini müəyyən edir

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3.Kiss, Kornelia. The challenges of developing health tourism in the Balkans. 2015

4.Metodijeski, Dejan and Zoran Temelkov. Tourism policy of Balkan countries: Review of national tourism development strategies. UTMS Journal of Economics 5, no. 2. 2014

5.Tomka, Dragica. On the Balkans - history, nature, tourism and dilemmas faced by researches. American journal of tourism management 3, no. 1B 2021

Tapşırıq: Xorvatiyada  ekoturizmin formalaşma tarixi və inkişaf xüsusiyyətlərini təhlil etmək;

Tapşırıq: Ölkənin ekoturizm potensialı haqqında  regionun digər ölkələri ilə müqayisələr apararaq təqdimat hazırlamaq.

 

4

X-XI


 

Mövzu XI. Albaniya və  Bosniya-Hersoqavinada ekoturizmin inkişafı

Albaniya və Bosniya-Hersoqavinanın təbii şəraitinin turizm və ekoturizm baxımından qiymətləndirilməsi. Albaniyanın diqqət çəkən təbiət mənzərələri. Avropanın son iki ibtidai meşəsindən birinə sahib olan Peruçitsa Ciddi Qorunan Təbiət Qoruğu. 

 

a.Albaniya və Bosniya-Hersoqavina ərazisinin təbii şəraitini ekoturizm baxımından təhlil edir;

b. Albaniya və Bosniya-Hersoqavinada ekoturizmin inkişaf xüsusiyyətlərini analiz edir;

c. Albaniya və Bosniya-Hersoqavinanın ekoturizminin  özünəməxsus xüsusiyyətlərini müəyyən edir

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3.Kiss, Kornelia. The challenges of developing health tourism in the Balkans. 2015

4.Metodijeski, Dejan and Zoran Temelkov. Tourism policy of Balkan countries: Review of national tourism development strategies. UTMS Journal of Economics 5, no. 2. 2014

5.Tomka, Dragica. On the Balkans - history, nature, tourism and dilemmas faced by researches. American journal of tourism management 3, no. 1B 2021

Tapşırıq: Albaniya və Bosniya-Hersoqavinada ekoturizmin formalaşma tarixi və inkişaf xüsusiyyətlərini təhlil etmək;

 

Tapşırıq:

Hər 2 ölkənin ekoturizm potensialı haqqında  regionun digər ölkələri ilə müqayisələr apararaq təqdimat hazırlamaq.

 

4

XII

 

Mövzu XII. Sloveniya və  Şimali Makedoniyada ekoturizmin   inkişafı

  Sloveniya və Şimali Makedoniya ərazisinin təbii şəraitinin turizm və ekoturizm baxımından qiymətləndirilməsi.

Sloveniyada yaşıl turizmin inkişafı. Şimali Makedoniyada ekoturizmin inkişaf perspektivləri. Avropanın  ən qədim və dərin gölü Ohrid.

a.Sloveniya və Şimali Makedoniya  ərazisinin təbii şəraitini ekoturizm baxımından təhlil edir;

b. Sloveniya və Şimali Makedoniyada ekoturizmin inkişaf xüsusiyyətlərini analiz edir;

c. Sloveniya və Şimali Makedoniyanın ekoturizminin  özünəməxsus xüsusiyyətlərini müəyyən edir

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3.Kiss, Kornelia. The challenges of developing health tourism in the Balkans. 2015

4.Metodijeski, Dejan and Zoran Temelkov. Tourism policy of Balkan countries: Review of national tourism development strategies. UTMS Journal of Economics 5, no. 2. 2014

5.Tomka, Dragica. On the Balkans - history, nature, tourism and dilemmas faced by researches. American journal of tourism management 3, no. 1B 2021

Tapşırıq: Sloveniya və Şimali Makedoniyada ekoturizmin formalaşma tarixi və inkişaf xüsusiyyətlərini təhlil etmək;

Tapşırıq:

Hər 2 ölkənin ekoturizm potensialı haqqında  regionun digər ölkələri ilə müqayisələr apararaq təqdimat hazırlamaq.

 

4

XIII-XIV

 

Mövzu XIII. Monteneqro və  Kosovoda ekoturizmin inkişafı

Monteneqro və Kosovo ərazisinin təbii şəraitinin turizm və ekoturizm baxımından qiymətləndirilməsi.

Monteneqro Aralıq dənizi sahilinin ekoloji cəhətdən ən təmiz ölkəsi kimi. Kosovoda ekoturizmin inkişaf perspektivləri və turizm statistikası.

a.Monteneqro və Kosovo  ərazisinin təbii şəraitini ekoturizm baxımından təhlil edir;

b. Monteneqro və Kosovoda ekoturizmin inkişaf xüsusiyyətlərini analiz edir;

c.Monteneqro və Kosovonun ekoturizminin  özünəməxsus xüsusiyyətlərini müəyyən edir

1.Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları. Dərslik. Bakı, 2007

2.Soltanova H.B. Ekoloji turizm: mahiyyəti və inkişaf istiqamətləri. Bakı Universitetinin xəbərləri, 2009

3.Kiss, Kornelia. The challenges of developing health tourism in the Balkans. 2015

4.Metodijeski, Dejan and Zoran Temelkov. Tourism policy of Balkan countries: Review of national tourism development strategies. UTMS Journal of Economics 5, no. 2. 2014

5.Tomka, Dragica. On the Balkans - history, nature, tourism and dilemmas faced by researches. American journal of tourism management 3, no. 1B 2021

Tapşırıq: Monteneqro və Kosovoda  ekoturizmin formalaşma tarixi və inkişaf xüsusiyyətlərini təhlil etmək;

Tapşırıq:

Hər 2 ölkənin ekoturizm potensialı haqqında  regionun digər ölkələri ilə müqayisələr apararaq təqdimat hazırlamaq.

 

3

XIV-XV

 

Mövzu XIV. Balkan ölkələri və Azərbaycan ekoturizminin müqayisəli səciyyəsi

Azərbaycan Respublikasının yerləşmə xüsusiyyəti və təbii şəraiti. Azərbaycanın ekoturizm potensialı və ölkədə ekoturizm sənayesinin inkişafını şərtləndirən amillər. Region ölkələrinin ekoturizmi ilə Azərbaycanın ekoturizm xüsusiyyətlərinin müqayisəli təhlili.

 

a.Azərbaycan Respublikasının ekoturizm xüsusiyyətlərini analiz edir,

 b.Region ölkələrinin ekoturizm xüsusiyyətlərini Azərbaycanla müqayisəli təhlil edir.

1. Hüseynov.İ, Əfəndiyeva.N. Turizmin əsasları (dərslik). Bakı,2007

2. H.Soltanova. AZƏRBAYCAN RESPUBLİKASINDA TURİZM VƏ ONUN İNKİŞAFI. Bakı,2015

3. S.Hüseynov, E.Zəngin. Azərbaycan Turizm. Elmi konferans materialları. Bakı, 2018

Tapşırıq: Azərbaycanda ekoturizmin inkişaf etdiyi bölgələr haqqında təqdimat hazırlamaq;

 

Tapşırıq: Balkan regionu ilə Azərbaycanın ekoturizm potensialı və ekoturizmin inkişaf xüsusiyyətlərini müqayisəli təhlil etmək.

 

 

Cəmi: 

 

45 saat

 

           

 

Qeyd: Hörmətli tələbə, deyilən mühazirə və sizə təqdim edilən uyğun mətnlər ancaq istiqamətverici xarakter daşıyır. Buna görə də siz göstərilən ədəbiyyatdan müstəqil istifadə etməyi bacarmalısınız.

Müəllif hüquqları

Semestr ərzində tələbələrə çatdırılan bütün materiallar, habelə müəllimin etdiyi video çıxışlar onun əqli mülkiyyəti hesab olunduğundan onun icazəsi olmadan digər tələbələrə, müəllimlərə və təhsil sferasından kənar fiziki və hüquqi şəxslərə ötürülə bilməz.

 

TƏLƏBƏ NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA TƏLİMAT

 

ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli

qərarı ilə təsdiq edilmişdir.

 

Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi

 

−     0 bal - mövzu ilə bağlı heç bir bilik və fəaliyyət yoxdur;

−     1 bal - tələbə keçirilmiş materialı yalnız xatırlayır;

−     2 bal - tələbə keçirilmiş materialı xatırlayır və müəllimin müdaxiləsi ilə bir və ya iki sözlə cavablandırır;

−     3 bal - tələbə keçirilmiş materialı tanış əlamətlərə görə qismən izah edir;

−     4 bal - tələbə keçirilmiş və qismən mənimsədiyi materialdan istifadə edərək məlum yollarla və ya müəllimin verdiyi təlimatlara əsasən yazılı və şifahi tapşırıqları qismən həll edir;

−     5 bal – tələbə keçirilmiş və mənimsədiyi materialdan istifadə edərək müstəqil şəkildə hazırlanmış qaydalara əsasən şifahi və yazılı tapşırıqları orta səviyyədə həll edir;

−     6 bal - tələbə verilən məlumatla öz düşüncələri arasında əlaqə yaradır, cütlərlə və qruplarla iş zamanı yazılı və şifahi ünsiyyət quraraq materialın şərhini verir;

−     7 bal - tələbə keçirilmiş materialın xarekterik əlamətlərini təyin edir, fərqləndirir, mövzunun analitik təhlilini aparır;

−     8 bal - tələbə cavabını planlaşdırıb təşkil edir, cavabını təsdiq etmək üçün fərziyyə irəli sürür, audio-vizual materiallarla keçirilmiş mövzunun strukturunu dəyişir, öyrənmə strategiyalarını və öyrənmə hədəflərini müəyyənləşdirir;

−     9 bal - tələbə keçirilmiş materialla əlaqədar qərarları, yanaşmanı, problemi dəyərləndirir, üstünlükləri və çatışmazlıqlara müstəqil fikir bildirir, İKT-dən istifadə edərək müstəqil öyrənmə modelini təyin edir;

−     10 bal - tələbə keçirilmiş materialla əlaqədar mühakimə xarakterli və tənqidi fikir yürütməklə öz mövqeyini əsaslandırır, innovativ və yaradıcı düşünmə bacarıqlarını İKT-dən yararlanmaqla tətbiq edir, auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlər üzrə öyrənmə hədəflərini əsaslandırır.

 

Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması qaydası

−     0 bal - Suala cavab verməyib.

−     1 bal – Ciddi səhvlərə yol verərək sualı səthi cavablandırıb (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     2 bal – Cavabında catışmazlıqlar var, yalnız mövzu ilə bağlı terminləri, anlayışları qeyd edib (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     3 bal – Sualı cavablandıran zaman yalnız mövzunun məzmunu ilə bağlı ümumi xarakterli məlumatlar verir (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     4 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə qismən təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     5 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə tam təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     6 bal – Mövzunun mahiyyətini açıqlayır və müəyyən nəticələr əldə etmək üçün məzmunla bağlı biliklərini praktik tətbiq edir, qoyulmuş problemin həlli yollarını müəyyənləşdirir (tətbiq etmək - məntiqi təfəkkür).

−     7 bal – Mövzunun mahiyyətini açır və qoyulmuş problemin həlli zamanı ümumi xarakterli səhvlərə yol verir (təhlil etmək - məntiqi təfəkkür)

−     8 bal - Mövzunun mahiyyətini  açır, qoyulmuş problemin əhatəli təhlilini verir (təhlil etmək - məntiqi təfəkkür)

−     9 bal - Mövzunun mahiyyətini geniş şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, məsələyə münasibət bildirir və öz mövqeyini hərtərəfli şəkildə əsaslandırır (dəyərləndirmək - tənqidi təfəkkür)

−     10 bal - Mövzunun mahiyyətini dəqiq və hərtərəfli şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, mühakimə xarakterli fikirlər irəli sürür, öz mövqeyini hərtərəfli şəkildə əsaslandır və kreativ yanaşma nümayiş etdirir. (yaratmaq - yaradıcı təfəkkür)