SillabusAlmaniya sosial ish MSabina (1)
Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının
14.02.2025 tarixli İclası (Protokol № 07) ilə təsdiqlənmişdir
Kafedra müdiri__________prof. S.F.Əliyeva
Fənn Sillabusu
Fənnin adı: |
Almaniyada sosial işin təşkili |
Akademik yarım il: |
II |
|
Fənnə ayrılan saatlar: |
60 |
Tədris forması: (ənənəvi/) |
Əyani |
|
Fənnin krediti: |
5 |
Fənn müəllimi:
|
Muradova Səbinə |
|
Dil səviyyəsi/Fakültə |
BM və Regionşünaslıq |
Məsləhət saatları |
I gün saat:13:00 IV gün saat 13:00 |
|
Qrup: Dərs saatları: |
266 |
Fənn müəlliminin e-poçt ünvanı |
||
Fənn üzrə bölmə rəhbəri: |
b.m H. Abbasova |
İmza: |
|
|
Tərtib etdi: Müəllimin adı, soyadı, ata adı: |
Muradova Səbinə İlham qızı |
|
|
|
Fənnin təsviri
“Almaniyada sosial işin təşkili” fənni bu region ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Kursun həcmi 60 auditoriya saatını əhatə edir. Tədris prosesində sosial işin təşkili sistemləri haqqında mövcud nəzəriyyə və istiqamətlər, Almaniyanın sosial iş sistemlərinin müxtəlif aspektləri təhlil olunur.
Bununla yanaşı, region ölkələrində gəlirin idarə olunması, təqaüd, işsizlik, səhiyyə, əhalinin və eləcə də uşaqların rifahı, regionda aparılan uşaq və ailə siyasəti, yaşlılara qarşı dövlət siyasəti, bu sahədə qəbul edilən proqramlar və onların əhəmiyyəti, Almaniyada yaşayan xalqlar, xarici işçilər və miqrantlar və bu kimi sosial sahələrin tədqiqinə də geniş yer verilir. Sosial rifah siyasəti və xidmətləri ilə bağlı analitik müqayisələr təqdim olunur. Bu müqayisələr çoxmillətlilik və müxtəliflilik, sosial ədalət və sosial dəyişiklik, davranış və sosial elm nəzəriyyəsi və onun tədqiqatı, müxtəlif təbəqələrə uyğun sosial əməyin təbliği, işsizliyin qarşısının alınması, müalicə və reabilitasiya proqramları və xidmətləri baxımından cari sosial rifah sisteminin güclü və zəif, müsbət və mənfi tərəflərini müəyyənləşdirir.
Şərtlər
“Almaniyada sosial işin təşkili” fənninin daha ətraflı öyrənilməsi üçün azərbaycan və digər xarici dillərdəki material və ədəbiyyatlar daha produktiv və məqsədəuyğun şəkildə istifadə edilməlidir.
Fənnin məqsədi
“Almaniyada sosial işin təşkili” fənninin əsas məqsədi mövcud ədəbiyyat və materiallar əsasında tələbələri region ölkələrində sosial işin mahiyyəti, nəzəri və praktiki cəhətləri ilə tanış etməkdən, tələbələrə Almaniyada sosial işin təşkili məsələləri, bu sahədə apardığı daxili siyasət və onun inkişaf mərhələləri, xüsusiyyətləri, sosial təhlükəsizlik sistemi üçün gələcək perspektivləri haqqında kompleks və sistemli biliklər verməkdən, onları gələcək peşə fəaliyyətləri ilə bağlı problemlərin müzakirəsinə qoşmaqdan ibarətdir. Almaniyanın sosial işin təşkili məsələlərini ümumdünya sosial iş kontekstində öyrənilməsi də fənnin tədrisinin müəyyənləşdirilmiş məqsədləri sırasına daxildir.
Fənnin sonunda tələbə aşağıdakı kompetensiyalara yiyələnməlidir:
PK-4-Siyasi-ictimai mütəfəkkirlərin dövlət, hüququ, ictimai və siyasi münasibətlərə dair təlim və nəzəriyyələrini ilkin mənbələr əsasında təhlil edərək, çağdaş beynəlxalq siyasi prosesləri və siyasi institutların fəaliyyətini qiymətləndirmək, habelə mühakimələr və prognozlar irəli sürməyi bacarmaq
PK-7- Siyasi, mədəni və ilkin elmi araşdırmalar aparmaq üçün sosial elmlıərdə geniş yayılmış kəmiyyət və keyfiyyət metodlarından istifadə etməyi bacarmaq, tədqiqat istiqaməti üzrə uyğun və etibarlı informasiyanı fərqləndirməyi bacarmaq, sorğu, anket və tədqiqat müsahibəsi keçirmək bacarıqlarına yiyələnmək
PK-21-Strateji düşüncə tərzini formalaşdırmaq, strateji məqsədlərin düzgün formalaşdırması, strategiyanın hazırlanması prosesində vəziyyətin analizini aparmağı bacarmaq İxtisas proqramının təlim nəticələri:
PTN 2. Fiziki və mədəni coğrafi amillərin daxili və xarici siyasi proseslərə təsiri, onlar arasında qarşılıqlı əlaqəni və asılılığı müəyyən edə bilir, bu amillərin münaqişənin, mədəni sosial-proseslərin inkişafında rolunu təhlil etməyi bacarır.
PTN 3. Regionda baş verən hadisə, proses və təzahürləri təhlil edərkən bu sahədə öyrəndiyi tarixi biliklərdən istifadə etmək bacarır, müasir siyasi proseslərlə bağlı irəli sürdüyü fikirləri arqumentləşdirmək üçün beynəlxalq münasibətlər və region tarixindən mənimsədiyi biliklərdən istifadə etməyi bacarır.
PTN 12. Region ölkələrinin siyasi, iqtisadi, tarixi, mədəni inkişafına dair tədqiqatlar aparmağı, qeyd edilən istiqamətlərdə perspektiv meyilləri müəyyən etməyi bacarır.
Fənn üzrə təlim nəticələri
Kursun sonunda öyrənənlər aşağıdakılara nail olacaqlar:
ü Tələbələr sosial işin təşkilinin nəzəriyyələrini anlamaqla, müəyyən bir problemi müəyyən və təhlil edir.
ü Tələbələr Almaniyada sosial işin qanunvericilik bazasını və strukturunu anlayır.
ü Tələbələr sosial xidmətlərin müxtəlif növlərini müəyyən edə bilir.
ü Tələbələr Almaniyada sosial işin təşkilinin praktik aspektlərini öyrənir.
ü Tələbələr yerli və beynəlxalq sosial iş modeli və strategiyalarını araşdırır.
ü Tələbələr Almaniya və Azərbaycanın sosial işin həyata keçirilmə modeli arasındakı ümumi və fərqli cəhətləri müəyyən edir.
Qiymətləndirmə meyarları və mərhələləri
Təhsilalanların imtahana qədər topladığı bal 50 (bal), İmtahanda topladığı bal 50 bal olaraq hesablanır.
Dərslərdə aktiv iştirak (cari qiymətləndirmə) 20 bal
Kollokvium (cari qiymətləndirmə) 10 bal
Sərbəst iş 10 bal
Davamiyyət 10 bal
İmtahan (aralıq qiymətləndirmə) 50 bal
Fənnin yekun qiyməti tələbənin semestr boyu topladığı bal (cari) ilə imtahan zamanı əldə etdiyi balın toplanılması ilə formalaşır.
Qiymətləndirmə sistemi/meyarları
İmtahan (yekun qiymətləndirmə)
İmtan kursun sonunda aparılır. İmtahan yazılı formada təşkil olunur. Hər bilet 5 sualdan ibarət olur. Suallar 10 ballıq qiymətləndirmə əsasında aparılır. Hər suala maksimum 10 bal verilir. Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. İmtahan yazı işləri ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.
Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.
Semestr nəticəsinə görə qiymətləndirmə
Tələbənin yekun biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan maksimum 50 balı tələbə semestr ərzində, maksimum 50 balı isə imtahanda toplayır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
Ballar |
Qiymət |
Hərfi işarəsi |
0-50 |
Qeyri-kafi |
F |
51-60 |
Qənaətbəxş |
E |
61-70 |
Kafi |
D |
71-80 |
Yaxşı |
C |
81-90 |
Çox yaxşı |
B |
91-100 |
Əla |
A |
Qiymətləndirmənin komponentləri
Cari qiymətləndirmə
Tələbələr tədris zamanı plana uyğun olaraq əvvəlcədən verilmiş materialları oxumalı, müəllimin verdiyi mühazirə və əsas ədəbiyyatdan savayı əlavə mənbələrə müraciət edərək müstəqil araşdırma nəticəsində məşğələlərə aktiv şəkildə hazırlaşmalıdır. Əvvəlki mövzulara aid suallara cavab verməli və tədris müddətində aparılan müzakirələrdə fəal iştirak etməlidirlər.
Cari qiymətləndirmə ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.
Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.
Kollokvium
Kollokvium 7-11 aprel tarixləri ərzində keçirilir. Qiymətləndirilmə test tapşırıqları, quiz və ya açıq sual formasında olur. Semestr boyu tələbələr bir kollokvium verir və 10 bal qazanır.
Kollokvium sualları:
ü Almaniyada işsizliklə bağlı sosial işin təşkili.
ü Almaniyada mövcud olan sosial problemlər.
ü Almaniyada təhsil sahəsində aparılan sosial işin əsasları.
ü AFR –in sosial büdcəsi.
ü Almaniyada ailə müavinatlarının rolu.
ü Almaniyada yaşlılığa görə aparılan sosial iş.
ü Almaniyada inklüziv təhsilin xüsusiyyətləri.
ü Almaniyada sosial yardım proqramları.
ü Almaniyada əlillərə göstərilən sosial xidmətlər.
ü Almaniyada işsizliyə görə maddi yardım.
ü Almaniyada sosial təminatın əsas növləri.
Davamiyyət gözləntiləri və dərsdə fəal iştirak
Tələbələr tədris prosesinə ciddi yanaşmalı, gecikməməli və üzürsüz səbəbdən dərs buraxmamalıdırlar. Fənnə ayrılan saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Sərbəst iş
Sərbəst işlər geniş həcmli (10 səhifə) ətraflı araşdırma şəkildə, habelə 8-10 slayd arası (mövzunu əhatə edəcək, geniş) prezentasiya formasında da təqdim edilə bilər. Tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənnin tədris edən müəllim tərəfindən müəyyən edilir. Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məhsulu olduğuna görə, istifadə edilmiş mənbə göstərilməli və plagiata yol verilməməlidir! Bundan savayı tələbələr kurs ilə əlaqədar münasib üslublu və məzmunlu kitab oxuya bilər. Sərbəst iş mövzularının seçilməsi və təsdiqi müəllimlə tələbənin qarşılıqlı məsləhətləşmələri və razılığı əsasında aparılır.
Bütün sərbəst işlər 1 may 2025-ci il, saat 17:00 qədər təhvil verilməli və müəllimlə razılaşdırılan vaxt şifahi cavab verilməlidir. Tələbələr sərbəst işləri dərsdən kənar vaxtlarda, məsləhət saatları vaxtlarında təhvil verir.
TÖVSİYYYƏ OLUNAN SƏRBƏST İŞLƏRİN MÖVZULARI
№ |
MÖVZULAR |
1 |
Almaniyada sosial işin idarəetmə modelləri. |
2 |
Almaniyada sosial işdə layihə idarəetməsi. |
3 |
Almaniya sosial qanunvericiliyi və onun sosial işin təşkilinə təsiri. |
4 |
Sosial işdə etik dəyərlər və hüquqi məsuliyyətlər Almaniya nümunəsində. |
5 |
Almaniyada sosial xidmətlərin göstərilməsində dövlət və özəl sektorun rolu. |
6 |
Almaniyada sosial xidmətlərdə innovativ yanaşmalar. |
7 |
Almaniyada qeyri-hökumət təşkilatlarının sosial sahədə rolu. |
8 |
Almaniyada sosial xidmətlərin keyfiyyət standartları. |
9 |
Almaniyada miqrant və qaçqınlarla sosial işin təşkili. |
10 |
Almaniyada sosial işdə könüllülərin idarə edilməsi. |
Analiz, sintez, analogiya və müqayisə metodundan geniş istifadə edilməlidir. Deduktiv metoda istinadən ümumqəbul edilmiş yanaşma və konsepsiyaların konkret hallara tətbiq edib, mühüm əqlinəticələrə nail olmaq lazımdır. İnduktiv metoda istinad edərək retrospektiv bucaqdan empirik müşahidə nəticəsində müəyyən edilmiş faktların ümumiləşdirilərək yeni baxışa çevrilməsi zəruridir. Dərslərin interaktiv, müzakirə və kiçik konfrans formasında keçirilməsi məsləhətlidir. Kursun tədrisi zamanı əsasən interaktiv metodlarla, yanaşı digər metodlardan da istifadə ediləcək və bu metodlardan istifadə etməklə tələbələr tədris olunan materialları daha yaxşı mənimsəyəcəklər. Kursun tədrisi zamanı müxtəlif təqdimatlardan, film və videolardan istifadə ediləcək, müxtəlif oyunlar və yarışlar vasitəsi ilə tələbələrin bilikləri daha da möhkəmləndiriləcək, müxtəlif yazı işləri vasitəsilə onların fərdi düşünmə və ədəbiyyatla müstəqil işləmə bacarıqları inkişaf etdiriləcək.
Xüsusi qayğıya ehtiyacı olan tələbələrlə iş
Ø Ətrafdakılarla əlverişli sosial əlaqələrin qurulmasına dəstək verir;
Ø Fərdi proqramı reallaşdırmaq üçün yeni təlim metodlarından müvafiq şəkildə istifadə edir;
Ø Dərs materiallarının daha sadə və asan anlaşılan şəkildə təqdim edilir;
Ø Xüsusi qayğıya ehtiyacı olan tələblərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmalar tətbiq edir;
Ø Yüksək akademik göstəriciləri olan tələbələrə onların öz təşəbbüsləri əsasında əlavə məsləhət saatları təyin edir.
İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə materiallar)
Semestr ərzində keçirilən mövzuların planları, təqdim ediləcək prezentasiyalar, əsas və əlavə ədəbiyyat siyahısı tələbələrə e-mail vasitəsilə ötürüləcək.
Kursun qiymətləndirilməsi/Tələbə rəyləri
Kursun əvvəlində və sonunda təşkil ediləcək sorğu tələbələrin fənn və tədrisə münasibətini müəyyən etməyə yönəlmişdir. Tələbələrin tədris ilə bağlı rəyləri vacib əhəmiyyət kəsb edir, məsələyə aşağıdan baxış fokusunu təşkil edir və növbəti illərdə buraxılan səhvlərin təkrarlanmamasına, yeni innovativ ideyaların tətbiq edilməsinə şərait yaradır.
Ədəbiyyat siyahısı
1. Jürgen Jansen "Soziale Arbeit und Sozialpolitik". 2005
2. Klaus W. J. Peters "Nachhaltigkeit in der Sozialen Arbeit". 2022
2. Thomas Meyer "Handbuch Sozialarbeit". 2008
2012
3. Jörg D. W. Zimmermann "Soziale Arbeit: Grundlagen, Konzepte, Methoden" 2010
4. Anna R. Schneider "Soziale Arbeit zwischen Selbstverständnis und Professionalisierung"
5. Martina R. Klamm "Soziale Arbeit in der Migrationsgesellschaft". 2021
Dərs saatlarının bölgüsü, mövzuların adı və tövsiyə olunan ədəbiyyat siyahısı
Saat Həftə |
Modul/Bölmə/Fəsil |
Təlim nəticələri |
Oxu materialı |
Tapşırıq növü |
||
I həftə 2saat |
Mövzu I. Almaniyada sosial işin təşkili fənninin predmeti, məqsəd və vəzifələri. ü “Almaniyada sosial işin təşkili” fənninin predmeti. Sosial işin ictimai, iqtisadi və siyasi əsasları. ü “Almaniyada sosial işin təşkili” fənninin obyekti – Almaniyada sosial iş siyasəti, bu sahədə atılan addımlar və qəbul edilən proqramlar, bu istiqamətdə aparılan daxili siyasət. ü Kursun məqsəd və vəzifələri: ü -Sosial işin yoxsulluqla mübarizə məqsədi ilə qəbul edilən qərardan başlayaraq sosial, iqtisadi və siyasi dəyişikliklərin nəticəsi olan tarixi inkişafı başa düşmək.
|
a.Fənninin predmetinin mənimsəyir. b.Fənnin öyrənilməsinin zərurəti və əhəmiyyətinin qavrayır. c.Fənnin öyrənilməsinin prinsip və mənbələri haqqında məlumat əldə edir.
|
1.“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası 3. Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası 4. Azərbaycan Respublikasında təhsil siyasətinə dair müxtəlif dövlət proqramları və qanunvericilik aktları 5. BMTİP Azərbaycan. İnsan İnkişafı. Dərslik. Bakı – 2013 2.Azərbaycan haqqında insan inkişafı məlumatları: http://hdrstats.undp.org/ en/countries/profiles/AZE.html 3.Məmmədova S.D., Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri. Bakı, “AVROPA” nəşriyyatı – 2017 |
Tapşırıq:
Müxtəlif sosial iş modellərinin (məsələn, kurativ, preventiv) təhlilinin aparılması. |
||
I-II həftə 4 saat |
Mövzu II. Sosial iş anlayışı. Sosial işin tarixi inkişaf mərhələləri və nəzəri əsasları. ü Sosial iş anlayışı: nəzəri və praktik anlayışlar. Sosial işin tərifi. ü Sosial işi nəzəriyyələrini formalaşdıran faktorlar. ü Sosial işin nəzəriyyəsinin metodoloji problemləri. Sosial işin obyekti və subyekti
|
a. Sosial iş anlayışının yaranma tarixini öyrənir. b. Sosial işin tarixi inkişaf mərhələləri haqqında ümumi məlumat əldə edir.
|
1.Paul Spicker, Social policy, Themes and approaches (Revised second edition), 2008. Page 15-48 2.Blau J. & Abramovitz M., The dynamics of social welfare policy. New York; Oxford Press, 2004. Page 3. U. Ələkbərov. Davamlı insan inkişafının əsasları. Bakı, Təhsil, 2007. 4.ПРАВО СОЦИАЛЬНОГО ОБЕСПЕЧЕНИЯ. Учебник. ПРОСПЕКТ Москва-2001 |
Tapşırıq:
Sosial xidmətlərin cəmiyyətdəki rolu barədə tədqiqatın aparılması. |
||
II-III həftə 4 saat |
Mövzu III. Sosial işin ümumi məqsədləri və xüsusiyyətləri. ü Sosial işin ən böyük sahələri: ailə və uşaqlarla, tibbi, psixi sağlamlıq üzrə, məktəbdə, icmaların inkişafı üzrə, yoxsulluğun aradan qaldırılması, əlillər, beynəlxalq, tədqiqat, keys menecment və yaşlılarla sosial iş. ü Sosial işin tətbiq olunan üç səviyyəsi: makro, mezzo və mikro səviyyələri.
|
a.Sosial işin mahiyyətini dərk edir. b. Sosial iş anlayışı və modellərini təhlil edir. c.Sosial işin həyata keçirilmə mexanizmləri haqqında fundamental biliklər əldə edir. |
1.Paul Spicker, Social policy, Themes and approaches (Revised second edition), 2008. Page 15-48 2.Blau J. & Abramovitz M., The dynamics of social welfare policy. New York; Oxford Press, 2004. Page 3. U. Ələkbərov. Davamlı insan inkişafının əsasları. Bakı, Təhsil, 2007. 4.ПРАВО СОЦИАЛЬНОГО ОБЕСПЕЧЕНИЯ. Учебник. ПРОСПЕКТ Москва-2001 |
Tapşırıq: Müəyyən bir sosial iş vəziyyəti üzərində dərinləşmiş analizin yazılması. |
||
III-IV həftə 4 saat |
Mövzu IV. Almaniyada sosial işin hüquqi normativ bazası. ü Almaniyada yaşlılara, əlillərə və sosial müdafiəyə ehtiyacı olan insanlara qulluq sisteminin formalaşdırılması qanunvericiliyi. Almaniyada milli təhlükəsizlik adminstrasiyası, onun təsis edilməsi və fəaliyyəti. Almaniyada milli təhlükəsizlik adminstrasiyası tərəfindən təqdim olunan müavinatlar. |
a.Sosial işin hüquqi bazasının müzakirə edir. b.Sosial-iqtisadi fenomen kimi yoxsulluq və işsizlik səbəbini təhlil edir; c. Almaniya milli təhlükəsizlik administrasiyası ilə bağlı fundamental məlumatlar əldə edir. |
1.Klaus F. Zimmermann "Soziale Arbeit: Theorie und Praxis" 2020 2.Jürgen F. M. Wiegand "Inklusion: Eine 3.Herausforderung der sozialen Arbeit’’ 2018 4.David H. M. Alston 5."Social Work: A Critical Approach to Evidence-based Practice" 2019 6.Mark E. H. Swim "Social Work in Context: Theories and Approaches" 2022 7.Emilia Z. Marian "Migration, Integration and Social Work Practice" 2023 8.Hans Thiersch ‘’Soziale Arbeit: Eine Einführung" 2017 |
Tapşırıq: Almaniyada gənc nəslin sosial problemlərini araşdıraraq yeni ideyaların tərtibinin təqdimatının hazırlanması. |
||
IV-V həftə 4 saat |
Mövzu V. Almaniyada sosial işin tarixi. ü Orta əsrlərdə sosial bərabərsizlik -feodallar və vassallar arasındakı münasibət. X və XIV əsrlərdə Avropada əhalinin artımının kəndlərdə və şəhərlərdə yaratdığı sosial bərabərsizliklər. ü Yoxsulluğun artması. Almaniyada sosial siyasətin formalaşması 1370 -ci il Nürnberg yoxsulluğun nizamlanması qanunu. ü XVI əsrdə Almaniyada islahatlar. Martin Lüterin sosial ədalət haqqında düşüncələri. XIX əsrin əvvəllərində şəhərlərin sosial siyasətdə üstün mövqe tutması. |
a. Orta əsrlər dövründə Almaniyada sosial siyasət tarixini tədqiq edir; b. Martin Lüterin dövründə sosial-iqtisadi vəziyyəti araşdırır. c. XVI əsrdən müasirə dövrə qədər aparılan sosial islahatları izah edir. |
1.Klaus F. Zimmermann "Soziale Arbeit: Theorie und Praxis" 2020 2.Jürgen F. M. Wiegand "Inklusion: Eine 3.Herausforderung der sozialen Arbeit’’ 2018 4.David H. M. Alston 5."Social Work: A Critical Approach to Evidence-based Practice" 2019 6.Mark E. H. Swim "Social Work in Context: Theories and Approaches" 2022 7.Emilia Z. Marian "Migration, Integration and Social Work Practice" 2023 8.Hans Thiersch ‘’Soziale Arbeit: Eine Einführung" 2017 |
Tapşırıq:
Almaniyada sosial işin tarixi inkişafına dair yazılı tədqiqatın aparılması. |
||
V-VI həftə 4 saat |
Mövzu VI. Almaniyada sosial işçilər və sosial iş. ü Sosial işçinin ümumi dəyərləri. İnsan hüquqları və insan ləyaqəti. ü Sosial ədalət: ayrıseçkiliyə qarşı mübarizə, müxtəlifliyə hörmət edilməsi, resursların ədalətli (bərabər) bölünməsi, ədalətsiz siyasi məsələlərə və hərəkatlara qarşı mübarizə, həmrəylik. ü “Sosial işçi” peşəsini tənzimləyən əsas qanunlar. Sosial işçilərin qarşısında qoyulan tələblər |
a.Almanların həyat səviyyəsini araşdırır.
b. Almaniyada insan inkişafında sağlamlıq göstəricilərini təhlil edir. c. Almaniyada insan inkişafında təhsil göstəricilərini müzakirə edir.
|
1.Klaus F. Zimmermann "Soziale Arbeit: Theorie und Praxis" 2020 2.Jürgen F. M. Wiegand "Inklusion: Eine 3.Herausforderung der sozialen Arbeit’’ 2018 4.David H. M. Alston 5."Social Work: A Critical Approach to Evidence-based Practice" 2019 6.Mark E. H. Swim "Social Work in Context: Theories and Approaches" 2022 7.Emilia Z. Marian "Migration, Integration and Social Work Practice" 2023 8.Hans Thiersch ‘’Soziale Arbeit: Eine Einführung" 2017 |
Tapşırıq:
Almaniyanın sosial iş sahəsinin hər hansı bir ölkə ilə müqayisəsinin sonrasında hesabatın hazırlanması. |
||
VI-VII həftə 4 saat |
Mövzu VII. Almaniyada sosial işin təşkilində institutlar. ü Almaniyada milli təhlükəsizlik adminstrasiyası, onun təsis edilməsi və fəaliyyəti. ü Almaniyada milli təhlükəsizlik adminstrasiyası tərəfindən təqdim olunan müavinatlar. Xidmətlərdən istifadənin inkişafı. ü Almaniyada pensiya fondunun təsis edilməsi və inkişafı. Milli pensiya fondu. Təqaüd və pensiyaların verilməsi prosedurları. ü Almaniyanın sosial büdcəsi.
|
a. Sosial müdafiəni həyata keçirən orqanların fəaliyyətini müəyyənləşdirir.
b.Almaniyanın sosial budcəsi və Pensiya fondunun prosedurlarını öyrənir.
|
1.Klaus F. Zimmermann "Soziale Arbeit: Theorie und Praxis" 2020 2.Jürgen F. M. Wiegand "Inklusion: Eine 3.Herausforderung der sozialen Arbeit’’ 2018 4.David H. M. Alston 5."Social Work: A Critical Approach to Evidence-based Practice" 2019 6.Mark E. H. Swim "Social Work in Context: Theories and Approaches" 2022 7.Emilia Z. Marian "Migration, Integration and Social Work Practice" 2023 8.Hans Thiersch ‘’Soziale Arbeit: Eine Einführung" 2017 |
Tapşırıq:
Sosial işin etik problemlər və praktiki çətinliklər haqqında esse yazılması. |
||
VII-VIII həftə 4 saat |
Mövzu VIII. Almaniyada təhsil sahəsində sosial işin təşkili. ü Təhsil siyasətinin elementləri. Müasir təhsil paradiqmaları. ü Almaniyada təhsil sisteminin təşkili və özəlliliyi. ü Almaniyada inkluziv təhsilin inkişafı. Almaniyada fiziki qüsurlu uşaqlara təhsildə göstərilən qayğı. ü Peşə təhsili və universitetlərin təşkili. ü Təhsildə sosial xərclərin göstəriciləri.
|
a. Almaniyada təhsil sisteminin inkişaf mərhələlərini araşdırır;
b.Dövlətin məşğulluq siyasətinin əsas prinsiplərini izah edir; c.Almaniyada təhsil siyasətinin səciyyəvixüsusiyyəti ilə bağlı fundamental məlumatlar əldə edir.
|
1.Klaus F. Zimmermann "Soziale Arbeit: Theorie und Praxis" 2020 2.Jürgen F. M. Wiegand "Inklusion: Eine 3.Herausforderung der sozialen Arbeit’’ 2018 4.David H. M. Alston 5."Social Work: A Critical Approach to Evidence-based Practice" 2019 6.Mark E. H. Swim "Social Work in Context: Theories and Approaches" 2022 7.Emilia Z. Marian "Migration, Integration and Social Work Practice" 2023 8.Hans Thiersch ‘’Soziale Arbeit: Eine Einführung" 2017 |
Tapşırıq: Almaniyanın təhsil sahəsində sosial siyasətinin qiymətləndirilmə haqqında təqdimatın hazırlanması. |
||
VIII-IX həftə 4 saat |
Mövzu IX. Almaniyada səhiyyə sahəsində sosial işin təşkili. ü Almaniyada səhiyyə sisteminin təşkili və özəlliyi. ü Dövlət, ictimai və özəl səhiyyə sektoru. ü Almaniya Səhiyyə Nazirliyi. Sosial təhlükəsizlik sektoru. ü Almaniyada səhiyyə xidməti göstəriciləri. ü Göstəricilərin Almaniyada gözlənilən orta ömür müddəti. ü Kollikviumun aparılması. |
a. Sosial siyasətdə səhiyyənin yerini müəyyən edir ;
b.Almaniyada səhiyyə sisteminin inkişaf tarixini mənimsəyir; c.Almaniyada sağlamlıq istiqamətində yürüdülən dövlət siyasəti ilə bağlı fundamental məlumatlar əldə edir |
1.Klaus F. Zimmermann "Soziale Arbeit: Theorie und Praxis" 2020 2.Jürgen F. M. Wiegand "Inklusion: Eine Herausforderung der sozialen Arbeit’’ 2018 3.David H. M. Alston "Social Work: A Critical Approach to Evidence-based Practice" 2019 4.Hans-Uwe Otto və Heike Schmid "Das Handbuch Sozialer Arbeit" 2021 5.Mark E. H. Swim "Social Work in Context: Theories and Approaches" 2022 6.Emilia Z. Marian "Migration, Integration and Social Work Practice" 2023 7.Hans Thiersch ‘’Soziale Arbeit: Eine Einführung" 2017 |
Tapşırıq:
Almaniyanın səhiyyə sahəsində sosial siyasətinin qiymətləndirilmə haqqında təqdimatın hazırlanması. |
||
IX-X həftə 4 saat |
Mövzu X. Almaniyada əlil insanlara yönəlik sosial iş. ü Fiziki qüsurlu insanların sosial ehtiyacları. ü Əlillərə qayğı və ehtiyac duyulan dövlət proqramları. ü Əmək qabiliyyəti olmayan insanların imtiyazları. ü Sonradan qazanılmış əlilik. Əlillərin cəmiyyətdə yeri və rolu. ü Əlillərlə sosial işin forması. Əlillərlə sosial işin təşkili.
|
a.Almaniyada əlillərlə bağlı aparılan sosial işin müzakirə edir.
b.Dövlətin əlilliklə bağlı siyasətinin əsas prinsiplərini izah edir; c.Qayğıya ehtiyac olan əlillərin səciyyəvixüsusiyyəti ilə bağlı fundamental məlumatlar əldə edir. |
1.Klaus F. Zimmermann "Soziale Arbeit: Theorie und Praxis" 2020 2.Jürgen F. M. Wiegand "Inklusion: Eine Herausforderung der sozialen Arbeit’’ 2018 3.David H. M. Alston "Social Work: A Critical Approach to Evidence-based Practice" 2019 4.Hans-Uwe Otto və Heike Schmid "Das Handbuch Sozialer Arbeit" 2021 5.Mark E. H. Swim "Social Work in Context: Theories and Approaches" 2022 6.Emilia Z. Marian "Migration, Integration and Social Work Practice" 2023 7.Hans Thiersch ‘’Soziale Arbeit: Eine Einführung" 2017 |
Tapşırıq: Almaniyada əlillərin sosial xidmətlərdən istifadəsinin müzakirəsi. |
||
X-XI həftə 4 saat |
Mövzu XI. Almaniyada yaşlı əhaliyə münasibətdə sosial işin təşkili. ü Yaşlılara yönəlik sosial proqramlar və onların icrası. ü Almaniyada yaşlı insanlar və onların qarşılaşdıqları əsas problemlər. ü Yaşlılar üçün baxım və xidmətlərin təşkil olunması. ü Almaniyada yaşlılara məsləhət xidməti. ü Almaniyada yaşlı sığortası. ü Yaşlıların təqaüdü. ü Yaşlılara müəyyən güzəştlərin olunması. Təşkilatların bu istiqamətdə yeri və rolu.
|
a. Yaşlılarla bağlı aparılan sosial islahatlar haqqında məlumatlar əldə edir. b. Almaniyada yaşlılara göstərilən qayğının müzakirə edir.
|
1.Klaus F. Zimmermann "Soziale Arbeit: Theorie und Praxis" 2020 2.Jürgen F. M. Wiegand "Inklusion: Eine Herausforderung der sozialen Arbeit’’ 2018 3.David H. M. Alston "Social Work: A Critical Approach to Evidence-based Practice" 2019 4.Hans-Uwe Otto və Heike Schmid "Das Handbuch Sozialer Arbeit" 2021 5.Mark E. H. Swim "Social Work in Context: Theories and Approaches" 2022 6.Emilia Z. Marian "Migration, Integration and Social Work Practice" 2023 7.Hans Thiersch ‘’Soziale Arbeit: Eine Einführung" 2017 |
Tapşırıq: Almaniyada yaşlı əhalinin sosial xidmətlərdən istifadəsinin müzakirəsi. |
||
XI-XII həftə 4 saat |
Mövzu XII. Almaniyada sosial işin təşkilinin gender aspektləri. ü Gender və Sosial iş. ü Sosial siyasətdə feminist prespektivləri. ü Sosial işin gender aspektləri. Gender bərabərliyi ölçüləri və metodları. Gender bərabərliyi konsepsiyası. ü Almaniyada qadınların sosial vəziyyəti. ü Qadın məşğulluğu problemi. Sağlamlıq, doğum və hamiləlik. Analığa görə sığorta.
|
a. Qadın sosial təhlükəsizliyin obyekti kimi təhlil edir.
b.Almaniyada gender bərabərliyi və bu istiqamətdə atılan addımlar ilə bağlı fundamental məlumatlar əldə edir.
|
1.Paul Spicker, Social policy, Themes and approaches (Revised second edition), 2008. Page 15-48 2.Blau J. & Abramovitz M., The dynamics of social welfare policy. New York; Oxford Press, 2004. Page 3. U. Ələkbərov. Davamlı insan inkişafının əsasları. Bakı, Təhsil, 2007. 4.ПРАВО СОЦИАЛЬНОГО ОБЕСПЕЧЕНИЯ. Учебник. ПРОСПЕКТ Москва-2001 |
Tapşırıq: ‘’Qadınların iqtisadi müstəqilliyini artırmaq məqsədiylə iş imkanlarını artırmaq’’ mövzusunda diskussiya keçirilməsi. |
||
XII-XIII həftə 4 saat |
Mövzu XIII. Almaniyada ailə ilə bağlı sosial işin təşkili. ü Müasir alman ailəsi - işgüzar vailideynlər. ü İşgüzar anaların alman cəmiyyətində çoxalması. ü Ailələrin çoxaldıl ması üçün sosial büdcədən ayrılan yardımlar. ü Üç yaşından balaca uşaqlar üçün nəzərdə tutulmuş bağçalar. ü Hər uşaq üçün 18 yaşına qədər nəzərdə tutulmuş sosial yardım |
a. Ailə anlayışını öyrənir.
b. Almaniyada ailə ilə bağlı aparılan sosial islahatları analiz edir. c. İmmiqrantlarla bağlı ailə siyasətinin aparılmasını müzakirə edir.
|
1.Paul Spicker, Social policy, Themes and approaches (Revised second edition), 2008. Page 15-48 2.Blau J. & Abramovitz M., The dynamics of social welfare policy. New York; Oxford Press, 2004. Page 3. U. Ələkbərov. Davamlı insan inkişafının əsasları. Bakı, Təhsil, 2007. 4.ПРАВО СОЦИАЛЬНОГО ОБЕСПЕЧЕНИЯ. Учебник. ПРОСПЕКТ Москва-2001 |
Tapşırıq: Almaniyada ailə ilə bağlı sosial işin əsas istiqmətləri(uşaqların qorunması,valideyn dəstəyi və s.) haqqında prezentasiya hazırlanması. |
||
XIII-XIV həftə 2 saat |
Mövzu XIV. Almaniyada türk sektorunda sosial işin təşkili ü Alman cəmiyyətində 1970-ci illərdə yeni miqrantlara münasibət. ü Almaniyaya türlklerin immiqrasiyası. Miqrantlar ü Alman cəmiyyəti. ü İmmiqrantların ölkəyə gəldikləri zaman qarşılaşdıqları problemlər ü Miqrantların işlə təmin olunması. Ölkədə mövcud olan iqtisadi çətinliklər. |
a.Gastarbeiterlərin Almaniyada yerləşməsini izah edir;
b.Türklərə yönəlik sosial yardım proqramları haqqında məlumatlar əldə edir.
c.Türk işçilərlə bağlı sosial işin həyata keçirilmə siyasətinin müzakirə edir. |
1.Paul Spicker, Social policy, Themes and approaches (Revised second edition), 2008. Page 15-48 2.Blau J. & Abramovitz M., The dynamics of social welfare policy. New York; Oxford Press, 2004. Page 3. U. Ələkbərov. Davamlı insan inkişafının əsasları. Bakı, Təhsil, 2007. 4.ПРАВО СОЦИАЛЬНОГО ОБЕСПЕЧЕНИЯ. Учебник. ПРОСПЕКТ Москва-2001 |
Tapşırıq: Almaniyada türklərlə bağlı aparılan sosial işdə mövcud olan problemlərin və çatışmazlıqlar haqqında qrup şəklində tədqiqatın aparılması. |
||
XV həftə 4 saat |
Mövzu XV. Almaniyada cəmiyyətində miqrantlar və immiqrantlara yönəlik sosial işin təşkili. ü Miqrantlar vəAlman cəmiyyəti. ü İmmiqrantların ölkəyə gəldikləri zaman qarşılaşdıqları problemlər ü Miqrantların işlə təmin olunması. ü Miqrantlara olunan sosial yardım.Uşaq sosial təminatı.
|
a.İmmiqrantların Almaniyada yerləşməsini müzakirə edir;
b.Miqrantlara yönəlik sosial yardım proqramları haqqında məlumatlar əldə edir.
c.A.Merkelin immiqrantlarla bağlı siyasətinin müzakirə edir. |
1. Klaus F. Zimmermann "Soziale Arbeit: Theorie und Praxis" 2020 2. Jürgen F. M. Wiegand "Inklusion: Eine Herausforderung der sozialen Arbeit’’ 2018 3. David H. M. Alston "Social Work: A Critical Approach to Evidence-based Practice" 2019 4. Hans-Uwe Otto və Heike Schmid "Das Handbuch Sozialer Arbeit"** 2021 5. Mark E. H. Swim "Social Work in Context: Theories and Approaches" 2022 6. Emilia Z. Marian "Migration, Integration and Social Work Practice" 2023 7. Hans Thiersch ‘’Soziale Arbeit: Eine Einführung" 2017 |
Tapşırıq: Almaniyada miqrantlarla bağlı aparılan sosial işdə mövcud olan problemlərin və çatışmazlıqların araşdırılaraq hesabatın yazılması. |
||
XVI həftə 2 saat |
Mövzu XVI. Almaniyada sosial işin təşkilində beynəlxalq əməkdaşlıq ü Dünyada sosial təhlükəsizlik və müdafiə siyasəti. ü Sosial təhlükəsizlik və müdafiə sferasında Aİ ilə əməkdaşlıq. Beynəlxalq razılaşmalar. Almaniyanın xarici siyasətində sosial təhlükəsizlik və müdafiə siyasətinin təşkilində beynəlxalq əməkdaşlıq. |
a.Dünyada sosial təhlükəsizlik və müdafiə siyasətini izah edir;
b. Almaniyanin xarici siyasətində sosial təhlükəsizlik və müdafiə siyasətinin təşkilində beynəlxa əməkdaşlıq haqqında məlumat əldə edir. |
1. Klaus F. Zimmermann "Soziale Arbeit: Theorie und Praxis" 2020 2. Jürgen F. M. Wiegand "Inklusion: Eine Herausforderung der sozialen Arbeit’’ 2018 3. David H. M. Alston "Social Work: A Critical Approach to Evidence-based Practice" 2019 4. Hans-Uwe Otto və Heike Schmid "Das Handbuch Sozialer Arbeit" 2021 5. Mark E. H. Swim "Social Work in Context: Theories and Approaches" 2022 6. Emilia Z. Marian "Migration, Integration and Social Work Practice" 2023 7. Hans Thiersch ‘’Soziale Arbeit: Eine Einführung" 2017 |
Tapşırıq: Almaniya sosial işin təşkilində dövlətin və QHT -in rolunun araşdırılması. |
||
XVI həftə 2 saat |
Mövzu XVII. Almaniyada və Azərbaycanda sosial işin təşkilinin müqayisəli təhlili ü Almaniya və Azərbaycanda sosial işin təşkilinin oxşar və fərqli xüsusiyyətləri. ü Almaniya və Azərbaycanda sosial xidmətin formaları, sosial işçilər, sosial təhsili, sosial yardım və digər sosial müavinətlərin müqayisəli təhlili. ü Almaniya və Azərbaycan arasında sosial sahədə ikitərəfli əməkdaşlıq.
|
a. Almaniyada və Azərbaycanda sosial sığorta, təqaüd sistemi, sosial yardım və digər sosial müavinətlərin müqayisəli təhlili haqqında ümumi məlumat əldə edir. |
1. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası 2. Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası 3. Azərbaycan Respublikasında təhsil siyasətinə dair müxtəlif dövlət proqramları və qanunvericilik aktları 4. BMTİP Azərbaycan. İnsan İnkişafı. Dərslik. Bakı – 2013 5. Azərbaycan haqqında insan inkişafı məlumatları: http://hdrstats.undp.org/ en/countries/profiles/AZE.html 6. Məmmədova S.D., Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri. Bakı, “AVROPA” nəşriyyatı – 2017 |
Tapşırıq: Almaniyada aparılan sosial işin Azərbaycanla müqayisəsinin araşdırılması. |
||
|
|
|||||
Cəmi: |
45 saat |
|||||
Müəllif hüquqları
Semestr ərzində tələbələrə çatdırılan bütün materiallar, habelə müəllimin etdiyi video çıxışlar onun əqli mülkiyyəti hesab olunduğundan onun icazəsi olmadan digər tələbələrə, müəllimlərə və təhsil sferasından kənar fiziki və hüquqi şəxslərə ötürülə bilməz.
Qeyd: Hörmətli tələbə, deyilən mühazirə və sizə təqdim olunan uyğun mətnlər ancaq istiqamətverici xarakter daşıyır. Buna görə də siz göstərilən ədəbiyyatlardan müstəqil istifadə etməyi bacarmalısınız.
TƏLƏBƏ NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA TƏLİMAT
ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli
qərarı ilə təsdiq edilmişdir.
Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi
− 0 bal - mövzu ilə bağlı heç bir bilik və fəaliyyət yoxdur;
− 1 bal - tələbə keçirilmiş materialı yalnız xatırlayır;
− 2 bal - tələbə keçirilmiş materialı xatırlayır və müəllimin müdaxiləsi ilə bir və ya iki sözlə cavablandırır;
− 3 bal - tələbə keçirilmiş materialı tanış əlamətlərə görə qismən izah edir;
− 4 bal - tələbə keçirilmiş və qismən mənimsədiyi materialdan istifadə edərək məlum yollarla və ya müəllimin verdiyi təlimatlara əsasən yazılı və şifahi tapşırıqları qismən həll edir;
− 5 bal – tələbə keçirilmiş və mənimsədiyi materialdan istifadə edərək müstəqil şəkildə hazırlanmış qaydalara əsasən şifahi və yazılı tapşırıqları orta səviyyədə həll edir;
− 6 bal - tələbə verilən məlumatla öz düşüncələri arasında əlaqə yaradır, cütlərlə və qruplarla iş zamanı yazılı və şifahi ünsiyyət quraraq materialın şərhini verir;
− 7 bal - tələbə keçirilmiş materialın xarekterik əlamətlərini təyin edir, fərqləndirir, mövzunun analitik təhlilini aparır;
− 8 bal - tələbə cavabını planlaşdırıb təşkil edir, cavabını təsdiq etmək üçün fərziyyə irəli sürür, audio-vizual materiallarla keçirilmiş mövzunun strukturunu dəyişir, öyrənmə strategiyalarını və öyrənmə hədəflərini müəyyənləşdirir;
− 9 bal - tələbə keçirilmiş materialla əlaqədar qərarları, yanaşmanı, problemi dəyərləndirir, üstünlükləri və çatışmazlıqlara müstəqil fikir bildirir, İKT-dən istifadə edərək müstəqil öyrənmə modelini təyin edir;
− 10 bal - tələbə keçirilmiş materialla əlaqədar mühakimə xarakterli və tənqidi fikir yürütməklə öz mövqeyini əsaslandırır, innovativ və yaradıcı düşünmə bacarıqlarını İKT-dən yararlanmaqla tətbiq edir, auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlər üzrə öyrənmə hədəflərini əsaslandırır.
Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması qaydası
− 0 bal - Suala cavab verməyib.
− 1 bal – Ciddi səhvlərə yol verərək sualı səthi cavablandırıb (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
− 2 bal – Cavabında catışmazlıqlar var, yalnız mövzu ilə bağlı terminləri, anlayışları qeyd edib (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
− 3 bal – Sualı cavablandıran zaman yalnız mövzunun məzmunu ilə bağlı ümumi xarakterli məlumatlar verir (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
− 4 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə qismən təsvir edir (anlamaq - məntiqi təfəkkür).
− 5 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə tam təsvir edir (anlamaq - məntiqi təfəkkür).
− 6 bal – Mövzunun mahiyyətini açıqlayır və müəyyən nəticələr əldə etmək üçün məzmunla bağlı biliklərini praktik tətbiq edir, qoyulmuş problemin həlli yollarını müəyyənləşdirir (tətbiq etmək - məntiqi təfəkkür).
− 7 bal – Mövzunun mahiyyətini açır və qoyulmuş problemin həlli zamanı ümumi xarakterli səhvlərə yol verir (təhlil etmək - məntiqi təfəkkür)
− 8 bal - Mövzunun mahiyyətini açır, qoyulmuş problemin əhatəli təhlilini verir (təhlil etmək - məntiqi təfəkkür)
− 9 bal - Mövzunun mahiyyətini geniş şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, məsələyə münasibət bildirir və öz mövqeyini hərtərəfli şəkildə əsaslandırır (dəyərləndirmək - tənqidi təfəkkür)
− 10 bal - Mövzunun mahiyyətini dəqiq və hərtərəfli şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, mühakimə xarakterli fikirlər irəli sürür, öz mövqeyini hərtərəfli şəkildə əsaslandır və kreativ yanaşma nümayiş etdirir. (yaratmaq - yaradıcı təfəkkür)